* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Maye bir şeyi udmaq. Su içmək. Dərman içmək. Şərbət içmək. – Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. C.Məmmədquluzadə. Stol üstündəki qrafindən stəkana su töküb içdim. A.Şaiq. // Məc. mənada. Yar ki yara həsrət ilə qovuşdu; Dodaq busə içər, dil ləzzət çəkər. Aşıq Ələsgər. Eşqin çeşməsindən bir damcı içdim; Axdı sellər qədər gözümün yaşı. B.Vahabzadə. 2. Eyni mənada spirtli içkilər haqqında: sərxoşluq etmək, əyyaşlıq etmək. Eylədik tövbə, əgər göz görə pünhan içdik. Qövsi. Bu sözdən Qaraca qız əsla şad olmadı, çünki bilirdi ki, [Yusif] oraya içməyə gedir. S.S.Axundov. İçmək Cümşüd bəyi xarab etdi, o qədər içirdi ki, bir saat da sərxoşluqdan ayıq olmurdu. E.Sultanov. □ Sağlığa (sağlığına) içmək – birinin şərəfinə badə qaldırmaq. [Əsgər:] Sağ ol, Məşədi İbad! Sağlığına içirəm. Ü.Hacıbəyov. 3. Sulanmaq, su verilmək. Ağaclar su içdi. Torpaq su içdi. – [İsgəndərzadə:] Sən də get, arxayın ol, sabah bağın su içər. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / içmək2 İÇMƏK [Həmzə:] Elə ki axşam çox içdim, arağı konyaka, konyakı çaxıra qarışdırdım, gəl mənim səhərki halıma bax (Ə.Qasımov); BAŞINA ÇƏKMƏK (məc., dan.) Bu sözləri deyəndən sonra Qurbanəli bəy çaxırı çəkdi başına.. (C.Məmmədquluzadə); BƏDƏNƏ VURMAQ (dan.) Biqəm: Çaxır olsa vurardım bədənə de, gicəm sənin üstünə atam (Anar); BOĞAZINI YAŞLAMAQ/İSLATMAQ (dan.) Qəndab: Bəsdir də, Məzahir, qanacağın olsun, yekə oğlansan, deyəsən yenə boğazını yağlamısan! (B.Bayramov); DÜMLƏMƏK (dan.) Aytəmiz: Lap elə üz-gözü, qayırma başı, papiros çəkməyi, çaxırdümləməyi (Ə.Qasımov); İÇƏRİ ÖTÜRMƏK Ədhəm kişi qonağın tökdüyü arağı götürüb içəri ötürdü.. (M.Hüseyn); NUŞ ETMƏK Ağalar mey nuş edir, danışır, gülüşürlər; Bəlkə yazıq İranı yenidən bölüşürlər (M.Rahim); VURMAQ (məc., dan.) Hacı Qəmbər kirvə, Allah saxlasın, bağışla bir az vurmuşam, kefim kökdür... (N.Vəzirov); YELLƏTMƏK (məh.) Məşədi Həsən: Bu, Gəncə dilidir, yellətmək içməyə deyirlər... (Ə.Haqverdiyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / içmək1 İÇMƏK – TÖKMƏK Kim içməsə, yaxasına tökəcəyik (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / içmək2 глаг. пить: 1. проглатывать, проглотить какую-л. жидкость. Süd içmək пить молоко, su içmək пить воду, pivə içmək пить пиво 2. употреблять спиртные напитки в большом количестве. İçməyə başlamaq начать пить 3. выпивать спиртные напитки в честь кого-л., чего-л. Sağlığına içmək kimin выпить за здоровье чьё, кого 4. вбирать, вобрать, впитывать, впитать в себя влагу из почвы (о растениях). Söyüd ağacı çoxlu su içir ива пьёт много воды
Azərbaycanca-rusca lüğət / içmək1 f. 1. to drink (d.); su / süd və s. ~ to drink* water / milk, etc.; ◊ and ~ to take* an oath; çox ~ (spirtli içkiləri) to drink* oneself drunk; bir kəsin sağlığına ~ to drink* to the health of smb., to drink* to smb.; 2. (dərman, çay, kofe və s.) to take* (d.); to have* (d.); çay / kofe və s. ~ to have* tea / coffee, etc.; dərman ~ to take medicine
Azərbaycanca-ingiliscə lüğət / içmək1 f. boire vi ; prendre vt ; su ~ boire de l’eau ; and ~ jurer vt
Azərbaycanca-fransızca lüğət / içmək1 гл. 1. хъун; çay içmək чай хъун; su içmək яд хъун; 2. хъун, пиянискавал авун; sağlığ(ın)a içmək сагълугъдай хъун, садан сагълугъдай рюмка хкажун; 3. яд ганваз (кужумнаваз, чӀугунваз) хьун, кужумун, чӀугун, фитӀинун (мес. чили, тарари яд).
Azərbaycanca-ləzgicə lüğəti / içmək