enmək sözü azərbaycan dilində

enmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • enmək • 95.6522%
  • ENMƏK • 3.1621%
  • Enmək • 1.1858%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.65 dəfə / 1 mln.
2003 •••••• 0.39
2004 ••••• 0.34
2005 •••••••••• 0.67
2006 •••••••••••••• 0.90
2007 ••••••• 0.42
2008 •••• 0.24
2009 •••••••••••• 0.80
2010 •••••••••••••••••• 1.18
2011 •••••••••••••••••••• 1.37
2012 •••••••• 0.52
2013 ••••••••••• 0.73
2014 •••••••••••••••• 1.03
2015 •••••••• 0.51
2016 ••• 0.17
2017 •••••••• 0.49
2018 ••••••• 0.45
2019 ••••• 0.28

enmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Yuxarıdan və ya bir şeyin üstündən aşağı düşmək. Dağdan enmək. Zirzəmiyə enmə. Mal-qara dağdan enir. – [Usta Ağabala] pillələrlə aşağı endi. Çəmənzəminli. Mahirə mal damının üstündən cəld aşağı endi. M.Hüseyn. // Düşmək. Təpənin dibindən bulağın üstünə endim, əl və üzümü yuyub qaynağın qırağında oturdum. A.Divanbəyoğlu. Sabah erkən alaçığın ağzında oynayırdıq. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə enirdilər. A.Şaiq. 2. Azalmaq, alçalmaq, düşmək. Havanın temperaturu endi. Qiymətlər xeyli enmişdir. 3. Torpağa, yerə oturmaq, yerə düşmək. Paraşütçülərdən biri Kamalın durduğu təpədən 2-3 yüz addım aralı, məxmər otların üzərinə endi. M.Rzaquluzadə. Endi qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən, daldı göylərə. M.Rahim. 4. Çevrilmək, …halını almaq. Çəpiklər çırtığa enmişdi; bunun da səsi eşidilmirdi. Çəmənzəminli. 5. Çökmək, basmaq, çulğalamaq. Sakit Azərbaycan kəndi üzərinə bir yaz axşamı enirdi. Ə.Məmmədxanlı. Yollardan qalxan toz uçub dağılmır, narın-narın seyrəlir, axşamın zəfəran rənginə boyanıb, zərif bürüncək tək enə-enə (z.) yerin üzərinə enirdi. Ə.Əbülhəsən. 6. məc. Azaltmaq, aşağı salmaq. [Ələmdar:] …Görəsən, şişbığ cavahiratın qiymətindən bircə pillə enərmi? S.Rəhimov. 7. Dəymək, zərbə hiss etmək. Başına bir yumruq endi. – [Qadın] sol əlini başının qarşısına tutmaqla, özünü üzərinə enməkdə olan ağacdan mühafizəyə çalışırdı. S.Hüseyn. 8. məc. Baş əymək, tabe olmaq, …qabağında əyilmək. Nəbiyəm, enmərəm sultana, xana; Düşmənin tənəsi kar etməz cana; Boz atı oynadıb girrəm meydana. “Qaçaq Nəbi”. 9. Enib-qalxmaq şəklində: əyilib-düzəlmək, əyilərək qalxmaq, dalğalanmaq. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən: “Get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / enmək

enmək sözünün etimologiyası

  • 1 Mənbələrdə endirmək yerinə ildirmək, enmək əvəzinə ilmək feilləri var. Deməli, il (enmək) və alçaq (aşağı) sözləri haçansa kökdaş olub. n-l əvəzlənməsi türk dillərində təbii hal hesab edilir. Enmək sözü ilmək feilinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / enmək

enmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

enmək sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ENMƏK – QALXMAQ Uzanıb divanda İlqar bayaqdan; Gah enir, gah qalxır geniş sinəsi (H.Hüseynzadə). ENMƏK – YÜKSƏLMƏK Peşəm yüksəlməkdir, enmək bilmirəm (S.Rüstəm).

    Azərbaycan dilinin antonimlər lüğəti / enmək

enmək sözünün rus dilinə tərcüməsi

  • 1 спускаться, сходить, опускаться, слазить, снижаться, понижаться

    Azərbaycanca-rusca lüğət / enmək
  • 2 глаг. 1. спускаться, спуститься: 1) перемещаться, переместиться вниз. Dərəyə enmək спуститься в овраг, zirzəmiyə enmək спуститься в подвал, dağdan enmək спуститься с горы, pilləkənlərlə enmək спускаться по лестнице 2) опускаться, опуститься вниз, закрывая или открывая что-л. Pərdə aşağı endi занавес опустился 3) садиться, сесть. təyyarə endi самолёт спустился (сел) 4) перен. сходить, сойти, ложиться, лечь на землю, наступать, наступить (о ночи, мгле, тумане, пыли и т.п.). Duman endi спустился туман 2. понижаться, понизиться, снижаться, снизиться: 1) уменьшаться, уменьшиться (об уровне, интенсивности и т.п.). Temperatur endi температура понизилась (снизилась), qiymətlər endi цены понизились (снизились) 2) начать звучать тише. Qəbuledicinin səsi endi звук приёмника уменьшился 3. перен. покориться, признать себя побеждённым; yörə enmək приземляться, приземлиться, совершить посадку на землю; suya enmək приводниться, совершить посадку на воду ◊ göydən yerə enmək спуститься на землю, перестать витать в облаках

    Azərbaycanca-rusca lüğət / enmək

enmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to go* / to come* down; (təntənəli) to descend; (duman, çən və s.) to fall*; pilləkənlərlə ~ to go* / to come* down the steps; (təntənəli) to descend the steps; (suyun səviyyəsi, qiymət və s.) to sink*, to fall*; (təyyarə) to land, to alight; təpədən ~ to come* down a hill

    Azərbaycanca-ingiliscə lüğət / enmək

enmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. descendre vi (ê), tomber vi (ê) (təntənəli) ; dégringoler vi, dévaler vi (duman, çən və s) ; pilləkənlərlə ~ descendre vi (ê), dégrindoler ; (suyun səviyyəsi, qiymət və s) descendre vi (ê), décroître vi, diminuer vi ; atterrir vi (a, ê), descendre vi (ê)(təyyarə) ; təpədən ~ dégringoler vi, dévaler vi

    Azərbaycanca-fransızca lüğət / enmək

enmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. эвичӀун; агъуз эвичӀун; 2. аватун, тӀимил хьун, агъуз хьун, агъуз аватун (мес. къиметар, температура); 3. ацахьун; акьалтун, кьун; 4. пер. тӀимиларун, агъузун (мес. мас.); 5. акьун; 6. пер. кьил агъузун, муьтӀуьгъ хьун, табий хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / enmək

enmək sözünün türk dilinə tərcüməsi

"enmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#enmək nədir? #enmək sözünün mənası #enmək nə deməkdir? #enmək sözünün izahı #enmək sözünün yazılışı #enmək necə yazılır? #enmək sözünün düzgün yazılışı #enmək leksik mənası #enmək sözünün sinonimi #enmək sözünün yaxın mənalı sözlər #enmək sözünün əks mənası #enmək sözünün etimologiyası #enmək sözünün orfoqrafiyası #enmək rusca #enmək inglisça #enmək fransızca #enmək sözünün istifadəsi #sözlük