erkək sözü azərbaycan dilində

erkək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • erkək • 83.8496%
  • Erkək • 15.4867%
  • ERKƏK • 0.6637%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Erkək ayıdöşəyi
Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir. Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir.
Erkək qıjı
Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir. Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir.
Erkək səhləb
Erkək səhləb (lat. Orchis mascula) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü.
Erkəkciyi tükcüklü ətirşah
Erkəkcikli böyrəkotu

erkək sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Kişi cinsinə mənsub fərd. Erkək at. Erkək arı. – Aslanın erkəyi, dişisi olmaz. (Ata. sözü). Ağacların arasından qəfildən oldu əyan; Yaraqlı erkək at üstündə bir neçə oğlan. A.Səhhət. Rəhmətlik atam Güloğlan anamı o qədər qısqanırdı ki, evdə nə erkək qoyun, nə də xoruz saxlardı. M.S.Ordubadi. Dəstənin üç baş inəyi, beşaltı erkək danası, səkkizə qədər də atı vardı. M.Hüseyn. // is. Erkək qoyun, qoç. Erkək kəsib, ağır məclis qururdu; Şülən çəkilirdi malların, dağlar! Aşıq Ələsgər. Cəmisi bir neçə gün əvvəl birinci dəfə Qarabağdan Bakıya gələn Gəray ağa, Cavanşirin mətbəxi üçün təzə erkək əti, şit yağ, əla düyü gətirmişdi. S.Rəhimov. 2. is. Kişi mənasında. Fisqü-fücur həddən aşıb Şişədə; Erkəyi, dişisi yaman peşədə. Q.Zakir. Şən balalar, dağ gövdəli erkəklər; Gözəl qızlar, qara tellər bizimdir. A.Şaiq. …Qadın və erkəklər məhkəmə salonunda deyil, məhkəmə binası qarşısında durmaq məcburiyyətində qalmışlardı. T.Ş.Simurq. 3. məc. sif. Kişi kimi möhkəm, güclü. [Ceyran] istehsalatda çalışan erkək ruhlu, gülərüzlü bir yoldaş idi. S.Hüseyn. 4. məc. Qaba, kobud, nəzakətsiz mənasında. Erkək zarafatı eləmək. ◊ Erkək Tükəzban – kişi təbiətli, özünü kişi kimi aparan, kişi ədalı, bir qədər qaba qadın haqqında.

    Azərbaycan dilinin izahlı lüğəti / erkək

erkək sözünün etimologiyası

  • 1 Hündür mənasını verən ər (ör) sözü mövcud olub. Üstə (hündürə) qalxmaq ərkə (örkə) sözü ilə ifadə olunub. Görünür, ər və erkək sözləri məhz “üstə qalxan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / erkək

erkək sözünün sinonimləri (yaxın mənalı sözlər)

erkək sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. самец: 1. особь мужского пола 2. мужчина, как носитель мужских половых качеств II прил. мужской. бот. Erkək çiçək мужской. цветок, erkək ayıdöşəyi мужской папоротник 2. перен. разг. мужественный, бесстрашный, храбрый 3. грубый. Erkək zarafat грубая шутка; животнов. erkək at конь, erkək qoyun (erkək) баран, erkək quzu (erkək toğlu) барашек, erkək donuz хряк, боров; erkək arı трутень, erkək qaz гусак, erkək tülku лис

    Azərbaycanca-rusca lüğət / erkək

erkək sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. ram; (axtalanmış) wether; 2. məc. bax kişi II. s. 1. male; (heyvan haq.) he-, (canavar, tülkü və s.) dog- (quş haq.) cock, (maral, dovşan haq.) buck-; ~ sərçə cock-sparrow; ~ qaz gander, male goose; ~ keçi he-goat; ~ canavar dog-wolf; 2. məc. manly, courageous; ~ zarafat rude / rough joke

    Azərbaycanca-ingiliscə lüğət / erkək

erkək sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. a) mâle m, bélier m ; axtalanmış ~ un mâle châtré (və ya castré, émasculé) ; b) məc. bax kişi 3) ; 2) sif. mâle du loup, du renard (canavar, tülkü və s haqq.) ; mâle du coq, du dindon (quş haqq.) ; ~ qaz jars m, ~ keçi bouc m ; ~ canavar loup m ; 3) məc. courageu//x, -se, intrépide, vaillant, -e ; ~ zarafat plaisenterie f lourde

    Azərbaycanca-fransızca lüğət / erkək

erkək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. эркек (1. эркек жинсиниз махсус тир; erkək at эркек балкӀан, айгъур; erkək arı эркек чӀиж, тарагул; 2. сущ. эркек хеб, гьер; 3. сущ. итим; 4. пер. прил. итим хьиз викӀегь, гужлу; 5. пер. векъи, кубут); ** erkək Tükəzban итимдин хесетар авай, вичи-вич итим хьиз тухудай, са тӀимил кубут дишегьлидин гьакъинда.

    Azərbaycanca-ləzgicə lüğəti / erkək

erkək sözünün türk dilinə tərcüməsi

"erkək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#erkək nədir? #erkək sözünün mənası #erkək nə deməkdir? #erkək sözünün izahı #erkək sözünün yazılışı #erkək necə yazılır? #erkək sözünün düzgün yazılışı #erkək leksik mənası #erkək sözünün sinonimi #erkək sözünün yaxın mənalı sözlər #erkək sözünün əks mənası #erkək sözünün etimologiyası #erkək sözünün orfoqrafiyası #erkək rusca #erkək inglisça #erkək fransızca #erkək sözünün istifadəsi #sözlük