* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [“ətmək”dən.] Çörək. Ət yeməz, suyuna əppək doğrar. (Məsəl). [Qurbanəli:] Bir əppəkdən-zaddan ver, zəqqumlanaq. N.Nərimanov. ◊ Əppək olub göyə uçmaq – yox olmaq, qeyb olmaq, yoxa çıxmaq. Məlikməmmədin düz on dörd yaşı tamam olan gecə o otaqda ki yatmışdı, elə o otaqda bir əppək oldu, uçdu göyə. (Nağıl).
Azərbaycan dilinin izahlı lüğəti / əppək2 Çörək. (“Koroğlu” dastanının lüğəti) Səhərdən qalxanda təbil vurulur, Dəryatək çalxanır, göltək durulur, Toplanır bir yerə, içki qurulur, Dağıdır əppəyi, aşı Koroğlu. (“Koroğlunun Ərzurum səfəri”) (“Dəmirçioğlu-Əsəd”)
Azərbaycan dastanlarının leksikası / əppək1 [“ətmək”dən.] сущ. фу; ** əppək olub göyə uçmaq са кӀус фу хьун, квахьун.
Azərbaycanca-ləzgicə lüğəti / əppək(Ağdaş, Göyçay, Kürdəmir) bax epbex’. – Bayaxdan əppək bişirirəm (Göyçay)
Azərbaycan dilinin dialektoloji lüğəti.