öpmək sözü azərbaycan dilində

öpmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • öpmək • 95.3846%
  • Öpmək • 3.8462%
  • ÖPMƏK • 0.7692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

öpmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Sevgi, dostluq, sevinc əlaməti olaraq, yaxud görüşdükdə və ya ayrıldıqda dodaqlarını birinə və ya bir şeyə toxundurmaq; busə etmək, busə almaq. Gözlərindən öpmək. – Səhər Sona çay vaxtı adət üzrə anasını öpdü. N.Nərimanov. Mehriban məhəbbətlə qarışıq bir həyəcanla Rəmziyyənin üzündən, dodaqlarından, gözlərindən öpməyə başladı. S.Hüseyn. // Obrazlı təşbehlərdə. Axar çaylar öpdü o gün; Atlıların ayağından. S.Vurğun. Məzarı öpdükcə hörmətlə rüzgar; Düşür çöhrəsinə ilıq damlalar. M.Rahim. 2. məc. Toxunmaq, təmas etmək, dəymək. [Arslan bəy Maralın verdiyi çiçəyi alaraq:] …Əllərinizi öpmüş olan bu munis gülə ömrüm olduqca pərəstiş edəcəyəm. H.Cavid.

    Azərbaycan dilinin izahlı lüğəti / öpmək

öpmək sözünün etimologiyası

  • 1 Öpmək, hopmaq, hap (eləmək) sözlərinin hər üçü kökdaşdır və qədim mənaları “sormaq, ağzına almaq” deməkdir. Su yerə hopur, deməli, torpaq tərə­fin­dən sorulur, siçan taxçadan tap eləyir, qızxanım (pişik) onu hap eləyir (yəni içəri ötürür) və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / öpmək

öpmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ÖPMƏK [Məmiş:] Qoy öpüm, xalaoğlu, hamı elə bilir ki, Məmiş xoşbəxtdir... (B.Bayramov); BUSƏ ETMƏK (köhn.) Cəlil ağa isə Şəfiqəni və uşaqlarını busə edib rahat olmağa getdi (M.Musabəyov); MAÇ ELƏMƏK (dan.) Salam mənim ceyran qızım, gəl, gəl, bir səni maç eləyim (M.İbrahimov); ÖPÜŞ ALMAQ Mənə əmr eləyir deyəsən könül; Dur bunun bir öpüş al yanağından (M.Rahim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / öpmək

öpmək sözünün rus dilinə tərcüməsi

  • 1 целовать, поцеловать

    Azərbaycanca-rusca lüğət / öpmək
  • 2 глаг. целовать, поцеловать. Anasını öpmək поцеловать свою мать, uşağı öpmək поцеловать ребёнка, kimin yanaqlarından öpmək поцеловать кого в щеки, dodaqlarından öpmək поцеловать кого в губы, gözlərindən öpmək поцеловать в глаза, alnından öpmək поцеловать в лоб, əllərini (əllərindən) öpmək поцеловать руки, doğma yurdun torpağını öpmək поцеловать землю родного края, bayrağı öpmək поцеловать знамя, qucaqlayıb öpmək обнять и поцеловать, ehtirasla öpmək поцеловать страстно; bərk-bərk öpmək kimi расцеловать кого ◊ öpüb gözünün üstünə qoymaq носить на руках

    Azərbaycanca-rusca lüğət / öpmək

öpmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to kiss (d.), to give* a kiss (i.); bir kəsin dodaqlarından ~ to kiss smb.’s lips; bir kəsin yanağından ~ to kiss smb’s cheek; bir kəsin əlini / əlindən ~ to kiss smb.’s hand

    Azərbaycanca-ingiliscə lüğət / öpmək

öpmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. embrasser qn (à və ya sur) ; dodaqlarından ~ embrasser sur les lèvres ; hər iki yanağından ~ embrasser qn sur les deux joues ; kiminsə alnından ~ baiser au front de qn, déposer un baiser sur le front de qn

    Azərbaycanca-fransızca lüğət / öpmək

öpmək sözünün ləzgi dilinə tərcüməsi

öpmək sözünün türk dilinə tərcüməsi

"öpmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#öpmək nədir? #öpmək sözünün mənası #öpmək nə deməkdir? #öpmək sözünün izahı #öpmək sözünün yazılışı #öpmək necə yazılır? #öpmək sözünün düzgün yazılışı #öpmək leksik mənası #öpmək sözünün sinonimi #öpmək sözünün yaxın mənalı sözlər #öpmək sözünün əks mənası #öpmək sözünün etimologiyası #öpmək sözünün orfoqrafiyası #öpmək rusca #öpmək inglisça #öpmək fransızca #öpmək sözünün istifadəsi #sözlük