* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 20.56 |
2003 | •••••••••••••••••••• | 20.47 |
2004 | ••••••••••••••••• | 16.84 |
2005 | •••••••••••••••••• | 18.22 |
2006 | ••••••••••••• | 12.84 |
2007 | ••••••••••••••••••• | 18.82 |
2008 | •••••••••••••••• | 15.84 |
2009 | •••••••••••••• | 13.44 |
2010 | •••••••••••••• | 13.62 |
2011 | •••••••••••• | 11.41 |
2012 | •••••••••••••• | 13.68 |
2013 | •••••••• | 8.02 |
2014 | •••••••• | 8.07 |
2015 | •••••• | 5.78 |
2016 | ••••••• | 6.59 |
2017 | •••• | 4.06 |
2018 | •••••• | 5.24 |
2019 | ••••• | 4.59 |
2020 | •••••••• | 7.56 |
1 sif. 1. Həmişə yaşayan, heç bir vaxt ölməyən, yox olmayan; əbədi, həmişəlik. Xalq ölməzdir. – [Rizvan:] Ürəyimdə ölməz bir məhəbbət ilə ölümə gedirəm. Ə.Haqverdiyev. [Şiraslan düşünürdü:] Ölməz bir dastan yazmaq da qəhrəmanlıq kimi bir hünərdir. S.Rəhimov. 2. məc. Hər hansı bir məziyyətinə görə xalqın xatirəsindən silinməyən, unudulmayan; unudulmaz. Ölməz sənətkar. Ölməz ad qoyub getmək. – Səndəki gözəllik ölməz sənətdir; İnsanlar sənətə gəlir səcdəyə. N.Rəfibəyli.
Azərbaycan dilinin izahlı lüğəti / ölməz2 1. ÖLMƏZ (müxtəlif mənalarda) Azərbaycan, mənim eşsiz yurdum oy!.. Ölməz eşqim, içimdəki dərdim oy! (A.İldırım); ƏBƏDİ [Firəngiz:] Mənə elə gəlir ki, yazıçı hekayəsində xalqımızın müdrik fəlsəfəsini ümumiləşdirmişdi: mərdlik, qeyrət və sədaqət sıldırımlardan da atılsa ölməzdir, əbədidir! (B.Bayramov); CAVİD (kl.əd.) Dünyada varsa dövləti-cavid; olmaz sevib-sevilməyən ömründə bəxtiyar (H.Cavid); CAVİDANİ (kl.əd.) Cavidani yaşayış ləzzəti-ruhanidir (M.Hadi); LAYƏMUT (kl.əd.) Necə çiçək? Ürəyimdə olan xəyallar tək; Pıçıldasın qoy olar ruhi-layəmutun üçün (A.Səhhət). 2. ölməz bax unudulmaz
Azərbaycan dilinin sinonimlər lüğəti / ölməz2 прил. бессмертный: 1. вечно живущий, не подверженный смерти, не умирающий. Xalq ölməzdir народ бессмертен 2. перен. остающийся в памяти людей; незабываемый. Ölməz düha бессмертный гений, ölməz sənətkar бессмертный художник, ölməz irs бессмертное наследие, ölməz sənət əsərləri бессмертные произведения искусства, ölməz hünər бессмертный подвиг
Azərbaycanca-rusca lüğət / ölməz1 s. immortal, undying, unfading, deathless; ~ şöhrət deathless / immortal fame; ~ şərəf undying / unfading glory
Azərbaycanca-ingiliscə lüğət / ölməz1 прил. 1. рекьин тийир, гьамиша ччан алай, гьич са чӀавузни квахь тийир; эбеди; 2. пер. гьич рикӀелай алат тийир, рикӀелай тефир, гьамиша инсанрин рикӀера амукьдай (мес. сеняткар, тӀвар).
Azərbaycanca-ləzgicə lüğəti / ölməzhəmişə yaşayan; əbədi, həmişəlik.
Azərbaycan kişi adlarının izahlı lüğəti