ölmək sözü azərbaycan dilində

ölmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ölmək • 91.7782%
  • Ölmək • 6.5010%
  • ÖLMƏK • 1.7208%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ölmək hüququ
Ölmək hüququ — insanın öz həyatını sonlandırmaq və ya könüllü evtanaziyaya məruz qalmaq hüququ haqqında fikirlərə əsaslanan konsepsiya. Bu hüquqa görə, ölümcül xəstəliyi olan və ya yaşamaq arzusunda olmayan şəxslərə öz həyatlarını bitirməsinə, köməkli intihardan istifadə etməsinə və ya ömrü uzatmağa xidmət edən müalicədən imtina etməsinə icazə verilməlidir. Bu qərarı qəbul etmək səlahiyyətinin kimə məxsus olması çox zaman müzakirələrə səbəb olur. Bəzi müəlliflər və filosoflar, eləcə də Devid Benatar insanların həyatın keyfiyyətinə olan baxışlarının, həmçinin həyatın müsbət və mənfi tərəfləri arasındakı tarazlıq haqqında düşüncələrinin olduqca optimist olduğunu düşünür. Ölmək hüququ antinatalizm, kiminsə doğumu ilə əlaqədar təmsilçiliyin olmaması və kiminsə yaşamaq və ya ölmək seçimi ilə bağlı qərar qəbul etmək səlahiyyəti olan şəxsin inkar edilməsi şərtləri kimi hesab edilə bilər. Konsepsiyanın tərəfdarları ölmək hüququnu "bir kəsin bədəni və həyatı onun özünündür" və özünə uyğun gördüyü ilə bağlı sərəncam vermək azadlığı fikri ilə əlaqələndirirlər. Halbuki, irrasional intiharların qarşısını almağa çalışan legitim dövlət marağı bəzən mübahisələrə səbəb olur. Pilpel və Amsel yazır: Hinduizm ölümcül xəstəlikdən əziyyət çəkən və ya həyatda qalmaq üçün arzusu, istəyi və məsuliyyəti olmayan insanların ölmək hüququnu qəbul edir və qeyri-zorakı üsullarla - insanı aclıq həddinə çatdırmaqla ölümə icazə verir. Caynizmdə də eyni praktika var və santara adlanır. Digər dinlərin isə intihara yanaşması fərqlənir: onlar intiharı qınayır və ölmək hüququnu inkar edirlər.

ölmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Həyatı tərk etmək, vəfat etmək; keçinmək. …Evin kişisi bir neçə il bundan qabaq ölmüşdür. C.Məmmədquluzadə. Bir gün qoca bağban xəstələnib öldü. M.Hüseyn. // Qırılmaq, tələf olmaq, məhv olmaq (heyvanlar haqqında). Qışda xeyli mal-qara öldü. // Tələf olmaq, məhv olmaq (ağac, ot və s. haqqında). Şaxtadan güllər öldü. – Çiçəyi soluxub, otu öləndə; Qaçardı üstündən quşu, heyvanı. H.K.Sanılı. 2. məc. dan. Çox arzu etmək, can atmaq, çox istəmək, həsrətində olmaq. Oxumaq üçün ölür. 3. məc. Özündən qabaq gələn sözün ifadə etdiyi şeyin şiddətini, təsirini bildirir. Sancıdan ölmək. Acından ölmək. Gülməkdən ölmək. 4. Mən ölüm şəklində dan. – bir şeyi təkidli xahiş məqamında işlənir. Mən ölüm, tez gəl. Mən ölüm, bu işə qarışma. // Sən öl, sən öləsən, siz öləsiniz şəklində dan. – bir şeyə inandırmaq üçün işlənir: canın (canınız) üçün. [Məşədi İbad:] A kişi, sən öl, mən sənə; Nə qədər desən pul verərəm. Ü.Hacıbəyov. [Ata:] Siz öləsiniz, Arazda da heç belə nərilti olmazdı. S.Rəhimov. // …ölsün – and içmək, inandırmaq məqamında işlənir. [Hacı Qara:] Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. M.F.Axundzadə. [Səfi:] Bu canım ölsün ki, bularda bir kələk var, gedim görüm nə danışırlar. Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / ölmək

ölmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 keçinmək — gəbərmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / ölmək
  • 2 ÖLMƏK İki il keçməmişdi [Məmmədhəsən əminir] anası öldü (C.Məmmədquluzadə); ALLAH (TANRI) RƏHMƏTİNƏ GETMƏK (evf.) Ərz eləyim qulluğuva. Elə ki bizim pıxır qarı Allah rəhmətinə getdi, gördüm ki, dolana bilmirəm (N.Vəzirov); Binəva övrət xiffətindən naxoşluğa düşüb, bir neçə gün yatıb tanrı rəhmətinə getdi (Ə.Haqverdiyev); CANI AĞZINDAN ÇIXMAQ Səlim bəy: Toyuq yiyəsi də bir odun yarmadı böyründən, canı orada ağzından çıxdı (Ə.Haqverdiyev); CANI ÇIXMAQ (dan.) Bir də baxdım ki, bir nəfər qarabağlı xəncəri çəkib soxdu öz qarnına və o saat canı çıxdı (Ə.Haqverdiyev); CANINI ƏZRAYILA TAPŞIRMAQ Qılçaları qurumuş xan başının üstə polis paltosunu hiss etdikdə zəhərçak olub yerə yıxıldı və buradaca canını əzrayıla tapşırdı (Çəmənzəminli); CANINI QURBAN VERMƏK Azərbaycanlı sanitar Əhməd Heydərov adını bilmədiyi komandirin həyatını qoruyaraq öz canını qurban verdi (R.Rza); CANINI TAPŞIRMAQ Gövhərtac bihiss yıxılıb canını tapşırdı (Ə.Haqverdiyev); CANINI TƏSLİM ETMƏK ...İki dəqiqədən sonra canını təslim etdi (A.Şaiq); CƏHƏNNƏMƏ VASİL OLMAQ (vulq.) İkisi də qıl körpüsünün ortasına çatmamış uçub cəhənnəmə vasil oldu (Çəmənzəminli); DÜNYADAN GETMƏK/KÖÇMƏK Köçdü bu dünyadan sevimli Vahid; O, qəzəl mülkünün son hakimiydi (M.Rahim); ƏBƏDİ YUXUYA GETMƏK (evf.) Əbədi yuxuya getdi bir anda; Güllərin üstünə şehlər çiləndi (B.Vahabzadə); GƏBƏRMƏK (vulq., dan.) Qaravənd, Göytəpə, Eyvazxanbəyli... Xındınstan bəylərindən bir çoxu susuz çöllərdə gəbərdi (Ə.Vəliyev); GORBAGOR OLMAQ (loru söz) Padşah: Bu gün-sabah gorbagor olacaq (Anar); HƏLAK OLMAQ Mayor cəbhədə həlak olub (X.Hasilova); HƏMİŞƏLİK (ƏBƏDİ) GÖZLƏRİNİ YUMMAQ (evf.) Bu sözlə köynəyi bağrına basmış, həmişəlik gözlərini yummuşdu (Ə.Haqverdiyev); HƏYATA VİDA ETMƏK (evf.) Dursunun gəncliyinin ən azğın çağında atası Haqverdi bütün sərvətini ona buraxıb, həyata vida etdi (A.Şaiq); HƏYATINI BİTİRMƏK İsmət xanım... ölümün ağır pəncələri altında didilərək dərin bir köks çəkməsi ilə həyatım bitirdi (S.S.Axundov); KEÇİNMƏK Amma o, günahını başa düşməyib xərəkdəcə keçindi (Ç.Hüseynov); KÖÇMƏK Köçdü, heyf oldu, gözəl; Vaqif dəxi düşməz ələ (M.P.Vaqif); QIRILMAQ Süleyman Əfəndi: Hamısı qırıldı, hamısı dağıldı, öz gözümlə gördüm (Ə.Haqverdiyev); MƏHV OLMAQ Berlinin ağzındakı son döyüşlərdən birində qərargahın yanında bomba partladı, binanı uçurub yerlə yeksan etdi, üç zabit məhv oldu... (M.İbrahimov); MƏRHUM OLMAQ Sultan bəy: Mənim də arvadım budur beş ildir ki, mərhum olubdur (Ü.Hacıbəyov); ÖMRÜNÜ BAĞIŞLAMAQ Anası onun iki ay qüssəsini eləyib, axırı bir dərdə mübtəla oldu və ömrünü bağışladı (C.Məmmədquluzadə); ÖMRÜNÜ BAŞA VURMAQ (evf.) Mürvət qarı: Cavanşir isə Rusiyadan, Qafqazdan gəlib ömrünü bizim torpaqda başa vurdu (H.Abbaszadə); ÖMRÜNÜ BİTİRMƏK Şair var ki, ömrünü; Başlamamış bitirdi (Ə.Kərim); RAHATLIĞA GETMƏK (məc.) Mirzə Mahmud: Dirilməkdən ləzzət görmədim. Rahatlığa gedirəm. Mənim ölümümdə heç kəs müqəssir tutulmamalıdır (Çəmənzəminli); RƏHMƏTƏ GETMƏK Malik: Atamın adı Səid idi. Bir neçə ildir ki, rəhmətə gedib (A.Şaiq); TƏLƏF OLMAQ Ürəyimə damıb ki, oğlum tələf olmayıb (S.Rüstəm); VƏFAT ETMƏK/ELƏMƏK Altı ay xəstəxanada yatıb kişi vəfat etdi (M.İbrahimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ölmək

ölmək sözünün antonimləri (əks mənalı sözlər)

ölmək sözünün rus dilinə tərcüməsi

  • 1 умереть, скончаться, падать, пасть

    Azərbaycanca-rusca lüğət / ölmək
  • 2 глаг. 1. умирать, умереть: 1) перестать жить, стать мертвым. Ağır xəstəlikdən ölmək умереть от тяжёлой болезни, aldığı yaralardan ölmək умереть от полученных ран, qan itkisindən ölmək умереть от потери крови, … yaşında ölmək умереть в возрасте … лет (года), cavan (ikən) ölmək умереть молодым, qürbətdə ölmək умереть на чужбине, öz əcəli ilə ölmək умереть своей (естественной) смертью 2) за кого-л., что-л. погибнуть, защищая, отстаивая что-л. Vətən uğrunda ölmək умереть за Родину, azadlıq uğrunda ölmək умереть за свободу, haqq işi uğrunda ölmək умереть за правое дело 3) изнемогать под действием сильных ощущений, чувств, страстей. Acından ölmək умирать с голоду, susuzluqdan ölmək умирать от жажды, yorğunluqdan ölmək умирать от усталости, gülməkdən ölmək умирать со смеху; utandığından ölmək умирать от стыда, qüssədən ölmək умирать от тоски 4) сильно желать, жаждать чего-л. Oxumaq üçün ölür страстно жаждет (хочет) учиться, işləməkdən ötrü ölür горит желанием работать (страсть как хочет работать) 2. пасть, погибнуть. Döyüş meydanında ölmək пасть на поле боя, düşmən əlindən ölmək погибнуть от руки врага 3. падать, пасть, дохнуть (о животных) 4. перен. гибнуть, погибать, погибнуть (о растениях) ◊ mən ölüm! очень прошу! ради меня! (выражает настоятельную просьбу). Mən ölüm, tez-tez gəlin прошу, приходите почаще; mən ölüm, ona toxunmayın прошу, не трогайте его; özüm ölüm клянусь собой, жизнью. Özüm ölüm gələcəyəm клянусь, приду; sən öl клянусь тобой (твоим здоровьем); sən öləsən: 1. клянусь тобой; 2. ирон. жди, дождёшься; siz öləsiniz: 1. клянусь вами; 2. ждите, дождётесь от меня; öləsən də хоть умри; bir gün yaranan bir gün ölməlidir все люди смертны, öldü var, döndü yoxdur со щитом или на щите; ya ölərəm, ya qalaram либо с жизнью расстанусь, либо жив останусь; igid ölər, adı qalar, müxənnətin nəyi qalar погиб молодец – славу оставил, умер скупец – что он оставил? Qorxaq gündə min dəfə ölər, cəsur isə ömründə bircə dəfə трус умирает тысячу раз, а герой – только однажды; ölmə, eşşəyim, ölmə, yaz açılar (gələr) yonca bitər погоди, сивка, зима пройдёт, весна придёт, снег сойдёт, что посеяно взойдёт; ayaqlarının altında ölüm умоляю тебя (выражает настоятельную просьбу, мольбу); Allah, sən məni öldür! убей меня Бог! olacaqla ölməyə çarə yoxdur от судьбы не уйдёшь

    Azərbaycanca-rusca lüğət / ölmək

ölmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to die; to fade, to wither, to lose* freshness; to suffer great grief or anxiety; to pass away, to be* dead; (hiss və s.) to die away / off / down; (xəstəlikdən, qocalıqdan) to die (of); (bir şey üçün) to die for; O ölür He / She is dying; O öldü He / She is dead, He / She is gone; təbii ölümlə ~ to die a natural death; əldə ~ to die a violent death; qəhrəman kimi ~ to die the death of a hero; vaxtsız ~ to die prematurely, to pass away prematurely; qəfildən ~ to die suddenly; acından ~ to die of starvation / hunger, to starve to death; gülməkdən ~ to die of / with laughing; kədərdən ~ to be* bored to death; ◊ Adam bir dəfə ölər ≅ A man can die but once; bir şey üçün ~ (çox istəmək) to die for smth.

    Azərbaycanca-ingiliscə lüğət / ölmək

ölmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. mourir vi (ê)(xəstəlikdən, qocalıqdan və s) ; décéder vi (rəsmi üıluba aid) ; tourner vi de l’oeil fam ; éteindre (s’)(sönüb getmək) ; expirer vi (son nəfəsini vermək) ; périr vi (məhv olmaq) ; rendre l’âme, rendre le dernier soupir, rendre l’esprit ; trépasser vi ; succomber vi ; crever vi, casser sa pipe fam ; O öldü il est mort (elle est morte), il (elle) n’est plus, il (elle) a passé ; O cavan öldü il (elle) est mort (e) jeune ; xəstə öldü le malade a succombé ; o qollarım arasında öldü (can verdi) il a expiré dans mes bras ; qəfldən ~ mourir subitement ; öz əcəli ilə ~ mourir vi (ê) de sa mort naturelle, mourir vi (ê) de sa belle mort ; vətən üçün ~ mourir vi (ê) pour la patrie ; qəhrəman kimi ~ mourir vi (ê) en héros ; gülməkdən ~ mourir vi (ê) de rire

    Azərbaycanca-fransızca lüğət / ölmək

ölmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кьин, рекьин; // гиликьун, телеф хьун, къирмиш хьун (гьайванрин гьакъинда); // пуч хьун, терг хьун (ттар, векь, хъач ва мс.); 2. пер. рах. кьин; гзаф кӀан хьун, вил хьун, гьасретда хьун; acından ölmək гишила кьин; 3. mən ölüm рах. ви (бубад) сивиз кьий манада; // sən öl, sən öləsən, siz öləsiniz рах. ччан кьий (са затӀунал чӀалахъарун манада).

    Azərbaycanca-ləzgicə lüğəti / ölmək

ölmək sözünün türk dilinə tərcüməsi

"ölmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ölmək nədir? #ölmək sözünün mənası #ölmək nə deməkdir? #ölmək sözünün izahı #ölmək sözünün yazılışı #ölmək necə yazılır? #ölmək sözünün düzgün yazılışı #ölmək leksik mənası #ölmək sözünün sinonimi #ölmək sözünün yaxın mənalı sözlər #ölmək sözünün əks mənası #ölmək sözünün etimologiyası #ölmək sözünün orfoqrafiyası #ölmək rusca #ölmək inglisça #ölmək fransızca #ölmək sözünün istifadəsi #sözlük