Veronika ölməyə qərar verir
Veronika ölməyə qərar verir (port. Veronika Decide Morrer) - Paulo Koelyo tərəfindən 1998-ci ildə nəşr etdirilmiş romandır. Romanda 24 yaşlı sloveniyalı qız Veronikanın həyatından bəhs olunur. İstədiyi hər şeyi əldə etmiş Veronika ölməyə qərar verir. Əsərdə qismən Koelyonun şəxsi ruhi xəstəxana təcrübəsi (Xuan Arias tərəfindən yazılmış “Pilqrimin etirafları” adlı bioqrafiyaya baxın) və hissləri təsvir olunmuşdur. Əsərin ümumi ideyası budur ki, “kütləvi dəlilik ağlı başında olma adlandırılır.”
“Veronika ölməyə qərar verir” bir neçə dəfə müxtəlif ölkələrdə teatrlarda səhnələşdirilmiş, həmçinin roman əsasında film çəkilmişdir.
Bu roman, "Rio-Pyedranın sahilində oturdum və ağladım" və "Şeytan və senyorita Prim" romanları ilə birlikdə yazıçının "Və yeddinci gün" trilogiyasına daxildir.
Veronika Sloveniyanın Lyublyana şəhərində yaşayan gənc və gözəl sloveniyalı qızdır, onun yaxşı həyatı olsa da, həyatda arzuladığı hər şeyi əldə etdiyini düşündüyünə görə sakitləşdirici dərman içərək özünü öldürmək qərarına gəlir. Ölümünü gözləyərkən o, otağında olan jurnalı oxumaq qərarını verir.
Jurnalda “Sloveniya harda yerləşir?” başlıqlı məqaləni gördükdən sonra, jurnalın nəşriyyata məktub yazmaq qərarı verən Veronika sui-qəsdinə haqq qazandıraraq insanların Sloveniyanın hara yerləşməsindən xəbərsiz olmasına qəzəbləndiyini bildirir.