OPEK sözü azərbaycan dilində

OPEK

Yazılış

  • OPEK • 99.7168%
  • opek • 0.0944%
  • Opek • 0.0944%
  • OPEk • 0.0944%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
OPEK
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Aleksandr Opekuşin
Aleksandr Mixayloviç Opekuşin (ing. Alexander Mikhailovich Opekushin: rus. Александр Михайлович Опекушин; d. 28 noyabr, 1838 – ö. 4 mart, 1923) — rus heykəltəraşı. Peterburq Rəssamlıq Akademiyasının həqiqi üzvü (1895), == Həyatı == == Yaradıcılığı == Təhkimli kəndli oğlu olan Aleksandr Opekuşin "Rusiyanən minilliyi" abidəsinin (Novqorod, açılışı 1862) və II Yeketerenanın heykəlinin (Peterburq, açılışı 1873) yaradılmasında iştirak etmişdir. A.S.Puşkinin Moskvadakı heykəli (tunc, açılışı 1880) Aleksandr Opekuşinin ən görkəmli və məşhur əsəridir. Aleksandr Opekuşin həmçinin A.S.Puşkinin Peterburqdakı (açılışı 1884), M.Y.Lermantovun Pyatiqorskdakı (açılışı 1889) abidələrinin müəllifidir. Aleksandr Opekuşin "II Yeketerina" (tunc) fiquru Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyindədir. == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983.

Oxşar sözlər

#opek nədir? #opek sözünün mənası #opek nə deməkdir? #opek sözünün izahı #opek sözünün yazılışı #opek necə yazılır? #opek sözünün düzgün yazılışı #opek leksik mənası #opek sözünün sinonimi #opek sözünün yaxın mənalı sözlər #opek sözünün əks mənası #opek sözünün etimologiyası #opek sözünün orfoqrafiyası #opek rusca #opek inglisça #opek fransızca #opek sözünün istifadəsi #sözlük