Opus sözü azərbaycan dilində

Opus

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Opus • 68.2927%
  • opus • 19.5122%
  • OPUS • 12.1951%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Opus
Opus — ayrı-ayrı musiqi əsərinin işarə olunması. Bununla bəstəkarlar yaratdıqları hər bir əsəri ardıcıllıqla nömrələyirlər.
Magnum opus
Magnum opus (lat. böyük iş) — yazıçının, rəssamın və ya bəstəkarın ən yaxşı, ən iddialı əsəri belə adlandırılır. Əlkimyada fəaliyyətin ən son nöqtəsi, yekunu-fəlsəfə daşının və həyat eliksirinin hazırlanması da bu anlayışla adlandırılır.
Opus Dei
Latın dilindən tərcümədə "Tanrı işi" mənasını ifadə edən bu təşkilat Roma Katolik Kilsəsinin prelaturasıdır (Katolik kilsəsində yüksək ruhani təbəqə). Opus Dei 1928-ci ildə Madriddə ispan keşişi Xosemariya Eskriva de Balaqer (1902–1975) tərəfindən yaradılmış, Katolik kilsəsinin nəzdində dünyəvi və dini təlim kimi meydana gəlmişdir. Məqsədi Papa ensiklikinə (Roma Papasının siyasət, din, əxlaq və s. məsələlərə dair bütün katoliklərə müraciəti) müvafiq cəmiyyət formalaşdırmaqdan ibarət olan bu təşkilat öz planlarını reallaşdırmaq üçün üzvlərini hökumət orqanlarında yerləşdirir, siyasi və iqtisadi sahələrdə nüfuz sahibi insanları sıralarına cəlb edirdi. İlkin dövrlərdə Opus Deinin təbliğ etdiyi ideyalar fəhlələr və tələbələr tərəfindən rəğbətlə qarşılanmışdır. 1930-cu ildə təşkilatın qadın bölməsi də yaradılmışdır. 1942-ci ildə Opus Deini Papa XII Piem "Provida Mater Ecclesia" konstitusiyası ilə təsdiqləmişdir. 1946-cı ildə isə keşiş Eskriva de Blaqer təşkilatın mərkəzini Romaya köçürmüşdür. 1931-ci ildə İspaniya respublika olduqdan sonra Opus Dei İspaniyanın mühafizəkar katolik dairəsini öz ətrafında birləşdirmişdir. Franko tərəfdarlarının qələbəsindən sonra isə təşkilat İspaniyada daha geniş yayılmışdır.
Bəstəkar Qara Qarayev. Opus-78 (film, 1979)
Bəstəkar Qara Qarayev. Opus-78 qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film zəmanəmizin böyük bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin Moskvada tamaşaya qoyulmuş "Coşğun Qaskoniyalı" müzikli haqqındadır. == Məzmun == Film zəmanəmizin böyük bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin Moskvada tamaşaya qoyulmuş "Coşğun Qaskoniyalı" müzikli haqqındadır. Rostanın "Sirano de Berjerak" pyesinin motivləri üzrə bəstəkar Qara Qarayev 1973-cü ildə "Coşğun Qaskoniyalı" müziklini yazmış və bu əsər Moskvanın operetta teatrında böyük uğurla tamaşaya qoyulmuşdur. Tamaşa günü dahi bəstəkarın sevincinin həddi-hüdudu yox idi. O, kamera qarşısında dayanıb operettanın yaranma tarixindən danışır.Filmdə tamaşaya gələnlər və yaradıcı heyətin üzvləri də əsər haqqında öz fikirlərini bölüşür, rejissor Y.Petrov, baş rolun ifaçısı Tatyana Şmıqa müsahibə verirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.68
2011 •••••••• 0.26
2012 •••••••••••••••• 0.52
2013 ••••••••••••• 0.44
2018 ••••• 0.15

Oxşar sözlər

#opus nədir? #opus sözünün mənası #opus nə deməkdir? #opus sözünün izahı #opus sözünün yazılışı #opus necə yazılır? #opus sözünün düzgün yazılışı #opus leksik mənası #opus sözünün sinonimi #opus sözünün yaxın mənalı sözlər #opus sözünün əks mənası #opus sözünün etimologiyası #opus sözünün orfoqrafiyası #opus rusca #opus inglisça #opus fransızca #opus sözünün istifadəsi #sözlük