* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Əylənmək və vaxt keçirmək üçün bir neçə adam (əsasən uşaq) arasında icra olunan müxtəlif növlü əyləncə, məşğələ. Qaçdı-tutdu oyunu. Gəlin-gəlin oyunu. – Belə maraqlı oyunlardan biri də xalq arasında kosaldıqaç (kos aldın qaç) adı ilə məşhur olan oyundur. H.Sarabski. 2. Müəyyən qayda, üsul və şərtlərlə icra edilən idman məşğələsi, idman növü. Şahmat oyunu. Basketbol oyunu. – Zorxanaya kim yazılsaydı, gərək hər gün oyuna gələydi. H.Sarabski. □ Oyun kağızı – kart, qumar kağızı. Hənirtisiz ora yaxınlaşan Veys tez əyilib, oyun kağızlarından bir topa götürdü… Ə.Əbülhəsən. // Görüş, yarış, matç. Rəqib komandaların oyunu. Oyun saat 6-da başlanır. 3. Rəqs. Oyun havası. Vağzalı. oyunu. – Oyuna tək girən oğlan … gözaltı elədiyi qızın qabağına yeriyir, … onu oyuna dəvət edir. B.Bayramov. 4. məc. Hoqqa, kələk, fənd, fırıldaq, hiylə. [İkinci kəndli:] Bu qədər oyun olmaz ki, Səfər bəy bizim başımıza gətirir. B.Talıblı. Səba xanım başladığı oyunun müsbət nəticə verəcəyinə ümid bəsləmirdi. M.S.Ordubadi. 5. Müəyyən rolu oynama, ifa eləmə. Artistin oyunu tamaşaçıların xoşuna gəldi. ◊ Oyun tutmaq – bax başına oyun gətirmək (“baş”da). [Ağa Həsən:] Yaxşı, sənə mən bir oyun tutum ki, tamam dastanlarda deyilsin. M.F.Axundzadə. [Ələsgər:] And olsun Allaha, sənə bir oyun tutacağam ki, atanın toyu yadına düşə. Ə.Haqverdiyev. Oyun çıxar(t)maq – 1) hoqqa çıxarmaq, gülməli hərəkətlər etmək (atılıb-düşmək, hoppanmaq və s.). [Təlxək] üzünə dəridən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. H.Sarabski. [Təlxək] başlayır oyun çıxarmağa, gülməsək də, bir az kefimiz açılır. S.Rəhman; 2) məc. bir işlə qeyri-ciddi məşğul olmaq, zarafata salmaq. Oyun çıxar( t)ma, işinə fikir ver! Başına oyun açmaq – bax baş. Başına oyun gətirmək – bax baş.
Azərbaycan dilinin izahlı lüğəti / oyun1 1. игра; 2. пляска, танец; 3. представление (театральное); 4. перен. проделка, шутка, затея;
Azərbaycanca-rusca lüğət / oyun2 I сущ. 1. игра: 1) занятие для забавы, развлечение 2) деятельность, занятие детей. Gəlin-gəlin oyunu игра в куклы; qaçdı-tutdu oyunu игра в ловитки, uşaq oyunu детская игра 3) занятие, обусловленное совокупностью определенных правил, приемов, часто являющееся видом спорта. İdman oyunları спортивные игры, şahmat oyunu шахматная играя (игра в шахматы), növbəti oyunlar очередные игры, oyun qaydaları правила игры, oyun üslubu стиль игры 4) исполнение сценической роли. Aktyorun oyunu игра актера 5) преднамеренный ряд действий, преследующий определенную цель; интриги, тайные замыслы. Siyasi oyun политическая игра 2. разг. танец 3. спорт. партия, встреча, матч (в игре). Oyunu davam etdirmə доигрывание партии, oyunu uduzmaq проиграть матч, oyunu udmaq выиграть матч II прил. 1. игровой. Oyun meydançası игровое поле, oyun üstünlüyü игровое преимущество 2. игральный. Oyun kartları игральные карты 3. танцевальный. Oyun havası танцевальная мелодия; oyunlar nəzəriyyəsi теория игр (раздел математики); Olimpiya oyunları Олимпийские игры (международные спортивные соревнования, проводящиеся раз в четыре года) ◊ oyun çıxarmaq откалывать, выкидывать номер (штуку); oyuna düşmək попасть в переплет; oyun oynamaq играть (ломать) комедию; oyun tutmaq kimə давать духу (жару) к ому; başına oyun açmaq kimin задать жару кому; oyunlardan çıxıb (он) видал виды
Azərbaycanca-rusca lüğət / oyun1 i. 1. (müxt. mənalarda) play; 2. (aktyor oyunu) act, performance; 3. game; otaq ~u (uşaqlar üçün) indoor games, (böyüklər üçün) society games; Olimpiya ~ları Olympic Games; çöl ~ları outdoor games; ◊ söz ~u play on words, pun; 4. dance, dancing; 5. məc. trick, prank, joke; ~ açmaq to play pranks, to be* up to mischief; ~ çıxartmaq to play a trick on smb., to play a practical joke upon smb.; to spring* a surprise; Nə oyun çıxarıbsan? What have you done? / What a mess you have made!
Azərbaycanca-ingiliscə lüğət / oyun1 is. 1) jeu m ; partie f ; qumar ~u jeu de hasard ; uşaq ~ları jeux m pl d’enfants ; otaq ~ları petits jeux ; təbiətin ~u jeu de la nature ◊ söz ~u jeu de mots ; birja ~u jeu de bourse ; Olimpiya ~ları Jeux m pl Olympiques ; 2) danse f ; 3) représentation f (teatrda) ◊ ~ çıxarmaq jouer un tour à qn
Azərbaycanca-fransızca lüğət / oyun1 сущ. 1. къугъун; şahmat oyunu шахмат къугъун; oyun kağızı (къумар) къугъвадай ччарар, картар; // акъажун, матч; 2. кьуьл, кьуьлун; oyun havası кьуьлдай макьам; 3. пер. кьуьруьк, гьилле, фенд; 4. ролуна къугъун, роль тамамарун; ** oyun çıxar(t)maq а) кьуьруькар акъудун, квасавал авун, хъуьредай амалар авун; б) пер. са кардив гьакӀ винелай эгечӀун, зарафатдал вегьин; başına oyun açmaq кил. baş; başına oyun gətirmək кил. baş.
Azərbaycanca-ləzgicə lüğəti / oyun