Onlayn oyunlarda səsli söhbət
Səsli söhbət — VoIP texnologiyaları vasitəsilə telekommunikasiya. Çoxnəfərli oyunlarda oyunçular arasında daxili əlaqə (ing. Intercom) vasitəsi kimi istifadə edilir. VoIP funksiyası bəzi oyunlarda sistemdəki kommunikasiya sistemi və ya üçüncü tərəf söhbət proqramı olaraq quraşdırıla bilər.
Video oyunlarda səsli söhbət videooyun konsollarının altıncı nəslindən olan Seganın Dreamcast konsolu ilə başladı. Seaman və Alien Front Online Dreamcast daxil olmaqla bəzi oyunlar SegaNet-ə aktiv abunə olmağı tələb etməsinə baxmayaraq səsli söhbət funksiyasına daxil edilmişdir.
2001-ci ildə Sony qulaqlıq ilə səsli söhbət etməyə imkan verən PlayStation 2 video oyun konsolu üçün Şəbəkə Adapterini buraxdı. 2002-ci ildə Microsoft səsli söhbət üçün dəstək funksiyası olan Xbox Live xidmətini istifadəyə verdi. Daha sonra Microsoft bütün Xbox Live konsol oyun tərtibatçılarından səsli söhbət funksiyasını öz oyunlarına inteqrasiya etməyi tələb etdi və Xbox Live pərakəndə satış bölməsi ilə mikrofon və qulaqlıq satmağa başladı. 2005-ci ildə Nintendo həm Nintendo DS, həm də Wii üçün onlayn multiplayer xidməti olan Nintendo Wi-Fi Connection-u yayımladı.