Oyunları sözü azərbaycan dilində

Oyunları

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Oyunları • 60.9425%
  • oyunları • 39.0420%
  • OYUNLARI • 0.0156%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aclıq Oyunları
Aclıq Oyunları — ABŞ yazıçısı Suzanna Kolins tərəfindən yazılan 2008-ci ilin elmi-fantastik roman. Əsərdə hadisələr uzaq gələcəkdə, Cənubi Amerikada qiyamətdən sonra qurulan antiutopiya ölkəsi Panemdə yaşayan 16 yaşlı Ketnis Everdininin ağzından danışılır. Ölkədəki siyasi nəzarəti yüksək inkişaf etmiş Kapitoliya idarə edir. Aclıq Oyunları hər il Panemi əhatə edən 12 mahaldan seçilmiş 12-18 yaş arası bir qız və oğlanın ölümlə mübarizə apardıqları televiziya proqramıdır. Roman bir çox yazıçılardan (məsələn, Stefan Kinq, Stefani Mayer, Con Qrin və s.) rəğbət görmüşdür. Bəzi tənqidçilər Kolinsin romanı ilə Kouşun Takaminin "Şahanə Döyüş" (1999) əsərinə oxşarlıqlar olduğunu bildirsə də hekayə və obrazlar bəyənilmişdir. Kolins kitabı yazarkən Yunan mifologiyasından, Romadakı qladiator döyüşlərindən və şou proqramlardan ilham almışdır. Roman Kaliforniya Gənc Oxucu Medalı daxil olmaqla bir çox mükafata layiq görülmüş, 2008-ci ildə "Publishers Weekly" tərəfindən ilin ən yaxşı kitablarından biri seçilmişdir. Aclıq Oyunları ilk dəfə 14 sentyabr 2008-ci ildə Tim O'Brayenin hazırladığı üz qabığıyla "Scholastic" nəşriyyatı tərəfindən təqdim olunmuşdur. 200.000-lik ilkin nəşrdən sonra 2010-cu ilin fevralına qədər 800.000 nüsxəsi satılmış, 26 dilə tərcümə olunmuş və çap hüququ alaraq 38 ölkədə nəşr olunmuşdur.
Afrika Oyunları
Afrika Oyunları — Afrika qitəsi üçün təşkil olunan çoxnövlü idman yarışları. Bu oyunlarda ancaq Afrika ölkələrinin iştirakı mütləqdir. == Haqqında == Afrika oyunları Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir. 1965–2003-cü illərdə Afrika oyunları 8 dəfə keçirilmişdir: 1965 (Brazzavil, Konqo), 1973 (Laaqos (Nigeriya), 1978 (Əlcəzair şəhəri, Əlcəzair), 1987 (Nayribi, Keniya), 1989 (Yohannesburq, CAR), 1991 (Qahirə, Misir), 1995 (Harare, Zimbabve), 2003 (Abuca, Nigeriya). Əsas idman növləri futbol, basketbol, voleybol, həndbol, boks, yüngül atletika, tennis, velosiped idmanı, güləş və üzgüçülükdür. == Medalçılar == İndiyədək 10 dəfə təşkil edilən Afrika Oyunlarında 48 ölkə medal qazanmışdır. Onların içində ən yaxşı nəticəni böyük fərqlə Misir olimpiyaçıları göstərmişdilər. 1145 medal qazanan bu ölkənin 463 qızıl, 342 gümüş, 340 ədəd də bürünc medalı vardır. Onların ən yaxın izləyiciləri isə Nigeriyadır. Nigeriyanın aktivində 334 qızıl, 305 gümüş, 295 bürünc medal olmaqla 934 medalı var.
Asiya Oyunları
Asiya Oyunları — Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə, Asiya Olimpiya Komitəsinin isə birbaşa təşkilatçılığı ilə keçirilən çox idman növlü tədbir. Bir növ Yay Olimpiya Oyunlarının Asiya qitəsi üçün olan yarışlarıdır. Yarışlar ilk dəfə 1951-ci ildə Hindistanda, Yeni Dehli şəhərində keçirilmişdi. == Turnirin arxivi == == Ən dəyərli oyunçular == Samsung Group şirkətinin spornsorluğu ilə 1998-ci ildən "Asiya Oyunlarının Ən Dəyərli Oyunçusu" seçilir.
Avropa Oyunları
Avropa Oyunları (ing. European Games) — 2015-ci ildən etibarən hər dörd ildən bir baş tutan idman yarışları. Avropa Olimpiya Komitələrinin nəzarəti altında Avropa qitəsinin idmançıları arasında regional beynəlxalq idman yarışlarıdır. İlk Avropa Oyunları 2015-ci il 12-28 iyun tarixlərində Bakıda keçirilmişdir. == Avropa Oyunları == == İdman növləri == Siyahıda Avropa Oyunlarının proqramına daxil edilmiş idman növləri qeyd olunur. 2015-ci ilin oyunlarının rəsmi saytına əsasən, bu il yarışlar 30 idman növü üzrə keçirilib.
Azərbaycan Oyunları
Bu səhifədə Azərbaycan oyunlarının siyahısı verilmişdir.
Birlik Oyunları
Birlik Oyunları (ing. Commonwealth Games) — Millətlər Birliyi arasında keçirilən idman oyunları. == Oyunun buraxılışları == Qeydlər1Daxil olunub 3 komanda idmanı 2Daxil olunub 4 komanda idmanı === Ümumi qalib olan ölkələr === Rekord (*)Qeydlər* 1911-ci ildə Londonda keçirilən İnter-İmperiya Oyunları hazırkı Birlik Oyunlarının sələfi sayılır.**Böyük Britaniya oyunlarda ayrılmış ölkələr, Britaniya dəniz əraziləri və Taxt-tac əraziləri kimi iştirak edir.
Döyüş oyunları
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Frankofoniya Oyunları
Frankofoniya Oyunları — Beynəlxalq Frankofoniya Təşkilatının keçirdiyi idman yarışı. Yarışa yalnız fransızca danışan ölkələrin idmançıları qatılırlar. Onlar əsasən Fransanın keçmiş koloniyalarındandırlar. == Tarixi == Frankofoniya Oyunları 1989-cu ildən keçirilir.
Hera oyunları
Hera oyunları və ya Herayi (q.yun. Ηραία) — Hera ilahəsinin şərəfinə keçirilən qədim yunan bayramı və qızlar arasında qaçış yarışması. Olimpiya oyunlarından bir ay sonra, hər 4 ildən bir keçirilirdi.
Kompüter oyunları
Videooyun, həmçinin video oyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur. Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də notbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur.
Olimpiya Oyunları
Olimpiya oyunları — Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir . Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. == Mahiyyəti == Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı. Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı.
Paralimpiya Oyunları
== Tarixi == Dünyada Paralimpiya Hərəkatının tarixi Böyük Britaniyanın Elsberri şəhərindəki Stok Mandevil xəstəxanasının neyrocərrahı Lüdviq Qoutmanın təşəbbüsü ilə 1948-ci ildə Londonda, Olimpiya Oyunlarınının açılış mərasimi zamanı ilk dəfə kolyaskalı əlillər arasında Böyük Britaniyanın 1-ci milli yarışlarının keçirilməsi ilə hesablanır. 1960-cı ildə Romada keçirilən 1-ci Paralimpiya Oyunlarında 23 ölkənin 400 idmançısı iştirak etmişdir. 1988-ci il Seul Yay Oyunlarından və 1992-ci il Albervil Qış Oyunlarından başlayaraq Paralimpiya Oyunları, Olimpiya Oyunları ilə eyni yerdə və eyni ildə keçirilməyə başlamışdır. 2000-ci il XII Sidney 11-ci Yay Paralimpiya Oyunlarında 127 ölkədən 4000 idmançı altı əlillik qrupunda, 18 idman növündə təmsil olunmuşdu. Bu Beynəlxalq Paralimpiya Hərəkatı tarixində rekord göstərici idi.
Taxt oyunları
Taxt-tac oyunları (teleserial, 2011)
Panerməni Oyunları
Pan-Erməni oyunları (ing. Pan-Armenian Games) - Ermənistan və Erməni diasporu tərəfindən 2 ildən bir keçirilən idman yarışları. Məqsəd dünyada yaşayan erməniləri idman yarışı vasitəsi bir araya toplamaqdır. Yarışlarda Qarabağda yaşayan ermənilər və diaspor erməniləri fəal iştirak edir.
1989 Frankofoniya Oyunları
1989 Frankofoniya Oyunları (fr. Iers Jeux de la Francophonie) — 1989-cu ilin 8–22 iyul tarixləri arasında Mərakeşin Kasablanka və Rabat şəhərlərində keçirilmiş ilk Frankofoniya Oyunları. Bu oyunlarda 39 ölkədən 1700 atlet iştirak etmişdir.
1994 Frankofoniya Oyunları
1994 Frankofoniya Oyunları (fr. IIes Jeux de la Francophonie) — 1994-cü ilin 5–13 iyul tarixləri arasında Fransanın Paris şəhərində keçirilmiş ikinci Frankofoniya Oyunları. Bu oyunlarda 45 ölkədən 2700 atlet iştirak etmişdir.
1997 Frankofoniya Oyunları
1997 Frankofoniya Oyunları (fr. IIIes Jeux de la Francophonie) — 1997-ci ilin 27 avqust – 6 sentyabr tarixləri arasında Madaqaskarın Antananarivu şəhərində keçirilmiş üçüncü Frankofoniya Oyunları. Bu oyunlarda 38 ölkədən 2300 atlet iştirak etmişdir.
2013 Frankofoniya Oyunları
2013 Frankofoniya Oyunları (fr. VIIèmes Jeux de la Francophonie) — 2013-cü ilin 6–15 sentyabr tarixləri arasında Fransanın Nitsa şəhərində keçirilmiş yeddinci Frankofoniya Oyunları. Bu oyunlarda 54 ölkədən 2700 atlet iştirak etmişdir.
2015 Avropa Oyunları
2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb.
2015 Olimpiya Oyunları
2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb.
2017 Frankofoniya Oyunları
2017 Frankofoniya Oyunları (fr. VIIIèmes Jeux de la Francophonie) — 2017-ci ilin 21–30 iyul tarixləri arasında Kot-d'İvuarın Abican şəhərində keçiriləcək səkkizinci Frankofoniya Oyunları. == Medal cədvəli == Final medal cədvəli aşağıdakı kimidir.
2019 Avropa Oyunları
2019 Avropa Oyunları — Avropa Oyunlarının ikincisidir, 2020-ci ilin iyun ayında Rusiyada keçirilməsi təklif edilmişdir. II Avropa Oyunları - 2019-cu ildə Belorus paytaxtı Minsk keçiriləcək. Qərar 21 oktyabr 2016-cı il tarixində Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında qərar verilib. 50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.
Aralıq dənizi Oyunları
Aralıq dənizi Oyunları (ing. Mediterranean Games) və ya Aralıq dənizi hövzəsi ölkələrinin olimpiadası — adından da məlum olduğu kimi Aralıq dənizi hövzəsi ölkələrinin idmançılarının bir çox idman növündə yarışdığı çox idman növlü tədbir. Aralıq dənizi Oyunları ilk dəfə 1948 Yay Olimpiya Oyunları zamanı Beynəlxalq Olimpiya Komitəsinin o zamankı prezidenti Məhəmməd Tahir Paşanın təklifi ilə müzakirəyə qoyulmuşdur. Aralıq dənizinin hövzəsində yerləşən ölkələr bu təkliflə razılaşdığından Beynəlxalq Aralıq dənizi Oyunları Komitəsi yaradıldı. Mərkəzi Afinada yerləşdirilən bu komitə oyunları dörd ildən bir Aralıq dənizi ölkələrinin həvəskar idmançıları ilə Aralıq dənizi hövzəsində yerləşən şəhərdə keçirməyi qərara aldı. Nəhayət, 1951-ci ildə 5–20 oktyabr tarixlərində Misirin İsgəndəriyyə şəhərində ilk oyunlar təşkil edildi. == Ölkələr == Aralıq Dənizi Oyunlarına hal-hazırda 24 ölkə qatılır: Afrika: Əlcəzair, Mərakeş, Misir, Liviya, Tunis Asiya: Livan, Suriya Avropa: Andorra, Albaniya, Bosniya və Herseqovina, Fransa, Xorvatiya, İspaniya, İtaliya, Kipr Respublikası, Makedoniya, Malta, Monako, Monteneqro, San Marino, Serbiya, Sloveniya, Türkiyə, Yunanıstan == Turnirin arxivi == == Ümumi medal sıralaması (1951–2013) == *1997 və 2001-ci illərdə Yuqoslaviya, 2005-ci ildə isə Serbiya və Monteneqro adı altında iştirak etmişdir.
Avropa Oyunları Parkı
Avropa Oyunları Parkı — 2015-ci ildə inşa olunan idman qurğusu Bakı şəhərində Xəzər dənizinin sahilində və Bakı Su İdmanı Mərkəzinin ətrafında yerləşir. == Məlumat == === Çimərlik futbolu və voleybolu Arenası === === Basketbol Arenası === === Su polosu Arenası === Avropa Oyunları Parkında yerləşən Su polosu Arenasında iclas və məlumat otaqları, kafe və VİP sahələr də fəalliyyət göstərir. Su polosu Arenası beynəlxalq tələblər səviyyəsində 1836 və 560 tamaşaçı yeri olan 2 üzgüçülük hovuzu inşa edilib. Həmçinin Su polosu Arenasında tənzimləyici su hovuzu da yaradılıb. Su polosu Arenası ilə Çimərlik futbolu və voleybolu Arenası arasında 2 mərtəbəli keçib inşa olunub. Həmçinin orada VİP lounge və terras yaradılıb.
Azərbaycan xalq oyunları
Bu səhifədə Azərbaycan oyunlarının siyahısı verilmişdir.
1896 Yay Olimpiya Oyunları
1896 Yay Olimpiya Oyunları və ya rəsmi adı ilə I Yay Olimpiya Oyunları, 6-15 aprel 1896 tarixləri arasında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan çox idman növlü yarış. Tarixin birinci müasir Olimpiya Oyunlarının Afina şəhərində baş tutması Qədim Olimpiya Oyunlarının məhz elə Yunanıstanda yaradığı üçündür. 1894-cü ilin 23 aprel tarixində Paris şəhərində fransız pedaqoq Pyer de Kuberten tərəfində baş tutan konqres zamanı yarışların Afina şəhəri keçirilməsi qərara alınmışdı.
1896 Yay Olimpiya Oyunları medal sıralanması
1896 Yay Olimpiya Oyunları - 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilmişdir.
1944 Yay Olimpiya Oyunları
XIII Yay olimpiya oyunları — BOK-un iyun 1939-cu ildə aldığı qərarına əsasən oyunları 1944-də Londonda keçirilməsi planlaşdırılmışdı. London oyunların keçirilməsində Roma, Detroyt, Lozanna, Afina, Budapeşt, Helsinki və Monrealdan daha layiq görüldü. İkinci dünya müharibəsi başlaması səbəbi ilə oyunlar ləğv edildi. London oyunların keçirilməsi hüququnu 1948-ci ildə əldə etdi, üstəlik heç bir seçkisiz. 1944-cü ilin oyunları BOK-un 50 illiliyi münasibətilə keçiriləcəkdi. Müharibənin davam etməsinə baxmayaraq neytral İsveçrədə, BOK-un Lozannada yerləşən baş binasında komitənin yubileyi keçirildi.
1951 Aralıq dənizi Oyunları
1951 Aralıq dənizi Oyunları — 1951-ci ilin 5–20 oktyabr tarixləri arasında Misirin İsgəndəriyyə şəhərində keçirilmiş ilk Aralıq dənizi Oyunları. Bu oyunlarda 10 ölkədən 734 atlet iştirak etmişdir.
1952 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1952 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1955 Aralıq dənizi Oyunları
1955 Aralıq dənizi Oyunları — 1955-ci ilin 15–25 iyul tarixləri arasında İspaniyanın Barselona şəhərində keçirilmiş ikinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 10 ölkədən 1135 atlet iştirak etmişdir.
1956 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1956 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1959 Aralıq dənizi Oyunları
1959 Aralıq dənizi Oyunları — 1959-cu ilin 11–23 oktyabr tarixləri arasında Livanın Beyrut şəhərində keçirilmiş üçüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 11 ölkədən 792 atlet iştirak etmişdir.
1960 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1960 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1960 Yay Paralimpiya Oyunları
1960 Yay Paralampiya Oyunları və ya I Yay Paralimpiya Ouynları ― 1960-cı ilin 18 sentyabrından 25 sentyabrına qədər davam edən İtaliyanın paytaxtı Roma şəhərində baş tutmuş Yay Paralimpiya Oyunları. Rəsmi şəkildə keçirilmiş ilk Yay Paralimpya Oyunları turniridir. Yarışlar Stadio Olimpicoda keçirilmişdir. == İdman növləri == 1960 Yay Paralampiya Oyunlarında 9 idman növü üzrə yarışlar təşkil olunmuşdur: Oxatma Atletika Dartatma Snuker Üzgüçülük Masaüstü tennis Təkərli arabada qılıncoynatma Təkərli araba basketbolu Təkərli araba gimnastikası == Medal sıralanması (İlk 10-luq) == Ev sahibi ölkənin adı tünd rəngli fonda göstərilmişdir.
1960 Yay Paralimpiya Oyunlarının medal sıralanması
Aşağıdakı siyahıda 1960-cı il Roma Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
1963 Aralıq dənizi Oyunları
1963 Aralıq dənizi Oyunları — 1963-cü ilin 21–29 sentyabr tarixləri arasında İtaliyanın Neapol şəhərində keçirilmiş dördüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 13 ölkədən 1057 atlet iştirak etmişdir.
1964 Qış Olimpiya Oyunları
1964 Qış Olimpiya Oyunları — 29 yanvar və 9 fevral tarixləri arasında keçirilmiş tarixdəki IX Qış Olimpiya oyunlarıdır. Avstriyanın İnsbruk şəhərində keçirilmişdir.
1964 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1964 Yay Paralimpiya Oyunları medal sıralanması
Aşağıdakı siyahıda 1964-cü il Tokio Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
1967 Aralıq dənizi Oyunları
1967 Aralıq dənizi Oyunları — 1967-ci ilin 8–17 sentyabr tarixləri arasında Tunisin eyniadlı şəhərində keçirilmiş beşinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 12 ölkədən 1249 atlet iştirak etmişdir. Bu qadınların da iştirak etdiyi ilk Aralıq dənizi Oyunları idi.
1971 Aralıq dənizi Oyunları
1971 Aralıq dənizi Oyunları — 1971-ci ilin 6–17 oktyabr tarixləri arasında Türkiyənin İzmir şəhərində keçirilmiş altıncı Aralıq dənizi Oyunları. Bu oyunlarda 14 ölkədən 1362 atlet iştirak etmişdir. Oyunların keçirildiyi əsas məkan İzmir Atatürk stadionu olmuşdur.
1972 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1972 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1975 Aralıq dənizi Oyunları
1975 Aralıq dənizi Oyunları — 1975-ci ilin 23 avqust – 6 sentyabr tarixləri arasında Əlcəzairin eyniadlı şəhərində keçirilmiş yeddinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 15 ölkədən 2444 atlet iştirak etmişdir.
1976 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1976 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 122.87 dəfə / 1 mln.
2002 17.13
2003 16.14
2004 •• 50.19
2005 •••• 104.59
2006 ••• 92.80
2007 •• 60.47
2008 •• 65.53
2009 ••• 83.67
2010 ••• 82.69
2011 •• 63.31
2012 ••• 88.03
2013 ••• 69.29
2014 •••••• 181.05
2015 •••••••••••••••••••• 678.09
2016 •••• 127.38
2017 •••••••••• 310.70
2018 •• 65.02
2019 •• 61.06
2020 •• 44.56

"oyunları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oyunları nədir? #oyunları sözünün mənası #oyunları nə deməkdir? #oyunları sözünün izahı #oyunları sözünün yazılışı #oyunları necə yazılır? #oyunları sözünün düzgün yazılışı #oyunları leksik mənası #oyunları sözünün sinonimi #oyunları sözünün yaxın mənalı sözlər #oyunları sözünün əks mənası #oyunları sözünün etimologiyası #oyunları sözünün orfoqrafiyası #oyunları rusca #oyunları inglisça #oyunları fransızca #oyunları sözünün istifadəsi #sözlük