oğulları sözü azərbaycan dilində

oğulları

Yazılış

  • oğulları • 98.3827%
  • Oğulları • 1.4376%
  • OĞULLARI • 0.1797%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anarxiyanın oğulları
Anarxiyanın oğulları (ing. Sons of Anarchy) — Kart Satter tərəfindən yaradılmış ABŞ teleserialı. 3 oktyabr 2008-ci ildən 9 dekabr 2014-cü ilədək FX telekanalında nümayiş olunub. Serial Kaliforniyanın uydurma şəhəri Çarminqdə qanunsuz fəaliyyətlərlə məşğul olan bayker klubundan bəhs edir. Kluba Ceks Teller (Çarli Hannem) rəhbərlik edir.
Azadlıq oğulları
"Azadlıq oğulları" (ing. Sons of Liberty) — Şimali Amerika koloniyaları üçün öz müqəddəratını təyin etmək üçün mübarizə aparan inqilabi Amerika təşkilatı. 1765-ci ildə Samuel Adams tərəfindən yaradılmışdır. "Azadlıq oğulları"nın aksiyalarından biri də Boston çay qonaqlığı idi. == Adı == İnqilab illərində ən çox yayılmış və tarixşünaslıqda təsbit edilən "Azadlıq oğulları" adıdır. Belə təşkilatların başqa öz adları da var idi. Məsələn, "yoldaşlar" adı Pensilvaniyada geniş yayılmışdı, Konnektikutda isə təşkilat "yaxın şirkət" adlanırdı. Bəzi hallarda "stüardlar" adına da rast gəlinir.
Konfederasiya Veteranlarının Oğulları
Laokoon və oğulları
“Laokoon və oğulları” (it. Laocoonte e i suoi figli) və ya “Laokoon qrupu” (it. Gruppo del Laocoonte) — Vatikanın Pio-Klementino Muzeyində Laokoon və oğullarının ilanlarla olan mübarizəsini təsvir edən heykəl. 1506-cı ildə qazıntılar zamanı Romada aşkara edilmiş heykəl Vatikanda yerləşdirilmiş və ictimai baxışı təşkil edilmişdir. Ehtimal edilir ki, “Laokoon və oğulları” Böyük Plininin təriflədiyi məşhur heykəldir. Heykəli təşkil edən fiqurlar demək olar ki, təbii boy ölçüsündədir, ümumilikdə heykəl bir metrdən bir qədər artıq hündürlüyə malikdir. Heykəl Troya kahini olan Laokoon və onun oğulları Antifant və Timbreyə dəniz ilanının hücum etməsi səhnəsini təsvir edir. Bu əsər incəsənət tarixində “insan əzabı ikonasının prototipi” adlandırılmışdır. Xristian incəsənətində tez-tez təsvir edilən və İsanın əziyyətləri, o cümlədən cəfakeşləri göstərmək üçün istifadə olunan aqoniyadan fərqli olaraq Laokoonun əziyyəti günah yumaq üçün vasitə deyil və mükafatlandırılmır. Əziyyət fiqurların əyilmiş üz mimikalarında (Çarlz Darvin qeyd edir ki, Laokoonun qabarıq qaşları fizioloji olaraq mümkün deyil), o cümlədən müqavimət göstərən bədənlərin, xüsusilə Laokoonun bədəninin gərgin əzələlərində ifadə olunur.
Azadlıq oğulları (təşkilat)
"Azadlıq oğulları" (ing. Sons of Liberty) — Şimali Amerika koloniyaları üçün öz müqəddəratını təyin etmək üçün mübarizə aparan inqilabi Amerika təşkilatı. 1765-ci ildə Samuel Adams tərəfindən yaradılmışdır. "Azadlıq oğulları"nın aksiyalarından biri də Boston çay qonaqlığı idi. == Adı == İnqilab illərində ən çox yayılmış və tarixşünaslıqda təsbit edilən "Azadlıq oğulları" adıdır. Belə təşkilatların başqa öz adları da var idi. Məsələn, "yoldaşlar" adı Pensilvaniyada geniş yayılmışdı, Konnektikutda isə təşkilat "yaxın şirkət" adlanırdı. Bəzi hallarda "stüardlar" adına da rast gəlinir.
Lbov Y. İ. və oğulları
"Lbov Y. İ. və oğulları" — Azərbaycanda fəaliyyət göstərmiş balıq sənayesi səhmdar cəmiyyətlərindən biri. == Tarixi == "Lbov Y. İ. və oğulları" səhmdar cəmiyyəti 1913-cü ildə, Rusiya imperiyası tərkibində yaradılmışdı. Təqribən 1 milyon manat əsas kapitalı var idi. Yalama, Lənkəran və Astarada siyənək balığı vətəgələri, iri soyuducuları, emal zavodları və s. fəaliyyət göstərmişdir. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra müəssisələri milliləşdirilmişdir.
Suğra və oğulları (film, 2021)
Suğra və oğulları — İkinci Dünya müharibəsindən bəhs edir. Suğra (Günəş Mehdizadə) iki oğlu ilə birgə dağ kəndində yaşayır. Filmdə baş verən hadisələr kiçik oğul Bəxtiyarın (Hümbət Əhmədzadə) dilindən nəql edilir. Suğranın əri Böyük Vətən müharibəsində döyüşməkdədir . Suğra ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra, o, kolxoz sədrinin ağır əziyyətləri ilə üz-üzə qalır.
Cövdət bəy və oğulları (roman)
Cövdət bəy və oğulları — Orxan Pamukun 1982-ci ildə nəşr olunmuş ilk romanı.Əsərdə 1905–1970-ci illər arasında yaşayan bir tacir ailəsindən bəhs edilir. Eyni zamanda əsərdə Türkiyə Cümhuriyyətinin sosial, iqtisadi və mədəni tarixinə də yer verilir. Romanın ilk nəşri Karacan Nəşrləri tərəfindən olunmuşdur. == Romanın yazılma hekayəsi == Orxan Pamuk, 1974-cü ildə 22 yaşında olarkən "Cövdət bəy və oğulları"nı yazmağa başlamış, 1978-ci ildə 26 yaşında romanını tamamlamışdır. Əvvəlcə romanın adı Qaranlıq və İşıq idi. Cövdət bəy və oğulları 1979-cu ildə Milliyyət Roman Mükafatını qazandı və birinci mükafatı Mehmet Eroğlu ilə paylaşdı. Müsabiqədə birinci olan əsərlərə böyük mükafat olaraq kitabların Karacan Yayınları tərəfindən çap ediləcəyi vəd edilsə də, roman Türkiyənin təlatümlü siyasi və maliyyə şəraitində kağız qıtlığı kimi iqtisadi səbəblərdən nəşr oluna bilmədi. Çap olunduqdan sonra isə müəllifə 1983-cü ildə Orxan Kamal Roman Mükafatını gətirdi. == Romanın mövzusu == Cövdət bəy və oğulları tipik bir ailə romanıdır. Romanda əsas hekayə kimi Cövdət İşıqçı və İşıqçı ailəsindən bəhs edilir.
Köhnə əşya satan və oğulları (roman)
Köhnə əşya satan və oğulları - Orxan Kamalın yazdığı psixoloji və sosial romandır. == Məzmun == “Köhnə əşya satan və oğulları” romanı baş qəhrəman Topal Antikvar və iki oğlunun həsrət və arzularını, bu həsrətlərlə arzularını həyata keçirmək üçün mübarizə aparmalarını, əllərində qalanı itirdikdən sonra çökmələrini əks etdirir. == Personajlar == 1. Antikvar- Hər kəsə hirsli və küsmüş, ailəsinə, xüsusən də uşaqlarına rəğbət bəsləyir. O, baş qəhrəmandır. Döyüşdə bir ayağını itirdiyi üçün axsaqdır. 2. Qocanın arvadı- O, övladları ilə əri arasında körpüdür, ailəsinin dağılmasını istəməsə də, gəlinini heç sevmir. Keçmişi öyür və gələcək üçün də eynisini istəyir. O, zəngin qayınatasını qonşularına şişirdir və buna görə də qonşularına qəribə gəlir.

"oğulları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oğulları nədir? #oğulları sözünün mənası #oğulları nə deməkdir? #oğulları sözünün izahı #oğulları sözünün yazılışı #oğulları necə yazılır? #oğulları sözünün düzgün yazılışı #oğulları leksik mənası #oğulları sözünün sinonimi #oğulları sözünün yaxın mənalı sözlər #oğulları sözünün əks mənası #oğulları sözünün etimologiyası #oğulları sözünün orfoqrafiyası #oğulları rusca #oğulları inglisça #oğulları fransızca #oğulları sözünün istifadəsi #sözlük