oyunlar sözü azərbaycan dilində

oyunlar

Yazılış

  • oyunlar • 61.6803%
  • Oyunlar • 38.3002%
  • OYUNLAR • 0.0195%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Oyunlar
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunları Kino "Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film. Musiqi "Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. == Xarici keçidlər == Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Oyunlar nəzəriyyəsi
Oyunlar nəzəriyyəsi — strateji qərar qəbuletməni öyrənən elm sahəsidir. Daha dəqiq, Myersona görə oyunlar nəzəriyyəsi "ağıllı rasional qərar qəbul edənlər arasında konfliktin və əməkdaşlığın riyazi modellərini öyrənir". Oyunlar nəzəriyyəsi əsasən iqtisadiyyat, siyasi elmlər, psixologiya, məntiq və biologiyada istifadə olunur. İlk dövrlərdə bu sahəyə əsasən sıfır-cəm oyunlar daxil edilirdi ki, bu tip oyunlarda bir oyunçunun qazancı digər iştirakçıların xalis itkilərinə bərabərdir. Lakin bu günlərdə oyunlar nəzəriyyəsi daha geniş və mürəkkəb əlaqələrə tətbiq olunur. Müasir oyunlar nəzəriyyəsi John von Neumannla 1920-ci illərin sonundan etibarən başlamışdır.[mənbə göstərin] [mənbə göstərin] Oyunlar nəzəriyyəsi — (ing.game theory, ru.теория игр)– tətbiqi riyaziyyatın, daha dəqiqi, əməliyyatların tədqiqinin bölməsi. Oyunlar nəzəriyyəsinin müəllifi Con fon Neyman (John von Neumann, 1903–1957) hesab edilir. Rəqabətli oyunda strategiya və uğur (uduş) ehtimalı məsələləri araşdırılır; rəqabətli oyunda hər bir iştirakçı oyuna qismən nəzarət edir və o biri iştirakşılara nisbətən daha uduşlu gedişlər etməyə çalışır. Oyunlar nəzəriyyəsinin metodları daha çox iqtisadiyyatda və başqa ictimai elmlərdə: sosiologiyada, politologiyada, psixologiyada, etikada və başqa sahələrdə tətbiq olunur. 1970-ci illərdən başlayaraq bioloqlar heyvanların davranışını və təkamül nəzəriyyəsini araşdırmaq üçün oyunlar nəzəriyyəsindən istifadə edirlər.
Əxlaqsız oyunlar (film, 2013)
«Stoker» və ya «Əxlaqsız oyunlar» (ing. Stoker) — müəllif Uentuort Millerin ssenarisi əsasında cənubi koreyalı rejissor Pak Çxan Uk və prodüserlər Toni Skott, Ridli Skott və Maykl Kostiqan tərəfindən 2013-cü ildə dram janrında ekranlaşdırılan film. Baş rolda Mia Vasikovska, Nikol Kidman və Mettyu Qud oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 20 yanvar 2013-cü ildə «Sandens» kino festivalında baş tutmuşdu. == Məzmun == Özünün 18-ci ad gününü qeyd edən İndia Stoker (Mia Vasikovska) sevimli atası Riçardın dəhşətli avtomobil qəzasında həlak olduğunu öyrənir və bundan sonra onun həyatı alt-üst olur. Bu hadisədən sonra İndia qeyri-sabit xarakterə malik anası Evelin (Nikol Kidman) ilə birgə yaşamağa məcbur olur. Dəfn zamanı Evelin və İndiya öz həyatını səyahətə sərf etmiş Riçardın cazibədar və xarizmatik qardaşı Çarli ilə tanış olurlar. Daha sonra Çarli ana və qıza dəstək və kömək etmək məqsədilə qeyri-müəyyən müddətə onlarla birlikdə yaşayacağını elan edir. Bu xəbərdən İndia pərt olmasına baxmayaraq, Evelin böyük sevinc hissi yaşayır. Az sonra bu haqqda evin sahibi xanım MakQarrik xəbər tutur və tez-tələsik Stokerlərə qonaq gəlir.
Hababam Sinifi Yay Oyunları (film, 2020)
Hababam sinfi yay oyunları — 2020 Türk istehsalı güldürü filmidir. Hababam sinfinin ən son filmidir. Çəkimləri Şimali Kipr Türk Respublikasında tamamlanan və yeni tip COVID-19 xəstəliyinə görə təxirə salınan film 20 noyabr 2020-ci ildə vizyona girmişdir. Rejissorluğunu Doğa Can Anafartanın götürdüyü filmin baş rolları Altan Ərkəkli, Toyqan Avanoğlu və Yusuf Çim olub.
Hera oyunları
Hera oyunları və ya Herayi (q.yun. Ηραία) — Hera ilahəsinin şərəfinə keçirilən qədim yunan bayramı və qızlar arasında qaçış yarışması. Olimpiya oyunlarından bir ay sonra, hər 4 ildən bir keçirilirdi.
Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında
== Həndbolda qazanılan medallar == Dünyanın məşhur idman növlərindən biri olan həndbol 4-cü İslam Həmrəyliyi Oyunlarının da tərkib hissəsidir. Həndbol yarışlarında 8 kişi komandası və 4 qadın komandası qızıl medal uğrunda rəqabət aparıb. Yarışlar Bakıda yerləşən Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilib. Puşkatma Kişilər arasında həndbol yarışı üzrə püşk Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb. Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq. “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və İordaniya komandaları yarışacaqlar. == Arena == === Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında (kişilər) === === Qrup mərhələsi === === A Qrupu === == Birinci tur == == İkinci tur == == Üçüncü tur == === B Qrupu === == Birinci tur == == İkinci tur == == Üçüncü tur == == Pley-of mərhələsi == == 7-8 ci yerlər uğrunda oyun == == 5-6 ci yerlər uğrunda oyun == == Bürünc medal uğrunda oyun == == Final == === Final mərhələsi === === Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında (qadınlar) === Puşkatma Həndbol üzrə qadınların mübarizəsində beş komanda – Kamerun, Özbəkistan, Kot d`İvuar, Türkiyə və Azərbaycan yığma komandaları dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda birinci və ikinci yeri tutan komandalar qızıl, üçüncü və dördüncü yerlərdə qərarlaşan millilər isə bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər. Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışına start verilib.
I Avropa Oyunları
2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.
KXDR 2018 Qış Olimpiya Oyunlarında
Koreya Xalq Demokratik Respublikası 2018 Qış Olimpiya Oyunlarında 2 idman növündə 10 idmançı ilə təmsil olunacaqdır. Amma 17 yanvar tarixində Cənubi Koreya və Şimali Koreya Hokkey komandasının vahid bayraq altında çıxış etməsi barədə razılığa gəlirlər. 20 yanvar tarixində isə olimpiya oyunlarında iştirak etməklə bağlı Şimali Koreya razılığa gəlir. Bundan sonra ölkə 22 idmançı, 24 nümayəndə heyəti və 21 jurnalistlə olimpiya oyunlarına qatılır. 12 idmançı isə Koreya Milli Komandasının heyətində oyunlara qatılacaq. Cənubi Koreyada Olimpiya oyunları başlayan ərəfədə Çimali Koreyanın paytaxtında milli ordunun yaradılması münasibətilə mitinq keçirilmişdir == Millinin tərkibi == ==== Fiqurlu konkisürmə ==== Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir. Bunun nəticəsi olaraq KXDR bir lisenziya əldə edə bilmişdir. Bu lisenziya əldə olunmasına baxmayaraq cütlük registrasiyaya gecikmişdir. Bununla belə iki ölkə arasında olan razılığa əsasən cütlük üçün əlavə kvota yeri açılmışdır. ==== Şort-trek ==== Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir.
KYRM 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
KYRM — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. KYRM Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
KYR Makedoniya 2015 Avropa Oyunlarında
Makedoniya — 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarındaki iştirakı. Makedoniya 2015 Avropa Oyunlarında 39 idmançı ilə qatıldı. Makedoviya 2015 Avropa Oyunlarında 2 bürünc medal qazandı və medal sıralanmasında 38-ci yeri tutdu. == Medalçılar == == Ümumi məlumat == Makedoniya 2015 Avropa Oyunlarında 39 idmançı ilə 8 idman növündə qatıldı. Makedoniya bayrağını 2015 Avropa Oyunlarının açılış mərasimində Bakı Olimpiya Stadionuna karateçi Emil Pavlov gətirdi.
Kayman adaları 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Kayman adaları — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Kayman adaları Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Keniya 2016 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Keniya 2016-cı ildə Norveçin Lillehammer şəhərində baş tutan Yeniyetmələrin II Qış Olimpiya Oyunlarında. 12-21 fevral tarixləri arasında Lillehammerdə baş tutan Yeniyetmələrin II Qış Olimpiya Oyunlarında Keniya 1 idmançı ilə 1 idman növündü təmsil olundu. Keniya Lillehammerdən vətənə medalsız döndü.
Keniya 2018 Qış Olimpiya Oyunlarında
Keniya 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Sonuncu dəfə Keniya 2006-cı ildə xizək yarışlaında Filip Boytla təmsil olunmuşdur. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları "B" kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən "A" kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Sabrina Simanderə məxsusdur.
Kolumbiya 2018 Qış Olimpiya Oyunlarında
Kolumbiya 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 4 idmançı ilə təmsil olunacaqdır. Bu ölkənin artıq ikinci Qış olimpiya oyunlarındakı çıxışıdır. == Millinin tərkibi == == Kanki ilə qaçış == Kecən dəfəki olimpiya yarışmaları ilə müayisədə bu idman yarışlarında dəyişikliklər baş vermişdir. Bura mass-start əlavə edilmişdir ki, burada idmançılar 16 dövrə vururlar. Həmçinin 1994-cü ildən bəri ilk dəfə olaraq kanki srənlər 500 m məsafəni 1 dəfə qət edəcəklər. Kvotalar 2017/2018 illər dünya kubokuna əsasən müəyyən edilir. Bu yarışma əsasında siyahı tərtib edilmişdir. Kolumbiyaya bu idman növündə ilk lisenziyanı Pedro Kausil qazanmışdır. Bir həftə sonra isə Laura Qomes ikinci lisenziyanı qazanır. Bu cənubi Amerika tarixində bir ilkdir.
Kompüter oyunları
Videooyun, həmçinin video oyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur. Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də notbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur.
Koreya 2018 Qış Olimpiya Oyunlarında
Koreya Milli komandası 2018 Qış Olimpiya Oyunlarında qadınların hokkey komandasında təmsil olunması. Bu komanda 36 idmançıdan ibarətdir. Şimali və Cənubi Koreyanın idmançılarından təşkil olunmuş komanda vahid baytraq altında iştirak edir. idman növündə 10 idmançı ilə təmsil olunacaqdır. Himn olartaq isə xalq mahnısı "Ariran" seçilmişdir. Bununla belə hər iki ölkənin digər idmançıları öz ölkələrini təmsil edəcəklər. 20 yanvar tarixində isə olimpiya oyunlarında iştirak etməklə bağlı Şimali Koreya razılığa gəlir. Bununla yanaşı kişilərdən ibarət bobsley yığmasınında təşkil olunması təklif edilirdi. == Millinin tərkibi == == Nəticə == === Hokkey === ==== Qadınlar ==== Koreya milli komandası iki ölkənin idmançılarından təşkil olunmuşdur. komandanın məşqçisi kanadalı Sara Myurreydir.
Koreya milli oyunları
Koreya milli oyunları(정통 놀이) Koreya yarımadasının mədəniyyəti, tarixi, ətraf mühitinin təsiri altında qalmışdır. Koreyalılar tarix boyu ailə üzvləri və dostları ilə milli oyunlardan zövq almışdır. Oyunlar həmçinin birlik hissi də yaradır. Ən məşhur milli oyunları Jegichagi , Neolttwigi , Shirim , Tuho və Yutnoridir. == Xüsusiyyətləri == Koreyanın ənənəvi oyunları xalq inanclarından yaranmışdır. Koreyalılar qədim dövrlərdə təbiəti və torpaqlarını qoruyan tanrılara inanırdılar. Bu səbəbdən məhsuldarlığı artırmaq üçün onlar müxtəlif mahnılar oxuyur, rəqslər edirdilər. Ənənəvi oyunlar da məhz bu erkən dövrdə inkişaf etmişdi. Bir çox xalq inancları yoxa çıxsa da , oyunlar indiki dövrdə də oynanmağa davam edir. Oyunların adları və qaydaları bölgəyə görə fərqlənir.
Latviya 2015 Avropa Oyunlarında
Latviya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Latviya ümumilikdə 67 idmançı ilə təmsil olunub.
Latviya 2018 Qış Olimpiya Oyunlarında
Latviya 2018 Qış Olimpiya Oyunlarında 5 idman növü üzrə 34 idmançı ilə təmsil olunmuşdur. Qış Olimpiya oyunlarının açılış mərasimində Latviyanın bayraqdarı Daumant Dreyşkens olacaqdır. Bağlanış mərasimi isə Haralds Silovsə həvalə edilmişdir. == Medallar == == Millinin tərkibi == === Biatlon === Olimpiya Lisenziyalarının böyük qismi 2016/2017 Biatlon üzrə dünya kuboku əsasında müəyyən edilmişdir. Latviyanın kişilərdən ibarət yığması 21-ci yeri tutmuşdur. Ölkə bunun nəticəsi olaraq 2 yer əldə etmişdir. qadınlardan ibarət olan yışma isə 26-cı yeri tutmuşdur. Nəticədə qadınlardan ibarəıt yığma ölkəni təmsil etmək qüququ əldə edə bilməmişdir Kişilər qadınlar ==== Bobsley ==== Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Bu yarışmanın nəticəsi olaraq Latviya bu idman növünün 2 nominasiyasında iştirak hüququ əldə etmişdir. kişilər ==== Skeleton ==== Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir.
Latviya Olimpiya Oyunlarında
Latviya ilk dəfə Olimpiya oyunlarında 1924-cü ildə iştirak etmişdir. 1924 Qış Olimpiya Oyunları onun ilk debut yarışması olmuşdur. 1940-cı ildən isə ölkə Sovetlər birliyinin tərkibinə qatılmışdır. SSRİ dağıldıqdan sonra Latviya 1991-ci ildə müstəqilliyini bərpa edir. Bundan sonra artıq olimpiyadalarda müstəqil şəkildə iştirak edir. Müstəqillik dönəmində ölkə iştirak etdiyi olimpiya yarışlarında 27 olimpiya medalı qazanmışdır: 3 qızıl, 15 gümüş və 9 bürünc. 19 medal (3 qızıl, 11 gümüş və 5 bürünc) Yay Qış Olimpiya Oyunlarıda, 8 medal isə Qış Olimpiya Oyunları əldə edilmişdir. Ən çox medal Yüngül atletika və Xizək idmanından əldə edilmişdir. 1912-ci il olimpiyadasında latviyalı idmançı Harald Blau atışılıq üzrə bürünc medal qazanmışdır. Latviya idmançıları SSRİ tərkibində iştirak etdiyi yarışlar ərzində 62 medal qazanmışlar: 21 qızıl, 27 gümüş və 14 bürünc.
Litva 2015 Avropa Oyunlarında
Litva — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Litva ümumilikdə 74 idmançı ilə təmsil olunub.
Litva 2018 Qış Olimpiya Oyunlarında
Litva 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 9 idmançı ilə təmsil olunmuşdur. == Millinin tərkibi == ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Estoniya «B» kateqoriyası üzrə 2 idmançı ilə təmsil olunacaqdır. Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Estoniya 3 lisenziya əldə edə bilmişdir.. Kişilər Uzaq məsafəli yarış Sprint Qadınlar Uzaq məsafəli yarış === Biatlon === Olimpiya Lisenziyalarının böyük qismi 2016/2017 Biatlon üzrə dünya kuboku əsasında müəyyən edilmişdir.
Livan 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Livan - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən I-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Livan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Livan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Livan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.
Livan 2018 Qış Olimpiya Oyunlarında
Livan 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 3 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən livam «B» kateqoriyası üzrə təmsil iki idmançı ilə təmsil olunacaqdır Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Livan «B» kateqoriyası üzrə 15 km-lik yürüşdə iştirak hüququ əldə etmişdir. Ölkəsini təmsil etmək hüququ samer Tauka məxsusdur.
Lixtenşteyn 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Lixtenşteyn — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Lixtenşteyn Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Lixtenşteyn 2015 Avropa Oyunlarında
Lixtenşteyn — 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarındaki iştirakı. Lixtenşteyn 2015 Avropa Oyunlarında 10 idmançı ilə qatıldı. Lixtenşteyn 2015 Avropa Oyunlarında medal qazana bilmədi. == Ümumi məlumat == Lixtenşteyn 2015 Avropa Oyunlarına 10 idmançı ilə 5 idman növündə qatıldı. Lixtenşteyn bayrağını 2015 Avropa Oyunlarının açılış mərasimində Bakı Olimpiya Stadionuna kamandan oxatan Marvin Qrişke gətirdi.
Lixtenşteyn 2018 Qış Olimpiya Oyunlarında
Lixtenşteyn 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüş olmaqla 2 idman növündə 3 idmançı ilə təmsil olunacaqdır. == Medallar == == Millinin tərkibi == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Lixtenşteyn 5 idmançı ilə təmsil olunmaq hüquuq əldə edir. Bir müddət sonra isə 3-cü lisenziyandan qazanır. Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Lixtenşteyn «A» kateqoriyası üzrə bir kişi və «B» kateqoriyası üzrə bir qadınla təmsil olunmaq hüququ əldə etmişdir.

"oyunlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oyunlar nədir? #oyunlar sözünün mənası #oyunlar nə deməkdir? #oyunlar sözünün izahı #oyunlar sözünün yazılışı #oyunlar necə yazılır? #oyunlar sözünün düzgün yazılışı #oyunlar leksik mənası #oyunlar sözünün sinonimi #oyunlar sözünün yaxın mənalı sözlər #oyunlar sözünün əks mənası #oyunlar sözünün etimologiyası #oyunlar sözünün orfoqrafiyası #oyunlar rusca #oyunlar inglisça #oyunlar fransızca #oyunlar sözünün istifadəsi #sözlük