oyuq sözü azərbaycan dilində

oyuq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • oyuq • 57.5130%
  • Oyuq • 40.9326%
  • OYUQ • 1.5544%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Oyuq
Oyuq-I. (rus. ниша, ing. niche) /fran. nic­he/- yamacda, yaxud onun ətəyində müxtəlif mənşəli kiçik çökəklik. O.mənşəyinə görə dalğa döyən, nival, eroziya, karst, eol və başqa təbii proseslərlə əlaqədar olur. Oyuq II. (rus. промоина, ing. pool, gully, ravine) 1) mü­vəqqəti su axınları vasitəsilə əmələ gələn erozion relyefin xətti forması. Uzunluğu adətən on metrlərlə, eni bir neçə metr, dərinliyi 1- olub, cimlənmiş dik yamaclar üçün səciyyəvidir; 2) buzun içərisində axar sularla yuyulmuş, dərin çökək­lik.
Ağ Oyuq
Ağ oyuq — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Zəngilan şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ağ oyuq qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Oyuq (teatr studiyası)
Oyuq teatr studiyası — Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərən teatr-studiyası == Haqqında == Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin 05.05.2011-ci il tarixli 181-s saylı sərəncamına əsasən 01.11.2012-ci il tarixindən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında teatr-studiyasının fəaliyyəti bərpa olundu. "Oyuq" teatr-studiyasının bu dövrdəki 12 üzvündən 6-sı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və məzunları idi. İlk müddətdə tələbə və müəllimlərin ərsəyə gətirdiyi "Dünya gözəli" (A. Şaiq), "Əkiz qardaşlar" (H. Ziya), "Sindibadın xoşbəxtlik adasına səyahəti" (R. Əlizadə) tamaşaları hazırlanaraq teatrsevərlərə təqdim olundu. 2013-cü ildə "Kaspi" təhsil mərkəzi ilə birlikdə müsabiqə təşkil edən studiya orada təhsil alan səhnə bacarıqlı uşaqları bir araya toplayaraq "Oyuq"un uşaq qrupunun təşkilinə nail oldu. Qısa müddətdə gərgin məşqlər aparan fəalların iştirakı ilə "Cırtdan" tamaşası hazırlandı. Balaca aktyorların səhnə debütü böyük maraqla qarşılandı. Ardınca ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq böyük konsert-tamaşa hazırlandı. "Hər birimiz bir çiçək" adlı bu konsert proqramı ilə tamaşaçılar balaca istedadları daha yaxından tanıdılar. Elə həmin il 15 iyun – Milli Qurtuluş Günü münasibətilə də səhnəciklərlə zəngin vətənpərvərlik mahnılarından ibarət geniş konsert proqramı da təqdim olundu. Studiyanın sıralarında yer alan istedadlı azyaşlı Selcan Müseyibova həmin ildə beynəlxalq festivaldan qazandığı yüksək mükafatla ona olan etimadı tam doğrulda bildi.
Oyuqdağ
Oyuqdağ — Qobustanın cənub-şərqində dağ. Hündürlüyü 292 m. Oyuqdağ — Quba rayonu ərazisində dağ. Hündürlüyü 2640 m.
Oyuqlu dağı
Oyuqludağ (Ordubad)
Oyuqludağ
Oyuqludağ (Ordubad)
Oyuqludağ (Kəlbəcər)
Oyuqludağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tutqun və Xaçın çaylarının suayrıcısıdır. Hündürlüyü 2316 metrdir. Dağda təbii oyuqlar-mağaralar olduğu üçün belə adlandırılmışdır.
Oyuqludağ (Ordubad)
Oyuqludağ — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Düylünçayı ilə Gilançayın suayrıcında, Düylün kəndindən 3 km şimal-qərbdədir. Hündürlüyü 1182 m-dir. Konusvarı formadadır. Ordubad rayonu ərazisində dağ (hünd. 1182,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qurtaracağında zirvə. Baş Dizə kəndindən 3,2 km cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının tağ hissəsində yerfləşir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.28 dəfə / 1 mln.
2003 •••••••• 0.39
2006 •••••••••••••• 0.68
2007 ••••• 0.21
2008 •••••••••• 0.49
2010 •••• 0.18
2011 •• 0.09
2014 •••• 0.17
2015 •••••••••••••••••••• 1.02
2016 •••• 0.17
2017 •••• 0.16
2018 •••••• 0.30
2019 ••••••••••• 0.56
2020 ••••••••••••••••••• 0.93

oyuq sözünün leksik mənası və izahı

  • 1 bax qorxuluq 2-ci mənada. Yolun üst tərəfi qoruq idi. Bir neçə yerdə oyuq qoyulmuşdu. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / oyuq
  • 2 is. 1. Oyulmuş yer; mağara, kaha. Qayaların oyuğunda yuva salar kəsəyənlər. O.Sarıvəlli. Kəklikli qayanın sinəsində iki böyük daş parçalanıb uçmuş, … dərin oyuqlar açılmışdı. B.Bayramov. 2. Bir şeyin üzərində dərmə-deşik, deşik, dəlik. Sanki çay daşların oyuqlarını, ağacların köklərini bu ucdan eşir və yerin tərkinə gedirdi. S.Rəhimov. // Çuxur, çala. Su axarkən yeri oyub, çuxurlar, oyuqlar əmələ gətirərdi. S.S.Axundov. 3. sif. İçi oyulmuş, içi oyuq, boşluq əmələ gəlmiş. Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. A.Şaiq. // Gövdənin oduncağı çürümüş yerində əmələ gələn boşluq; koğuş. Meşənin içində, bir ağacın oyuğunda pişik göyərçini gizlətdi. (Nağıl). 4. Divarda pəncərə, qapı və s.-nin yeri. Pəncərə oyuğu.

    Azərbaycan dilinin izahlı lüğəti / oyuq

oyuq sözünün etimologiyası

  • 1 Kənd təsərrüfatında dəni quşlardan qorumaq üçün oyuq (uyuq) düzəldirlər (rusca: пугало). Huyuq (maq) (yəni qorxutmaq) kəlməsi təhriflə bağlı oyuq, uyuq (bəzi dialektlərdə hoox və ya oox) formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / oyuq

oyuq sözünün sinonimləri (yaxın mənalı sözlər)

oyuq sözünün rus dilinə tərcüməsi

  • 1 выемка, выточка, выбоина, рытвина, проемина

    Azərbaycanca-rusca lüğət / oyuq
  • 2 сущ. 1. выемка, углубление, впадина. Daş oyuğu выемка в камне 2. дупло: 1) пустота в стволе дерева, образовавшаяся на месте выгнившей древесины. Ağacın oyuğu дупло дерева 2) отверстие, дыра в зубе 3. выбоина (углубление, сделанное ударами на поверхности чего-л.) 4. ячея, ячейка (углубление, отверстие и т.п. в чем-л.). Dişin oyuğu ячейка зуба, şan oyuğu сотовая ячейка 5. проём, проёмина (отверстие в стене). Divarda oyuq проем в стене 6. тех. паз (узкая щель или выемка, в которую вставляют выступ другого предмета при скреплении)

    Azərbaycanca-rusca lüğət / oyuq

oyuq sözünün inglis dilinə tərcüməsi

oyuq sözünün fransız dilinə tərcüməsi

oyuq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 кил. qorxuluq 2).

    Azərbaycanca-ləzgicə lüğəti / oyuq
  • 2 1. сущ. хъалхъам акъатнавай чка; магъар, тӀах, дагъар, кума, кьветӀ; 2. тӀеквен, тӀвек; чухур, легъв; хъалхъам; 3. прил. къене легъв (чухур, хъалхъам, бушлугъ) авай (мес. къван); 4. цлан къене дакӀардин, рикӀинин ва мс. чка.

    Azərbaycanca-ləzgicə lüğəti / oyuq

"oyuq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oyuq nədir? #oyuq sözünün mənası #oyuq nə deməkdir? #oyuq sözünün izahı #oyuq sözünün yazılışı #oyuq necə yazılır? #oyuq sözünün düzgün yazılışı #oyuq leksik mənası #oyuq sözünün sinonimi #oyuq sözünün yaxın mənalı sözlər #oyuq sözünün əks mənası #oyuq sözünün etimologiyası #oyuq sözünün orfoqrafiyası #oyuq rusca #oyuq inglisça #oyuq fransızca #oyuq sözünün istifadəsi #sözlük