* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Hərarəti olmayan, temperaturu aşağı olan (hava və s. haqqında). Soyuq külək. Soyuq hava. Soyuq qış. – Usta ortadakı soyuq su hovuzunun yanından keçib keçə ilə döşənmiş səkinin üstündə oturdu. Çəmənzəminli. [Şofer:] Bir yandan islanıb soyuqdan əsirəm, bir yandan da qorxudan məni soyuq tər basıb. M.Rzaquluzadə. // İs. mənasında. Soyuq hava, şaxta. Bu soyuqda hara gedəcəksən? Soyuqda oturmaq. – [Kərbəlayı Qurban:] Tez ol, qapını aç, soyuq məni kəsdi! Çəmənzəminli. Qadın ayaqyalın idi və belə məlum olurdu ki, soyuğu hiss etmir. H.Seyidbəyli. // Cəm şəklində: soyuqlar – davamlı, sürəkli şaxtalar, soyuq hava. İlk soyuqlar. Soyuqlar düşdü. Soyuqlar hələ də davam edir. // Üşümə hissi, üşütmə. Canıma soyuq düşdü. □ Soyuq aparmaq – don vurmaq, şaxtadan (soyuqdan) donmaq. Barmaqlarımı soyuq apardı. Soyuq dəymək (olmaq) – soyuqlamaq, soyuqdan azarlamaq. [Sultan bəy:] İndi üstüaçıq yatmışam, deyəsən, belimə soyuq dəyibdir. Ü.Hacıbəyov. Soyuq düşmək – soyumaq (hava haqqında). Axşam oldu, soyuq düşdü, dərələrdən duman qalxmağa başladı. S.S.Axundov. Dağlarda isə gözlənilmədən soyuq düşmüşdü. M.Hüseyn. 2. Qızdırılmamış, qızdırılmayan, yaxud istini saxlamayan. Soyuq otaq. Soyuq zal. – [Nəbi] qışda odsuz-ocaqsız, soyuq tövlədə buza dönmüş bədənini qızdırmaq üçün özünü günə verdi. Ə.Abasov. // Bədəni soyuqdan qoruya bilməyən, soyuq keçən, istiliyi olmayan; nazik. Soyuq paltar. Soyuq yorğan. // Soyumuş, lazımınca isti olmayan. Soyuq çay. Soyuq xörək. Soyuq samovar. // Soyudulmuş halda hazırlanan və yeyilən. Soyuq qəlyanaltı. Soyuq yeməklər. // Şimali. Soyuq ölkələr. 3. məc. Sərt, riqqətsiz, etinasız. Soyuq rəftar, münasibət. Soyuq cavab. Soyuq (z.) görüşmək. – Qız professora iti və soyuq (z.) bir nəzər salaraq heç bir cavab vermədi. İ.Əfəndiyev. Nərgiz Qorxmazı bir az soyuq (z.) qarşıladı. Ə.Vəliyev. // məc. Coşğunluğu, ehtirası, hərarəti olmayan; ehtirassız, üzügülməz. Soyuq qəlb. Soyuq adam. Soyuq baxış. 4. məc. Darıxdırıcı, usandırıcı, ürəksıxan, cansıxıcı, maraqsız, süst. Məclis çox soyuq (z.) keçdi. Məclisi soyuq (z.) görən Məryəm qayıdıb getdi. B.Talıblı. ◊ Soyuq müharibə – imperialist dairələrin beynəlxalq münasibətlərdə gərginlik yaradan və yeni müharibə alışdırmağa doğru yönəldilən düşməncəsinə təcavüzkar siyasəti.
Azərbaycan dilinin izahlı lüğəti / soyuq1 Su kəlməsi ilə bağlıdır. Bəzi dillərdə suuq kimi işlədilir. “Temperaturun aşağı enərək su temperaturuna yaxınlaşması, uyğunlaşması” deməkdir. Soy – sözün qədim köküdür və su(suv) sözünün dəyişmiş formasıdır. -u şəkilçisi feil düzəldib (soyu), -q şəkilçisi isə sifət əmələ gətirib. Dilimizdə u-o əvəzlənməsi mövcuddur: Soyutma yumurta ifadəsi, əslində, suya atma kimi olub, sonra u səsi o səsi ilə əvəz edilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / soyuq3 1. SOYUQ (su haqqında) [Rübabə:] ..quyunun suyu soyuqdur.. (H.Abbaszadə); BUZ, DİŞ GÖYNƏDƏN ..həmin bu bulağın buz suyundan qurtum-qurtum içərdilər, diş göynədən sudan ləzzət alardılar (S.Rəhimov); BUZLU ..Sonra iskəncəbi ilə buzlu su içməyə və sonra qəlyan xoruldadıb qu tükü balışlarda rahat olmağa nə tez qaçırsınız? (N.Nərimanov); DİŞTÖKƏN (məc., dan.) Qəndab: ..bizim ala yaylaqlar, bizim diştökən bulaqlarımız., loğmandan da artıqdır (B.Bayramov); SƏRİN (az soyuq) Sərin çeşmələrin qaynayır gözü (N.Xəzri); BUMBUZ (dan.) (lap soyuq). 2. soyuq bax şaxta I
Azərbaycan dilinin sinonimlər lüğəti / soyuq1 SOYUQ – QAYNAR – Xala, bu ki hələ lap qaynardır (G.Hüseynoğlu); Su hələ soyuqdur.
Azərbaycan dilinin antonimlər lüğəti / soyuq2 I прил. холодный: 1. имеющий низкую температуру. Soyuq hava холодная погода, soyuq su холодная вода, soyuq süd холодное молоко 2. такой, который вызывает ощущение холода. Soyuq yağış холодный дождь, soyuq külək холодный ветер, soyuq döşəmə холодный пол, soyuq torpaq холодная земля, soyuq əllər холодные руки, soyuq kompres холодный компресс, soyuq səhər холодное утро 3. с сильными морозами, морозный. Soyuq ölkə холодный край, soyuq şimal холодный север, soyuq qış холодная зима 4. отличающийся низкой температурой воздуха. Soyuq iqlim холодный климат, soyuq yay холодное лето, soyuq may холодный май, soyuq günlər холодные дни 5. находящийся за пределами умеренного пояса в направлении к полюсу. Soyuq qurşaq холодный пояс 6. такой, который не отапливается; неутеплённый. Soyuq vaqon холодный вагон, soyuq mənzil холодная квартира, soyuq otaq холодная комната, soyuq sinif холодный класс 7. такой, который плохо защищает тело от холода. Soyuq əlcəklər холодные перчатки, soyuq çəkmələr холодные сапоги, soyuq yorğan холодное одеяло 8. такой, который остыл, перестал быть горячим. Soyuq çay холодный чай, soyuq şorba холодный суп 9. приготовляемый или подаваемый в охлажденном виде. Soyuq qəlyanaltılar холодные закуски, soyuq yeməklər холодные блюда 10. перен. лишённый пылкости, страстности. Soyuq adam холодный человек, soyuq qadın холодная женщина, soyuq ürək холодное сердце 11. перен. лишённый душевной теплоты, строгий, суровый. Soyuq baxış холодный взгляд, soyuq qəbul холодный прием, soyuq görüş холодная встреча, soyuq münəsibət холодное отношение, soyuq cavab холодный ответ 12. производимый без нагревания или с помощью низких температур. Soyuq qaynaq холодная сварка, soyuq deformasiya холодная деформация, soyuq emal холодная обработка, soyuq pərçimləmə холодная клепка, soyuq ştamplama холодная штамповка, soyuq kontakt холодный контакт 13. не излучающий тепла или дающий мало тепла. Soyuq işıq холодный свет, soyuq ulduzlar холодные звезды II сущ. холод: 1. низкая температура воздуха. Qış soyuğu зимний холод, möhkəm soyuq сильный холод, soyuqdan qorxmaq бояться холода, soyuğa öyrəşmək привыкнуть к холоду, soyuğa öyrətmək kimi, nəyi приучить к холоду, soyuqdan donmaq окоченеть от холода, soyuqdan əsmək дрожать от холода 2. температура ниже нуля. Üç dərəcə soyuq (şaxta) три градуса холода (мороза) 3. помещение, место с низкой температурой воздуха. Soyuqda işləmək работать на холоде, soyuqda yatmaq спать в холоде, soyuqda oturmaq сидеть на холоде, soyuqda saxlamaq держать (хранить) на холоде 4. мн. ч. soyuqlar холода (время, пора, когда стоит такая погода). Soyuqlar düşdü наступили холода, ilk soyuqlar первые холода III нареч. холодно. Soyuq baxmaq холодно посмотреть, soyuq qarşılamaq холодно встретить, soyuq danışmaq холодно разговаривать, soyuq salamlaşmaq холодно поздороваться IV предик. холодно. Bu gün soyuqdur сегодня холодно, otaq soyuqdur в комнате холодно ◊ soyuq müharibə холодная война (политический курс, который проводили правительства стран НАТО и Варшавского Договора в отношении друг друга по окончании Второй мировой войны до распада Советского Союза); soyuq silah холодное оружие (рубящее, колющее или режущее оружие для рукопашного боя – пика, штык, сабля, ножи и т.п. – в отличие от огнестрельного); soyuğa vermək kimi, nəyi простуживать, простудить, застуживать, застудить кого, что. Qulaqlarını soyuğa vermək застудить уши; uşağı soyuğa vermək простудить ребенка; özünü soyuğa vermək простуживаться, простудиться; застуживаться, застудиться; soyuq dəymək см. özünü soyuğa vermək; soyuq çəkmək застуживаться, застудиться; soyuq aparmaq nəyi отмораживать, отморозить что. Onun qulaqlarını soyuq apardı он отморозил себе уши; soyuq olmaq см. soyuq dəymək; soyuq tutmaq см. soyuq dəymək; soyuqdan keçinin buynuzu çatlayır стоит собачий холод; soyuqdan dişi dişinə dəyir зуб на зуб не попадает от холода; elə bil üstümə soyuq su tökdülər будто облили холодной водой; nə istidir nə soyuq kimə nədən ни жарко, ни холодно кому от чего
Azərbaycanca-rusca lüğət / soyuq1 I. i. cold, cold weather; üç dərəcə ~ three degrees below zero; ~ dəymək to catch* cold, to take* / to catch* a chill; bərk ~ piercing cold; ~ dan əsmək to shiver / to tremble with cold; ~dan ölmək məc. to be* dead with cold; ~ aparmaq to be* frostbitten; soyuğa vermək to let* (d.) catch cold, to let* (d.) take / catch a chill; O, uşağı soyuğa verib He / She let the child catch cold / a chill II. s. cold, frigid; unfriendly; ~ hava cold weather; ~ gün a cold day; ~ su cold water; ~ külək cold wind; ~ xörək cold dish; ~ baxış cold glance; ~ söz unfriendly word; ~ silah sidearms pl.; cold steel; ~ müharibə cold war; ~ qəbul cold / frigid reception; ~ qurşaq coğ. cold / frigid Zone III. z. coldly, frigidly; ~ baxmaq to look coldly; ~ gülümsəmək to smile frigidly; bir kəsə ~ münasibət bəsləmək to treat smb. coldly; ~ qarşılamaq to give* smb. a cold / frigid reception
Azərbaycanca-ingiliscə lüğət / soyuq1 sif. froid, -e ; ~ müharibə guerre f froide ; ~ müharibə siyasəti politique f de la guerre froide ; ~ müharibə siyasətinə qayıtma retour m à la politique de la guerre froide ; ~ müharibəyə son qoymaq mettre fin à la politique de la guerre froide ; ~ müharibə tərəfdarları partisants m pl de la politique de la guerre froide
Azərbaycanca-fransızca lüğət / soyuq1 1. прил. къайи; soyuq külək къайи гар; soyuq xörək къайи (чими тушир, кьили хьайи) къафун; soyuq paltar къайи (чими тийир, чим техуьр, кьелечӀ) ппек; soyuq ev къайи (мекьи, чими тушир) кӀвал; // кефер патан; soyuq ölkələr къайи уьлквеяр; 2. прил. мекьи; soyuq hava мекьи (къайи) гьава; soyuq qış мекьи (къайи) кьуьд; 3. сущ. къай, мекь, мекьивал; canıma soyuq düşdü зи ччанда къай (мекьи фул) гьатна; soyuq aparmaq къаю ягъун (тухун), давди кьун (ягъун); soyuq dəymək (olmaq) мекьи хьун, къай галукьун, мекьи хьана азарлу хьун; soyuq düşmək къайи хьун, мекьи хьун (гьава); // soyuqlar гз. къаяр, мекьер, мекьи гьаваяр, мекьивилер; soyuqlar düşdü къаяр алукьна; 4. прил. пер. къайи (мес. жаваб, рафтар); къайи къван хьтин (мес. рикӀ, кас); рикӀ чуькьуьдай, рикӀ сугъулардай (мес. межлис); // нареч. къайиз, къайидаказ, къайивилелди; ** soyuq müharibə къайи дяве; soyuq silah къайи яракь (гапур, тур, жида, чукӀул ва мс. атӀудай ва сухдай яракь).
Azərbaycanca-ləzgicə lüğəti / soyuq