Apuley
Apuleyus, rusca Apuley (lat. Apuleius Lucius, təxminən m. 125–170) — Qədim Roma yazıçısı, şairi, orta platonçu filosof. Roma imperiyasının Afrika əyalətinin Madavr şəhərində doğulub. Məşhur "Metamorfozalar" ("Qızıl eşşək") romanının müəllifi. Yazıçının latınca əsərləri qalmışdır.
== Həyatı ==
=== Mənşəyi ===
Apuley özünü yarınumidiyalı-yarıqetuleyalı hesab edirdi. Ehtimal ki onun doğma dili hansısa yerli semit şivələrində biri olmuşdur. Şəhər özünüidarəsində yüksək vəzifə sahibi olan atası karlı adam olduğundan, Apuley, ibtidai təshsilini öz doğma şəhərində başlayıb, Karfagendə davam etdirmişdir. Yuli Sezarın əmri ilə yenidən tikilən Karfagen, tamamilə dirçəlir və çiçəklənərək II əsrdə Afrika əyalətinin mərkəzi, valinin iqamətgahı və əyalət senatının iclas yeri olur.