Paul Erliş
Paul Erliş (alman: [ˈpaʊ̯l ˈeːɐ̯lɪç] ( dinlə)) (14 mart 1854[…], Stşelin[d], Prussiya – 20 avqust 1915[…], Bad-Xomburq[d], Almaniya imperiyası) - alman hәkimi, immunoloq, bakterioloq, kimyaçı vә biokimyaçı. Kimyәvi terapiyanın banisi, Nobel mükafatı laureatı.
Paul Erliş Rostok, Strasburq, Breslavl, Leypsiq və Frayburq universitetlərində oxumuşdur. 1877-ci ildәn Şarite Berlin Klinikasının hәkimi kimi işləməyə başlamışdır. 1887-ci ildən etibarən Berlin Universitetinin privatdosenti, 1890-cı ildәn ekstraordinar professor olmuşdur. 1896-cı ildәn Şteqlisdә zәrdabın öyrәnilmәsi institutunun direktoru olmuşdur. 1899-cu ildәn Frankfurt-Maynda, hazırda öz adını daşıyan, Eksperimental Terapiya İnstitutuna rәhbәrlik etmişdir. Əsas әsәrlәri biokimya, dәrman maddәlәrinin kimyası, eksperimental patologiya vә terapiya, habelә immunitet üzrәdir. 1901-ci ildәn bәdxassәli şiş problemi üzәrindә işlәmişdir. Qan leykositlәrinin müxtәlif formalarını tәsvir etmiş, qanyaranmada sümük iliyinin vә limfoid orqanların әhәmiyyәtini göstәrmişdir.