Raul sözü azərbaycan dilində

Raul

Yazılış

  • Raul • 99.5606%
  • raul • 0.2636%
  • RAUL • 0.1757%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Raul
Raul — Kişi adı. Raul Kastro — Dövlət Şurasının sədri (2008) Raul Serkeyra — Portuqaliyalı keçmiş üzgüçü. Raul Qonsales — ispan futbolçu. Raul Albiol — ispaniyalı futbolçu Raul Meyreles — Portuqaliyalı futbolçu.
Raul Albiol
Raul Albiol (ispan: [raˈul alˈβjol tortaˈxaða] d. 4 sentyabr, 1985) İtaliya Çempionatı təmsilçilərindən Napolidə oynayan ispaniyalı peşəkar futbolçu.
Raul Kastro
Raul Modesto Kastro Rus (İspanca tələffüz: [raˈul moˈðesto ˈkastɾo ˈrus]; 3 iyun 1931[…], Biran) — qardaşı Fidel Kastrodan sonra 2011–2021-ci illərdə təkpartiyalı kommunist dövlətində ən yüksək vəzifə olan Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışmış təqaüdçü kubalı siyasətçi və general. == Həyatı == Fidel Kastro Dövlət Şurasının sədri vəzifəsindən 2008-ci il fevralın 18-də istefa verib. O, 2006-cı ilin iyul ayında böyrəyində cərrahiyyə əməliyyatı keçiriləndən sonra ali dövlət postunu müvəqqəti olaraq qardaşına ötürmüşdü. Uzunmüddətli xəstəliyinə baxmayaraq F. Kastronun Xalq Hakimiyyəti Milli Assableyasına namizədliyi irəli sürülmüş və yanvarın 20-də keçirilən seçkidə o, qardaşı Rauldan 1 faiz az səs toplamışdı. R. Kastro qardaşından 5 yaş kiçikdir. O, Dövlət Şurası sədrinin birinci müavini idi. F. Kastro 2001-ci ildə Havanada keçirilən mitinqdə huşunu itirəndən sonra qardaşını öz varisi elan etmişdi. Kuba parlamenti 2008-ci il fevralın 24-də 76 yaşlı Raul Kastronu ölkədə ən ali vəzifəyə — Dövlət Şurasının sədri vəzifəsinə seçib. Raul Kastro 1959-cu ildən Kubanın lideri olan Fidel Kastronun qardaşı və silahdaşıdır.
Raul Meyreles
Raul Meyreles (17 mart 1983, Portu) — Portuqaliyalı futbolçu. Hal-hazırda Fənərbaxça PFK-da oynayır.
Raul Piriyev
Raul Zabid oğlu Piriyev (4 iyun 1997; Kür, Şəmkir rayonu, Azərbaycan — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Piriyev Raul Zabid oğlu 04.06.1997-ci ildə Şəmkir rayon Kür qəsəbəsində anadan olmuşdur. 2003-cü ildə Şəmkir rayon ,Kür qəsəbəsi H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin birinci sinifinə qəbul olub. 2006-cı ildə Bakı şəhər Sabunçu rayonu F.Bayramov adına 22 saylı tam orta məktəbin üçüncü sinifində təhsilini davam etdirib . 2015- ci ilin may ayında orta məktəbi bitirərək AZTU- nin (Azərbaycan Texniki Universiteti ) "Dəmiryol Nəqiliyyatı və Təsərrüfatı mühəndisliyi" fakültəsində təhsil almışdır.Təhsil aldığı müddətdə qrup rəhbəri ( starst ) kimi faliyyət göstərmişdi. 2016-cı ilin aprelin 25- də McDonald's restoranının Gənclik filialında iş faliyyətinə başlamışdır. İş faliyyəti müddətində ,,ilin ən yaxşı işcisi" ,,ilin ən surətli işcisi"....bir sıra diplom və hədiyyələrlə təltif olunmuşdu. 2019-cu il , 2 iyul tarixində bakalavr ali peşə - ixtisas dərəcəsi ilə təhsilini bitirdi. 2019 - cu il ,3 oktyabr tarixində Şəmkir rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır . 2019-cu ilin , 8 oktyabr tarixində həqiqi hərbi xidmətə yola salınıb.
Raul Qonsales
Raul Qonsales Blanko (isp. Raúl González Blanco; 27 iyun 1977[…], Madrid) ― İspaniya futbolçusu. Bir çox futbol mütəxəssislərinin, futbolçuların,azarkeşlərin və idman yazarlarının fikrinə əsasən Raul bütün zamanların gəlmiş keçmiş ən böyük ispan futbolçusu olaraq görülməktədir və öz dövrünün ən yaxşı futbolçularından biri olaraq qəbul edilir. == Həyatı == 27 iyun 1977-ci ildə İspaniyanın Madrid şəhərində dünyaya gəlib. 13 yaşında Atletiko Madrid klubunun uşaq komandasına qəbul edilib.İki il sonra İspaniyanın məşhur klublarından biri olan Real Madrid klubu 15 yaşlı futbolçunu öz rənglərinə bağlamağa nail olur. 1994-cü ildə "Real"ın əsas heyətində meydana çıxır. Raul Real Madrid klubunda forma geyən ən gənc futbolçu kimi tarixə düşür. Kral klubunun heyətində ilk qolunu Atletiko Madrid klubunun qapısına vurub.15 futbol mövsümündə Raul Kral klubunun ayrılmaz hissəsinə çevrilib. Real Madridin şərəfini qoruduğu 15 il ərzində 7 prezident, 15 baş məşqçi dəyişməsinə baxmayaraq bütün məşqçilər Raula əsas heyətdə yer veriblər.İspan klubuna bir çox dünya ulduzları futbolçular gəlib-gedib-Zinəddin Zidan, Devid Bekhem, Fabio Kannavaro, Van Nisterloy və başqaları. Amma madridli azarkeşlərin qəlbinin tək fatehi Raul olaraq qalır.
Raul Qədimov
Qədimov Raul Abdulla oğlu (22 iyul 1939, Kirovabad – 2000, Gəncə) — Sovet mikrobioloq , Ph. D., professor, Azərbaycan Elmlər, Kənd təsərrüfatı Rusiya Təhsil Akademiyasının akademiki xadimi. Sahəsində bir alim baytarlıq , mikrobioloq , təşkilatçısı və tədqiqat işlərinin lideri baytarlıq ölkədə baytarlıq elminin uğurları təbliğ edirik. == Bioqrafiya == Raul Kadymov Azərbaycan CCR Gəncə şəhərində 22 iyul 1939 anadan olmuşdur. Onun atası — Abdullah Hüseyn Kadymov (1912–1953 gg.) — Alim, təşkilatçılarından biri idi Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun. 1947-ci ildə Kadymov Russian orta məktəb Gəncə (Kirovabad) və 1 № girdi. Heç uşaqlıqdan, Raul səy, bilik üçün arzu, kitab sevgi, peşə seçimində əsas kimi xidmət heyvanların maraq göstərdi və 1957-ci ildə o, uğurla qəbul imtahanlarını Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun , hələ onun bütün sonrakı həyatı ki, bilmədən həyat pedaqoq və alim bu təşkilat ilə bağlı olacaq. 1962-ci ildə Kadymov fərqlənmə diplomu ilə təhsilini başa və Heyvandarlıq Azərbaycan Elmi-Tədqiqat İnstitutunda işə göndərilmişdir. Professor RA Kadymov baytarlıq elminin nailiyyətləri bir əsas Promoter idi. "Tibb insan heals və baytarlıq insanlıq qoruyur" — o, monoqrafiya dərslik, o cümlədən 300-dən çox çap olunmuş elmi işlərin müəllifidir məşhur söz Raul Abdullaevich baytar Evseenko S. təkrar sevdi.
Raul Santyaqo
Raul Santyaqo Betankor (d. 26 sentyabr 1997) — İspaniyalı üzgüçü. Raul Santyaqo İspaniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Raul Santyaqo birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:52.8 saniyəlik nəticə ilə 34-cü yeri tutdu və yarışı başa vurdu.
Raul Serkeyra
Raul Serkeyra (d. 17 may 1940) — Portuqaliyalı keçmiş üzgüçü. Raul Serkeyra Portuqaliyanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Raul Serkeyra birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:06.7 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Raul Vallenberq
Raul Qustav Vellenberq (isv. Raoul Gustav Wallenberg, 4 avqust 1912-ci il, Stokholm — 17 iyul 1947-ci il, Lyulyan həbsxanası, Moskva) — İsveç diplomatı, ikinci dünya müharibəsi zamanı Macarıstanda on minlərlə yəhudini Holokostdan xilas edib. Budapeşt sovet ordusu tərəfindən tutulandan sonra 1945-ci ilin yanvarında həbs edilib, Moskvaya göndərilib və onun 1947-ci ilin 17 iyul tarixində sovet həbsxanasında vəfat etdiyi ehtimal edilir.
Fransua-Raul Larşe
Fransua-Raul Larşe (fr. François-Raoul Larche; doğum 1860-cı il, Sent Andre de Kubzak - ölüm 1912-ci il, Paris) — fransız müasir heykəltaraş. Onun əsərlərinə İsanın bir neçə fiquru daxildir. Lakin o daha çox hazırladığı qadın fiqurları ilə məşhurdur. O, rəqqasə Loi Fullerdən ilhamlanan rəssamlardan biridir. Onun ən məşhur əsərlərindən biri başının arxasından alov kimi dalğalanan geyimi ilə rəqs edən Loi Fulleri təsvir edir. Digər məşhur heykəltaraşlıq nümunəsi olan Bənövşələr onların böyük bacısı və ya anası olan böyük qızla bir qrup çılpaq uşağı təsvir edir. Onların gövdələri gül saplaqları və yarpaqları ilə sarılıb, onlar bütünlüklə güllərin ruhunu təqdim etmək mənası ilə ləçəklərdən papaq geyiniblər. Əsərlərindən nümunələr == Xarici keçidlər == Larşenin işlərinin şəkilləri, səhifə 1-3 Amerikan rəqqası Loi Fuller formasında qızıl suyuna salınan tunc elektrik lampası Arxivləşdirilib 2015-05-05 at the Wayback Machine (Avstraliya Milli Qalereyası) L'apotre (ewolfs.com) Arxivləşdirilib 2005-05-09 at the Wayback Machine Tempete et ses Nuees (iCollector.com) Seated female nude (treadwaygallery.com) Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Jesus as a boy (p4a.com) Skinner Inc.
Raul Martinez Krovetto
Raul Nereo Martinez Krovetto (isp. Raúl Nereo Martínez Crovetto; 1921, Buenos Ayres – 1988) — Argentina botaniki. == Elmi fəaliyyəti == Raul Nereo Martinez Krovetto toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Raúl Martínez Crovetto. 1996. Zoonimia y etnozoología de los Pilagá, Toba, Mocoví, Mataco y Vilela. Ed. J. Pedro Viegas Barros. BAires: Instituto de Lingüística, Facultad de Filosofía y Letras de la UBA Raúl Martínez Crovetto. 1981.
Xose Raul Kapablanka
Xose Raul Kapablanka (19 noyabr 1888 - 8 mart 1942) - kubalı şahmatçı, şahmat üzrə üçüncü dünya çempionu (1921-1927). 1921-ci ildə Havanada Emanuel Lasker üzərində qələbə qazanaraq dünya çempionu adını qazandı və 1927-ci ildə Aleksandr Alyoxinə uduzaraq itirdi. == Həyatı == 1888-ci il noyabrın 19-da uzaq Kuba adasında havanalı şahmat həvəskarının ailəsində anadan olmuşdur. O, şahmat oynamağı 4 yaşında ikən atasının oyununa baxarkən öyrənmişdi. Kapablanka 12 yaşında Kuba çempionu olur. == Şahmat karyerası == Məktəbi qurtardıqdan sonra 15 yaşlı Xose təhsilini davam etdirmək üçün ABŞ-yə gedir. 17 yaşında ikən Nyu-Yorkun məşhur Manhetti klubunda çıxış edən Kapablanka bütün rəqiblərinə qalib gəlir. Bir il sonra o, dünya çempionu Emanuil Laskerin çıxış etdiyi sürətli oyun üzrə turnirdə bir-birinin ardınca qələbə qazanaraq, finalda oynamaq hüququ qazanır. Finalda 18 yaşlı Kapablanka dünya çempionu Laskeri ağır məğlubiyyətə uğradır. Gənc şahmatçının sürətli və dəqiq düşünülmüş gedişləri çempionu heyrətə salır.
Viktor Raul Ayya de la Torre
Viktor Raul Ayya de la Torre (isp. Víctor Raúl Haya de la Torre; 22 fevral 1895[…] – 2 avqust 1979[…], Lima) — Peru solçu siyasətçisi. O, milli-islahatçı Amerika Xalq İnqilabi Alyansı təşkilatçılarından və lideri olmuşdur. == Həyatı == Viktor Raul Ayya de la Torre Perunun şimalında, Truxilyo şəhərində anadan olmuşdur 1913-cü ildə ədəbiyyat üzrə təhsil almaq üçün Truxilyo Milli Universitetinə daxil olmuş və burada məşhur Peru şairi Sezar Valyexo ilə tanış olur, onunla dostluq edir. Daha sonra Limadakı San-Markos Universitetinə daxil olmuş və burada universitetin inzibati islahatlarının aparılmasında mühüm rol oynamışdır. Bu islahatın bir hissəsi tələbələr tərəfindən tədris olunan işçilər üçün qiyabi kursların təşkili ilə bağlı idi. Ayya de la Torre tərəfindən işçilər üçün qurulan Qonzales Prada Xalq Universiteti sonralar onun APRA partiyasının əsasını təşkil etdiyi güman edilir. == Şəxsi həyatı == Viktor Raul Ayya de la Torrenin qadınlarla heç bir əlaqəsinin olmaması ilə şəxsi həyatına diqqət çəkmişdir. O, evli olmayıb və çoxları onu homoseksual hesab edirdi. APRA görüşlərinin birində evlilik haqqında sual alanda demişdir: "APRA mənim həyat yoldaşımdır, siz isə (partiyanın üzvləri) mənim uşaqlarımsınız".
Baccharis raulii
Baccharis raulii (lat. Baccharis raulii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Raulinoreitzia
Raulinoreitzia (lat. Raulinoreitzia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Raulinoreitzia crenulata (Spreng.) R.M.King & H.Rob. Raulinoreitzia leptophlebia (B.L.Rob.) R.M.King & H.Rob. Raulinoreitzia tremula (Hook. & Arn.) R.M.King & H.Rob.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.20 dəfə / 1 mln.
2003 ••••••• 2.36
2004 •••••••••••• 4.38
2005 •••••••••••• 4.05
2006 •••••••••••••••• 5.86
2007 •• 0.63
2008 •••••••••• 3.41
2009 •••••••••••••• 4.80
2010 •••••••••••••••••••• 7.35
2011 ••••••••••••••• 5.49
2012 •••••••••• 3.53
2013 ••••••••••••••••• 6.13
2014 •••••••••••••••••••• 7.04
2015 •••••••••••• 4.08
2016 ••••••• 2.43
2017 ••••••••• 3.25
2018 ••••••• 2.25
2019 •••••••• 2.64
2020 •••••• 2.12

raul sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

"rad"-"işıq", "vulf"-"qurd, canavar" sözlərindən düzəlmiş və "işıqlı qurd" mənasındadır.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#raul nədir? #raul sözünün mənası #raul nə deməkdir? #raul sözünün izahı #raul sözünün yazılışı #raul necə yazılır? #raul sözünün düzgün yazılışı #raul leksik mənası #raul sözünün sinonimi #raul sözünün yaxın mənalı sözlər #raul sözünün əks mənası #raul sözünün etimologiyası #raul sözünün orfoqrafiyası #raul rusca #raul inglisça #raul fransızca #raul sözünün istifadəsi #sözlük