Rama sözü azərbaycan dilində

Rama

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Rama • 91.9708%
  • rama • 6.5693%
  • RAMa • 1.4599%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rama
Rama — hind mifologiyasında populyar şahzadə. Hind mifologiyasına görə Rama sınaqdan keçərək Şiva allahının bu vaxtadək heç kimin əyə bilmədiyi oxunu sındırıb gözəl şahzadə Sita ilə evlənmişdi. Düşmənləri Ramanın öz ölkəsindən 14 il müddətinə qovulmasına nail olurlar. Ögey qardaşı və arvadı Sita da Rama ilə birlikdə gedirlər. Meşədə sərgərdan həyat sürən Rama və onun qardaşı çoxlu igidliklər göstərir və bir neçə müdhiş rakşası (eybəcər məxluq simasında olan şər allahlarını) öldürürlər. Rakşasların çarı Sitanı qaçırır və onu cəng arabasında hava ilə Lanka adasındakı paytaxtına aparır. Sitanı xeyli axtardıqdan sonra Rama meymunların çarı ilə saziş bağlayır, meymunların və ayıların qoşunlarına başçılıq edərək okeandan körpü salır və Lankanı mühasirəyə alır. Döyüşdə Rama ilə qardaşı bir neçə rakşas sərkərdəsini öldürülər, təkbətək yekun savaşında isə Rama rakşasların çarına qalib gəlir. O, Sita ilə birlikdə öz ölkəsinə qayıdır və çar olur. XI əsrdən başlayaraq Rama kultu hiduizmin iki mühüm kultundan (krişnaizmlə yanaşı) biri olur.
Edi Rama
Edi Rama (alb. Edi Rama; 4 iyul 1964, Tirana) — albaniyalı siyasətçi, sənətçi, yazıçı, publisist, pedaqoq və keçmiş basketbolçu, Albaniyanın 33-cü Baş naziri. Baş nazir seçilməzdən əvvəl Rama bir sıra vəzifələrdə çalışıb. 1998-ci ildə Mədəniyyət, Gənclər və İdman Naziri təyin edildi və 2000-ci ilə qədər bu vəzifədə çalışdı. İlk dəfə 2000-ci ildə Tirananın bələdiyyə sədri seçilmiş, ardınca 2003 və 2007-ci illərdə də bu vəzifəni yenidən icra etmişdir. Edi Rama 2005-ci ildən bu yana Albaniya Sosialist Partiyasının sədridir. 2013-cü ildə Edi Ramanın rəhbərlik etdiyi mərkəz-sol partiyalar koalisiyası sağçı Albaniya Demokratik Partiyasını məğlub edərək parlament seçkilərində qalib gəldi. 4 iyul 1964-cü ildə Albaniyanın Tirana şəhərində Edvin Rama olaraq anadan olub, Kristak və Aneta Ramanın iki övladından ilkidir. Atası Dürresdə anadan olan məşhur heykəltaraş, Albaniyanın kommunist diktatoru Ənvər Xocanın bir çox heykəlinin yaradıcısı Kristak Rama (1932–1998) idi. Anası Aneta Rama (1938–2020) kommunist Albaniya dövründə Siyasi Büronun üzvü olan Spiro Kolekin bacısı, Vloranın cənub-qərbindəki Vuno kəndindən tibb məzunu idi.
Urata Rama
Urata Rama (20 dekabr 1986) — Kosovolu atıcı. Urata Rama Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Urata Rama birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 402.3 xal toplayaraq 48-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
VI Rama
Vaçıravudx, və ya VI Rama , və ya Phra Bat Somdet Phra Poramentharamaha Vajiravudh Phra Mongkut Klao Chao Yu Hua (tay พระบาทสมเด็จพระปรเมนทรมหาวชิราวุธฯ พระมงกุฎเกล้าเจ้าอยู่หัว), və ya Phra Bat Somdet Phra Ramathibodi Si Sintharamaha Vajiravudh Phra Mongkut Klao Chao Yu Hua (tay พระบาทสมเด็จพระรามาธิบดีศรีสินทรมหาวชิราวุธฯ พระมงกุฎเกล้าเจ้าอยู่หัว) (Banqkok, 1 yanvar 1881 - Banqkok, 25 noyabr 1925) - 1910-ci ildən 1925-ci ilədək Tailand kralı. Qardaşı Vəzir Nahid vəfat etdikdən sonra taxt-taca sahib olub. O, 1910-cu ildə atası Kral Chulalongkornun siyasətini davam etdirməyə başladı. Onun hakimiyyəti dövründə ölkə Qərbi texnologiyasını idxal etməyə, investisiya yatıraraq kənd təsərrüfatını inkişaf etdirməyə nail oldu.
Dağ ramalinası
Dağ ramalinası (lat. Ramalina montana) — fungi aləminin ascomycota şöbəsinin lecanoromycetes sinfinin lecanorales dəstəsinin ramalinaceae fəsiləsinin ramalina cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c +3c. Nadir növdür. Tallomu yasıtvari, yığcamdır, hündürlüyü 5–12 mm, diametri 1-3,5 sm-əçatır, boz-sarımtıl, saman rənglidir, gözə çarpmayan saysız lövhəciklərdən ibarətdir. Tallomun lövhəcikləri dixotomik şaxəlidir, eni 1,5 mm-ə qədərdir, yastıdırlar, üst hissəsi bir qədər dalğalıdır, bəzən şırımda qırılmış, lupanın altında açıq-mum rənglidir, aşağı hissəsi nisbətən tünddür. Üst qabıq hissəsinin rəngi KOH təsirindən dəyişmir. Lövhəciklərin uclarında tallom rəngində izidilər yerləşir, hansı ki, bəzi vaxt təpədə nazik örtüyü cırılandan sonra soredili olur Parmelia izidiotylardakı kimi. Nadir halda iridənəli soredilərlə diskvari soralilərə rast gəlinir. Apotesilər yoxdur.
Elmira Ramazanova
Elmira Ramazanova (azərb. Elmira Məmmədəmin qızı Ramazanova‎, 28 oktyabr 1934, Bakı – 8 dekabr 2020) — Texnika elmlər doktoru, Professor, Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü (2007). Elmira Ramazanova 1934-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşdur. 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla, 1957-ci ildə isə Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyasının) Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Alim əmək fəaliyyətinə Azərbaycan Respublikasının Energetika İdarəsində başlayıb, 1992-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktorudur. O, 1965-ci ildə “Qazkondensat sistemlərdə qazların separasiya şəraitlərinin hesablanma metodunun işlənməsi və tədqiqi” mövzusunda namizədlik, 1975-ci ildə “Adaptasiya metodlarının tətbiqinə əsasən neftqaz-kondensat yataqlarının termodinamiki tədqiqatları“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1978-ci ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Elmira Ramazanova neft-qaz və qazkondensat yataqlarının səmərəli işlənməsinin təmini istiqamətində kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft-qaz, qaz kondensat çıxarmada yaranan mürəkkəbləşmələrə qarşı mübarizə, işlənmə rejiminin tənzimlənməsi üçün lazım olan parametrlərin seçilməsi, nanokompozitlərin alınması, nanotexnologiyaların işlənib hazırlanması və onların istehsalata tətbiqi, neftlə çirklənmiş torpaqların təmizlənməsi təşkil edir. 2004-cü ildə alimin rəhbərliyi ilə ölkəmiz “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”, “Xəzər, Qara dəniz regionunun, tədqiqatlar, energetika və iqlim dəyişilməsi siyasəti” regional layihələrində təmsil olunub.
Elxan Ramazanov
Elxan Ramazan oğlu Ramazanov (25 yanvar 2000, Danaçı, Zaqatala rayonu – 22 oktyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elxan Ramazanov 2000-ci il yanvarın 25-də Zaqatala rayonunun Danaçı kəndində anadan olub. 2007-2016-ci illərdə Danaçı kənd tam orta məktəbində, 2016-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində təhsil alıb. Subay idi. Elxan Ramazanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elxan Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Elxan Ramazanov oktyabrın 18-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı yaralanıb. Bakı şəhərində yerləşən hərbi hospitalda komada olub. Dörd dəfə əməliyyat olunmasına baxmayaraq oktyabrın 22-də şəhid olub.
Eros Ramazotti
Eros Lusiano Valter Ramazotti (28 oktyabr 1963, Roma) — İtalyan müğənni və bəstəkar. İfaçının duet oxuduğu ulduzlar arasında Adriano Çelentano, Andrea Boçelli, Co Koker, Tina Törner, Karlos Santana, Luçano Pavarotti kimi nəhənglər olub. Mahnılarını italyancadan başqa ən çox ispanca oxuduğuna görə ispan ölkələrində daha çox məşhurdur. 1984-cü ildən bəri Ramazzatti 11 studiya albomu, 1 mini albom, 3 kompazisiya albomu, 3 canlı ifa albomu və 37 mahnı yayımlayıb. 30 illik karyerasında 60 milyondan çox mahnı və səsyazması satılıb. Ramazzotti, ilk dəfə 1993-cü ildə, Tutte storie albomu ilə beş milyon albom satışını toplamış və əvvəllər albomlarını çıxardığı hər ölkədə ilk beşliyi tutmaqla beynəlxalq müvəffəqiyyət qazanmışdır. Bu müvəffəqiyyət 1994-cü ildə Ramazzottinin, əsası 1987-ci ildə qoyulan Alman səsyazma qrupu olan BMG ilə müqvilə bağlamasına yol açmışdır. Eros Ramazzotti 1963-cü ilin 28 oktyabrında Romada, inşaatçı Rodolfo Ramazzotti və evdar Rafaella Molinanın ailəsində anadan olub. Romaya atası Rodolfo Ramazotti Latsiodakı Vitebro əyalətindən, anası isə Kalabriyadakı Valentia əyalətindən gəliblər. Ailə oğullarına Qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı olan Erosun adını verir.
Eros Ramazzotti
Eros Lusiano Valter Ramazotti (28 oktyabr 1963, Roma) — İtalyan müğənni və bəstəkar. İfaçının duet oxuduğu ulduzlar arasında Adriano Çelentano, Andrea Boçelli, Co Koker, Tina Törner, Karlos Santana, Luçano Pavarotti kimi nəhənglər olub. Mahnılarını italyancadan başqa ən çox ispanca oxuduğuna görə ispan ölkələrində daha çox məşhurdur. 1984-cü ildən bəri Ramazzatti 11 studiya albomu, 1 mini albom, 3 kompazisiya albomu, 3 canlı ifa albomu və 37 mahnı yayımlayıb. 30 illik karyerasında 60 milyondan çox mahnı və səsyazması satılıb. Ramazzotti, ilk dəfə 1993-cü ildə, Tutte storie albomu ilə beş milyon albom satışını toplamış və əvvəllər albomlarını çıxardığı hər ölkədə ilk beşliyi tutmaqla beynəlxalq müvəffəqiyyət qazanmışdır. Bu müvəffəqiyyət 1994-cü ildə Ramazzottinin, əsası 1987-ci ildə qoyulan Alman səsyazma qrupu olan BMG ilə müqvilə bağlamasına yol açmışdır. Eros Ramazzotti 1963-cü ilin 28 oktyabrında Romada, inşaatçı Rodolfo Ramazzotti və evdar Rafaella Molinanın ailəsində anadan olub. Romaya atası Rodolfo Ramazotti Latsiodakı Vitebro əyalətindən, anası isə Kalabriyadakı Valentia əyalətindən gəliblər. Ailə oğullarına Qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı olan Erosun adını verir.
Fernando Ramallo
Fernando Ramallo (isp. Fernando Ramallo Lucini; 3 aprel) — İspaniyalı kino aktyoru. Fernando Madriddə anadan olmuşdur. Kino səhnəsinə təsadüfən düşüb. O zaman özünün oxuduğu kollecdə David Truebanın "Yaxşı həyat" adlı kinokomediya çəkilişində kastinqdə qalib olmuşdur. Belə ki, o 15 yaşında aktyorluq sahəsinə baş vurur. 2000-ci ildə çəkilmiş "Krampak" adlı filmdə o öz dostuna aşiq olan gənc oğlan rolunda oynadı. Bu rola görə o, Valensiyada keçirilən film festivalında nominasiya və mükafat qazanmışdır.
Füzuli Ramazanoğlu
Füzuli Ramazanoğlu (tam adı: Quliyev Füzuli Ramazan oğlu; 6 fevral 1961, Çalburun, Gədəbəy rayonu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. Füzuli Ramazanoğlu 1961-ci il fevralın 6-da Gədəbəy rayonunun Miskinli obasının Çalburun kəndində dünyaya göz açıb. 1978-ci ildə Çalburun kənd orta məktəbini ilk məzun kimi "əla" qiymətlərlə bitirib. Bir il Daşkəsəndə Zəylik Alunit Mədən Idarəsində fəhlə işləyib. 1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olub. 1984-cü ildə həmin ali məktəbi "Elektron mühəndisi" ixtisası üzrə bitirib. Təyinatla Bakı "Radioquraşdırma" İstehsalat Birliyində mühəndis kimi əmək fəaliyyətini davam etdirib. İki dəfə ikiillik ictimai jurnalistlər fakültəsində oxuyub. 1990-cı ilin avqustundan 1992-ci ilin yanvar ayınadək həmin müəssisədə çıxan çoxtirajlı "İmpuls" qəzetinin redaktoru vəzifəsini daşıyıb. Füzuli Ramazanoğlu mətbuatda fəaliyyət göstərənədək müxtəlif qəzet və jurnallarda, respublika radiosunda şeirlər və məqalələrlə çıxış edib.
Fərid Ramazanov
Fərid Ramazanov (tam adı: Fərid Ömər oğlu Ramazanov; 23 dekabr 1991; Qax, Azərbaycan — 9 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Fərid Ramazanov 1991-ci il dekabrın 23-də Qax rayonunun Qum kəndində anadan olub. Milliyətcə Saxur idi.1998-2009-cu illərdə Z. Müslümov adına Qum kənd orta məкtəbində təhsil alıb. Ailəli idi, bir oğlu yadigar qaldı. Fərid Ramazanov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan bir müddət sonra Silahlı Qüvvələrin TTM-də gizir hazırlıq təlimlərini bitirib. "Gizir" hərbi rütbəsi aldıqdan sonra isə hərbi xidmətinə davam edib. 2018-ci ilin yanvarından Azərbaycan Silahlı Qüvvələri "N" saylı hərbi hissəsində Taqım Komandirinin müavini vəzifəsində çalışırdı. Azərbaycan Ordusunun giziri olan Fərid Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Ramazanov oktyabrın 9-da Madagizin azad edilməsi zamanı şəhid olub.
Hacıməmməd Ramazanov
Hacıməmməd Ramazanov (tam adı: Hacıməmməd Yusif oğlu Ramazanov; 25 noyabr 1951, Sumaylı, Zaqatala rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü. Hacıməmməd Ramazanov 1951-ci il noyabrın 25-də Zaqatala rayonunun Sumaylı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası üzvüdür. Hacıməmməd Ramazanov ailəlidir, 2 övladı var. 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 66 nömrəli Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Hacıməmməd Ramazanov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 66 saylı Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Hacıməmməd Ramazanov, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov, Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının, Azərbaycan—Bosniya və Herseqovina, Azərbaycan—Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.
Hapoel Ramat-Qan FK
Hapoel (Ramat-Qan) — İsrailin futbol klubu.
Kərim Ramazanov
Kərim Nəzir oğlu Ramazanov (1 mart 1947, İlisu, Qax rayonu – 29 yanvar 2012, Bakı) — texnika elmləri doktoru (1991), AMEA-nın müxbir üzvü (2001), iqtisadi inkişaf nazirinin energetika məsələləri üzrə baş müşaviri, Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı. Kərim Ramazanov 1 mart 1947-ci ildə Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində anadan olub. 1963-cü ildə İlisu kənd orta məktəbini bitirib. 1969-cu ildə Mühəndis elektromexanik ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirib. Universiteti bitirdikdən sonra ordu sıralarında xidmət edib. Kərim Ramazanov 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və müxtəlif vəzifələrdə çalışıb. O, 1980-ci ildə laboratoriya müdiri, 1981–1993-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1993–2002-ci illərdə isə direktor vəzifəsini icra edib. 1995-ci ildə birinci çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Qax-Zaqatala Seçki Dairəsindən deputat seçilib. Parlamentin Büdcə Komissiyasının və İntizam Komissiyasının üzvü olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının da üzvü olan Kərim Ramazanov ölkənin energetika sahəsinin fəaliyyətinə dair mühüm qanunların hazırlanmasında və qəbul olunmasında yaxından iştirak edib.
Kərim Ramazanov (energetik)
Kərim Nəzir oğlu Ramazanov (1 mart 1947, İlisu, Qax rayonu – 29 yanvar 2012, Bakı) — texnika elmləri doktoru (1991), AMEA-nın müxbir üzvü (2001), iqtisadi inkişaf nazirinin energetika məsələləri üzrə baş müşaviri, Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı. Kərim Ramazanov 1 mart 1947-ci ildə Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində anadan olub. 1963-cü ildə İlisu kənd orta məktəbini bitirib. 1969-cu ildə Mühəndis elektromexanik ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirib. Universiteti bitirdikdən sonra ordu sıralarında xidmət edib. Kərim Ramazanov 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və müxtəlif vəzifələrdə çalışıb. O, 1980-ci ildə laboratoriya müdiri, 1981–1993-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1993–2002-ci illərdə isə direktor vəzifəsini icra edib. 1995-ci ildə birinci çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Qax-Zaqatala Seçki Dairəsindən deputat seçilib. Parlamentin Büdcə Komissiyasının və İntizam Komissiyasının üzvü olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının da üzvü olan Kərim Ramazanov ölkənin energetika sahəsinin fəaliyyətinə dair mühüm qanunların hazırlanmasında və qəbul olunmasında yaxından iştirak edib.
Leyla Ramazanlı
Malik Ramazanzadə
Malik Heydər oğlu Ramazanzadə (21 mart 1912, Əmircan, Bakı qəzası – 22 iyul 1987, Bakı) — texnika elmləri doktoru (1968), professor (1969), Azərbaycan SSR EA-nın müxbir üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1970). Malik Ramazanzadə 21 mart 1912-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. Ali təhsilini 1927–1931-ci illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində alıb. Malik Ramazanzadə 1931-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Fizika kafedrasında əmək fəaliyyətinə başlayıb. Həmin kafedrada fasiləsiz olaraq baş laborant, assisent, dosent vəzifəsində, 1948-ci ildən ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə kafedrada texniki institutlar arasında ən geniş və müasir avadanlıqlarla təchiz olunmuş və yüksək tələblərə uyğun olan laboratoriyalar yaradılıb. Malik Ramazanzadə 1941-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru, 1968-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsini alıb. O, 1969-cu ildə professor adına layiq görülüb. 21 aprel 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib. Tanınmış maarfçi Malik Ramazanzadə ölkədə ilk dəfə olaraq ali texniki məktəblər üçün Azərbaycan dilində "Ümumi Fizika" adlı dərslik yazıb.
Mikaela Ramazzotti
Micaela Ramazzotti (it. Micaela Ramazzotti; 17 yanvar 1979, Roma) — İtaliya kino aktrisası.
Məmmədəmin Ramazanov
Məmmədəmin Əbdül Xalıq oğlu Ramazanov -1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. Məmmədəmin Əbdül Xalıq oğlu Ramazanov 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra ədkiyyə orqanlarında və bakı şəhər prokrorluğunda prokuror vəzifəsində işləməyə başlamışdır.Prokurorluq nəzarətinin ən yaxşı və prespektivli işçilərindən olan M.Ramazanov eyni zamanda tibbi təhsil alır. Məmmədəmin Ramazanov 4 il məhkəmə və prokrorluq orqanlarında çalışandan sonra, öz ərizəsi ilə Ədliyyə nazirliyinə müraciət edərək onu Ali məktəbim "tibb məhkəməsi" kafedrasına köçürməyi xahiş edir. O Azərbaycan Dövlət Tibb Universitetində "İnfeksion xəstəliklər" kafedrasında fəaliyyətini davam etdirir. Bununla bərabər "Semaşko" xəstəxananın "İnfeksion xəstəliklər" şəbəsinə də başçılıq edir və dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəsi alır. Məmmədəmin Ramazanov 1936-cı il aprel ayının 21-də qəflətən vəfat etmişdir.
Ramadi
Ramadi (ərəb. ٱلرَّمَادِي‎) — İraqın Anbar mühafəzasında yerləşən ən böyük şəhər. Paytaxt Bağdaddan təqribən 110 km qərbdə yerləşir. Şəhər 1879-cu ildə Osmanlı İmperiyası tərəfindən yaradılıb və 2011-ci ildə şəhərin əhalisi 375000 nəfər idi. 2015-ci il mayın 18-də İŞİD İraqın hökumət qüvvələri şəhər uğrunda aylarla çəkən döyüşlərdən sonra, şəhəri ələ keçirib. İŞİD qruplaşmasının nəzarətinə keçən şəhər xarabazara çevrilib, binaların böyük əksəriyyəti dağıdılıb. Hökumət qoşunlarının hücumlarının qarşısını almağa cəhd göstərən yaraqlılar Ramadidə bütün körpüləri partladıblar. 2015-ci ilin dekabr ayında İraqın hökumət qüvvələri ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hava hücumları ilə Ramadi şəhərini İŞİD adlandıran qruplaşmadan azad edib.
Ramadi döyüşü (2014-15)
Ramadi müharibəsi - 2014-cü ilin 21 noyabr tarixində İraq ordusu və İraq Şam İslam Dövləti arasında başlamış döyüş. Ramadi şəhərinə nəzarəti ələ keçirmək uğrunda keçirilən döyüşlər 2015-ci ilin 17 mayında İraq Şam İslam Dövlətinin qələbəsi ilə başa çatmışdır.
Ramadi müharibəsi (2014-15)
Ramadi müharibəsi - 2014-cü ilin 21 noyabr tarixində İraq ordusu və İraq Şam İslam Dövləti arasında başlamış döyüş. Ramadi şəhərinə nəzarəti ələ keçirmək uğrunda keçirilən döyüşlər 2015-ci ilin 17 mayında İraq Şam İslam Dövlətinin qələbəsi ilə başa çatmışdır.
Ramal (Ucar)
Ramal — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2009-cu ildə 780 nəfər olub. Kəndin adının ərəb dilindəki rəml (qum) sözündən olub, "qumlaq, qumlu yer" mənasını ifadə etməsini güman etmək olar.
Ramal (kənd)
Ramal — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2009-cu ildə 780 nəfər olub. Kəndin adının ərəb dilindəki rəml (qum) sözündən olub, "qumlaq, qumlu yer" mənasını ifadə etməsini güman etmək olar.
Ramal Amanov
Ramal Amanov (tam adı: Ramal Rəsul oğlu Amanov) — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. 2005 Dünya Həvəskar Boks Çempionatında, Amanov yüngül çəkidə gümüş medal qazanıb, yarımfinalda İtaliya Domeniko Valentinosunu məğlub edib, Kubalı Yordenis Yuqasa udaraq, finala yüksəlib. Qızıl medal qazanıb. 2006-ci ildə Amanov "Ənvər Çoudri" Kubokunda qızıl medal qazanıb, final görüşündə Türkiyə idmançı Aydın Səlçuku məğlub edib. 2007-cu il Dünya Çempionatında o, Daudanı məğlub edib, lakin son nəticədə Frenki Gevinə məğlub olub. Gümüş medalla kifayətlənib. 2008 ci ildə İtaliyada birinci Avropa oyunlarında Georgian Popescunu məğlub edib, yarım finalda Miklos Vargaya məğlub olmuşdur. Bürünc medal qazanıb.
Ramal Aslanov
Rəmal Əli oğlu Aslanov (1 mart 1992, Çənlibel, Şəmkir rayonu; daha çox Ramal Aslanov olaraq tanınır; ləqəbi: Lord) — Azərbaycan kikboksçusu. O, kikboksinq üzrə dünya kəmərinin sahibi, 12 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionu, "Əməkdar idman ustası", Azərbaycan Kikboksinq Federasiyasının vitze-prezidenti və kapitanı, eləcə də Azərbaycan Prezidenti mükafatçısıdır. Ramal Aslanov 1 mart 1992-ci il tarixində Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuşdur. O, əslən Ermənistanın Vardenis rayonundandır. Aslanovun bir bacısı var. O, orta məktəbdə oxuyarkən həkim olmaq istəmiş, lakin sonra kikboksinqdə çempionluqlar qazandıqca, dərslərdən uzaqlaşmağa başlamışdır. Aslanov 2009-cu ildə orta məktəbi, 2014-cü ildə isə Azərbaycan Dövlət İdman Akademiyasını bitirmişdir. O, 2014–2015 illərdə həqiqi hərbi xidmətini Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının idman komandasında keçmişdir. Ramal Aslanov 2004-cü ildə cəmi bir həftə muay tay təlimləri keçmiş, həmin il isə kikboksinq üzrə məşqlərə başlamışdır. Onun ilk və son məşqçisi əməkdar məşqçi Hakim Hacıyev olmuşdur.

rama sözünün leksik mənası və izahı

rama sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. рама (несущая часть машины, установки, устройства). Avtomobil raması рама автомобиля, velosipedin raması рама велосипеда

    Azərbaycanca-rusca lüğət / rama

rama sözünün ləzgi dilinə tərcüməsi

"rama" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rama nədir? #rama sözünün mənası #rama nə deməkdir? #rama sözünün izahı #rama sözünün yazılışı #rama necə yazılır? #rama sözünün düzgün yazılışı #rama leksik mənası #rama sözünün sinonimi #rama sözünün yaxın mənalı sözlər #rama sözünün əks mənası #rama sözünün etimologiyası #rama sözünün orfoqrafiyası #rama rusca #rama inglisça #rama fransızca #rama sözünün istifadəsi #sözlük