payı sözü azərbaycan dilində

payı

Yazılış

  • payı • 99.8007%
  • PAYI • 0.1234%
  • Payı • 0.0759%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alın payı
Alın payı – (lat. lobulus frontalis) çəpgənin ön şöbəsini işğal edərək dal tərəfdə – mərkəzi şırım vasitəsilə təpə payından və bayır tərəfdə – bayır şırım vasitəsilə gicgah payından ayrılır. Yarımkürənin içəri səthində alın payı ilə təpə payı arasındakı hüdudu mərkəzi şırımın içəri ucundan aşağı doğru çəkilmiş xəyali xətt təşkil edir. Alın payının dal hissəsində mərkəzi şırıma paralel olaraq mərkəzönü şırım – lat. sulcus paracentralis gedir. Mərkəzönü şırımdan iki digər şırım – yuxarı və aşağı alın şırımları – lat. sulci frontalis superior et inferior başlayaraq boylama istiqamətdə öə doğru gedir. Bu şırımlar vasitəsilə alın payı aşağıdakı qırışlara bölünür. Mərkəzönü qırışıq – lat. gyrus precentralis (gyrus centralis anterior – BNA) mərkəzi şırımla mərkəzönü şırım arasında yerləşir.
Daşma payı
Daşma payı (Bleed) – çapda vərəqin kəsiləcəyi yerin kənarından kənara çıxan çapdır. Başqa sözlə, daşma payı kəsiləcək sahədir.
Gicgah payı
Baş beyin yarımkürələrinin bir payı da gicgah payıdır. Gicgah payı eşitmənin mərkəzidir. Burada səslər ayırd edilir. Gicgah payı həm də emosiyalarin və yaddaşın tənzimində iştirak edir. Baş beyin yarımkürələrində yan şırım gicgah payını hüdudlandırır. Yazılı nitq gicgah payı ilə əlaqədardır. == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Hərənin öz payı+tayı (film, 2006)
== Məzmun == Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla (Rafael İsgəndərov) Qəndab (Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan (Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir... == Film haqqında == Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.
Qardaş payı
Qardaş payı — rejissor Səlcuq Aydəmirin komediya janrında çəkdiyi film. NTC media tərəfindən hazırlanmış filmin ilk seriyası 13 fevral 2014-cü ildə Star TV də göstərildi. Filmin ilk mövsümünün rejissoru Səlcuq Aydəmir olmuşdur. 22 seriyadan sonra 7 avqust 2017-ci ildə filmin ilk mövsümü bitmişdir. Filmin ikinci mövsümü 29 yanvar 2015-ci ildə başlamış və 30 aprel 2015 tarixinədək 35 seriyası nümayiş olunmuşdur. Filmin baş rollarında Əhməd Kural, Murad Cəmcir və Seda Bakan oynamışlar. == Mövzusu == Film iki mühəndis qardaşın dünyanı xilas edəcək bir qurğunun icadı xəyalından bəhs edir. Metin , Ali və Feyza Özdemir qardaşları dünyanı xilas edəcək olan borla çalışan bir motor ixtira edəcəklərdir. Bu motorun həqiqi ixtiraçısı ataları olan Tahsin Özdemirdir. Ancaq 13-cü seriyada ataları öldüyündən işləri qarışmışdır.
Təpə payı
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
İnvestisiya payı
İnvestisiya payı — investisiya fondunu təşkil edən əmlakın mülkiyyətində onun sahibinin payını, idarəedici şirkətdən pay investisiya fondunun düzgün idarə edilməsini tələb etmək hüququnu, etibarlı idarəetmə müqaviləsinə xitam verildikdə pul kompensasiyası almaq hüququnu təsdiq edən adlı qiymətli kağız pay investisiya fondunun bu pay investisiya fondunun investisiya paylarının bütün sahibləri ilə (pay investisiya fondunun fəaliyyətinə xitam verilməsi). Açıq paylı investisiya fondunun investisiya payı həm də bu pay sahibinin idarəedici şirkətdən investisiya payının geri alınmasını və bununla əlaqədar onun payına uyğun pul kompensasiyasının ödənilməsini tələb etmək hüququnu təsdiq edir. bu paylı investisiya fondunu təşkil edən əmlaka ümumi mülkiyyət hüququ, istənilən iş günü. İnvestisiya payı səhm qiymətli kağızı deyil. İnvestisiya payı ilə təsdiq edilmiş hüquqlar sənədsiz formada qeydə alınır. Açıq və interval vahid investisiya fondlarının idarəetmə şirkətləri tərəfindən buraxılan investisiya paylarının sayı məhdudlaşdırılmır. Qapalı paylı investisiya fondunun idarəedici şirkəti tərəfindən buraxılmış investisiya paylarının sayı bu pay investisiya fondunun etibarlı idarə edilməsi qaydalarında göstərilir. İnvestisiya payının nominal dəyəri yoxdur. Bir mülkiyyətçiyə məxsus olan investisiya vahidlərinin sayı kəsr sayı kimi ifadə edilə bilər. Qiymətli kağızların investisiya vahidlərindən törəmə alətlərin buraxılmasına yol verilmir.
Ənsə payı
Ənsə payı – lat. lobus occipitalis çəpgənin dal şöbəsini tutur, öndən lat. sulcus paretooccipitalis və sulcus occipitalis transversus vasitəsilə təpə payından ayrılır. Ənsə payı ilə gicgah payı arasındakı hüdudu təpədaxili şırımın dal ucunu yan şırımın dal ucu ilə birləşdirən xəyali xətt təşkil edir. Ənsə payının yuxarı yan səthində olan şırımlar o qədər sabit deyildi; burada yuxarı və bayır ənsə şırımları – lat. sulci occipitalis superior et laterales və bunların arasında eyni adlı qırışıqlar – lat. gyri occipitalis superior et laterales vardır. Ənsə payının aşağı səthində xüsusi şırım və qırışıqlar yoxdur; buranı gicgah payında olan şırım və qırışıqlar işğal edir. == Aid şəkillər == == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Hərənin öz payı+tayı
== Məzmun == Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla (Rafael İsgəndərov) Qəndab (Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan (Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir... == Film haqqında == Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.
Ömür payı. Səməndər Rzayev (film, 2015)
Ömür payı. Səməndər Rzayev — rejissor Tahirə Hüseynovanın 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Səməndər Rzayevin 70 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Həyatın dibində", "Sizə deyib gəlmişəm", "Közərən ocaqlar", "Evləri köndələn yar", "Yollar görüşəndə...", "Dəli yığıncaqı", "İblis", "Kreysr sonatası" teatr və televiziya tamaşalarının, "Uşaqlığın son gecəsi", "Nəsimi", "Tütək səsi", "Od içində", səsləndirdiyi "İstintaq", "Babək", "Babamızın babasının babası", "Qara gölün cəngavərləri", "Bəyin oğurlanması", "Bağ mövsümü" filmlərinin kadrlarından eləcə də "Bulağ" radioverilişindəki səsdən istifadə edilmişdir. Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından, eləcə də Siyavuş Kərimi, Faiq Sücəddinov, Aygün Səmədzadə və xarici bəstəkarların musiqilərindən istifadə edilmişdir. == Səhvlər == Orfoqrafik: Titrlərdə "Sizə deyib gəlmişəm", "Yollar görüşəndə...", "Dəli yığıncağı" teatr və televiziya tamaşalarının adları səhvən "Sizi deyib gəlmişəm", "Yollar görüşəndə", "Dəli yıgıncagı" kimi yazılmışdır. Orfoqrafik: Titrlərdə "Od içində", "Uşaqlığın son gecəsi" filmlərinin adları səhvən "Od içində vahə", "Uşaqlıgın son gecesi" kimi yazılmışdır. Orfoqrafik: Titrlərdə "Babamızın babasının babası" filmində Babamızın ədatından sonra səhvən vergül qoyulmuşdur.
"Payızgülü" ordeni
"Payızgülü" ordeni, "Böyük xrizantema" ordeni (大勲位菊花章, Dai-kun'i kikka-shō) – Yaponiyada verilmiş olan ən yüksək səviyyəli ordendir. Orden 1876-cı ildə təsis edilmişdir. Texniki cəhətdən mükafatın yalnız bir səviyyəsinin olmasına baxmayaraq, onu ya zəncirə taxılmış "yaxalıq" formasında, ya da qanadlarla müşayiət olunan "böyük kordon" formasında təqdim edirlər. Bu orden Avropada verilən ordenlərdən fərqli olaraq, alan şəxsə ölümündən sonra da təqdim edilə bilər.
21-ci ilin payızı (film, 2011)
21-ci ilin payızı qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2011-ci ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan arasında imzalanan Qars müqaviləsinin 90 illiyinə həsr olunub. 2012-ci ildə Türkiyənin Qars şəhərində filmə görə rejissor Tahir Əliyevə Qars Qafqaz Universitetinin diplomu verilmişdir. == Məzmun == Film Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış olan Qars sülh müqaviləsindən bəhs edir. Film Qars müqaviləsinin imzalanmasının 90 illiyinə həsr olunub. == Mükafat == 2012-ci ildə Türkiyənin Qars şəhərində filmə görə rejissor Tahir Əliyevə Qars Qafqaz Universitetinin diplomu verilmişdir.
63-ün tutqun payızı (film, 2003)
63-ün tutqun payızı qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. == Məzmun == Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir.1963-cü il noyabrın 7-də Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayiş zamanı Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstədən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya sarı getmiş, mədəniyyət evinin fasadından Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı.Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.
Aldın payını, çağır dayını (teatr tamaşası)
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Ağ-qara payız (film, 1996)
Ağ-qara payız qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Vəli Səyyadi tərəfindən 1996-cı ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Filmin müqəddiməsində qəhrəmanın ötürdüyü ovqatdan, artıq sezirsən: biz bir insanın uşaqlığına səyahət edəcəyik. Bir tərəfdən bu lirik-ovqat əhvalatı şərtidir. O mənada ki, bizim hər birimizin uşaqlığımızla bağlı nəsə ümumi, o hər nə qədər ağrılı olsa belə həsrətimiz, xiffətimiz var. Müəllif də artıq geri dönməsi mümkün olmayan keçmişi, zamana xiffəti kino dilinə çevirib. == Məzmun == Film yaxın planda profildən gənc kişinin nəqli ilə başlayır, o, tez-tez əlləri ilə üz-gözünü ovuşdurur: “Mən deyə bilmərəm. İndi nəyisə xatırlamaq çox çətindir. Çox illər keçib o vaxtdan. Ümumiyyətlə, çətindir, insan üçün keçmiş haqda danışmaq.
Bakı payızı
Bakı Payızı-88 (rus. "Бакинская осень-88"; ing. "Baku Autumn-88") — Gənc Estrada İfaçılarının Müsabiqəsi. Müsabiqə 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan Televiziyası və Radio Komitəsinin birgə səyi nəticəsində təşkil olunmuşdur. == Tarixi == Müsabiqə ilk dəfə ötən əsrin 60-cı illərin ikinci yarısında yaranmış, lakin uzun müddət keçirilməmişdir. Təxminən 20 ilə yaxın uzun fasilədən sonra "Bakı Payızı" müsabiqəsi 80-ci illərdə yenidən estrada musiqisinə töhfələr verməyə başlayır. "Bakı Payızı-83" və "Bakı Payızı-85" müsabiqələrindən ilhamlanaraq zamanının istedadlı və gənc rejissorlarından biri olan Sevinc Kərimova müsabiqəni bərpa etmək qərarına gəlir. == Bakı Payızı-88 == 1988-ci ildə qəzetlərin birində "Bakı Payızı" müsabiqəsnin bir daha keçirilməsi haqqında elan çap olunur. Maraqlıdır ki, heç də bütün iştirakçılar müsabiqə haqqında kütləvi informasiya vasitələrindən öyrənmirlər. Nəzərə alsaq ki, 80-ci illərin sonları yalnız informasiya qıtlığı ilə deyil eləcədə mağazalarda qida məhsullarının, xüsusilə, geyim qıtlığı ilə xarakterizə olunurdu, səhnəyə çıxacaq iştirakçılar da hər biri fərqli və zövqlü görünmək üçün müxtəlif üsullardan istifadə edirdi.
Bir payız gecəsi (mahnı)
Bir payız gecəsi - 1996-cı ildə Azərbaycanda ən populyar mahnılardan biri. Musiqisi Eldar Mansurova, sözləri Bəxtiyar Vahabzadəyə aiddir. == Mahnı haqqında == Mahnı ilk dəfə 1996-cı ilin yazında Aygün Kazımova tərəfindən oxunmuşdur. Mahnı Aygün Kazımovanın 2000-ci ildə işıq üzü görən Aygün albomuna daxil edilmişdir. Erməni müğənni Hayko (Spitakci) Ghevondyan mahnını "Erməni işıqları" adlı albomuna daxil etmişdir.
Hind payızgülü
Hind payızgülü (lat. Chrysanthemum indicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin payızgülü cinsinə aid bitki növü.
Madonna payızbülbülü balası ilə
Madonna payızbülbülü balası ilə (it. La Madonna del Cardellino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-1506-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir və hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Orta Əsrlərin payızı
Orta Əsrlərin payızı " ( nid. Herfsttij der Middeleeuwen ), Niderland yazıçısı Yohan Heyzinq tərəfindən qələmə alınan fəlsəfi və mədəni əsərdir. İlk dəfə 1919- cu ildə Hollandiyada nəşr edilmişdir. Əsər XIV-XV əsrdə Fransa və Hollandiyada mənəvi vəziyyəti təsvir edir. Müəllif orta əsr zehniyyətinin xüsusiyyətlərinə , cəmiyyətin sinif bölünməsi fikrinə və orta əsr məhəbbət imicinə xüsusi önəm verib. == Həmçinin bax == İtaliyada Renesans mədəniyyəti == Ədəbiyyat == Bouwsma, William J (1974), "The Waning of the Middle Ages", Daedalus, 103 (1): 35–43. Peters, Edward; Simons, Walter P (1999), "The New Huizinga and the Old Middle Ages", Speculum, 74: 587–62, doi:10.2307/2886762. Moran, Sean Farrell. Johan Huizinga, The Waning of the Middle Ages, and the Writing of History, in The Michigan Academician, 33,3, 410-423 == Xarici keçidlər == Heyzinq, Yohan, The Waning of the Middle Ages (scanned book), Internet Archive, Edward Arnold & Co, 1924. Herfsttij der Middeleeuwen Qutenberq layihəsində.
Payız
Payız vəya güz — ilin dörd fəslindən biri.
Payız (Babək)
Payız (əvvəlki adı: Paiz) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Paiz kəndi Payız kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndi Cəhri kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Payız kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə kəndin əsl adı Payızdır və payızlıq sahədə yerləşdiyinə görə belə adlandırılır. Kəndin ərazisi payızlıq əkin üçün yararlıdır. Əslində kəndin adı İran dillərinnə məxsus payız sözündən olub "uc, son nöktə, ətək, ayaq, dib" deməkdir. Kənd həqiqətəndə dağ ətəyində yerləşir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qurban Abbasov — fəxri neftçi, əməkdar mühəndis.
Payız (dəqiqləşdirmə)
Payız
Payız burğu çiçәyi
Hündürlüyü 10-20 (35) sm, gövdəyə sıxılan bir neçə sivriləşmiş qınları və yuxarıya doğru daralmış kiçik kök yumruları olan çoxillik ot bitkisidir. == Yarpaq == Kökətrafı yarpaqları enli-yumurtavari və sivridir, rozet əmələ gətirir. == Çiçək == Çiçək qrupu birtərəfli, sünbülşəkilli, oxu spiralvari burulmuş, vəzili-yumuşaq tüklüdür.Çiçək altlığı yumurtavari-neştərşəkilli, vəzilitüklüdür.Çiçəkləri xırda, ağ rəngli, bayır tərəfdən yumşaq tüklüdür. Çiçək yanlığının xariciyarpaqcıqları küt, xətli neştərvaridir, daxili yarpaqcıqları isə dilcikşəkilli, novlu, orta hissədən yuxarısı bir az genişlənmişdir, az dalğavari kənarlıdır. == Meyvə == Kapsulu 5-7 mm uzunluqda, 2-4 (və ya 5) mm qalınlıqda, yumurtavari və saysız kiçik və çox yüngül toxumlarla doludur. == Çiçəkləməsi == Sentyabr == Meyvə verməsi == Oktyabr == Azərbaycanda yayılması == Lənk. dağ. (Lənk.rayonunun Qafqaz kəndi ətrafında S. Nenyukov tərəfindən 25/IX 1936-cı ildə toplanmışdır,Astara rayonunun Fensar kəndi ətrafında L. İ.Prilipko tərəfindən 10/X 1948-ci ildə toplanmışdır, İsmayıllı rayonu ərazisində, Göyçay çayı boyunca kolluqlarda E. S. Şükürov tərəfindən 25/IX 2015-ci ildə qeydə alınmışdır. == Yaşayış mühiti == Dağətəyi zolaqda və aşağı dağ qurşağında-kəsilmiş meşələrdə, kolluqlar arasında və otlu yamaclarda rast gəlinir.
Payız fəsli
Payız vəya güz — ilin dörd fəslindən biri.
Payız konserti (film, 1962)
== Məzmun == Film-konsert ümumi bir süjet əsasında qurulmuşdur. Film çəkən qrup istedadlar axtararkən xalqımızın sevimli sənətkarı Lütfəli Abdullayevə rast gəlir. Onlar aktyordan istedadlar axtarıb tapmaqda yaradıcı qrupa köməklik göstərməyi xahiş edirlər. Beləliklə, məşhur müğənilərdən Müslüm Maqomayev, Şövkət Ələkbərova, rəqqasə Əminə Dilbazi, Flora Kərimova ("Çinar" rəqs ansamblınin solisti kimi) və başqaları filmə çəkilirlər.
Payız madriqalı (roman)
"Payız madriqalı" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Çingiz Abdullayevin “Payız madriqalı” əsərində çağdaş cəmiyyətimizin mənəvi problemlərindən söhbət açılır. İnsanların qanına hopmuş adət-ənənələrin müsbət və mənfi tərəfləri, yazılmamış qanunlar və onların nəticələri əsərdə önə şəkilir. Burada oxucu həm ülvi məhəbbət, həm xəyanət, həm uğursuz nikah, həm də haqq-hesablı evlənmə və təbii ki, detektiv ədəbiyyatının əsas atributu olan təhqiqat tapa bilər.
Payız mandraqorası
Payız mandraqorası (lat. Mandragora autumnalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Payız melodiyaları (film, 1974)
== Məzmun == Film-konsertdə bəstəkarlardan Emin Sabitoğlu, Rəşid Nəsiboğlu, Telman Hacıyev, Ramiz Mirişli, Cahangir Cahangirovun mahnıları daxil edilmişdir. Mahnıları müğənnilərdən Flora Kərimova, Elmira Rəhimova, Baba Mirzəyev, Mirzə Babayev, İlhamə Quliyeva, Yaşar Səfərov, Nəzakət Məmmədova, Yalçın Rzazadə, Gülağa Məmmədov ifa edirlər. Filmin çəkilişləri Bakıda və Azərbaycanın mənzərəli guşələrində aparılmışdır.
Payız sonatası (film, 1978)
"Payız sonatası" (isv. Höstsonaten) — rejissor İnqmar Berqmanın filmi. == Məzmun == Kənd pastorunun arvadı Eva artıq yeddi ildir görüşmədiyi anası Şarlottanı öz evlərinə qonaq çağırır. Onun anası dünya şöhrətli, istedadlı, dəlisov, yaşlı pianoçudur. Eva fortepianoda pis çalmadığına baxmayaraq, anası kimi o qədər də istedadlı deyildi. Lakin ən əsası onun evdar qadın, həyat yoldaşı, ana və sevimli bacı olmağa meyili idi. Buna baxmayaraq onun həyatında hər şey uğursuz idi: ərinə böyük hörmət edir, amma əslində onu sevmir, onların oğlu dörd yaşında batmışdır və sağalmaz yara əvvəlki kimi yenə də rahatlıq vermirdi. Hətta Şarlotta da heç vaxt Evanı o istədiyi kimi istəməmişdi. Eva özünü ələ almaq üçün xəstəxanadan iflicdən əziyyət çəkən bacısını götürür. O, yer üzündə öz tənhalığını başa düşür.
Payız tumu yüksək məhsulun əsasıdır (film, 1952)
== Məzmun == Elmi-kütləvi filmdir. Kinolent əmək məhsuldarlığının artırılmasında şum dövründə aqrotexnika qaydalarına düzgün riayət olunmasından danışır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 37.69 dəfə / 1 mln.
2002 ••••••••••••••••••• 54.82
2003 ••••••••••• 31.10
2004 •••••••••••••••••••• 59.96
2005 •••••••••••• 34.41
2006 •••••••••••••••• 45.95
2007 •••••••••••••••••• 51.17
2008 ••••••••••••• 38.25
2009 •••••••••••••••••• 52.15
2010 ••••••••••• 32.77
2011 •••••••••• 29.25
2012 •••••••••• 28.40
2013 •••••••••• 27.72
2014 •••••••••••• 34.49
2015 •••••••••••••• 40.83
2016 •••••••••••• 33.49
2017 •••••••••••••••• 47.31
2018 ••••••••••• 30.56
2019 •••••••••••••• 39.64
2020 ••••••••••••••••• 48.93

"payı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#payı nədir? #payı sözünün mənası #payı nə deməkdir? #payı sözünün izahı #payı sözünün yazılışı #payı necə yazılır? #payı sözünün düzgün yazılışı #payı leksik mənası #payı sözünün sinonimi #payı sözünün yaxın mənalı sözlər #payı sözünün əks mənası #payı sözünün etimologiyası #payı sözünün orfoqrafiyası #payı rusca #payı inglisça #payı fransızca #payı sözünün istifadəsi #sözlük