pay sözü azərbaycan dilində

pay

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pay • 85.7117%
  • Pay • 13.8894%
  • PAY • 0.3626%
  • pAy • 0.0363%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pay Natal
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz) — Santa-Klausa bənzər Slavyan mifologiyası personajı.
Pay Pongsaton
Pay Pongsaton (tay ไผ่ พงศธร, ing. Phai Phongsathon; 12 iyun 1982) — Tailand musiqiçisi.
Apple Pay
Apple Pay — Apple şirkəti tərəfindən təqdim olunan mobil ödəniş və rəqəmsal cüzdan xidməti. Xidmət istifadəçilərə birbaşa iOS tətbiqlərində və Safari istifadə edərək vebdə ödəniş etməyə imkan yaradır. iPhone, Apple Watch, iPad və Mac-da dəstəklənir. Apple tərəfindən istehsal olunmayan və satılmayan heç bir müştəri cihazında mövcud deyil (xüsusilə, Windows-da işləyən brauzerlər də daxil, heç bir Android cihazında istifadə edilə bilməz). O, təmassız pos terminalında kredit və ya debet kartı çipini və PİN əməliyyatını rəqəmsallaşdırma və əvəz edə bilmə xüsusiyyətinə malikdir. Bunun üçün Apple Pay-a məxsus təmassız ödəniş terminalları tələb olunmur və o, təmassız ödənişləri qəbul edən istənilən tacirlə işləyə bilər. Cihazlar ödəniş məlumatlarını təhlükəsiz saxlamaq və kriptoqrafik funksiyaları yerinə yetirmək üçün daxil edilmiş təhlükəsiz elementi (eSE) və biometrik autentifikasiya üçün Apple-ın Touch ID və Face ID-si ilə yaxın sahə rabitəsindən (NFC) istifadə edərək pos terminal sistemləri ilə simsiz əlaqə yaradır. Əvvəlcə ABŞ-də istifadəyə verilən Apple Pay hazırda Azərbaycan, Bəhreyn, Böyük Britaniya, Kanada, Avstraliya, Braziliya, Meksika, Kolumbiya, Kosta-Rika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Rusiya, Ukrayna, Qazaxıstan, Çin, Yeni Zelandiya, Sinqapur, Honq-Konq, Yaponiya, Makao, Gürcüstan, Belarusiya, Monteneqro, Serbiya, Cənubi Afrika və Avropa İqtisadi Bölgəsindəki (AİB) bütün ölkələrdə mövcuddur. Apple Pay həm American Express, Visa (Electron və V Pay daxil olmaqla), Mastercard (Maestro daxil olmaqla) və Discover kimi beynəlxalq ödəniş sistemlərini, həm də Çinin UnionPay, Yaponiyanın JCB, Fransanın Cartes Bancaires, Kanadanın Interac, Avstraliyanın EFTPOS, Səudiyyə Ərəbistanının Mada, Almaniyanın Girocard və Rusiyanın Mir kimi ölkəyə xas daxili ödəniş sistemlərini dəstəkləyir. Apple Pay həm kredit/debet kartlarının (açıq dövrə) istifadəsi ilə bəzi ictimai nəqliyyat şəbəkələrindən (məsələn, Londonda TfL və Nyu-York şəhərinin metro və avtobus şəbəkəsində OMNY oxucularında) istifadəyə, həm də Şərqi Yaponiya Dəmiryolu Şirkətinin Suica, Çikaqo Tranzit İdarəsinin Ventra, San-Fransisko körfəz sahəsinin Clipper (qapalı dövrə) və Honkonqun Octopus Card kimi xüsusi səyahət kartlarının istifadəsi ilə səyahətə imkan yaradır.
Google Pay
Google Pay (20 fevral 2018-ci ilə qədər — Android Pay) — Android əməliyyat sistemi ilə işləyən mobil cihazlardan (smartfonlar, planşetlər və smart saatlar) istifadə etməklə ödəniş etməyə imkan verən sistem. == Xidmətin təsviri == Google Pay kart məlumatlarını satıcıya göndərmək üçün Near Field Communication (NFC) texnologiyasından istifadə edir. O, kredit və debet kartlarında PİN çipi və ya maqnit zolağı əvəz edir və istifadəçiyə həmin məlumatları cihaza endirməyə imkan verir. İstifadəçi kartın fotosunu çəkərək və ya kart haqqında məlumatı əl ilə daxil etməklə xidmətə ödəniş kartını əlavə edə bilər. Ödəniş etmək üçün ödəniş cihazını ödəniş terminalına gətirmək və əməliyyat başa çatana qədər saxlamaq lazımdır. Belə bir ödəniş hər yerdə olan təmassız ödənişə bənzəyir, lakin sonuncudan fərqli olaraq, təhlükəsizlik səviyyəsini artırmaq üçün iki faktorlu autentifikasiya tələb olunur. Xidmət Android cihazına antenna, host kartı emulyasiya texnologiyası və Android təhlükəsizlik sistemi kimi NFC-dən istifadə edən avtomatla simsiz əlaqə yaratmağa imkan verir.
Samsung Pay
Samsung Pay-(SΛMSUNG Pay kimi stilizə edilib) dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Cənubi Koreyanın Samsung Electronics şirkəti tərəfindən idarə olunan mobil ödəniş və rəqəmsal pul kisəsi xidmətidir.Xidmət ilk dəfə Cənubi Koreyada 20 avqust 2015-ci ildə istifadəyə verilib. Bu xidmət, istifadəçilərə smartfonları və smart saatları vasitəsilə alış-veriş etmək, ödəniş etmək, bank kartları və loyallıq kartları ilə əlaqə qurmaq və bir çox əməliyyatıları aparmağa imkan verir. Samsung Pay, Samsung-un 2015-ci ilin fevralında təxminən 300 milyon dollara aldığı startap şirkəti LoopPay-in əqli mülkiyyətindən hazırlanmışdır ki, bu da şirkətin ən böyük alışlarından biridir..
Press F to pay respects
"Press F to pay respects" (azərb. Hörmət göstərmək üçün F düyməsini basın‎) — Oyunun 2014-cü ilin noyabrında buraxılmasından sonra, oyundaxili dəfn mərasimi anında yersiz görünən məcburi interaktiv elementinə görə bir çox tənqidçi və video oyun oyunçusu tərəfindən lağ edildi. O vaxtdan internet şərhçiləri tərəfindən xoşagəlməz hadisələrlə bağlı rəğbət və ya etiraf etmək üçün "F" düyməsindən istifadə olunur. == Haqqında == Call of Duty: Advanced Warfare kompüter oyununda interaktiv səhnə (QTE) zamanı ekranda "Hörmət əlaməti olaraq basın" F işarəsi görünür. Hadisələr dəfn mərasimidə hekayə formatında keçir. Sıravi personajlardan biri olan Cek Mitçel Cənubi Koreyada döyüşlər zamanı həlak olan ən yaxın dostunun, eyni zamanda hərbçinin dəfn mərasimində iştirak edir. Dəfn mərasimində iştirak edən digər əsgərlər növbə ilə bağlı tabuta yaxınlaşır və əlləri ilə qapağa toxunaraq mərhumun xatirəsini ehtiramla yad edirlər. Dəfn səhnəsinin müəyyən bir nöqtəsində, interaktiv alət oyunçuya xatırlatma edir. Klaviaturadakı F düyməsini basarsanız interaktiv obyektlərlə qarşılıqlı əlaqə üçün nəzərdə tutulmuş qəhrəman da tabuta yaxınlaşacaq və əlini qapağın üstündə tutacaq. Oyunçu xatırlatmanı görməməzliyə gələ bilər, bu zaman xarakter sadəcə olaraq eyni yerdə qalacaq və tabuta yaxınlaşmayacaq; bir dəfədən artıq "xatirə" edə bilmərsiniz.
Gəlirlərin paylanması
İqtisadiyyatda gəlirlərin paylanması bir ölkənin Ümumi Daxili Məhsulunun ölkə əhaləsi arasında necə bölüşdürüldüyüdür. Gəlir və onun paylanması həm iqtisadi nəzəriyyənin, həm də iqtisadi siyasətin mərkəzindəki mövzular olmuşdur. Adam Smit, Tomas Maltus və David Rikardo kimi klassik iqtisadiyyatçılar, əsasən, istehsal vasitələrinin gəlirinin bölüşdürülməsiylə maraqlanmışdır. Onlara görə, gəlir əsas istehsal vasitələri olan torpaq, əmək və kapital arasında bölüşdürülür. Müasir iqtisadiyyatçılar da bu məsələlər üzərində dursalar da, paylanmanın daha çox fərdlər və ev camaatı arasında aparılması fikrini müdafiə etmişlər. Vacib nəzəri və iqtisadi fikirlərə gəlir bərabərsizliyi və iqtisadi artım arasındakı balans və onların əsas tərs əlaqəsi daxildir. Gəlirin cəmiyyət arasında necə bölüşdürülməsi Lorens əyrisi (qrafiki) vasitəsi ilə göstərilə bilər. Lorens əyrisi Cini indeksi kimi gəlir bərabərsizliyini göstərən vasitələrlə yaxından əlaqlidir.
Hind payızgülü
Hind payızgülü (lat. Chrysanthemum indicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin payızgülü cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dendranthema indicum (L.) Des Moul. Matricaria indica (L.) Desr. Pyrethrum indicum (L.) Cass. Tanacetum indicum (L.) Sch.Bip. == Yarımnövləri == Chrysanthemum indicum var. aromaticum (Q.H.Liu & S.F.Zhang) J.M.Wang & Y.T.Wu Chrysanthemum indicum var.
Hərənin öz payı+tayı (film, 2006)
== Məzmun == Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla (Rafael İsgəndərov) Qəndab (Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan (Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir... == Film haqqında == Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.
Kardiff Paytaxt Universiteti FK
İnter (Kardif) — Uelsin futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 3 dəfə Avropa kuboklarında iştirak edib. == Uğurları == Uels Liqası İkinci (2): 1992-93, 1993-94. Uels Kuboku Qalib (1): 1998-99.
Kris Payn
Kris Payn(ing. Christopher Whitelaw Pine; d. 26 avqust 1980, Los-Anceles, ABŞ) — Amerikalı aktyor.
Liam Payne
Liam Peyn (əsl adı Liam James Payne; 29 avqust 1993, Vulverhempton, Uest-Midlends[d] – 16 oktyabr 2024) — İngilis müğənni, model və söz müəllifi, One Direction qrupunun keçmiş üzvü. == Həyatı == Liam James Payne 29 avqust 1993-cü ildə İngiltərə West Midlandsda anadan olmuşdur. 4 yaşında olanda bir böyrəyində yara olduğunu öyrənib. Ağrını hiss eleməməsi üçün səhər və axşam 32 ədəd iynə vurdururdu. Liam bir böyrəyi olduğu üçün sevgilisinin onu tərk etdiyini deyir. Üç həftə əvvəl doğulan ve xəstəxanada tutulan Liam'ın tək bir böyrəyi işləyirdi ancaq 7 avqust 2012 tarixində ikinci böyrəyinin də işlədiyini də öyrəndi. Atası Geoff və anası Karen'ın tək oğludur, Ruth ve Nicola adında iki bacısı var. Məktəb həyatı üçün özünə "məktəbdəki dəcəl uşaq" adını verir. Məktəb vaxtlarında boks dərsləri alıb. Dərslərdən birində burnunun qırıldığını deyir.
Madonna payızbülbülü balası ilə
Madonna payızbülbülü balası ilə (it. La Madonna del Cardellino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-1506-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir və hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Misirin yeni paytaxtı
Misirin yeni paytaxtı — 13 mart 2015-ci ildə Misir İqtisadi İnkişaf Konferansında İnşaat naziri Mostafa Madbuli tərəfindən elan edilən irimiqyaslı layihədir. Yeni şəhər Qahirənin şərqində və İkinci Böyük Qahirə şəhərətrafı yolunun çölündədir. Hələ ki, şəhərə ad verilməyib. Planlara görə şəhər Misirin inzibati və iqtisadi paytaxtı olacaq. Sahəsi 700 km2-dir. Şəhərdə 5 milyona qədər insanın yaşayacağı və əsas hökumət departamentlərinin və nazirliklərinin, həmçinin xarici səfirlikləri burda yerləşməsi planlaşdırılır. Təklifə hal-hazırda Misir Hava qüvvələri tərəfindən istifadə edilən Vadi Al Candali aeroportunun ərazisində tikiləcək böyük əyləncə parkı və yeni beynəlxalq aeroport daxildir. 45 milyard ABŞ dolları xərci ilə parlamentin, prezident saraylarının, nazirliklərin və xarici səfirliklərin köçürülməsinin 2020-2022-ci illərdə tamamlanması planlaşdırılır. Proyekt üçün ümumi xərc və vaxt açıqlanmayıb. Rəsmi açıqlamadan əvvəl danışan Misirin İnvestisiya naziri Əşrəf Salman yeni paytaxtın Misir xəzinəsindən istifadə etmədən "özəl sektör şirkəti tərəfindən inkişaf etdirilməsi, təfsilatı ilə planlanlaşdırılması və icra edilməsinin" mümkünlüyü barədə danışıb.
Missi Payl
Endre Key "Missi" Payl (ing. Andrea Kay "Missi" Pyle; 16 noyabr 1972, Hyuston, Texas) — amerikalı aktrisa və müğənni. Əsasən Çarli və şokolad fabriki (2005) və Evdə tək 4 (2002) filmləri ilə tanınır. == Həyatı == Missi Payl 16 noyabr 1972-ci ildə Texas ştatının Hyuston şəhərində Linda və Frenk ailəsinin ən kiçik qızı olaraq dünyaya gəlmişdir. O, Tennesi ştatının Memfis şəhərindıə böyümüşdür. Debbi və Culiya adlı iki böyük bacısı, Sem və Paul adlı iki böyük qardaşı və Qordon adlı ögey qardaşı, Meredit adlı ögey bacısı var.[mənbə göstərin] Payl Cənubi Karolina İncəsənət Universitetinə qəbul olub 1995-ci ildə məzun olmuşdur. == Şəxsi həyatı == Payı 2000-ci ildən 2005-ci ilə qədər Antoni Sekr ilə evli olmuşdur. Payl 12 sentyabr 2008-ci ildə təbiətşünas Keyzi Enderson ilə evlənmişdir. Payl 2013-cü ildə ayrıldıqlarını təsdiqlədi. Onun bu evlilikdən bir qızı var.
Monqolustan paytaxtı
Ulan-Bator (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı. Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir. == Tarixi == Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır. == Coğrafiyası == Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir.
Normal paylanma
Normal paylanma və ya Qauss paylanması – kəsilməz ehtimal paylanmasının vacib növü. Fiziki kəmiyyət bir çox təsadüfi amillərin təsirinə məruz qaldıqda o normal paylanmaya tabe olur. Məlumdur ki, belə hallar təbiətdə çox rast gəlinir. Onlardan normal paylanma geniş yayılmışdır, onun adı da buradan götürülmüşdür. Normal paylanmanın mahiyyəti mərkəzi limit teoreminə əsaslanır. Burada deyilir ki, bir-birindən asılı olmayan, identik paylanmış təsadüfi dəyişənlərin sərhəd qiymətləri normal paylanır. Təsadüfi dəyişənlər o vaxt normal paylanırlar ki, onlar çoxlu sayda amillərin təsirlərinin cəmlənməsindən yaranır və hər bir amil ayrı-ayrılıqda heç bir əhəmiyyətli təsirə malik deyil. Təsadüfi parametrlərin normal paylanmasından sürətlərin, ölçü xətalarının, nəzarət xətalarının təyini zamanı aparılan sınaqlar zamanı istifadə edilir. Riyazi və statatistik qiymətləndirmələr zamanı qiymətləndirilən funksiya əmsallarının meyilli olub olmamasının təyin edilməsi üçün normal paylanmadan istifadə edilir. == Təyinatı == Ehtimal paylanma sıxlığı f : R → R , x ↦ f ( x ) {\displaystyle f:\mathbb {R} \to \mathbb {R} ,\ x\mapsto f(x)} olan bir kəsilməz təsadüfi dəyişən üçün: f ( x ) = 1 σ 2 π exp ⁡ ( − 1 2 ( x − μ σ ) 2 ) {\displaystyle f(x)={\frac {1}{\sigma {\sqrt {2\pi }}}}\exp \left(-{\frac {1}{2}}\left({\frac {x-\mu }{\sigma }}\right)^{2}\right)} o vaxt μ {\displaystyle \mu } - σ {\displaystyle \sigma } -normal paylanır ki, X ∼ N ( μ , σ 2 ) {\displaystyle X\sim {\mathcal {N}}(\mu ,\sigma ^{2})} və ya ( μ , σ 2 ) {\displaystyle (\mu ,\sigma ^{2})} -da normal paylansın, burada μ {\displaystyle \mu } riyazi gözləməni (orta kəmiyyət) və σ {\displaystyle \sigma } təsadüfi kəmiyyətin variyansıdır.
Nəsir Paygozar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Paygüzar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Payqozar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Orta Əsrlərin payızı
Orta Əsrlərin payızı " (nid. Herfsttij der Middeleeuwen), Niderland yazıçısı Yohan Heyzinq tərəfindən qələmə alınan fəlsəfi və mədəni əsərdir. İlk dəfə 1919-cu ildə Hollandiyada nəşr edilmişdir. Əsər XIV–XV əsrdə Fransa və Hollandiyada mənəvi vəziyyəti təsvir edir. Müəllif orta əsr zehniyyətinin xüsusiyyətlərinə , cəmiyyətin sinif bölünməsi fikrinə və orta əsr məhəbbət imicinə xüsusi önəm verib. == Həmçinin bax == İtaliyada Renesans mədəniyyəti == Ədəbiyyat == Bouwsma, William J (1974), "The Waning of the Middle Ages", Daedalus, 103 (1): 35–43. Peters, Edward; Simons, Walter P (1999), "The New Huizinga and the Old Middle Ages", Speculum, 74: 587–62, doi:10.2307/2886762. Moran, Sean Farrell. Johan Huizinga, The Waning of the Middle Ages, and the Writing of History, in The Michigan Academician, 33,3, 410–423 == Xarici keçidlər == Heyzinq, Yohan, The Waning of the Middle Ages (scanned book), Internet Archive, Edward Arnold & Co, 1924. Herfsttij der Middeleeuwen Qutenberq layihəsində.
PayPal
PayPal İnternet üzərindən çalışan online bir ödəmə sistemidir. Kredit kartı istifadə edərək və ya istifadə etməyərək, internet üzərindən etibarlı alver edilməsini ya da istənilən adama yalnız bir e-poçt ünvanı vasitəsilə pul göndərilməsini təmin edir. Paypal Belçika, Almaniya, Avstriya, Fransa, İsveçrə, İngiltərə, Amerika Birləşmiş Ştatlarında yerli veb saytları istifadəyə verərək, bu ölkələrdə problemsiz çalışır. Paypal ilə ABŞ dolları və Yen kimi birdən çox pul vahidini istifadə edərək ödəniş edilə bilər. Bu pul vahidləri arasındakı dəyişmələri Paypal öz valyuta kurslar ilə avtomatik olaraq edər. Paypalın Valyuta kurslarını paypal saytından öyrənə bilərlər. Ukrayna, Azərbaycan, Belarus, Qırğızıstan, Tacikistan, Türkiyə (2018-ci ildə qadağan olunub), Türkmənistan və Özbəkistan sakinlərinə PayPal-akkaunta vəsait qəbul etmələri qadağandır. == SMS-lə ödəmə == PayPal hesabı, cib telefonu xətti ilə əlaqələndirildiyində razılaşmalı firmalara SMS vasitəsilə ödəniş edilə bilər.
PayPal Mafiyası
PayPal Mafiyası (ing. PayPal Mafia) — müxtəlif texnologiya şirkətlərin təsisçiləri olan keçmiş PayPal işçi və qurucularına verilən ləqəb. Üzvlərin qurduğu şirkətlərə Tesla Motors, Linkedin, Palantir Technologies, SpaceX, Affirm, Slide, Kiva, YouTube, Yelp və Yammer misal göstərilə bilər. Qrupun üzvlərinin çoxu Stenford Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində təhsil alıblar. == Tarix == PayPal 1999-cu ildə X.com adıyla Confinity tərəfindən satın alındı. Daha sonra X.com-un adı PayPal olaraq dəyişdirildi və şirkət 2002-ci ildə eBay tərəfindən satın alındı. Şirkət eBay-a birləşəndən sonra 50 işçidən 12-si xaric digərləri işlərindən ayrıldı.[mənbə göstərin]Onlar birlikdə əlaqədə qaldılar və bir çox şirkətlərin qurulmasında birgə çalışdılar.[mənbə göstərin] Qrup o qədər məhsuldar oldu ki, "PayPal Mafiyası" ifadəsi yarandı. Bu ifadədən ilk dəfə 2007-ci ildə Fortune jurnalının məqaləsinin başlığında istifadə olundu. Məqalədə qrupun üzvlərinin qanqster formasında ümumi şəkili də yer alırdı. == Üzvlər == PayPal Mafiyası qrupuna aşağıdakılar şəxslər daxildir: Piter Til — PayPal-ın təsisçisi və keçmiş baş icraçı direktoru, bəzən qrupun "boss"u olaraq adlandırılır.
Payasspor
Payasspor — Türkiyənin Hatay ilinin Payas ilçəsində qurulmuş futbol klubu. == Tarixçə == 1975-ci ildə "Payas Gənclik Spor" adı ilə qurulmuş və hələ o dövrdə rəngləri mavi-ağ olaraq müəyyən edilmişdir. Rəsmi olaraq 1978–1979 mövsümündə Hatay 2-ci həvəskar liqasına qatılan komanda ilk mövsümündə çempion olaraq 1-ci həvəskar liqasına çıxmış, üstəlik Valilik Kubokunu qazanmışdır. 1982-ci ildə klubun adı "Payasspor" olmuşdur. 1993-cü ildə isə adı "Payas Bələdiyyəspor" olmuşdur. 2012–13 mövsümündə "Payas Bələdiyyəspor 1975" adını almışdır. Türkiyə Həvəskarlar Liqasının 2012–13 mövsümündə 4-cü qrupda 70 xal toplamış və "44 Malatyaspor"a qarşı top fərqi ilə qalib gələrək 2013–14 mövsümündə 3. Liqaya yüksələrək ilk dəfə peşəkar klub olmuşdur. 2015-ci ilin iyulunda klubun adı sadəcə "Payasspor" olmuşdur. == Liqa mübarizələri == 3-cü Liqa: 2013–2021 Regional Həvəskarlar Liqası: 2011–2013, 2021–2022 Hatay Həvəskarlar Liqası: 1975–2011, 2022 — h.h.
Payasspor FK
Payasspor — Türkiyənin Hatay ilinin Payas ilçəsində qurulmuş futbol klubu. == Tarixçə == 1975-ci ildə "Payas Gənclik Spor" adı ilə qurulmuş və hələ o dövrdə rəngləri mavi-ağ olaraq müəyyən edilmişdir. Rəsmi olaraq 1978–1979 mövsümündə Hatay 2-ci həvəskar liqasına qatılan komanda ilk mövsümündə çempion olaraq 1-ci həvəskar liqasına çıxmış, üstəlik Valilik Kubokunu qazanmışdır. 1982-ci ildə klubun adı "Payasspor" olmuşdur. 1993-cü ildə isə adı "Payas Bələdiyyəspor" olmuşdur. 2012–13 mövsümündə "Payas Bələdiyyəspor 1975" adını almışdır. Türkiyə Həvəskarlar Liqasının 2012–13 mövsümündə 4-cü qrupda 70 xal toplamış və "44 Malatyaspor"a qarşı top fərqi ilə qalib gələrək 2013–14 mövsümündə 3. Liqaya yüksələrək ilk dəfə peşəkar klub olmuşdur. 2015-ci ilin iyulunda klubun adı sadəcə "Payasspor" olmuşdur. == Liqa mübarizələri == 3-cü Liqa: 2013–2021 Regional Həvəskarlar Liqası: 2011–2013, 2021–2022 Hatay Həvəskarlar Liqası: 1975–2011, 2022 — h.h.
Payback (2017)
Paycıqlı quşüzümü
Paycıqlı quşüzümü (lat. Solanum laciniatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 2,5 m, birillik kulturada isə 1 m-ə qədər olur. Gövdəsi tək olub, hündürlüyü 40–60 sm, dişcikli-budaqlanandır. Gövdəsi üzərində bənövşəyi piqmentli düyüncüklü, aşağı yarpaqları saplaqlı, uzunluğu 35 sm, cüt olmayan, üç hissəli parçalanan, yuxarı yarpaqları isə azalaraq sadələşən, kiçik, bütöv və neştərşəkillidir. Yarpaqları çılpaq, yuxarı hissəsi azacıq tünd-yaşıl, aşağı hissəsi isə açıq-yaşıl rənglidir. Çiçəkləri iri, qısa çiçəkqrupundan ibarət olub, 3–17 ədəddir. Kasacığı yaşıl, 5 yarpaqlı, çiçək tacı tünd-bənövşəyi, dairəvi, meyvələri şirəli olub, uzunluğu 3 sm-dir. Meyvələri narıncı-qırmızı oval giləmeyvə, uzunluğu 2–3 sm olub, toxumları kiçik və çoxsaylıdır. Butun bitkiləri zəhərlidir.
Payde
Paide (Paide), keçmiş Vaissenştayn (alm. Weißenstein‎ — Ağ daş) — Estoniyanın mərkəzində şəhər, Yarvamaa bölgəsinin inzibati mərkəzi. Soyuq müharibə zamanı, burada Koigi sovet aviabazası yerləşirdi. Şəhərdə eyniadlı Livon ordeni tərəfindən tikilmiş qəsr ucalır. == Qardaşlaşmış şəhərlər == Paide 8 şəhərlə qardaşlaşıb: Almaniya Annaberg-Buchholz İsveç Håbo Finlandiya Hamina Çexiya Havirjov Litva Majeykyay Ukrayna Pereyaslav Latviya Saldus ABŞ Vestminster (Merilend) == Etimologiya == Paydenin alman adı Weissenstein (əslində aşağı alman dilində Wittenstein və ya Wittensten) "ağ daş" deməkdir. Bu ad Payde qalasının inşasında istifadə olunan əhəng daşından götürülmüşdür. Latın tərcüməsi Albus Lapis də istifadə edilmişdir. Estoniya adı Payde ilk dəfə 1564 -cü ildə Payda olaraq qeyd edildi və paas, pae "kireçtaşı" sözündən yarandığı düşünülür. == Görməli yerlər == Livoniya Ordeninin ustası Konrad von Mandernin əmri ilə Paide şəhərində 1265 və ya 1266 -cı illərdə bir qala tikilmişdi. Əvvəldən yerli Tall Hermann qülləsi və ya Vallitorn olaraq bilinən mərkəzi qüllənin ətrafında inşa edilmişdir.
Payer adası
Payer adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ziçi adaları qruupuna daxildir. Cekson adasından 6 km şimalda yerləşir və ondan İtalyan boğazı ilə ayrılır. Amerikan boğazı ilə ilə isə Qrili adasından ayrılır. Qrili adası ondan 5.5 km cənubdadır. == Təsviri == Uzunsov formaya malikdir. Uzunluğu 20 km, eni 12.5 km-dir. Sahil xəttinin uzunluğu 26 km-dir.

pay sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bir neçə adam arasında bölünən şeydən hər birinə düşən hissə. [Heydər bəy:] Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. M.F.Axundzadə. // Eyni mənada xörək haqqında. [Nuriyyə:] [Ələsgərgili] nə bişirsəydilər payımı saxlardılar. İ.Əfəndiyev. □ Pay çəkmək – hər bir adam üçün xörək çəkmək. Səlimnaz arvad oğluna və Rəşidə pay çəkib gətirəndə onları bayaq oturduqları yerdə tapmadı. M.Hüseyn. Xüsusi tikələrdən seçib Firəngizin payını çəkəndən sonra hərə öz qabını doldurdu. B.Bayramov. // Bir şeyin bölündüyü hissələrdən hər biri. Gecədən iki pay keçəndə dalandar pəlvanlarınan girib Ceyranın otağına gördülər ki, Ceyrannan Zərqova xanım yatıblar. (Nağıl). // Miras qalmış əmlakdan hər bir vərəsəyə çatan hissə. [Gülsəba:] Xanım, qardaşın arvadının məgər irsdə payı yoxdur? M.F.Axundzadə. [Hüseyn:] Qardaşdırlar, iki pay onlara düşər, bir pay mənə. S.Rəhman. 2. Dəfə, kərə. [Məşədi İbad:] …İndiki ahıllar indiki cahıllardan min pay yaxşıdırlar. Ü.Hacıbəyov. [Rəsul:] Belə gün, belə əziyyət çəkməkdənsə, bir yol ölüb qurtarmaq min pay yaxşıdır. N.Vəzirov. 3. Hədiyyə, bəxşiş, sovqat. …Qızın cehizində samovar yoxsa, əqrəbalardan samovar alıb pay gətirərlər. R.Əfəndiyev. □ Payın (payınız) çox (artıq) olsun! – pay (bəxşiş, hədiyyə) verənə təşəkkür ifadəsi. Payın çox olsun, çox sağ ol! – [Çiçək Ümidə:] Payın çox olsun, bala, ömrün uzun olsun! B.Bayramov. 4. məc. Bəxt, tale, qismət, nəsib. □ Payına düşmək (çıxmaq) – qisməti olmaq, bəxtinə çıxmaq. Bizim payımıza düşmüş əzəldən; Qayğısını çəkmək olur-olmazın. M.Müşfiq. 5. məc. Əvəz, qarşılıq. □ Payını almaq məc. – əvəzini almaq, cəzalanmaq. [Rüstəm Pərişana:] Danışar, payını da alar! M.İbrahimov. 6. Ümumi bir işə ayrı-ayrı iştirakçılar tərəfindən verilən, yaxud birinin hissəsinə düşən pul və s. miqdarı. Kooperativ payı. Üzvlərin payı.

    Azərbaycan dilinin izahlı lüğəti / pay
  • 2 is. [fars.] klas. Ayaq. Düşəydi payinə bənövşə, sünbül; Xuraman-xuraman əlində də gül. Q.Zakir. Fəqət nə güclü, zəif bir vücud var, yahu! Ki, hazıram yıxılıb xaki-payinə hər gün. C.Cabbarlı. Görəndə qamətini göz yaşım olur cari; Çəməndə payinə sərvin axan şəlalə kimi. Ə.Vahid.

    Azərbaycan dilinin izahlı lüğəti / pay
  • 3 f. ayaq. Payi-mələx çəyirtkə ayağı (qarışqa tərəfindən Süleyman peyğəmbərə hədiyyə edilmişdir); payi-piyadə ayaqla, piyada; payi-dar dar ağacının altı.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / pay

pay sözünün etimologiyası

  • 1 “Hissə” deməkdir. Bizdən rus dilinə də keçib. Fars mənşəli hesab edənlər var, səh­və yol verirlər. Farslarda qismət, hissə sözlərindən istifadə olunur. Paylamaq feili, ruslardakı паек ismi də pay sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / pay

pay sözünün sinonimləri (yaxın mənalı sözlər)

pay sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 PAY I is. Yemək, ərzaq. Həsrətin çəkənlər olubdu sayıl; Yığır qapılardan pay, sarı köynək! (Aşıq Ələsgər). PAY II is. Hissə. Ondan mənə də bir pay düşür, ya yox?

    Azərbaycan dilinin omonimlər lüğəti / pay

pay sözünün rus dilinə tərcüməsi

  • 1 паек, доля, часть, выдел

    Azərbaycanca-rusca lüğət / pay
  • 2 1 I сущ. 1. доля: 1) пай (то, что вносится в общее дело отдельным его участником, или то, что приходится на каждого участника при разделе). Payına düşmək приходиться на пай, payını almaq получить свою долю, payını vermək kimin дать долю; kooperativ payı кооперативный пай, payıma az düşdü на мою долю досталось мало 2) участь, удел, судьба. Bizim payımıza da bu düşüb а на нашу долю выпало это 3) известная часть, право кого-л. на обладание чем-л. Mirasda payı olmaq иметь долю в наследстве 2. подарок, дар, гостинец. Pay vermək вручить, дать подарок, pay almaq получить гостинец, pay gətirmək приносить подарок 3. взнос (внесение денег за что-л., на что-л.). Mən payımı verdim я внёс свой взнос 4. разг. раз (в сочет. с числит. выражает усилит. значение). Min pay yaxşıdır kim, nə kimdən, nədən в тысячу раз лучше кто, что кого, чего II прил. 1. паевой. экон. Pay haqqı паевой взнос, pay kitabçası паевая книжка, pay müqaviləsi паевой договор 2. надельный. Pay torpağı экон. надельная земля 3. хим., физ. парциальный (частичный, составляющий часть чего-л.). Pay təzyiqi парциальное давление ◊ payına düşmək kimin выпадать на долю чью; payına çıxmaq доставаться, перепадать на долю чью, кого; payını almaq получить по заслугам; получить по шее; payı artıq olmaq, payı artıq düşmək переесть, перепить, хватить лишнего; payını vermək давать, дать сдачи, давать, дать по заслугам; öz payını götürmək сделать вывод для себя; payın(-ız) çox olsun! благодарю за подарок! 2 сущ. устар. нога. Payinə düşmək припасть к ногам

    Azərbaycanca-rusca lüğət / pay

pay sözünün inglis dilinə tərcüməsi

  • 1 i. part, portion; share; (yemək) helping; ~ına düşmək to fall* to one’s share; ~ istəmək to demand a share; iki ~ salat two portions / helpings of salad; O, öz payını tam aldı He / She got his / her full share

    Azərbaycanca-ingiliscə lüğət / pay

pay sözünün fransız dilinə tərcüməsi

  • 1 is. part f ; partie f ; portion f, morceau m, lot m ; ~ təyin etmək fixer la part ; ~ olmaq être de part ; ~ına düşən pul (kapital) avoir (sa) part à une somme ; ~a girmək entrer vi (ê) en part ; pay-püşk eləmək distribuer (parmi qn)

    Azərbaycanca-fransızca lüğət / pay

pay sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. клас. кӀвач; pay-piyada кӀвачи-кӀвачи, ях, пияда.

    Azərbaycanca-ləzgicə lüğəti / pay
  • 2 сущ. 1. пай (са затӀ, мирас, къафун ва мс. са шумуд касдин арада пайдамаз гьарадал гьалтзавайди; са затӀ пай хьанвай кӀусарикай гьар сад); // pay çəkmək гьарадаз вичин пай къафун акъудун; 2. сефер; 3. савкьват, бахшиш, пишкеш; payın(ız) çox (artıq) olsun! (куь) паяр артух хьу(ра)й!; 4. пер. бахт, кьисмет, несиб; payına düşmək (çıxmaq) паюниз аватун (акъатун), бахтуниз акъатун, кьисмет хьун; 5. пер. эвез; payını almaq пер. вичин пай къачун, жаза къачун; 6. пай (умуми са кар патал ччара-ччара иштиракчийрин патай гудай ва я абурукай гьар са касдин паюниз аватзавай пулунин ва я маса затӀунин кьадар).

    Azərbaycanca-ləzgicə lüğəti / pay

pay sözünün türk dilinə tərcüməsi

"pay" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pay nədir? #pay sözünün mənası #pay nə deməkdir? #pay sözünün izahı #pay sözünün yazılışı #pay necə yazılır? #pay sözünün düzgün yazılışı #pay leksik mənası #pay sözünün sinonimi #pay sözünün yaxın mənalı sözlər #pay sözünün əks mənası #pay sözünün etimologiyası #pay sözünün orfoqrafiyası #pay rusca #pay inglisça #pay fransızca #pay sözünün istifadəsi #sözlük