Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu
Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu — Almaniyanın Qiesen Universitetinin dosenti, türkoloq alim Mixael Reynhard Hess tərəfindən Şuşa haqqında əcnəbi müəllif tərəfindən xarici dildə ölkədən kənarda çap olunmuş ilk elmi fundamental monoqrafiya
Müəllifin kitabı yazıb çap etdirməkdə məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. Avropada Azərbaycan haqqında məlumatların daha geniş yayılmasının vacibliyini qeyd etməkdir. Kitabın bu sahədə növbəti addım, eyni zamanda, ölkəmizlə bağlı elmi araşdırmalar aparmaq istəyən şəxslər üçün etibarlı mənbədir. Müəllif kitabın təqdimatında kitabın yazılma məqsədini barədə bildirmişdir ki, kitabın əsas qayəsi Şuşanın və Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. O, kitabda işğalçıların Şuşanın irsini silmək, təhrif və inkar etmək və bununla da, Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi əsaslandırılmış dəlillər ortaya qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, kitab almandilli auditoriyaya, həmçinin Avropa oxucularına ünvanlanıb.
"Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" kitabı alman dilindədir.