paytaxtı sözü azərbaycan dilində

paytaxtı

Yazılış

  • paytaxtı • 95.6895%
  • Paytaxtı • 4.3055%
  • PAYTAXTI • 0.0050%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan paytaxtı
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Braziliya paytaxtı
Brazilia (port. Brasília) — 1960-cı ildən Braziliyanın paytaxtı. Şəhər YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin əhalisi şəhərətrafı ilə birlikdə 2,5 milyon nəfərdir. Braziliyada 1955-ci il prezident seçki kampaniyası zamanı namizəd Juselinu Kubiçek hakimiyyətə gələcəyi təqdirdə yeni paytaxt salınacağına dair vəd vermişdi. 1956-cı ilin aprelində o prezident seçildi və tezliklə yeni şəhərin layihələndirilməsi işləri başladı. Şəhərin baş planının hazırlanması memar Lusio Kostaya həvalə edildi. Bu işdə o Le Korbuzyenin ideyalarından istifadə etmişdi. İnzibati və ictimai binaların layihələndirilməsi isə memar Oskar Nimeyerə tapşırıldı. Yuxarıdan baxdıqda şəhər təyyarəyə bənzəsə də, Lusio Kosta şəhəri nəhəng kəpənək formasında layihələndirdiyini bildirmişdi.
Bəhreyn paytaxtı
Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır. == Tarixi == Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir. İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub. == Coğrafiyası == Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir. == Əhalisi == Şəhərdə təqribən 200 min əhali yaşayır (2005). == İqtisadiyyatı == Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir.
Dəb paytaxtı
Moda paytaxtı Beynəlxalq moda meyillərinə böyük təsir göstərən və moda məhsullarının dizaynı, istehsalı və pərakəndə satışının, moda həftələri, mükafatlar və ticarət yarmarkaları kimi tədbirlərin hamısının əhəmiyyətli iqtisadi nəticə verdiyi bir şəhərdir. XXI əsrin qlobal "Böyük Dördlük"ü moda paytaxtı sayılan şəhərlər Milan, Paris, London və New Yorkdur. Yorkdur == Moda Kapitalinin Tərifi == Moda paytaxtı geyim və dizaynda liderlik rolunu öz üzərinə götürür. Bundan əlavə, moda paytaxtları ümumiyyətlə geniş bir iş, bədii, əyləncə, mədəni və asudə fəaliyyət qarışığına sahibdirlər və beynəlxalq səviyyədə bənzərsiz və güclü bir şəxsiyyətə sahib olduqları üçün tanınırlar. Bir moda paytaxtı statusunun getdikcə bir şəhərin daxili və beynəlxalq profili ilə əlaqəli olduğu qeyd edildi. Moda paytaxtları, ehtimal ki, dizayn məktəbləri, moda jurnalları və varlı istehlakçıların yerli bazarı ilə daha geniş bir dizayn səhnəsinin bir hissəsidir. XVI əsrdən bəri Paris, dünyanın Moda Paytaxtı kimi qəbul edilir. Hal-hazırda moda paytaxtı termini, moda həftələrini keçirən şəhərləri, xüsusilə Paris, Milan, London, Roma və New Yorku təsvir etmək üçün istifadə olunur , sənayesini nümayiş etdirmək üçün. Digər müxtəlif şəhərlər də diqqətəlayiq moda tədbirlərinə ev sahibliyi edir və qlobal modada nüfuz sahibidirlər. == Tarixi == Tarixən bir neçə şəhər öz növbəsində moda paytaxtı olmuşdur.
Efiopiya paytaxtı
Əddis-Əbəbə (amh. አዲስ አበባ) — Efiopiyanın paytaxtı və ən böyük şəhəri. Ölkənin mərkəzi hissəsində yerləşir. Əhalisi 2023-ci ilin hesablamalarına görə 5,461,000 nəfərdir. Şəhərin dəniz səviyyəsindən minimal hündürlüyü 2326 metrdir. Əddis-Əbəbə dünyanın ən yüksəkdə yerləşən şəhərlərindən biridir. Şəhərin ən yüksək nöqtəsi şimal hissədə yerləşən və hündürlüyü 3000 metrə çatan Entoto dağıdır. Şəhərin əsası 1886-cı ildə imperator II Menelik tərəfindən həyat yoldaşı, imperatriçə Taytu Betulun xahişi ilə qoyulmuşdur. Əvvəlki adı oromo dilində "isti bulaqlar" mənasını verən Finfin olmuş, sonradan amhar dilində "yeni çiçək" mənasını verən indiki adını almışdır.
Monqolustan paytaxtı
Ulan-Bator (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı. Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir. Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır. Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir.
Türkiyə paytaxtı
Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα [Anqira] olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Anqara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Anqara" olmuşdur.
Türkmənistan paytaxtı
Aşqabad — Türkmənistanın paytaxtı . Əhalisi 1 milyon 31 min nəfərdir . Şəhər 38-ci paralelin altında, Afina, Seul və San-Fransisko enlərində yerləşir; Türkmənistanın ən böyük şəhəridir. Aşqabad dünyanın ən qədim şəhərlərindəndir. Arxeoloqlar köhnə Aşqabadın ən azı 8 min il yaşı olduğunu və buranın heç vaxt tam boşalmadığını bildirirlər. Müasir Aşqabad 1881-ci ilin yanvarında Rusiya imperiya qoşunlarının bütün Axal-Tekinsky oazisini və xüsusən onun şərqində yerləşən Aşqabad kəndini işğal etdikdən sonra hərbi istehkam kimi quruldu.. Karvan yollarının və yaxın bir dəmir yolunun olması şəhərin sürətli inkişafını təmin etdi. Bütün yaxın ərazilərdən insanlar buraya gəldilər. Bəziləri pul qazandılar, bəziləri təqiblərdən qaçdı, üçüncüsü yeni bir şəhərin inşasında varlanmaq istədi. Aşqabadın sürətlə yüksəlməsinin ikinci səbəbi yaxşı təmiz su və tikinti materialları — yaxınlıqdakı dağlarda ağac, şəhərətrafı ərazilərdəki çınqıl və gilin çiçəklənməsidir.
İran paytaxtı
Tehran (fars. تهران‎) – İranın paytaxtı. Sahəsi 1.500 km², əhalisinin sayı 2006-cı ildə aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən 7.088.287 nəfərdir. Tehranı ilkin olaraq, Qacar sülaləsinin ilk nümayəndəsi Ağa Məhəmməd şah Qacar İran üçün paytaxt seçmişdir. Onun sonuncu paytaxt tarixi 1796-cı ildən başlayır. Buna kimi ölkənin paytaxtı İsfahan, sonra Qəzvin, Şiraz və Həmədan olmuşdur.
İndoneziya paytaxtı
İndoneziya paytaxtı — İndoneziya Respublikasının paytaxtı Cakartadır , Cənub-Şərqi Asiyanın ən qədim daimi məskunlaşan şəhərlərindən biridir. Sukarnonun prezidentliyi dövründə Cakarta yeni respublikanın paytaxtı kimi quruldu və inkişaf etdi. 1957-ci ildə Sukarno Mərkəzi Kalimantan əyalətinin yeni planlaşdırılan paytaxtı olaraq Palangkarayın təməlini və küçə şəbəkəsini qoydu. Bununla belə, Sukarno yeni şəhəri gələcəkdə mümkün yeni milli paytaxt kimi təsəvvür edirdi. Böyük əlçatan ərazi və arxipelaqın mərkəzindəki coğrafi mövqe şəhərin əsas üstünlüyü idi. Bununla belə, Sukarno Cakartaya üstünlük verirdi. 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində o, Cakartanı abidələr və heykəllərlə doldurdu. Onun hakimiyyəti dövründə Milli Abidə, İstiqlal Məscidi, DXR/MPR binası və Gelora Bung Karno Stadionu da daxil olmaqla bir çox monumental layihələr düşünülmüş, planlaşdırılmış və başlanmışdır. Sukarno həmçinin Cakartanı millətçi abidələr və heykəllərlə, o cümlədən Selamat Datang abidəsi, Pankorandakı Dirqantara abidəsi və Lapanqan Bantenqdəki Qərbi İriyan Azadlıq Abidəsi ilə doldurdu. 1966-cı ildə Cakarta DKI (Daerah Khusus Ibukota) Cakarta və ya Xüsusi Paytaxt Bölgəsinin rəsmi statusunu aldı.
Vyetnam paytaxtı
Hoşimin və ya Xoşimin (vyet. Thành phố Hồ Chí Minh) — Vyetnamın Dong Nam Bo əyalətində şəhər. Hanoydan 1730 km cənubda yerləşir. Bu Vienam ən böyük şəhəri. 1975-ci ilə qədər Sayqon (Sài Gòn) adlandırılmışdır. Əhalisi 7240 min nəfər (2002), sahəsi 2093 km²-dir. Dong Nam Bo əyalətinin inzibati mərkəzi. Şəhərdə hava limanı var. Vyetnamın neft sənayesi mərkəzidir.
Avropanın Mədəniyyət Paytaxtı
Avropanın mədəniyyət paytaxtları — Avropa Birliyinin təşəbbüsü. Hər il qitənin bir şəhəri onun mədəniyyət mərkəzi seçilərək onun mədəni inkişafına diqqət cəlb edilir. Avropanın mədəniyyət mərkəzi elan edilməsi həmin şəhərə əlavə maliyyə vəsaitləri yönəldir ki, bu da onun mədəni müəssisələrinin yenilənməsinə səbəb olur. Məsələn, Portunun (Portuqaliya) mədəniyyət paytaxtı elan edilməsi orada gözəl bir Portu Musiqi Evinin inşasına səbəb oldu. Avropanın birinci mədəniyyət paytaxtı Avropa Birliyi tərəfindən 1985-ci ildə Afina elan edilib. Sonradan anoloji olaraq 1990-cı illərin axırlarından Ərəb mədəniyyət paytaxtı və Amerikanın mədəniyyət paytaxtı təşəbbüsləri də meydana gəldi. == Avropanın mədəniyyət paytaxtlarının siyahısı == 1985: Afina, Yunanıstan 1986: Florensiya, İtaliya 1987: Аmsterdam, Niderland 1988: Qərbi Berlin, Almaniya 1989: Paris, Fransa 1990: Qlazqo, Böyük Britaniya 1991: Dublin, İrlandiya 1992: Madrid, İspaniya 1993: Antverpen, Belçika 1994: Lissabon, Portuqaliya 1995: Lüksemburq (şəhər), Lüksemburq 1996: Kopenhagen, Danimarka 1997: Saloniki, Yunanıstan 1998: Stokholm, İsveç 1999: Veymar, Almaniya 2000: Avinyon, Fransa, Bergen, Norveç, Bolonya, İtaliya, Brüssel, Belçika, Helsinki, Finlandiya, Krakov, Polşa, Praqa, Çexiya, Reykyavik, İslandiya, Santyaqo-de-Kompostela, İspaniya 2001: Porto, Portuqaliya, Rotterdam, Niderland 2002: Bryüqqe, Belçika, Salamanka, İspaniya 2003: Qras, Avstriya 2004: Genuya, İtaliya, Lill, Fransa 2005: Kork, İrlandiya 2006: Patrı, Yunanıstan 2007: Sibiu, Rumıniya, Lüksümburq (şəhər), Lüksemburq, ( Belçika, Almaniya, Fransa, Lüksemburq adından) 2008: Lverpul, Böyük Britaniya, Stavenger, Norveç 2009: Vilnüs, Litva, Lins, Avstriya 2010: Essen, Almaniya 2010: İstanbul, Türkiyə 2010: Peç, Macarıstan 2011: Turku, Finlandiya, Tallin, Estoniya 2012: Qimaraynş, Portuqaliya, Maribor, Sloveniya 2013: Marsel, Fransa, Koşise, Slovakiya 2014: Umeo, İsveç, Riqa, Latviya 2015: Belçika, Çexiya 2016: San Sebastian, İspaniya, Polşa 2017: Danimarka, Kipr 2018: Niderland, Malta 2019: İtaliya Matera, Bolqarıstan: 2020: Galway, İrlandiya, Rijeka, Xorvatiya 2021: Timișoara, Rumıniya, Novi Sad, Serbiya == Mənbə == Mittag, Jürgen (Hg.): "Die Idee der Kulturhauptstadt Europas. Anfänge, Ausgestaltung und Auswirkungen Europäischer Kulturpolitik." Essen 2008.
Misirin yeni paytaxtı
Misirin yeni paytaxtı — 13 mart 2015-ci ildə Misir İqtisadi İnkişaf Konferansında İnşaat naziri Mostafa Madbuli tərəfindən elan edilən irimiqyaslı layihədir. Yeni şəhər Qahirənin şərqində və İkinci Böyük Qahirə şəhərətrafı yolunun çölündədir. Hələ ki, şəhərə ad verilməyib. Planlara görə şəhər Misirin inzibati və iqtisadi paytaxtı olacaq. Sahəsi 700 km2-dir. Şəhərdə 5 milyona qədər insanın yaşayacağı və əsas hökumət departamentlərinin və nazirliklərinin, həmçinin xarici səfirlikləri burda yerləşməsi planlaşdırılır. Təklifə hal-hazırda Misir Hava qüvvələri tərəfindən istifadə edilən Vadi Al Candali aeroportunun ərazisində tikiləcək böyük əyləncə parkı və yeni beynəlxalq aeroport daxildir. 45 milyard ABŞ dolları xərci ilə parlamentin, prezident saraylarının, nazirliklərin və xarici səfirliklərin köçürülməsinin 2020-2022-ci illərdə tamamlanması planlaşdırılır. Proyekt üçün ümumi xərc və vaxt açıqlanmayıb. Rəsmi açıqlamadan əvvəl danışan Misirin İnvestisiya naziri Əşrəf Salman yeni paytaxtın Misir xəzinəsindən istifadə etmədən "özəl sektör şirkəti tərəfindən inkişaf etdirilməsi, təfsilatı ilə planlanlaşdırılması və icra edilməsinin" mümkünlüyü barədə danışıb.
Qazaxıstan Respublikasının paytaxtı
Qazaxıstan Respublikasının paytaxtı — Astana şəhəridir. Hər il Qazaxıstanda 6 iyul paytaxt günü kimi qeyd edilir. 1916-1920-ci illərdə Qazaxıstanın (Alaş muxtariyyəti) o zaman Alaş-kala adlanan Semey şəhəri olub. Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibində yaranan Qırğız MSSR paytaxtı 1920-ci ildən Orenburq şəhəri olub. 1925-ci ildə respublika Qazax MSSR adını alır və paytaxt Ak-meşet şəhərinə köçürülür və çəhərin adı Qızılorda adlanır. 1929-cu ildə paytaxt Alma-Ata şəhərinə köçürülür. 1936-cı ildə Qazaxıstan MSSR RSFSR tərkibindən çıxarılır və Qazaxıstan Sovet Sosialist Respublikası adını alır. 1929-cu ildən 1936-cı ilədək Alma-Ata Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının, 1936-1991-ci illərdə isə Qazaxıstan Sovet Sosialist Respublikasının, 1991-ci ildən 1997-ci ilədək isə Qazaxıstan Respublikasının paytaxtı olub. Rəsmi şəkildə Astana Qazaxıstanən paytaxtı 10 dekabr 1997-ci ildə elan edilib. Şəhərin pyataxt kimi beynəlxalq elanı isə 10 iyun 1998-ci ildə baş verir.
Ərəb mədəniyyət paytaxtı
Ərəb mədəniyyət paytaxtı - Ərəb Dövlətləri Liqasının YUNESKO ilə birgə irəli sürdüyü mədəniyyət layihəsidir. Proqramın əsas məqsədi ərəb mədəniyyətinin dəstəklənməsi və ərəb regionunda əməkdaşlığı inkişaf etdirməkdir.
Türk dünyasının mədəniyyət paytaxtı
Türk dünyasının mədəniyyət paytaxtı — TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il birinin Türk dünyasının mədəniyyət mərkəzi seçilməsi. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilir. TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunmuşdur. Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstan paytaxtı Astana seçilmişdir. Daha sonra , Kazan, Marı, Şəki və Türkistan şəhərləri də növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları seçilib.
Bakı Sovet Azərbaycanının paytaxtıdır (film, 1977)
Bakı sovet Azərbaycanının paytaxtıdır (film, 1987)
İran Azərbaycanının Paytaxtında (1945)
Filmdə Güney Azərbaycanda demokratik hökumətin qurulmasından, Azərbaycan dilinin dövlət dili elan olunmasından, ana dilində məktəblərin açılmasından, milli filarmoniyanın təşkilindən və digər milli əhəmiyyətli dövlət islahatlarından danışılır. Eyni zamanda filmdə SSRİ-nin İran əhalisinə etdiyi mənəvi və iqtisadi yardımdan bəhs edilir. Rejissor: Əbdül Həsənov Operator: Seyfulla Bədəlov Diktor mətninin müəllifi: Ənvər Məmmədxanlı Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Ağahüseyn Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 109-113.
İran Azərbaycanının paytaxtında (film, 1945)
Filmdə Güney Azərbaycanda demokratik hökumətin qurulmasından, Azərbaycan dilinin dövlət dili elan olunmasından, ana dilində məktəblərin açılmasından, milli filarmoniyanın təşkilindən və digər milli əhəmiyyətli dövlət islahatlarından danışılır. Eyni zamanda filmdə SSRİ-nin İran əhalisinə etdiyi mənəvi və iqtisadi yardımdan bəhs edilir. Rejissor: Əbdül Həsənov Operator: Seyfulla Bədəlov Diktor mətninin müəllifi: Ənvər Məmmədxanlı Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Ağahüseyn Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 109-113.
Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu
Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu — Almaniyanın Qiesen Universitetinin dosenti, türkoloq alim Mixael Reynhard Hess tərəfindən Şuşa haqqında əcnəbi müəllif tərəfindən xarici dildə ölkədən kənarda çap olunmuş ilk elmi fundamental monoqrafiya Müəllifin kitabı yazıb çap etdirməkdə məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. Avropada Azərbaycan haqqında məlumatların daha geniş yayılmasının vacibliyini qeyd etməkdir. Kitabın bu sahədə növbəti addım, eyni zamanda, ölkəmizlə bağlı elmi araşdırmalar aparmaq istəyən şəxslər üçün etibarlı mənbədir. Müəllif kitabın təqdimatında kitabın yazılma məqsədini barədə bildirmişdir ki, kitabın əsas qayəsi Şuşanın və Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. O, kitabda işğalçıların Şuşanın irsini silmək, təhrif və inkar etmək və bununla da, Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi əsaslandırılmış dəlillər ortaya qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, kitab almandilli auditoriyaya, həmçinin Avropa oxucularına ünvanlanıb. "Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" kitabı alman dilindədir.

"paytaxtı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#paytaxtı nədir? #paytaxtı sözünün mənası #paytaxtı nə deməkdir? #paytaxtı sözünün izahı #paytaxtı sözünün yazılışı #paytaxtı necə yazılır? #paytaxtı sözünün düzgün yazılışı #paytaxtı leksik mənası #paytaxtı sözünün sinonimi #paytaxtı sözünün yaxın mənalı sözlər #paytaxtı sözünün əks mənası #paytaxtı sözünün etimologiyası #paytaxtı sözünün orfoqrafiyası #paytaxtı rusca #paytaxtı inglisça #paytaxtı fransızca #paytaxtı sözünün istifadəsi #sözlük