Pal sözü azərbaycan dilində

Pal

Yazılış

  • Pal • 76.7045%
  • pal • 17.6136%
  • PAL • 5.3030%
  • PAl • 0.3788%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
PAL
PAL (qısaca Phase Alternating Line), dünyanın ən çox istifadə edilən rəng kodlaşdırma sistemidir. PAL analoq bir format olub televiziya yayım sistemlərində istifadə edilir. Bir çox fərqli versiyası olan PAL-ın versiyalarının ortaq xüsusiyyəti 625 üfiqi xət, 25 fps görüntü/saniyə, 50i (interlaced layer) olmasıdır. Sistem Valter Bruch tərəfindən, Almaniyada təkmilləşdirilib və ilk dəfə 1963-cü ildə nümayiş etdirilib. Rəngli televiziyanın qalan sistemləri kimi, PAL-da ağ-qara televiziya yayımıyla birləşib. Alternativ olaraq yaradılmış keyfiyyətli NTSC sistemi, PAL sisteminin uğurlu müasirləşdirilməsidir. Ağ-qara televiziyalarda əsas rənglərin bilavasitə ötürülməsinin yerinə sistem Y parlaqlığının siqnalının ötürür. Onda müvafiq olaraq qırmızı və göy rəngləri ötürülməsi R-Y, B-Y-ın iki fərqli siqnalı vasitəsilə ötürülür. G- yaşıl rəngi ötürən siqnalı çatmayan informasiya qəbuledicidə parlaqlıq fərqli rəngli siqnalların çıxılmasıyla bərpa olunur. Ağ-qara televizorda proqrama baxış halında yalnız parlaqlıq siqnalı istifadə olunur.
Pal Abraham
Pal Abraham (mac. Ábrahám Pál) və ya Pol Abraham (ing. Paul Abraham; 2 noyabr 1892[…], Apatin[d], Macarıstan krallığı – 6 may 1960[…], Hamburq) — Macarıstan bəstəkarı. 1939-cu ildən ABŞ-də, 1956-cı ildən Qərbi Almaniyada yaşamışdır. 13 operettanın (o cümlədən "Savoyda bal", 1932), kino musiqisinin və s. müəllifidir. Zenebona (1928), həmmüəllif Der Gatte des Freuleins (1928) Es Geschehen noch Wunder (1929) Viktoria və İhr Husar (1930) Die Blume von Hawaii (1931) Ball im Savoy (1932) Märchen im Grand-Otel (1934) Viki (1935) Dschainach, das Mädchen aus dem Tanzhaus (1935) Roxy və ihr Wunderteam (1936) Julia (1937) Der weisse Schwan (1938) Viktoria und ihr Husar (1931, Almaniya). Die Blume von Hawai (1932/33, Almaniya). Ball im Savoy (1934, Avstriya), Gitta Alpar ilə. "Savoyda bal" operettası əsasında bir operettanın melodiyaları (1978, Sovet televiziyası).
Pal Erdöş
Pal Erdöş (mac. Erdős Pál; 26 mart 1913, Budapeşt — 20 sentyabr 1996, Varşava) — XX əsrin ən görkəmli riyaziyyatçılarından biridir. Müasir riyaziyyatın müxtəlif sahələrində: kombinatorika, qraflar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, riyazi analiz, yaxınlaşmalar nəzəriyyəsi, çoxluqlar nəzəriyyəsi və ehtimal nəzəriyyəsidə işləmişdir. Bir çox riyazi mükafatlarla elecə də, Volf mükafatı ilə təltif olunmuşdur. Pal Erdöş martın 6-sı, 1913-cü ildə Budapeştdə (o dövrdə Avstriya-Macarıstan)doğulmuşdur. O, ziyalı yəhudi mənşəli ailənin (Anna və Lajos Erdöşun) sağ qalan yeganə övladı olmuşdu. Onun hər iki valideyni ixtisasca riyaziyyatçı idi və bir müddət aliməktəb müəllimi olaraq işləmişdilər. Onun riyazi qabilliyəti çox erkən yaşında özünü göstərmiş, belə ki hələ dörd yaşı olarkən o beynində dört tərtibli rəqəmlər üzərində vurma əməliyyatı aparırdı. O uşaq yaşlarından valideynlərindən riyaziyyat haqda çox şey öyrənmişdir. Erdöş öz valideynlərini həmişə böyük sevgi ilə xatırlayardı.
Pal Morfi
Pol Mörfi (ing. Paul Morphy; 22 iyun 1837[…], Nyu-Orlean, Luiziana – 10 iyul 1884[…], Nyu-Orlean, Luiziana) — Amerika şahmatçısıdır. O, qeyri rəsmi şahmat üzrə dünya çempionudur. Pol şahmat dahisi idi. Parlaq karyerası olduğu halda şahmatı erkən yaşda tərk elədiyi üçün "Şahmatın Kədəri və Qürüru" adlandırırdılar. Bobbi Fişer Mörfini özünün bütün zamanlarda ən yaxşı 10 şahmatçısı siyahısına salmışdır və indiyə kimi yaşamış ən dəqiq oyunçu kimi təsvir etmişdir. Pol Mörfi Nyu-Orleanda zəngin ailədə doğulmuşdur. Pol hələ uşaqlıqdan heyrətamiz yaddaşı ilə yaşıdlarından fərqlənirdi. Ailələrindəki kişilərin hamısı şahmat oynayırdı: atası, böyük qardaşı və əmisi isə Nyu-Orleanın ən güclü şahmatçılarından sayılırdılar. O, əmisi ilə atasının oyunlarını izləyərək şahmatı öyrənmişdir.
Pal süd
Pal Sinye-Merşe
Pal Sinye-Merşe (mac. Pál Szinyei Merse; 4 iyul 1845, Sinzeuyfalu — 2 fevral 1920, Ernye) — macar rəssam, macar rəssamlığının impressionizm cərayanının banisi. İndiki Slovakiyada nəcib bir ailədə anadan olmuşdur. O, Macarıstanda bir məktəbdə şəkil çəkməyə başladı, sonra 1864-cü ildən Münhen akademiyasında təhsil aldı. 1867-ci ildən 1869-cu ilədək Karl Piloti akademik istiqamətinin sənətşünaslıq şagirdi idi. Akademiyanı bitirdikdən sonra Münihdə 1873-cü ilə qədər yaşamışdı. Münhen o zaman Avropanın ən böyük sənət mərkəzlərindən biri idi və Sinye-Merşe müasir Avropa sənətinə giriş əldə etdi. Akademiyanı bitirdikdən sonra Fransız sənətçilərinin, ilk növbədə Qustav Kourbet, Eduard Mane və impressionistlərin əsərlərinin təəssüratı altında, tamamilə akademik şəkildə çəkildi. Bu dövrdə o, Mərkəzi Avropanın bir sənətçisi tərəfindən yazılmış impressionizm tərzində ilk əsərləri yaratdı. Bu dövrdə o, rəng və işıqlandırmaya böyük əhəmiyyət verirdi.
Pal küçəsinin oğlanları (novella)
Pal küçəsinin oğlanları (mac. "A Pál utcai fiúk", 1906) – macar yazıçısı Ferens Molnar tərəfindən yazılmış və ilk nəşri 1906-cı ildə olmuşdur. Hamının gözlədiyindən fərqli olaraq, cəsarətli addım ata bilən oğlan uşağı haqda psixoloji əsərdir.Macarıstanda erməni hərbçisini qətlə yetirdiyi üçün həbsdə olan (2006-2012) Azərbaycan zabiti Ramil Səfərov macar dilindən tərcümə etdiyi novellalardan məhz biridə budur . Vəziyyəti başa düşmək üçün EİNSTAND-ın nə olduğunu bilmək lazımdır. Bu Peştli uşaqların öz aralarında istifadə etdikləri bir söz var idi. Belə ki, əgər fiziki cəhətdən güclü olan, həndəvərində özündən daha zəif və çəlimsiz uşaqların kürə-kürə və ya top oynadıqlarını görərsə, onların kürələrini, toplarını və ya digər oyun alətlərini əllərindən almaq istəyərsə, sadəcə olaraq onlara yaxınlaşaraq EİNSTAND deməsi kifayət idi. Qulağa bir o qədər də xoş gəlməyən bu almanca kəlmə, güclü olanın oyun alətlərini bir döyüş qəniməti olaraq qəbul etdiyini, bu uğurda davaya hazır olduğunu və ona qarşı çıxanların isə döyülməyi göz altına almalarını anladırdı. Bir sözlə, EİNSTAND müharibə elan etmək demək idi. Eyni zamanda, bu kəlmə mühasirəyə almağın, fiziki güc tətbiq etməyin, zorakılığın, quldurluğun kəsə yoldan izahında istifadə olunur. Meydança!
Crepis paludosa
Crepis paludosa (lat. Crepis paludosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. Crepis paludosa f. pallida Brenner Crepis rumicifolia Boiss. & Balansa Hieracium acuminatum Vuk. Hieracium paniculatum Gilib. Hieracium uncinatum Kit.
Crocodilodes palmatum
Heterorhachis (lat. Heterorhachis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Heterorhachis aculeata (Burm.f.) Roessler Sinonim Berkheya eryngiifolia Less. Berkheya palmata (Thunb.) Willd. Berkheya pinnata (Thunb.) Less. Carlina aculeata Burm.f. Crocodilodes eryngiifolium (Less.) Kuntze Crocodilodes palmatum (Thunb.) Kuntze Crocodilodes pinnatum (Thunb.) Kuntze Heterorhachis spinosissima Sch.Bip. ex Walp. Rohria palmata Thunb. Stobaea pinnata Thunb.
Crocodylus palustris
Bataqlıq timsahı (lat. Crocodylus palustris) — əsl timsahlar sinfinin dümayəndəsi. Hindustan ərazisində və Pakistan kimi (bataqlıq timsahı milli sürünən olaraq bilinir) ölkələrdə yayılmışdır. Hindistanda hind qavialı və daraqlı timsahla birlikdə yaşayan üç timsahdan biridir. Bataqlıq timsahının ən yaxın müasir qohumu Siam timsahıdır. Daraqlı timsahla birlikdə ayrı bir Asiya kladı meydana gətirirlər. Bataqlıq timsahı ağır və enli çənələrin kənarları və iri qabarın çıxıntıları olmayan kobud bir başı var. Boyundakı dörd böyük lövhə, hər tərəfində daha kiçik lövhələr kvadrat təşkilidir. Barmaqların dibində toxuma var. Yetkinlər ümumiyyətlə tünd zeytunu, yeniyetmələr isə qara nöqtələri olan solğun zeytunudur.
Cəbəl Əli Palması
Cəbəl Əli Palması (ərəb. خلة جبل علي‎, ing. Palm Jebel Ali) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Dubay əmirliyinin bir parçası olan süni ada. Qumdan təşkil olunan ada dünyanın ən böyük süni havanı olan Cəbəl Əlidən 5 km cənub-qərbdə yerləşir. Süni şəkildə salınmış 3 Palma adaları qrupundan biridir. İlk işlər 2002-ci ildə başlanılmışdır. 2008-ci ilin əvvələrində işlər bitirmişdir. 2011-ci ildə daşınmaz əmlak qiymətlərinin enməsi ilə Cəbəl Əli Palması adasında tikinti işləri dayandırılmışdır web.archive.org/web/20070217094653/http://thepalm.ae/ — Palma adalarının rəsmi saytı "Dubay-Palma adaları".
Dactylis glomerata var. pallida
Dalar pallenis
Dalar pallenis - (lat. Pallenis spinosa) Birillik, hündürlüyü 35-60 (70) sm olan, gövdəsi düz, yuxarıdan qalxanvari budaqlı, tüklü bitkidir. Kökyanı yarpaqları uzunsovkürəkvari, saplağa daralır, gövdəyanı yarpaqları isə uzunsov-lansetvari, kənarları xırda diş-dişlidir. Səbətlərinin eni 13 mm, çoxsaylı deyillər. Sarğısı əsasından seyrəktüklü, xarici yarpaqcıqları lansetvari, ucu tikanlı, səbətlərdən xeyli böyükdür və ulduzvari sərilmişdir. Çiçəkaltlığı uzunsov, qayıqvari, ucu bizdir. Dilcikləri dar xəttvari, açıq sarı rəngdədir. Qıraqdakı toxumcaları 3 mm uzunluqda, ellipsvari, enli qanadlı, ortadakılar isə xırda, sıxılmış 3 tərəflidir. BQ Quba sahəsinin dağətəyi və aşağı dağ qurşağlarında yayılmışdır. Kolluqlarda, quru və tullantılı yerlərdə bitir.
Dovşandağ palçıq vulkanı
Dovşandağ palçıq vulkanı - Xəzər dənizi sahilində Bəndovan burnundan şimalda yerləşir. Ondan şimal-qərbdə Ağzıbir, cənub-şərqdə isə Bəndovan palçıq vulkanları yerləşir. Ağzıbir, Bəndovan və Dovşandağ palçıq vulkanları bir xətt üzrə şimal-qərbdən cənub-şərq istiqamətində uzanırlar. Şirvan Milli parkə ərazisinə daxildir.
Drosera pallida
Drosera pallida (lat. Drosera pallida) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Dudleya palmeri
Dudleya palmeri (lat. Dudleya palmeri) — dovşankələmikimilər fəsiləsinin dudleya cinsinə aid bitki növü.
Durovdağ palçıq vulkanı
Durovdağ palçıq vulkanı — Azərbaycanın şərqində yerləşən gözəl və aktiv olan vulkanlardan biridir. Salyan stansiyasından 16 km cənub-şərqdə yerləşmiş və nisbi hündürlüyü 30 m, nəhəng kraterinin diametri 1 km-ə kimi olan yüksəklikdir. Kraterin mərkəzi ölçüləri 700x400 m olan qabarıq-müstəvi şəklindədir. Krater sahəsində onlarla sayda sopkalar və 800-dən çox qrifonlar vardır ki, bunlardan nazik neft pərdəsi olan lilli su və qaz qabarcıqları çıxır. Vulkan brekçiyasının yayılma sahəsi 50 ha, orta qalınlıq 60 m, həcmi isə 30 mln m³-dir.
Dyssodia palmeri
Urbinella (lat. Urbinella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Urbinella palmeri Greenm. Dyssodia palmeri (Greenm.) J.F.Macbr.
Dəyişkən palıd
Dəyişkən palıd (lat. Quercus variabilis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Erigeron pallens
Erigeron pallens (lat. Erigeron pallens) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron pallidus
Erigeron pallidus (lat. Erigeron pallidus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron palmeri
Erigeron palmeri (lat. Erigeron palmeri) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron paludicola
Erigeron paludicola (lat. Erigeron paludicola) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erodium pallidiflorum
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
FK Palanga
Palanqa FK (Litva dilində-Futbolo klubas "Palanga") - Litvanın futbol klubu. Palanqa şəhərində yerləşir. 2011-cü ildə yaranan komanda. “Palanqa” stadionunda keçirir.
Fars palıdı
Kiçik Asiyada (Şərqi Türkiyə) 300–1700 m-dək hündürlükdə yayılmışdır. Hündürlüyü 10 m, gövdəsinin diametri 0,8 m olub, yumru çətirlidir. Yarpaqların uzunluğu 6-12 sm, eni 4-8 sm, dərili, oval və ya uzunsov-oval, ucu biz, yumru və ya ürəkşəkilli, bozumtul-yaşıldır. Tumurcuqların uzunluğu 2-5 sm, konusvari, tükcüklüdür. Saplağın uzunluğu 1-2 sm, ulduzvari tükcüklü, sarımtıl, alt tərəfdən vəzicikli, 8-14 cüt dişli, ucu bizdir. Erkək çiçək qruplarının uzunluğu 4-5 sm, dişi çiçək qruplarının uzunluğu 15 sm-dir. Qozanın uzunluğu 5 sm, qabarıq, təxminən oturaq, yarımyumru və ya konusvari, diametri 4 sm, hündürlüyü 2-3 sm olub, tükcüklüdür. Qabığı yarıqlı, boz, qalın, şaxələnmiş budaqlıdır. Bütün torpaq tiplərində bitir, ancaq əhəngli torpaqlara daha çöx tələbkardır. Quraqlığa çox davamlıdır, mədəni şəraitdə yavaş böyüyür.
Frenk Pallone
Frenk Pallone (d. 1951) — 1973-cü ildə Midlberi kollecini (incəsənət bakalavrı), 1974-cü ildə Tafta universitetini (incəsənət magistri), 1978-ci ildə Ratgers universitetini (hüquq doktoru) bitirmişdir. 1982–1988-ci illərdə Lonq-Branç bələdiyyə şurasının, 1984–1988-ci illərdə Nyu-Cersi ştatı senatının üzvü olmuşdur. 1988-ci ildən ABŞ Konqresi Nümayəndələr Palatasına üzv seçilmişdir. Demokratdır.
Fritillaria pallidiflora
Solğunçiçək zanbaqca (lat. Fritillaria pallidiflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Glycyrrhiza pallida
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü. Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır.
Guioa palawanica
Guioa palawanica (lat. Guioa palawanica) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Gwyneth Paltrow
Qvinet Keyt Peltrou (27 sentyabr 1972[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və müğənnisi. Qvinet Peltrou 27 sentyabr 1972-ci ildə Kaliforniyanın Los-Anceles şəhərində anadan olmuşdur. O, aktrisa Blythe Danner və film prodsseri Bruce Paltrowın qızıdır. Atası əslən yəhudi, anası isə yarı holland, yarı ingilisdir. Özündən kiçik Jake Paltrow adlı qardaşı var. Əmisi isə opera müğənnisidir. Aktrisa Santa Monika şəhərində böyüyüb. 2003-cü ildə ingilis əsilli müğənni Chris Martinlə ailə həyatı quran aktrisa 2014-cü ildə ondan boşanmışdır. Cütlyün iki övladı var.
Gövdəçiçəkli palıd
Avropada və Qafqazda yayılmışdır. 40 m hündürlüyündə, yarpağı tökülən ağacdır. Gövdəsi düz qalxan, silindrvari, tünd boz rəngli, diametri 3 m-ə qədərdir. Şaxələnmiş çətirlidir. Güclü inkişaf etmiş kök sisteminə malikdir. Yarpaqları uzunsov-yumurtavari, uzunluğu 6-12 sm, bünövrəsi ürəkşəkilli, dərin çıxıntılı, alt tərəfi tüklü, 5-7, bəzən 1-3 hissəli, enli, ucu küt dişlidir. Yarpaq saplağının uzunluğu 1sm-ə qədərdir. Aprelin axırı, mayın əvvəlində çiçəkləyir. Meyvələri gövdələrdə 1-3 ədəd bir yerə yığılmış, 2 dəfə yarpaqlardan kiçikdir, sentyabrın axırı-oktyabrın əvvəllərində yetişir. Qozası dairəvi və ya uzunsov-dairəvi olub, 1,5-2,5 sm uzunluqdadır.

pal sözünün leksik mənası və izahı

  • 1 is. Təzə qozun üst göy qabığı. [Veys] …üstünə salınmış qurama yorğana, keçən il qoz palı ilə boyanmış bez mütəkkəyə işarə ilə dedi… Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / pal

pal sözünün etimologiyası

pal sözünün rus dilinə tərcüməsi

pal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. хъархъ (таза кӀерецӀдин винел жедай, дигмиш хьайила пад хьана алатдай къацу чкал).

    Azərbaycanca-ləzgicə lüğəti / pal

"pal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pal nədir? #pal sözünün mənası #pal nə deməkdir? #pal sözünün izahı #pal sözünün yazılışı #pal necə yazılır? #pal sözünün düzgün yazılışı #pal leksik mənası #pal sözünün sinonimi #pal sözünün yaxın mənalı sözlər #pal sözünün əks mənası #pal sözünün etimologiyası #pal sözünün orfoqrafiyası #pal rusca #pal inglisça #pal fransızca #pal sözünün istifadəsi #sözlük