novella-oçerk sözü azərbaycan dilində

novella-oçerk

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • novella-oçerk • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Oçerk
Oçerk — epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəman adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.
Novella
Əsəri maraqlı edən cəhətlərdən biri də onun gözlənilməz sonluqla bitməsidir. Belə əsərlər novella adlanır. Misal üçün Mir Cəlalın "Badamın ləzzəti" novellasında məlum olur ki, sözü gedən badam heç də meyvə deyilmiş, bir nənənin adı imiş. Yaxud da Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" əsəri, Cəlil Məmmədquluzadənin "Qurbanəli bəy" əsəri və s. novellaya aid edilə bilər. Novella epik növün bir növü olub və hekayəyə bənzəyir. Mənası "xəbər"deməkdir.
Novella Cəfəroğlu
Novella Cəfəroğlu və ya Novella Cəfərova (3 mart 1941, Naxçıvan) — hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri. == Həyatı == Novella Cəfəroğlu 1941-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 1958-ci ildə orta məktəbi, 1963-cü ildə isə universiteti bitirmişdir. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsi üzrə ali təhsilini tamamlamışdır. Universiteti bitirdikdən sonra kimyaçı mühəndis kimi mərkəzi regional laboratoriyada işləməyə başlamışdır. Cənub Geoloji ekspedisiyası, Baş Geoloji idarə, Azərbaycan Əlvan Metallurgiya Elmi-tədqiqat laboratoriyası kimi qurumlarda müxtəlif vəzifələrdə çalışmışdır. 1986-ci ildən isə Bakı Dövlət Universitetində işləməyə başlamışdır. == Siyasi fəaliyyəti == 1989-cu ildə yaradılan Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin 1993-ci ildə sədri seçilmişdir. Həmin cəmiyyətin aktiv fəallarından olan Novella xanım həmçinin Azərbaycan Milli Azadlıq Hərəkatının üzvü də olmuşdur. 2007-ci ildə Avropa Şurasının insan hüquqları üzrə eksperti seçilmişdir.
Qapı (novella)
Qapı — Maqda Sabonun novellası. == Məzmun == Əsər olduqca zəhmətkeş bir qadının (Emerenc) keşməkeşli ibrətamiz həyatından bəhs edir. == Haqqında == 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransa-nın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" təqdim edilmişdir.
Qan xətti (novella)
Qan xətti (ing. Bloodline) — Sidni Şeldonun 1977-ci ildə yazdığı romandır.
Şur (xoreoqrafik novella)
"Şur" — Fikrət Əmirovun 1968-ci yazdığı xoreqrafik novella.
Pal küçəsinin oğlanları (novella)
Pal küçəsinin oğlanları (mac. "A Pál utcai fiúk", 1906) – macar yazıçısı Ferens Molnar tərəfindən yazılmış və ilk nəşri 1906-cı ildə olmuşdur. Hamının gözlədiyindən fərqli olaraq, cəsarətli addım ata bilən oğlan uşağı haqda psixoloji əsərdir.Macarıstanda erməni hərbçisini qətlə yetirdiyi üçün həbsdə olan (2006-2012) Azərbaycan zabiti Ramil Səfərov macar dilindən tərcümə etdiyi novellalardan məhz biridə budur . == Əsərdən seçilmiş hissələr == Vəziyyəti başa düşmək üçün EİNSTAND-ın nə olduğunu bilmək lazımdır. Bu Peştli uşaqların öz aralarında istifadə etdikləri bir söz var idi. Belə ki, əgər fiziki cəhətdən güclü olan, həndəvərində özündən daha zəif və çəlimsiz uşaqların kürə-kürə və ya top oynadıqlarını görərsə, onların kürələrini, toplarını və ya digər oyun alətlərini əllərindən almaq istəyərsə, sadəcə olaraq onlara yaxınlaşaraq EİNSTAND deməsi kifayət idi. Qulağa bir o qədər də xoş gəlməyən bu almanca kəlmə, güclü olanın oyun alətlərini bir döyüş qəniməti olaraq qəbul etdiyini, bu uğurda davaya hazır olduğunu və ona qarşı çıxanların isə döyülməyi göz altına almalarını anladırdı. Bir sözlə, EİNSTAND müharibə elan etmək demək idi. Eyni zamanda, bu kəlmə mühasirəyə almağın, fiziki güc tətbiq etməyin, zorakılığın, quldurluğun kəsə yoldan izahında istifadə olunur. Meydança!
Sən qaranlıqdan qorxursan? (novella)
Sən qaranlıqdan qorxursan? (ing. Are You Afraid of the Dark?) — Sidni Şeldonun 2004-cü ildə yazdığı romandır. Əsər Triller janrında yazılmışdır. == Xarici keçidlər == Sidney Sheldon Are You Afraid of the Dark?
Yad qadının məktubu (novella)
Yad qadının məktubu (alm. Brief einer Unbekannten‎) — Ştefan Svayq tərəfindən 1920-ci illərin əvvəlində yazılmış novelladır. Əsər məktub şəklindədir. Məşhur yazıçıya aşiq olan gizli aşiq məhəbbətini məktubda ifadə edərək yazıçını heyrətləndirir. == Məzmun == Novella məşhur roman ustası R.-in ona gələn məktubları yoxlaması ilə başlayır və bir qadının məktubu ilə davam edir. Məktubunda qadın: "Ey məni tanımayan və daima sevdiyim insan, sən" deyə sevdiyinə müraciət edir. Qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları məktubda təsvir olunur. Məktubun başlanğıcında qadın uşağının ölümündən bəhs edir. Daha sonra yazıçını ilk dəfə görməsini, hər gün onu güdməsini, yazıçıya hər doğum günündə ağ qızılgüllər göndərməsi haqda yazır. Sevgisini heç vaxt etiraf etməyən qadın, sadəcə, onun xoşbəxtliyi, onunla keçirdiyi xoşbəxt anları və onun oğlu ilə özünü təsəlli edir.
Əgər sabah açılsa (novella)
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) — Sidni Şeldonun 1985-ci ildə yazdığı romandır.
İran haqqında oçerk (film, 1942)
== Məzmun == Film İran məmləkəti, onun müharibə illərindəki şəraiti, qayğıları haqqında söhbət açır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Mirzə Mustafayev Operator: Mirzə Mustafayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.

Oxşar sözlər

#novella-oçerk nədir? #novella-oçerk sözünün mənası #novella-oçerk nə deməkdir? #novella-oçerk sözünün izahı #novella-oçerk sözünün yazılışı #novella-oçerk necə yazılır? #novella-oçerk sözünün düzgün yazılışı #novella-oçerk leksik mənası #novella-oçerk sözünün sinonimi #novella-oçerk sözünün yaxın mənalı sözlər #novella-oçerk sözünün əks mənası #novella-oçerk sözünün etimologiyası #novella-oçerk sözünün orfoqrafiyası #novella-oçerk rusca #novella-oçerk inglisça #novella-oçerk fransızca #novella-oçerk sözünün istifadəsi #sözlük