povest-novella sözü azərbaycan dilində

povest-novella

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • povest-novella • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Novella
Əsəri maraqlı edən cəhətlərdən biri də onun gözlənilməz sonluqla bitməsidir. Belə əsərlər novella adlanır. Misal üçün Mir Cəlalın "Badamın ləzzəti" novellasında məlum olur ki, sözü gedən badam heç də meyvə deyilmiş, bir nənənin adı imiş. Yaxud da Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" əsəri, Cəlil Məmmədquluzadənin "Qurbanəli bəy" əsəri və s. novellaya aid edilə bilər. Novella epik növün bir növü olub və hekayəyə bənzəyir. Mənası "xəbər"deməkdir.
Povest
Povest — danışıq, təhkiyə deməkdir. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", Ə. Vəliyevin "Gülşən", M. Hüseynin "Kin", Mir Cəlalın "Dağlar dilə gəldi" və başqa əsərləri Azərbaycan ədəbiyyatında povest janrının gözəl nümunələri hesab olunur. Povestdə obrazların sayı hekayədə iştirak edənlərin sayından xeyli artıq, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri daha dolğun olur. Məsələn, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini "Danabaş kəndinin əhvalatları" əsəri ilə müqayisə etdikdə birincidə obrazların (Novruzəli, xan, poçt işçisi) sayının ikincidəki obrazlardan (Məhəmmədhəsən əmi, onun oğlu, Xudayar bəy, Zeynəb, onun oğlu Vəliqulu, qızları Fizzə və Ziba, Kərbəlayi Cəfər, Axund və s.) qat-qat az olduğu aydın görünür. Azərbaycan ədəbiyyatında ilk povest Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsəri sayılır. Hekаyə ilə roman arasında orta mövqe tutan, hekаyədən böyük, romandan kiçik epik əsərlər povest adlandırılır.
Novella Cəfəroğlu
Novella Cəfəroğlu və ya Novella Cəfərova (3 mart 1941, Naxçıvan) — hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri. Novella Cəfəroğlu 1941-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 1958-ci ildə orta məktəbi, 1963-cü ildə isə universiteti bitirmişdir. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsi üzrə ali təhsilini tamamlamışdır. Universiteti bitirdikdən sonra kimyaçı mühəndis kimi mərkəzi regional laboratoriyada işləməyə başlamışdır. Cənub Geoloji ekspedisiyası, Baş Geoloji idarə, Azərbaycan Əlvan Metallurgiya Elmi-tədqiqat laboratoriyası kimi qurumlarda müxtəlif vəzifələrdə çalışmışdır. 1986-ci ildən isə Bakı Dövlət Universitetində işləməyə başlamışdır. 1989-cu ildə yaradılan Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin 1993-ci ildə sədri seçilmişdir. Həmin cəmiyyətin aktiv fəallarından olan Novella xanım həmçinin Azərbaycan Milli Azadlıq Hərəkatının üzvü də olmuşdur. 2007-ci ildə Avropa Şurasının insan hüquqları üzrə eksperti seçilmişdir.
Qapı (novella)
Qapı — Maqda Sabonun novellası. Əsər olduqca zəhmətkeş bir qadının (Emerenc) keşməkeşli ibrətamiz həyatından bəhs edir. 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransa-nın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" təqdim edilmişdir.
Cəmilə (povest)
Cəmilə — 1958-ci ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. == Süjeti == Budur, mən yenə sadə bir haşiyəyə salınmış bu kiçik şəklin qabağındayam. Sabah səhər ailə getməliyəm, ancaq ona baxmaqdan hələ də doya bilmirəm. Elə bil şəkil mənə xeyir-dua verəcəkdir. Onu hələ heç bir sərgiyə verməmişəm. Bundan başqa, qohumlarim aildən yanima gəldikdə də onu gizlətməyə çalişiram. Şəkildə utanmalı bir şey yoxdur, ancaq, bununla belə, o, sənət əsəri olmaqdan çox uzaqdır. Şəkil onda təsvir olunmuş torpağın özü qədər sadədir. Şəklin dərinliyində boz payızın səmasının bir parçası təsvir olunmuşdur. Uzaq dağ silsilələrinin üzərində külək ala buludları sürətlə qovalayır.
Mehman (povest)
Mehman — Süleyman Rəhimovun yazdığı böyük əsər, povest. Əsər əsasında "Qanun naminə" adlı film çəkilmişdir. Burada Mehman adında bir oğlan rayonda prukror olur. Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə canını qurban verməli olur.
Mumu (povest)
Mumu — rus yazıçısı İvan Turgenyevin 1852-ci ildə yazdığı povest. Əsər ilk dəfə Sovremennik jurnalında çap olunub. Povestin baş qəhrəmanları Gerasim adlı lal-kar nökər və onun itidir. Film 1959-cu ildə Mumu adlanırdı. Amma 1998-ci ildə Mu–Mu adlandırıldı. Bu əsərdə Gerasim adlı rus kəndlinin taleyindən söz açılır. Gerasim lal və kar olsa da çox güclü adam olur. Rusiyanın kəndində yaşayır. Bir gün kəndə imkanlı bir qadın gəlir. Qadın kənddən gedəndə mindiyi arabanın təkəri palçığa batır.
Oxşar (povest)
Oxşar (rus. Двойник) — Fyodor Dostoyevskinin qələmə aldığı povest. Əsər ilk dəfə 30 yanvar 1846-cı ildə "Oteçestvennye zapiski" qəzetində işıq üzü görmüşdür. Daha sonra Dostoyevski əsər üzərində yenidən işləmiş və əsər 1866-cı ildə yenidən nəşr olunmuşdur. Əsərin qəhrəmanı 9-cu dərəcədən məmur olan Yakov Petroviç Qolyadkin xeyirxah, sadə, yumşaq xarakterli bir insandır. Bir dəfə Yakov Petroviç onunla eyni ad və soyadda olan bir nəfərlə — əkizi ilə qarşılaşır, lakin onun oxşarı ondan fərqli olaraq yalançı, yaltaq və əclaf adamdır. Əsərdə də Yakov Petroviçin öz oxşarı ilə mübarizəsindən bəhs olunur. Dostoyevskinin bu fikirləri onun sonrakı əsərlərində də öz yerini tapır. Bu Dostoyevskinin ikinci əsəridir, fəqət əsər həmin dövrdə o qədər də yaxşı qarşılanmamışdır. Dostoyevski "Bədbəxt insanlar" əsəri kimi bu əsərinin də tənqidçilər tərəfindən müsbət qarşılanacığını gözləsə də, bu belə olmur.
Qasırğa (povest)
Qasırğa (ing. Storm) - Teodor Drayzer tərəfindən yazılmış povestdir. Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. “Qasırğa” Drayzerin birbaşa orijinaldan Azərbay­can dilinə tərcümə edilmiş ilk əsəridir. Əsərin baş qəhrəmanı-İda,mühafizəkar ailədə böyüyüb. Atası Uilyam Zobel onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluluğu ilə heç cür barışa bilmirdi. O, İdanın böyüməsi və tərbiyəsi üçün sərt qaydalar tətbiq etdi. İdanı öz qaydaları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini məktəb hesab edilən məktəbdə oxutdurdu. Bunlara baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyurdu. İda şən və gümrah gəncləri görüb, valideynlərinin ona olan münasibəti ona darıxdırıcı gəlirdi.
Qan xətti (novella)
Qan xətti (ing. Bloodline) — Sidni Şeldonun 1977-ci ildə yazdığı romandır.
Şur (xoreoqrafik novella)
"Şur" — Fikrət Əmirovun 1968-ci yazdığı xoreqrafik novella.
Bəyaz gecələr (povest)
Bəyaz gecələr (rus. Бeлые нoчи, Belıye noçi) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib. == Məzmun == "Bəyaz Gecələr" — dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1848.ci ildə nəşr olunmuş qısa bir romanıdır. Kitabda adsız bir xəyalpərəstin 4 gecə və bir səhərdən ibarət 5 günü ələ alınır. Əsər məktub şəklində yazılıb və qəhrəmanın öz dilindən nəql olunur. Belə ki, xislətcə utancaq və xəyalpərəst olan gənc, Peterburqun bəyaz gecələrinin birində Nastenka adlı bir qızla tanış olur və qarşılıqlı bir-birlərinə öz həyatlarını nağıl edirlər. Lakin həqiqətdən çox öz xəyal dünyasında yaşayan gənc bu qısa müddətli görüş gecələrində belə tənhalığından qurtulur və sonu onun üçün uğursuz alınsa belə, arzuladığı xoşbəxtliyə nail olur.
Yolagəlməz qadın (povest)
"Yolagəlməz qadın" (ing. The Unconquered) — Vilyam Somerset Moem tərəfindən 1943-cü ildə yazılmış povest. Azərbaycan dilinə tərcümənin müəllifi Akif Abbasov, tərcümənin redaktoru filologiya elmləri doktoru, professor Zeydulla Ağayevdir. İkinci dünya müharibəsi illərində alman ordusunun Fransanı işğal etməsi nəticəsində xalq ağır vəziyyətə düşür. Almanlar özlərini bu ölkənin sahibi kimi aparırlar. Hans yolu azaraq bir fransız kəndlisinin evinə gəlib çıxır. O, Annetə qarşı zorakılıq edir. Sonralar üzr istəyib bu ailə ilə, Annetlə qarşılıqlı münasibətləri bərpa etməyə çalışır, hətta qızla evlənmək istəyir. Annetə görə, Hans alman əsgəridir, almanlar isə onun doğma vətənini zəbt etmişlər. Hans düşməndir, düşmən olaraq da qalır.
Əlvida, Gülsarı (povest)
Əlvida, Gülsarı — 1966-cı ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. Ötən payız Tanabay kolxoza gəlir, briqadir isə ona deyir: “Sizin üçün at seçmişik. Bir az yaşlıdı, amma sizin iş üçün yarayar.” Tanabay atı gördü, onun ürəyi bərk sıxıldı. “Belə çıxır ki, yenidən görüşdük.”- ata müraciət elədi. İlk dəfə o Gülsarı ilə müharibədən sonra görüşmüşdü. Müharibədən azad olan Tanabay əvvəlcə dəmirçixanada işləyridi, sonra dostu Çoronun təkidi ilə dağlara ilxıçı işləməyə yollandı. Məhz orada o gözəl Gülsarını gördü. Keçmiş ilxıçı ona “əvvəllər belə ata görə baş kəsərlər” demişdi. Payız da keçdi qış da. Gülsarı böyüyərək möhkəm ata çevrildi.
Aşıq Qərib (povest)
"Aşık Qərib" (rus. Ашик Кериб) — Mixail Lermontovun 1837-ci ildə yazdığı povestdir . Aplin öz təəssüratlarını bölüşdüyü məqaləsində onun xarakteristikasını "qaranlıq" kimi təsvir edir və " Qafqazda bir qədər fərqli versiyalarda yaxşı tanınan xalq nağılının yenidən işlənməmiş transkripsiyası" kimi qələmə verir. Powelstock bunu "nəsrdə bir türk nağılının transkripsiyasına bənzəyən yazı" kimi təsvir edir. Daha sonralar qələmə aldığı "Dövrümüzün Qəhrəmanı" əsəri ilə birlikdə Aşıq Kərib obrazı fonunda Qafqaz mənzərələrinin və adət-ənənələrinin Lermontovun yaradıcılıq şüurunda böyük rol oynadığını göstərir. "Aşıq Kərim" həm də 19-cu əsr rus ədəbiyyatında Qafqaz möbzulu janrının bir hissəsidir (Rusiya imperiyasının Qafqaz dağlarının cənubundakı torpaqları ələ keçirmək üçün uzun sürən hərbi əməliyyatlar apardığı vaxtlarda yazılmışdır).
Pal küçəsinin oğlanları (novella)
Pal küçəsinin oğlanları (mac. "A Pál utcai fiúk", 1906) – macar yazıçısı Ferens Molnar tərəfindən yazılmış və ilk nəşri 1906-cı ildə olmuşdur. Hamının gözlədiyindən fərqli olaraq, cəsarətli addım ata bilən oğlan uşağı haqda psixoloji əsərdir.Macarıstanda erməni hərbçisini qətlə yetirdiyi üçün həbsdə olan (2006-2012) Azərbaycan zabiti Ramil Səfərov macar dilindən tərcümə etdiyi novellalardan məhz biridə budur . Vəziyyəti başa düşmək üçün EİNSTAND-ın nə olduğunu bilmək lazımdır. Bu Peştli uşaqların öz aralarında istifadə etdikləri bir söz var idi. Belə ki, əgər fiziki cəhətdən güclü olan, həndəvərində özündən daha zəif və çəlimsiz uşaqların kürə-kürə və ya top oynadıqlarını görərsə, onların kürələrini, toplarını və ya digər oyun alətlərini əllərindən almaq istəyərsə, sadəcə olaraq onlara yaxınlaşaraq EİNSTAND deməsi kifayət idi. Qulağa bir o qədər də xoş gəlməyən bu almanca kəlmə, güclü olanın oyun alətlərini bir döyüş qəniməti olaraq qəbul etdiyini, bu uğurda davaya hazır olduğunu və ona qarşı çıxanların isə döyülməyi göz altına almalarını anladırdı. Bir sözlə, EİNSTAND müharibə elan etmək demək idi. Eyni zamanda, bu kəlmə mühasirəyə almağın, fiziki güc tətbiq etməyin, zorakılığın, quldurluğun kəsə yoldan izahında istifadə olunur. Meydança!
Sən qaranlıqdan qorxursan? (novella)
Sən qaranlıqdan qorxursan? (ing. Are You Afraid of the Dark?) — Sidni Şeldonun 2004-cü ildə yazdığı romandır. Əsər Triller janrında yazılmışdır. Sidney Sheldon Are You Afraid of the Dark?
Yad qadının məktubu (novella)
Yad qadının məktubu (alm. Brief einer Unbekannten‎) — Ştefan Svayq tərəfindən 1920-ci illərin əvvəlində yazılmış novelladır. Əsər məktub şəklindədir. Məşhur yazıçıya aşiq olan gizli aşiq məhəbbətini məktubda ifadə edərək yazıçını heyrətləndirir. Novella məşhur roman ustası R.-in ona gələn məktubları yoxlaması ilə başlayır və bir qadının məktubu ilə davam edir. Məktubunda qadın: "Ey məni tanımayan və daima sevdiyim insan, sən" deyə sevdiyinə müraciət edir. Qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları məktubda təsvir olunur. Məktubun başlanğıcında qadın uşağının ölümündən bəhs edir. Daha sonra yazıçını ilk dəfə görməsini, hər gün onu güdməsini, yazıçıya hər doğum günündə ağ qızılgüllər göndərməsi haqda yazır. Sevgisini heç vaxt etiraf etməyən qadın, sadəcə, onun xoşbəxtliyi, onunla keçirdiyi xoşbəxt anları və onun oğlu ilə özünü təsəlli edir.
Əgər sabah açılsa (novella)
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) — Sidni Şeldonun 1985-ci ildə yazdığı romandır.
Danabaş kəndinin əhvalatları (povest)
Danabaş kəndinin əhvalatları — Cəlil Məmmədquluzadənin povesti. == Haqqında == Cəlil Mənməd Quluzadə 1894-cü ildə yazdığı "Eşşəyin itməkliyi" və "Danabaş kəndinin məktəbi" əsərlərinin ümumi adı. Əsərin əlyazması Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) Əlyazmalar İnstitutunun fondunda saxlanılır (inventar VI-359 (3595)). Tədqiqatçıların əksəriyyətinin fikrinə görə, Cəlil Məmmədquluzadə bu ad altında silsilə əsərlər yazmağı nəzərdə tutubmuş. Həmin əsərlər "Danabaş kəndinin əhvalatları" ümumi ad - sərlövhə altında birləşəcəkmiş. Onlardan biri ("Eşşəyin itməkliyi") yazılmış, ikincisi ("Danabaş kəndinin məktəbi") yarımçıq qalmışdır. "Danabaş kəndinin əhvalatları" adı isə "Eşşəyin itməkliyi" əsəri üzərində qalmış, bu povest "Danabaş kəndinin əhvalatları" adı ilə məşhurlaşmışdır. Əsər ilk dəfə yazıçının ölümündən sonra ayrıca kitabça kimi dərc olunmuş (1936), sonralar ədibin müxtəlif kitablarına, o cümlədən "Əsərləri" (1936), üçcildlik və altıcildlik "Əsərləri"nin I cildinə (1966, 1983) daxil edilmişdir. == Süjet == Əsərin sərlövhəsindən sonra kiçik bir remarka ("Nağıl edibdi lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil") və Sokratın sözlərindən epiqraf verilib: "Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir.
Polkovnikə məktub yoxdur (povest)
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Qoca və dəniz (povest)
Qoca və dəniz (ing. The Old Man and the Sea) — 1951-ci ildə amerikalı yazıçı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminquey tərəfindən Kubada yazılmış povest. Əsər ilk dəfə 1951-ci ildə nəşr olunub. Əsərdə Santiaqo adlı Kubanın sahilindən uzaqda nəhəng bir marlin balığı ilə mübarizə aparan qoca bir balıqçıdan bəhs edir. 1953-cü ildə bu əsər Pulitzer Fantastika Mükafatına layiq görüldü və Nobel Komitəsi 1954-cü ildə Ədəbiyyat üzrə Nobel Mükafatının Heminqueyə verilməsinə təsiri olduğunu xüsusi qeyd etmişdi. Santyaqo - qoca dənizçi; Manolin - oğlan; Periko - povestdəki hadisələrdə heç görünməyən bir obrazdır. Ancaq Santyaqoya beysbol nəticələri yazılan qəzetlər verdiyi üçün onun həyatında mühüm yerə sahibdir. Martin - Santyaqonun kəndində kafe sahibi olan Martin Periko kimi hadisələrin gedişatında görünmür. Oxuyucu onu Santyaqonun axşam yeməyi üçün tez-tez Martinin kafesinə gedən Manolin sayəsində tanıyır.

Oxşar sözlər

#povest-novella nədir? #povest-novella sözünün mənası #povest-novella nə deməkdir? #povest-novella sözünün izahı #povest-novella sözünün yazılışı #povest-novella necə yazılır? #povest-novella sözünün düzgün yazılışı #povest-novella leksik mənası #povest-novella sözünün sinonimi #povest-novella sözünün yaxın mənalı sözlər #povest-novella sözünün əks mənası #povest-novella sözünün etimologiyası #povest-novella sözünün orfoqrafiyası #povest-novella rusca #povest-novella inglisça #povest-novella fransızca #povest-novella sözünün istifadəsi #sözlük