Öməri mədəniyyəti
Öməri mədəniyyəti — Aşağı Misirdə, Həluan şəhərindən 3 kilometr (1.9 mil) şimal-şərqdə Neolit dövrünə, e.ə. VI minillik aid yaşayış yeri. Misir arxeoloqu Əmin Ömərinin şərəfinə adlandırılmışdır. Yüngül materiallardan hörülmüş komaların heyvan sümüklərinin və dəniz ilbizinin qalıqları aşkar edilmişdir. Komalar arasında taxil quyuları və qəbirlər tapılmışdır. Əmək alətləri çaxmaqdaşıdan düzəldilmiş bıçaqlar, bıçaqvarı lövhələr, oraq dişləri, toxalar və dən dən daşlarından, saxsı məmulatı isə tərkibinə saman qatılmış qırmızı və qara rəngli gildən əldə düzəldilmiş qablardan ibarət idi. Bazaltdan hazırlanmış daş qablar gətirilmə hesab edilir. Öməri mədəniyyətinin yayıldığı ərazidə yaşayan əhali əkinçilik (buğda, arpa, çəlnoxud və s.) və ehtimal ki, maldarlıqla (keçi və iribuynuzlu mal-qara) məşğul olmuşdur.