içəri sözü azərbaycan dilində

içəri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • içəri • 55.6430%
  • İçəri • 44.0420%
  • İÇƏRİ • 0.3150%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İçəri Müşlan
İçəri Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == İçəri Muşlan kəndi Oxcu çayının sahilində, dağətəyi ərazidədir. Keçmış adı Muşlan olmuşdur. Yaşayış məntəqəsini Türkiyənin Muş əyalətindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Bu kənddən çıxmış ailələr Oxcu çayının sağ sahilində Qıraq Muşlan kəndini saldıqdan sonra buraya İçəri Muşlan, yeni "əsas, ic Muşlan" deyilmışdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Mədəniyyəti == 1 orta məktəb (Soltan Qardaşov adına), 1 kitabxana, 1 uşaq bağçası var. == Coğrafiyası və iqlimi == Kənd Oxçuçayın sahilində yerləşir. Məlikli, Tatar və Zəngilan kəndləri ilə həmsərhəddir.
İçəri bazar
İçəri bazar (Qax qala qapıları və divarları) — Qax şəhərinin mərkəzində yerləşir. XVIII əsrin I yarısında inşa olunmuş, XIX əsrdə ruslar tərəfindən təmir edilmişdir. Əvvəllər xalq arasında İçəribazar adlanan (indi İcəribazar küçəsidir) məhəlləni əhatə edən qala divarları və bürclərlə əhatələnmiş qala qapılarından ibarətdir. Bəstəkar Müslüm Maqomayevin atasının emalatxanası bu məhəllədə yerləşir.
İçəri Şəhər
İçərişəhər — Bakı şəhərinin tarixi mərkəzi. Xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221.000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər.
İçəri Şəhər (1964)
İçəri Şəhər (1978)
İçəri Şəhər (Vyana)
İçəri Şəhər — Vyananın 1-ci rayonu və tarixi şəhər mərkəzi. 1850-ci ildə Vyana rayonları təyin olunana qədər Vyana sözü bu bölgəni ifadə edirdi. Rayon ənənəvi olaraq dörd bölgəyə bölünür: Stubenviertel (Şimali Şərq), Kärntner Viertel (Cənub-Şərq), Widmerviertel (Cənub-Qərb), Schottenviertel (Şimal Qərb). Rayon, şəhərin ən əhəmiyyətli biznes mərkəzidir və 100,745 işçisi, korporativ mərkəz və turizm sahələri vardır. Ərazi 2001-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
İçəri Şəhər (dəqiqləşdirmə)
İçəri Şəhər — Bakı şəhərinin tarixi mərkəzi. İçəri Şəhər — şərab növü. İçərişəhər metrostansiyası — Bakıda metrostansiya. İçərişəhər Cümə məscidi — İçərişəhərdə məscid Filmlər İçəri şəhər — 1964-cü ildə çəkilmiş sənədli film. İçəri şəhər — 1978-ci ildə çəkilmiş qısametrajlı film. İçəri şəhər-əbədi nağıl — 1984-cü ildə çəkilmiş sənədli film. İçəri şəhər — 2015-ci ildə çəkilmiş bədii film.
İçəri Şəhər (film, 1964)
İçəri şəhər (film, 1978)
İçəri şəhər (film, 2016)
İçəri şəhər — rejissor İlqar Safatın filmi. == Haqqında == Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. == Məzmun == Müasir Azərbaycanda cərəyan edən hekayə yaşıdlarının bəsit ambisiyalarından uzaq olan istəklərlə yaşayan gənc tələbə Arzu və xəyalları puç olmuş Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edir. == Festivallar və mükafatlar == “İçəri şəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 2016-cı il noyabrın 11-dən 27-dək Estoniyanın paytaxtı Tallində keçirilib. "İçəri şəhər” bədii filmi Hindistanın 7-ci "Yaşvant” beynəlxalq film festivalında nümayiş etdirilib. Festival 2017-ci il yanvarın 20-dən 26-dək Mumbay şəhərində keçirilib. “İçəri şəhər” filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramı çərçivəsində Benqaluru və Maysur şəhərlərində nümayiş etdirilib. “İçəri şəhər” bədii filmi Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalına dəvət alıb. 2017-ci il fevralın 10-dan 16-dək Kerala ştatının Kozhikode şəhərində keçirilmiş festivalda Azərbaycanla yanaşı, Çin, İran, Böyük Britaniya, Polşa, Şri-Lanka, Cənubi Afrika, Əlcəzair və Argentina istehsalı olan filmlər nümayiş etdirilib.
İçəri şəhər-əbədi nağıl (film, 1984)
== Məzmun ==
İçəri şəhər
İçərişəhər — Bakı şəhərinin tarixi mərkəzi. Xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221.000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər.
Cümə məscidi (İçəri Şəhər)
İçərişəhər Cümə məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Came məscidi == === Tarixi === Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb: "709-cu ilin rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Kitabə barədə Sara Aşurbəyli Şirvanşahlar dövləti kitabında belə yazır: "Bakı qalasında qədim Cümə məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə binanın təmir olunduğu xəbər verilir. "Məlik əl-üməra və l-əkabir" (əmirlərin və əyanların məliki) Şərəf əd-Din Mahmud ibn Fəxr əd-Dinin adı çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir." Görünür həmin dövrdə məscid təmir edilib genişləndirilmişdir. Bakı Came məscidinin atəşgah məbədinin yerində inşa olunduğu iddia olunur. Məscid Hicri-qəməri təqvimlə 1024-cü ildə təmir edilmişdir. Bakı Came məscidi 1899-cu ildə uçurulmuş və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilmişdir. === Haqqında === Bir qədər mürəkkəb biçimli planı Bakı Came məscidinin bir neçə mərhələdə tikildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir. Onun başlıca dayaq bölümləri cənub hissəsində kvadrat biçimli ibadət salonu və şimal tərəfində minarədir. Onların arası müxtəlif ölçülü yerləşgə və kiçik iç həyətlərlə doldurulub.
Hacı Heybət məscidi (İçərişəhər)
Hacı Heybət məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur. == Tarixi == Hicri tarixi ilə 1206-cı ildə (1791-ci il) memаr Hаcı Heybət Əmirəli оğlu tərəfindən tikilmişdir. == Haqqında == Kiçik оlub yаşаyış məhəllələrinin cərgəsinə dахildir. Plаndа dördbucаq şəklindədi. Kvаdrаt fоrmаlı vestibüldən, xidməti оtаqdаn və tахçаlı ibаdət zаlındаn ibаrətdir. Məscidin memаrlıq-kоnstruktiv quruluşu yerli üslublаrın sаrsılmаzlığını qоruyаrаq və оnlаrа sаdiq qаlаrаq dаş qübbələrdən və çаtmа fоrmаlı tаğlаrdаn ibаrətdir. Sаdə ifаdə оlunmuş tаclı giriş və "Qurаn" məzmunlu, eləcə də memаr hаqqındа məlumat verən epiqrаfik yazı məscidin yüksək dəyərini göstərir. İbаdət zаlının interyerində, künclərin birində memаrın və onun həyаt yоldаşının məzаrı yerləşir.
Hacınskinin evi (İçərişəhər)
İsa bəy Hacınskinin evi — Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 103 ünvanında yerləşir. Evin memarı Misak Ter-Krikoryants olmuşdur. == Tarixi == Bina 1912-ci ildə tikilib. Zəngin Hacınskilərin şəhərdə bir neçə yerdə mülkləri vardı, məsələn, Bül-Bül prospekti, Füzuli küçəsi ünvanındakıları göstərmək olar. Bunlardan ən əzəmətlisi "Hacınskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binadır. Bakı bulvarının salınmasında İsa bəy Hacınski çoxlu pul xərcləmişdi, ona görə də mülkünü məhz dəniz kənarında tikdirməyi qərara gəlir. İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri var idi. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı bu aslan heykəlləri atılan düşmən qumbaralarından parça-parça olub. Hətta İsa bəy Hacınski bina tam hazır olduqdan sonra memara vəd etdiyi məbləğdən artıq pul verir, çünki bina onun çox xoşuna gəlir, memarın işindən razı qalır. Məbləğ o qədər böyük olur ki, həmin memar Almaniyanın Berlin şəhərində bu pullara bir imarət ucaldır.
Həzrəti Əli məscidi (İçərişəhər)
Seyid Yəhya Murtuza məscidi və ya Həzrət Əli məscidi — İçərişəhərdə yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid yenidən fəaliyyət göstərməyə başlayıb. == Tarixi == Məscid XVII əsrdə İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib. Məscidi Seyid Yəhya Murtuza öz şəxsi vəsaiti hesabına tikdirib və özü din xadimi kimi məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
Mədrəsə-məscid (İçərişəhər)
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə. == Haqqında == Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. == Həmçinin bax == İmamqulu məktəb-məscidi == İstinadlar == == Mənbə == "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Su kəməri və kanalizasiya (İçərişəhər)
Su kəməri və kanalizasiya — İçərişəhərdə tapılmış ölkə əhəmiyyətli abidə. == Tapılması == 1924-cü ildə arxeoloq Sısoyevin başçılığı altında aparılmış arxeoloji qazıntılar nəticəsində bu kəmərin Qız qalasından bir neçə metr şimal tərəfdə keçdiyi müəyyənləşmişdir. 1964-cü ildə Sıratağlı qədim abidənin həyətində Ö. İsmizadə və F. İbrahimovun başçılığı altında aparılan arxeoloji qazıntı və kəşfiyyat zamanı, eləcə də torpaq təmizlənməsi zamanı tüng (saxsı) borulardan səliqə ilə çəkilmiş yeraltı memarlıq tikilisi aşkar olunmuşdur. == Haqqında == Sıratağlı abidənin dini əhəmiyyət daşıyan müqəddəs bir yer olmasını nəzərə alsaq, bu qədim su xəttinin daha əvvəlki dövrlərə aid olduğu anlaşılır. Bu su kəməri şimal-qərb və cənub istiqamətində yerləşib Qız qalasına doğru davam edir. == Mənbə == "SU KƏMƏRİ VƏ KANALİZASİYA" ( (az.)). icherisheher.gov.az. 2015-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
Sıratağlı dini-memarlıq kompleksi (İçərişəhər)
Sıratağlı dini-memarlıq kompleksi, Bazar meydanı və ya Xanəgah kompleksi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi. Qız Qalasının şimal tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zamanı maraqlı quruluşa malik sıratağlı abidə aşkar olunmuşdur. == Quruluşu == Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması Məscidül-Həramı xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti "əmanət meyitlər"dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən "əmanət meyitlər"ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır.
Təkiyə (İçərişəhər)
Təkiyə — İçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == Bina XIII əsrdə tikilib. 1967-ci ildə təkiyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkiyə 1970-ci illərdə bərpa edilib. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir. Binanın yuxarısında isə “Museum Inn” otelinin terras-restoranı fəaliyyət göstərir. == Haqqında == Dərvişlərin ibadət etdiyi yerləş təkyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır.
Xanlar məscidi (İçərişəhər)
Хanlar məscidi — İçərişəhərdə yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur. == Tarixi == Xanlar məscidi XIX əsrin sonunda Хanlarov qardaşlarının sifarişi ilə İçərişəhərdə evlərinin yaxınlığında tikilib. Məscidin memarı Məşədi Mirzə Qafar İsmayılovdur. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
İmam Əli məscidi (İçərişəhər)
Seyid Yəhya Murtuza məscidi və ya Həzrət Əli məscidi — İçərişəhərdə yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid yenidən fəaliyyət göstərməyə başlayıb. == Tarixi == Məscid XVII əsrdə İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib. Məscidi Seyid Yəhya Murtuza öz şəxsi vəsaiti hesabına tikdirib və özü din xadimi kimi məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
İsa bəy Hacınskinin evi (İçərişəhər)
İsa bəy Hacınskinin evi — Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 103 ünvanında yerləşir. Evin memarı Misak Ter-Krikoryants olmuşdur. == Tarixi == Bina 1912-ci ildə tikilib. Zəngin Hacınskilərin şəhərdə bir neçə yerdə mülkləri vardı, məsələn, Bül-Bül prospekti, Füzuli küçəsi ünvanındakıları göstərmək olar. Bunlardan ən əzəmətlisi "Hacınskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binadır. Bakı bulvarının salınmasında İsa bəy Hacınski çoxlu pul xərcləmişdi, ona görə də mülkünü məhz dəniz kənarında tikdirməyi qərara gəlir. İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri var idi. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı bu aslan heykəlləri atılan düşmən qumbaralarından parça-parça olub. Hətta İsa bəy Hacınski bina tam hazır olduqdan sonra memara vəd etdiyi məbləğdən artıq pul verir, çünki bina onun çox xoşuna gəlir, memarın işindən razı qalır. Məbləğ o qədər böyük olur ki, həmin memar Almaniyanın Berlin şəhərində bu pullara bir imarət ucaldır.
İçəribazar
İçəri bazar (Qax qala qapıları və divarları) — Qax şəhərinin mərkəzində yerləşir. XVIII əsrin I yarısında inşa olunmuş, XIX əsrdə ruslar tərəfindən təmir edilmişdir. Əvvəllər xalq arasında İçəribazar adlanan (indi İcəribazar küçəsidir) məhəlləni əhatə edən qala divarları və bürclərlə əhatələnmiş qala qapılarından ibarətdir. Bəstəkar Müslüm Maqomayevin atasının emalatxanası bu məhəllədə yerləşir.
İçərişəhər
İçərişəhər — Bakı şəhərinin tarixi mərkəzi. Xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221.000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər.
İçərişəhər Cümə məscidi
İçərişəhər Cümə məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Came məscidi == === Tarixi === Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb: "709-cu ilin rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Kitabə barədə Sara Aşurbəyli Şirvanşahlar dövləti kitabında belə yazır: "Bakı qalasında qədim Cümə məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə binanın təmir olunduğu xəbər verilir. "Məlik əl-üməra və l-əkabir" (əmirlərin və əyanların məliki) Şərəf əd-Din Mahmud ibn Fəxr əd-Dinin adı çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir." Görünür həmin dövrdə məscid təmir edilib genişləndirilmişdir. Bakı Came məscidinin atəşgah məbədinin yerində inşa olunduğu iddia olunur. Məscid Hicri-qəməri təqvimlə 1024-cü ildə təmir edilmişdir. Bakı Came məscidi 1899-cu ildə uçurulmuş və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilmişdir. === Haqqında === Bir qədər mürəkkəb biçimli planı Bakı Came məscidinin bir neçə mərhələdə tikildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir. Onun başlıca dayaq bölümləri cənub hissəsində kvadrat biçimli ibadət salonu və şimal tərəfində minarədir. Onların arası müxtəlif ölçülü yerləşgə və kiçik iç həyətlərlə doldurulub.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
İçərişəhər — Bakı şəhərinin tarixi mərkəzi. Xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221.000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər.

içəri sözünün leksik mənası və izahı

  • 1 1. zərf Daxilə, daxildə. İçəri itələmək. İçəri gəl. İçəri buraxmaq. – Şah rüsxət verdi, münəccimbaşı çıxmamış Xacə Mübarək içəri girib ərz elədi… M.F.Axundzadə. [Sara xanım:] …Gəlib çıxaram, tıqqıldadaram qapını, açarlar, girərəm içəri… Qantəmir. Hənifə qazanı içəri gətirib yerə qoydu, ətəyi ilə sininin üstünə tökülmüş külü sildi. İ.Hüseynov. 2. bax iç 1-ci mənada. Evin içəri otaqlarının birisində (əndərunda) Rəna ilə anası yaşayırdı… E.Sultanov. 3. İsmin yönlük, yerlik, çıxışlıq hal şəkilçiləri ilə – 1) arasına, arasında, arasından. Meşənin içərisinə getmək. Uşaqların içərisində biri çox zirəkdir. Kitabların içərisindən ancaq birini seçdim. – …Bu iki çiçək bu ailələr içərisinə girməklə, onlarda bir yenilik, şadlıq əmələ gətirdisə də, digər tərəfdən, nifaqa və ondan törəyən faciəli hadisələrə də səbəb oldu. S.S.Axundov. Sən qoçaqlar içində qoçaqsan gözlərimdə; Ürəyi alov dolu bir dağsan gözlərimdə. S.Rüstəm. Kimsəsizlər içərisində … bu qocanın da siması … canlanırdı. Ə.Məmmədxanlı; 2) ərzində, müddətində, zərfində. Dörd-beş aylıq bir zaman içərisində onunla belə üz-üzə gəlmədiyim birinci kərə vaqe olurdu. S.Hüseyn. ◊ İçəri atmaq dan. – birdən içmək, başına çəkmək. Mirzə Kəmtər də, sanki müsahibindən geri qalmamaq üçün, stəkanında qalan arağı içəri atdı… Mir Cəlal. İçəri salmaq məc. – mənimsəmək. İçəridən qovrulmaq – ürəyində bərk hirslənmək, acığından qovrulmaq. [Məhbusi] mister Tomasın hədələrini, qaş-qabağını yadına salır, içəridən qovrulurdu. M.İbrahimov. İçəri(yə) ötürmək – 1) yemək, udmaq. [Əmiraslan baba] … ağ lavaşı yarı bölərək, arasını balla doldurdu və bir göz qırpımında nər kimi içəriyə ötürdü. S.Rəhimov; 2) bax içəri salmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / içəri

içəri sözünün etimologiyası

  • 1 İç və yer sözlərindən törəyib, iç yer sadələşib, içəri formasına düşüb. Bəzən əri hissəsi yönlük hal şəkilçisi hesab edilir, amma o, yer sözü ilə qohumdur. İçəri sözü yönlük halda içəriyə kimi olur. Bir sözün 2 dəfə hal şəkilçisi (xüsusən də eyni halın şəkilçisini) qəbul etməsi mümkün deyil. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / içəri

içəri sözünün antonimləri (əks mənalı sözlər)

içəri sözünün rus dilinə tərcüməsi

  • 1 1. внутрь; 2. внутренняя сторона; 3. внутренний;

    Azərbaycanca-rusca lüğət / içəri
  • 2 I нареч. внутрь, вовнутрь. Qapılar içəri açılır двери открываются внутрь, içəri girmək войти вовнутрь; içəri gətirmək вносить, внести II прил. внутренний. İçəri otaqlar внутренние комнаты, içəri bucaq внутренний угол III сущ. внутренность. nəyin içərisi внутренность чего. Otağın içərisi внутренность комнаты IV послел. 1. içərisinə внутрь, вовнутрь чего; nəyin içərisində: 1. внутри чего. Otağın içərisində внутри комнаты, qazanın içərisində внутри кастрюли 2. в течение. Bir ilin içərisində в течение года (за год), bir ay içərisində в течение месяца 3. среди. Uşaqların içərisində среди ребят, yazıçıların içərisində среди писателей, kitabların içərisində среди книг, şeylərin içərisində среди вещей; içəri itələmək вталкивать, втолкнуть, içəri buraxmaq впускать, впустить, içəri girmək входить, войти ◊ içəri ötürmək nəyi проглотить (съесть, выпить) что; içəri salmaq nəyi присвоить (самовольно сделать своей собственностью) что; içəridən qovrulmaq молча переживать; içəriyə ötürmək: 1. проводить внутрь; 2. см. içəri salmaq; bir an içərisində в течение одной минуты, за одну минуту

    Azərbaycanca-rusca lüğət / içəri

içəri sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. bax iç I II. s. bax iç II III. z. in, inside; inwards; ~ gəlmək to come* in; ~ açılmaq (qapı, pəncərə və s.) to open inwards; ~ baxmaq to look inside

    Azərbaycanca-ingiliscə lüğət / içəri

içəri sözünün fransız dilinə tərcüməsi

içəri sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. нареч. къенез, къенепатаз; içəri gəl къенез ша; 2. кил. iç 1); ** içəri atmaq рах. садлагьана хъун, кьилел чӀугун; içəri salmaq пер. къене ттун, тӀуьн; içəridən qovrulmaq къеняй ккуз-хъукьун, рикӀяй гзаф хъел атун, хъиляй ккун; içəri(yə) ötürmək а) къенез вегьин, туькьуьнун, тӀуьн; б) кил. içəri salmaq.

    Azərbaycanca-ləzgicə lüğəti / içəri

içəri sözünün türk dilinə tərcüməsi

"içəri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#içəri nədir? #içəri sözünün mənası #içəri nə deməkdir? #içəri sözünün izahı #içəri sözünün yazılışı #içəri necə yazılır? #içəri sözünün düzgün yazılışı #içəri leksik mənası #içəri sözünün sinonimi #içəri sözünün yaxın mənalı sözlər #içəri sözünün əks mənası #içəri sözünün etimologiyası #içəri sözünün orfoqrafiyası #içəri rusca #içəri inglisça #içəri fransızca #içəri sözünün istifadəsi #sözlük