* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [əsli yun.] Həkimlərin resepti üzrə dərman hazırlayıb satan müəssisə; dərmanxana, əczaxana. Aptek ilk dəfə 754-cü ildə Bağdad şəhərində yaradılmışdır. – Aptekdən təzə dərman gətirmişdilər. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / aptek1 APTEK (dərman satan müəssisə) Nazim aptekdə işləyirdi, çox təkəbbürlü adamdı (S.Vəliyev); ƏCZAXANA Əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə (Ə.Haqverdiyev); DƏRMANXANA (köhn.) Həkimlərin nüsxəsini heç dərmanxanaya aparmadım (Mir Cəlal); DAVAXANA (köhn.) Mahmud dəruni aləminə qərq bir halda sol küçəyə döndü və davaxanaya yaxınlaşdıqda dönüb dala baxdı (Çəmənzəminli).
Azərbaycan dilinin sinonimlər lüğəti / aptek1 is. 1) pharmacie f ; 2) pharmaceutique adj ; de pharmacie ; ~ dükanı droguerie f ; ~ malları drogue f
Azərbaycanca-fransızca lüğət / aptek