* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Qarğıdan və s.-dən qayrılmış nəfəsli xalq musiqi aləti. Tütək çalmaq. – Çoban anar səni, tütəyi sızlar; Ellər toy eləməz, yolunu gözlər. Ə.Cavad. Ayna bir müddət uzaqdan gələn tütək səsinə qulaq verdi. Ə.Məmmədxanlı. ◊ Tütəyin dilini (içəri) çəkmək – danışığını kəsmək, susmaq, dinməmək. [Zeynal:] …Biz tütəyin dilini çəkməyə məcbur olduq. Ə.Əbülhəsən. Şahpəri Sərvnaz qarının qırımını görüb, tütəyin dilini çəkdi. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / tütək1 Dialektlərdə düdük forması da var, dodaq (dodaqda çalınan) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tütək1 TÜTƏK Qəhrəmanlarla yeməkxana dolub ağzınadək; Biri çalmaqda qaval, digəri eşq ilə tütək (S.Rüstəm); BALABAN Hop-hop belə düşdü; İş müşgülə düşdü; Çünki belə düşdü; İndi balabandır (M.Ə.Sabir); DÜDÜK Axırda da elə oldu ki, dəxi az qalmışdı qiyamət qiyam eləsin və İsrafil düdüyünü istəyirdi yuxan qalxızıb çalsın (C.Məmmədquluzadə); NEY [Səlma:] Bu ney səsi nə qədər gözəldir! (A.Şaiq); SÜMSÜ (məh.) (qamış tütək) ..sümsü qayırar, hələ bayatı şikəstəsi də ağzından düşməzdi (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / tütək2 I сущ. 1. свирель (народный музыкальный духовой инструмент, сделанный из камыша и т.п.) 2. дудук, дудка (простейший музыкальный инструмент в виде полой трубочки с отверстиями). Çoban tütəyi пастушья дудка, tütək çalmaq играть на дудке II прил. 1. свирельный. Tütək səsi свирельный звук (звук свирели) 2. дудочный ◊ tütəyini içəri çəkmək молчать, замолчать; молчаливо ожидать, не высказывать своего мнения
Azərbaycanca-rusca lüğət / tütək1 сущ. кфил, к(уь)суьл; tütək çalmaq кфил ягъун; // кфилдин (мес. ван); ** tütəyin dilini (içəri) çəkmək рахун акъвазарун, кисун, мад рахун тавун.
Azərbaycanca-ləzgicə lüğəti / tütək