* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Havanın üfüqi istiqamətdə hərəkətindən ibarət təbiət hadisəsi; yel. Külək əsir. Külək birdən kəsdi. Külək tutan yer. – Gecələr, gecələr, sonsuz gecələr; Çılğın küləkləri quduz gecələr! M.Müşfiq. Külək [Dürrənin] getməsinə mane olub paltarını sanki cırmaq istəyirdi… S.Vəliyev. □ Külək mühərriki – külək vasitəsilə hərəkətə gələn mühərrik. 2. məc. Təşbehlərdə sürət, itilik, cəldlik mənasında. Külək kimi yerimək. – Qoymaram başına açsınlar kələk; Duruşun buluddur, yerişin külək. M.Müşfiq. ◊ Külək hayana əssə, o yana əsmək – möhkəm əqidəyə sahib olmamaq, tez vəziyyətə uyğunlaşmaq, fikrində sabit olmamaq.
Azərbaycan dilinin izahlı lüğəti / külək2 havanın üfüqi istiqamətdə hərəkətindən ibarət təbiət hadisəsi.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / külək3 is. □ Külək turbini — küləyin kinetik enerjisini mexaniki enerjiyə çevirən fırlanan mexanizm; külək generatoru, külək turbini, aerogenerator. Əgər mexaniki enerji birbaşa istehsalda (nasos, bülov daşı) istifadə olunursa, o halda mexanizm yel dəyirmanı adlanır.
Yeni sözlər və yeni mənalar lüğəti / külək1 Mənbələrdə külük sözü “sürətli”, “iti” anlamında açıqlanıb. Yelmək feili “sürətlə getmək” deməkdir. Görünür, külək və yelik eyni kökə malik olub, külək elə “yel” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / külək2 I сущ. ветер. Bərk (güclü) külək сильный ветер, həmləli külək порывистый ветер, şimal küləyi северный ветер, külək qalxdı поднялся ветер, külək əsir дует ветер; перен. в сравн. külək kimi как ветер (стремительный) II прил. 1. ветровой. Külək dalğaları ветровые волны, külək yükü ветровая нагрузка; гидрав. külək eroziyası ветровая эрозия, külək rejimi ветровой режим; геогр. külək axını ветровое течение, külək sovulması ветровое выдувание; külək şüşəsi ветровое стекло 2. ветряной. Külək mühərriki ветряной двигатель, külək dəyirmanı ветряная мельница, külək stansiyası ветростанция, külək generatoru ветрогенератор ◊ küləyə vermək, küləyə sovurmaq nəyi развеять по ветру что; külək hayandan əssə, o yana əyilmək держать нос по ветру, куда ветер дует; хамелеонствовать (менять свои мнения, взгляды, симпатии в зависимости от обстановки)
Azərbaycanca-rusca lüğət / külək1 I. i. wind; xəfif ~ (light) breeze, gentle wind; bərk ~ strong wind; şiddətli ~ violent wind; səmt küləyi fair wind; tailwind; qarşıdan / əks istiqamətdə əsas ~ contrary / head wind, cross-wind; yandan əsən ~ lateral wind; sahildən əsən ~ off-shore wind; sərin ~ cool / fresh breeze; səmum küləyi the simoom, the samiel; Sərin külək əsir There is a cool breeze; A cool breeze is blowing; Külək güclənir It is breezing up; Külək qopdu The wind sprang up; ~ istiqamatındə windward, down / before wind; küləyin əksinə against the wind; in the wind’s eye idiom., in the teeth of the wind idiom.; ~ əsən / tutan tərəf windward; the direction from which the wind blows; Külək qalxdı The wind rose; Külək yatıb The wind has fallen; ◊ özünü küləyə vermək to take* an airing; ~ hayana əssə, o yana əsmək ≅ to be* a weathercock; to be* flighty II. s. wind; ~ mühərriki tex. wind turbine; ~ enerjisi wind energy; ~ sürəti wind velocity
Azərbaycanca-ingiliscə lüğət / külək1 is. vent m ; xəfif ~ vent faible, brise f ; bərk ~ grand vent, vent fort ; şiddətli ~ vent violant ; səmum ~yi simoun m ; özünü ~yə vermək exposer (s’) au plein vent ; ~ hayana əssə, o yana əsmək tourner à tout vent ~ mühərriki tex. éolienne f
Azərbaycanca-fransızca lüğət / külək1 сущ. 1. гар; isti külək чими гар; külək əsir гар ава; külək tutan yer гару кьадай чка, гар акьадай (акатдай, квай) чка; // гарун, гарун гужуналди кӀвалахдай (мес. двигатель, регъв); 2. тешпигьра: йигинвал, зарбвал, цицӀивал манада; külək kimi yerimək гар хьиз фин, зарб фин; ** külək hayana əssə, o yana əsmək гар гьинихъ фейитӀа, вични гьанихъ фин, яд фидай патахъ пер ягъун, гафунал (фикирдал) кӀеви тахьун.
Azərbaycanca-ləzgicə lüğəti / külək