türkə sözü azərbaycan dilində

türkə

Yazılış

  • türkə • 65.0685%
  • Türkə • 34.9315%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xacə Əfzələddin Türkə
Xacə Əfzələddin Məhəmməd Türkə (?-1583)—qazı. İskəndər bəy Münşi onun haqqında yazır: "Xoca Əfzələddin Tərkə - əsl adı Məhəmməddir. Darüssəltənə İsfahanın Türkə qazıları nəslindən idi. Əvvəlcə əqli və nəqli elmlərin öyrənilməsinə baş qoşub, bu sahədə açıq-aydın tərəqqi etdi. Daha sonra İsfahandan səadət nişanəli orduya getdi. Orada o, cənnətməkan şahın şəfqətli nəzərləri ilə əhatə olunaraq, bir müddət Mir Əlaülmülk Mərəşlə şərikli surətdə "qazi-yi əskər-i zəfər-əsər" ("zəfər nişanlı qoşunun qazısı") mənsəbini tutdu və ulu orduda tədris işlərini həyata keçirdi. Onun mədrəsəsində bir sıra tələbələr onun dərslərindən və mühazirələrindən zövq alırdılar. İsmayıl mirzə zamanında digər üləmalardan fərqli olaraq, əziz və möhtərəm tutulurdu və əksər vaxtlarda [hökmdarın] məclisinin iştirakçıları zümrəsində olurdu. İsmayıl mirzənin ölümündən sonra İsfahana gedərək, orada həmişə Türkə nəslinə mənsub olmuş qazıhq işləri ilə məşğul oldu. Lakin hakimlərin və türklərin onunla yola getməməsi üzündən vəzifədən əl çəkib, tədris işlərinə baş vurdu.
Əbu Hamid Türkə
Əbu Hamid Sədrəddin Məhəmməd Türka- 13-cün əsrin sonlarında və 14-cü əsrin əvvəllərində yaşayan və Türka İsfahani ailəsinin və soyunun ilkinci görkəmli şəxsi olan türk alim və müəllif.Soyun adı Əbu Hamedin babasına aiddir ki Xucənddən İsfahana köçmüş türk idi.
Türkəci
Türkəci (bəzən: Türkəçi) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd. Göyçayın sahilində, Şirvan düzündədir. Əhalisinin sayı 416 nəfərdir. Tədqiqatçılara görə, oykonim Türk Hacı adı­nın tələffüzdə təhrif olunmuş formasıdır. Əslində, keçən əsrin əvvəllərində Göyçay qəzasında Təklə Hacı və Türkəncə adlı ayrı- ayrılıqda iki kənd mövcud olmuşdur. Tür­kəçi oykonimi Türkəncə adının təhrif olun­muş formasıdır. 1933-cü ildə həmin kənd səhvən Türk Hacı kimi qeydə alınmışdır. 1917-ci ildə Türkəncə kəndi Yengikənd ic­masının tərkibində olmuşdur. Oykonim “yeni türk kəndi” mənasındadır.
Türkədari (Bostanabad)
Türkədari (fars. تركه داري‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 771 nəfər yaşayır (158 ailə).
Türkədi
Yaşayış məntəqələri Türkədi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Türkədi (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Türkədi (Kürdəmir)
Türkədi — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Türkədi oyk., miir. Kürdəmir r-nunun Mollakənd i.ə.v.-də kənd. Kür çayı sahilində, Şirvan düzündədir. XIX əsrdə Danabasan Türkədi adı ilə qeydə alınmış kəndin bu kənd olması ehtimal edilir. Kəndin əhalisini Səlcuq tayfalarına mənsub ailələr təşkil edir; Sabirabad r-nunun Yolçubəyli i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqələri 1917-ci ildə Türk-kənd, Türk kəndi variantlarında qeydə alınmışdır. Güman edilir ki, oykonim yerli tələffüzdə təhrif edilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 715 nəfər əhali yaşayır.
Türkədi (Sabirabad)
Türkədi — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Türkədi kənd məscidi dini icması fəaliyyət göstərir.
Türkəkəran
Türkəkəran — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Səpnəkəran kənd ərazi vahidinin Türkəkəran kəndi Şürük kənd ərazi vahidinin tərkibinə verilmişdir. Toponim türk etnonimi, "ə" birləşdirici sait və talış dilindəki kəran "məhəllə", "kənd" mənasındadır (Türklər kəndi).
Türkəkəran bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Türkəmanlar
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.
Türkəncil
Türkəncil — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 486 nəfərdir. Kənd 1917-ci ildə Türkəcə variantında qeydə alınmışdır. Oykonim “türklər olan yer”, “türk kəndi” mənasındadır.
Türkəncil bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Türkər Təkin
Türkər Təkin (11 mart 1940 – 17 mart 2008, İzmir) — Teatr rejissoru və aktyoru, kino və serial aktyoru. 11 mart 1940-cı ildə Türkiyə Turqutda anadan olub. 1963-cü ildə Ankara Dövlət Konservatoriyası Teatr Bölümündən məzun olan Təkin, 1965-ci ildən 1978-ci ilə qədər Şəhər Teatrlarında çalışdı. 1978-ci ildə İzmir Dövlət Teatrı heyətinə keçərək buradan əməkli oldu. Bundan başqa, Türkər Təkin, kino və serial filmlərdə də rol alıb. Sənətkar, bir şiş səbəbindən müalicə aldığı xəstəxanada həyatını itirdi.
Türkəşə (Bükan)
Türkəşə (fars. تركاشه‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 295 nəfər yaşayır (64 ailə).
Türkəçarə
Azərbaycan xalq təbabəti və ya Türkəçarə — azərbaycanlıların inanclarına və adət-ənənələrinə görə xəstəliklərin müalicəsi. Xalq təbabəti inanmaya, nəsillər boyunca ötürülən biliklərə əsaslanır. Türklər arasında bu üsullar “türkəçarəlik”, onları tətbiq edən həkim isə “türkəçarə” adlandırılmışdır. “Loğman” adı İslamın qəbulundan sonra istifadə edilmişdir. Azərbaycan ziyarətgahlarının ruhi xəstələri sağaltması, dua vasitəsilə ağrıların azalması şamanizmə əsaslanır. Eyni zamanda cinçilərin və ruhları qovanların mövcudluğu da şaman inancı ilə bağlıdır. Türkəçarəlik 1930-cu illərdən sonra təqib edilsə də, yarpız, kəkotu, qarpız, müxtəlif ədviyyatlar vasitəsilə bir sıra narahatçılıqların (soyuqlama, öskürük, üşütmə, baş ağrıları, boğaz ağrıları, nəfəs daralması) müalicəsi davam etmişdir. Hal-hazırda geniş yayılmış üsullar banka atmaq, bitkilərin tüstüsünü vermə, həcəmət (çərtmə ilə qan alma), şəfalı sular, bitki tərkibli dərmanlar və s.-dir. Həcəmət atmaq iti bir alətlə qan çıxartmaq üsuludur. Həcəmət aləti heyvan buyunuzundan hazırlanır və qan buynuz vasitəsilə sorulurdu.

"türkə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türkə nədir? #türkə sözünün mənası #türkə nə deməkdir? #türkə sözünün izahı #türkə sözünün yazılışı #türkə necə yazılır? #türkə sözünün düzgün yazılışı #türkə leksik mənası #türkə sözünün sinonimi #türkə sözünün yaxın mənalı sözlər #türkə sözünün əks mənası #türkə sözünün etimologiyası #türkə sözünün orfoqrafiyası #türkə rusca #türkə inglisça #türkə fransızca #türkə sözünün istifadəsi #sözlük