Türki sözü azərbaycan dilində

Türki

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Türki • 82.2581%
  • türki • 17.7419%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Fərhəngi-türki" lüğəti
"Fərhəngi-türki" lüğəti – XVIII əsrə aid kitab Azərbaycanlı alim Məhəmmədtağı Qaraqoyunlunun 1727-ci ildə Hindistanda tərtib etdiyi "Fərhəngi-türki" çox qiymətli bir lüğətdir. Azərbaycan, türk, türkmən, özbək və uyğur dillərinin leksik materialları əsasında tərtib edilmiş 1183 səhifəlik bu kitabın hər səhifəsi 15 sətirdən ibarətdir. Lüğətdə sözlərin əsası və kökü deyil, onların müxtəlif qrammatik formaları verilir və həmin söz-formaların bədii konteksdə işlənməsinə dair müvafiq nümunələr gətirilir. == Mənbə == V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh. 20–21. Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh. 25–26.
Fərhəngi-türki
"Fərhəngi-türki" lüğəti – XVIII əsrə aid kitab Azərbaycanlı alim Məhəmmədtağı Qaraqoyunlunun 1727-ci ildə Hindistanda tərtib etdiyi "Fərhəngi-türki" çox qiymətli bir lüğətdir. Azərbaycan, türk, türkmən, özbək və uyğur dillərinin leksik materialları əsasında tərtib edilmiş 1183 səhifəlik bu kitabın hər səhifəsi 15 sətirdən ibarətdir. Lüğətdə sözlərin əsası və kökü deyil, onların müxtəlif qrammatik formaları verilir və həmin söz-formaların bədii konteksdə işlənməsinə dair müvafiq nümunələr gətirilir. == Mənbə == V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh. 20–21. Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh. 25–26.
Qamusi-türki
Qamusi-türki — Məşhur türk alimi Şəmsəddin Saminin tərtib etdiyi ikicildlik lüğət. I cildi 1317-ci il hicri (1899-cu il miladi), II cildi isə 1318-ci il hicri (1900-cü il miladi) tarixlərində İstanbulda nəşr edilmişdir.
Fənni-Sərfi-Türki
Fənni-Sərfi-Türki və ya Fənni-Sərfü nəhvi-Türki (Türk dilinin qrammatikası ya da Türk fənninin sərfi) - Mirzə Məhəmməd Əfşarın Azərbaycan dilinin qrammatikası üzrə bir dərslikdir. Bu əsər təxminən 19cu əsrin ikinci yarısında Azərbaycan dili qrammatikasına aid azərbaycanca yazılmış ilk əsərlərdən biri kimi öz zamanı üçün ən mükəmməl bir qrammatika dərsliyi olmuşdu. Əsər dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı mənbədir. === Quruluşu === Fənni-sərfü nəhvi-türki əsəri qurulu-şuna görə müqəddimə (giriş), iki böyük hissə və hər hissə üzrə bir neçə bab və fəsildən, nəticə xarakterli Qüyudi-mübin (aydınlaşdırıcı qeydlər) adlı hissələrdən ibarətdir. Bu hissələrdə Azərbaycan dilinin fonetik, morfoloji və sintaktik quruluşları ayrı-ayrılıqda tədqiq olunmuş, öz dövrünə görə yenilik sayıla bilən bir sıra orijinal elmi müddəalar irəli sürülmüşdü. Girişdə M. Əfşarın Fənni-sərfü nəhvi-türki əsəri-nə qədər olan dövrdə və daha geniş şəkildə XIX əsrdə Azərbaycan dilçiliyinin tarixinə ümumi bir nəzər yetirilir, Azərbaycan dilçilik elminin formalaşmasına təsir edən müxtəlif amillər araşdırılır, ayrı-ayrı dilçilik kateqoriyala-rının inkişafı ilə bağlı qısa xülasələr şəklində icmal verilir. Qrammatik oçerk bölməsində əsərin Azərbaycan dilçiliyi tarxində yeri müəyyənləşdirilir, müxtəlif dövrlər-də bu əsərə müraciət etmiş dilçi-alimlərin fikirlərinəmü-nasibət bildirilir, əsərin quruluşu və hissələri haqqında yığcam məlumat verilir. Burada həmçinin ayrı-ayrı morfo-loji və sintaktik kateqoriyalar araşdırılmış, bu kateqoriya-ların izahında ənənəvi ərəb dilçiliyi və Avropa dilçiliyin-dən irəli gələn prinsiplərin nisbəti məsələsi aydınlaşdırıl-mış, müasir dilçiliyimizdə bu problemlərlə bağlı fərqli elmi görüşlərin şərhinə yer verilmişdi. Müqayisələr aparı-larkən təkcə Azərbaycan dilçiliyinin faktları ilə kifayətlə-nilməmiş, yeri gəldikcə ümumi dilçilik tarixinə aid nəzə-riyyə və konsepsiyalara da müraciət edilərək, əsərə tarixi-müqayisəli metod prizmasından qiymət verilmişdi.
Gökcə ət-Türki
Gökcə ət-Türki (tam adı: İzzəddin Əbül-Müzəffər Gögcə ibn Əbdüllah ət-Türki) — Eldənizlərin vassallarından olmuşdur. İraqi Əcəmdə yəni İran ərazisində Xarəzmşahlara və Eldənizlərə qarşı fəal döyüş əməliyyatları aparmışdır. Bir müddət İraqi Əcəmi sultan titulu ilə idarə etmiş xəlifə ən-Nasir ilə müttəfiq olmuşdur. == Həyatı == Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı.Xarəzmşah Təkiş vəfatında sonra taxta oğlu Əlaəddin Məhəmməd keçdi. Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən Gökcə, Özbək və Əbu Bəkr İraqi Əcəm bölgəsindəki fəallıqlarını artırdılar. Həmədana gələn Atabəy Əbu Bəkr buranın idarəsini qardaşına verib, İsfahanı öz əlinə keçirdi.
Hüseyn bin Əli ət-Türki
Hüseyn bin Əli ət-Türki (1699-1740) — 1705-1881-ci illərdə Tunisi idarə edən Hüseyni sülaləsinin qurucusu, Tunis bəyliyinin bəyi (1705-1740).
Əbdülhəmid İbnü ət-Türki əl-Gili
Əbülfəzl Əbdülhəmid b. Vasi İbnü ət-Türki əl-Gili — İslam aləmində məşhur Türk riyazıyatçı alim. == Mənşəyi == Əbu Məhəmməd onun kunyasıdır, ləqəbi isə İbnü ət-Türki - onun etnik mənsubiyətini (nisbə) bildirir. Bəzi ehtimallara görə xəzər əsillidir. Bəzi qaynaqlar onun başqa ləqəbini də verir: əl-Gili, əl-Cili, lakin ən çox "əl-Huttalı" ləqəbi ilə bilinir. Lakin, ehtimal ki onun əli ilə yazılmış bir əlyazmada, əl-Gilli ya da əl-Cilli kimi qeyd edilir. Apriori bu ləqəb üçün mənşə adı Gilan sözü hesab olunur. Belə ləğəb, doğrudan da buradan çıxan bəzi alimlər daşıyır. Lakin yenə apriori bunu həm də qumuq kəndi Gelini də hesab etmək olar. Bu sözə orta əsr türklərində həm etnonim kimi (gilə, gülə) həm də özəl Geli ad kimi də rast gəlmək olar.
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki (Əbu əl-Həsən Übeydullah b. Yəhya binu Xaqan ət-Türki; d. ? – ö. 876) — Xəlifələr Mütəvəkkil, Müktəmid və Müstəinin dövrlərində,uzun müddət xəlifə vəziri vəzifəsini tutan Abbasi xilafətinin görkəmli dövlət xadimlərindəndir. == Mənşəyi == Dar-etnik mənşəyi barədə qaynaqlarda məlumat qalmayıb, ancaq ehtimal etmək olar ki, o xəzər əsillidir. Bunu onun, soyadında keçən kiçik şəcərəsi, və onun “ət-Türki” ləqəbi sübut edir. Çünki türk etnonimi hələ Qafqaz Hun eli tayfaları arasında geniş yayılmışdı. Artıq erkən orta əsrlər qaynaqlarında, məsələn Ağvan tarixində türk etnonimi, hun və xəzərlə sinonim kimi işlənir, xəzər dövləti isə Türküstan, Türk eli, Türkiyə adlanırdı. 7-ci əsrin ikinci yarısında Cənubi Qafqazın istilasına başlamış ərəblər, Qafqazın türk etnonimikasından o qədər də baş çıxarmırdılar yaxud onu fars və ermənilərin vasitəsi ilə öyrənirdilər.
"Dövlət nişanı" ordeni (Türkiyə)
"Dövlət nişanı" — Türkiyə Respublikasının ən yüksək mükafatı 1988-ci ildə təsis edilmişdir. Türkiyə prezidenti tərəfindən təqdim edilən "Dövlət nişanı" dövlət başçısının tövsiyəsi əsasında Türkiyə Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir. Bu mükafata xarici ölkələrin dövlət başçıları ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə layiq görülürlər.
"Manas" Qırğızıstan-Türkiyə Universiteti
"Manas" Qırğızıstan-Türkiyə Universiteti (qırğ. Кыргыз-Түрк «Манас» Университети, türk. Kirgizistan-Türkiye "Manas" Üniversitesi) — Bişkek şəhərində yerləşən ali təhsil müəssisəsi. Əfsanəvi qırğız qəhrəmanının — Manasın adını daşıyır. == Tarixi == Manas Universiteti, fəaliyyətlərinə 1997–1998-ci tədris ilində Qırğızıstanın paytaxtı — Bişkekdə "Qırğız-Türk" Manas "Universitetinin yaradılması haqqında" Sazişin hər iki ölkənin səlahiyyətli orqanlarının təsdiqindən sonra başladı. Bu müqavilə 30 sentyabr 1995-ci ildə İzmirdə Türkiyə Cümhuriyyəti və Qırğızıstan Respublikası Hökumətləri tərəfindən imzalanmışdır. Universitet, Tələbə İşə Qəbulu və Dağıtım Mərkəzi tərəfindən təşkil edilən qəbul imtahanının nəticələrinə əsasən Qırğızıstandan tələbə qəbul edir. Türk tələbələr, Türkiyə Cümhuriyyətinin İşə Qəbulu və Dağıtım Mərkəzi tərəfindən edilən bir imtahan yolu ilə işə qəbul edilir. Digər Türkdilli dövlətlərin və millətlərin tələbələri, Türkiyə Cümhuriyyəti Türk Dilli Dövlətlər üçün Tələbə İşə Qəbulu və Dağıtımı Mərkəzi tərəfindən də keçirilən imtahan nəticələrinə görə işə qəbul edilir. 2011–2012-ci tədris ilinin birinci semestrinin sonuna 9 fakültədə, 4 ali məktəbdə, 1 peşə məktəbində 3809 lisenziya tələbəsi təhsil alır, 196 lisenziya və aspirant isə 2 institutda təhsillərini davam etdirir.
"İstiqlal" medalı (Türkiyə)
"İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır. Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir. Ümumilikdə 95261 nəfərə verilmişdir. Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır. "İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir. == "İstiqlal" medalı qanunu == Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi. 29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi.Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir. Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi. == Dizaynı == "İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35x40 mm, ağırlığı 15,55 qramdır. Orijinal Osmanlıca olaraq nəşri edilənlərin ölçüləri isə 1mm qədər kiçik olub, ağırlıqları 10,5 qramdır.
"İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
"İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır. Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir. Ümumilikdə 95261 nəfərə verilmişdir. Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır. "İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir. == "İstiqlal" medalı qanunu == Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi. 29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi.Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir. Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi. == Dizaynı == "İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35x40 mm, ağırlığı 15,55 qramdır. Orijinal Osmanlıca olaraq nəşri edilənlərin ölçüləri isə 1mm qədər kiçik olub, ağırlıqları 10,5 qramdır.
2012 Türkiyə Superkuboku
2012 Türkiyə Superkuboku — 2011-12 sezonu Super Liqa çempionu Qalatasaray ilə Türkiyə Kuboku qalibi Fənərbaxça arasında keçirilən Super Kubok qarşılaşmasıdır. Finalın təşkil ediləcəyi şəhər Ərzurum olaraq təyin olunmuşdur. Qarşılaşma 12 avqust 2012-ci il bazar günü tarixində Kazım Karabəkir Stadionunda keçirilmişdir. Final oyununda Qalatasaray Fənərbaxçanı 3-2 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdır. Super Kubok 2012-də Türkiyənin bir-biriylə ən çox matç keçirən 2 komandası arasında adı 2006-ci ildə dəyişdirildikdən sonra keçirdiyi ilk matçı olmuşdur. Kubok mübarizəsi ilk dəfə İstanbul xaricinə çıxarkən əlavə hakim tətbiqidə ilk dəfə olaraq bu matçda edildi. Onuda qeyd edək ki, bu derbi 372-ci dəfə üz-üzə gəlmişlər. == Oyundan əvvəl == === Oyunun biletləri === Oyunun biletləri qarşılaşmadan 3 gün əvvəl satışa çıxarıldı. Bir qala arxasına Fənərbaxça tərəfdarı yerləşdirilərkən, digər qala arxasına isə Qalatasaray tərəfdarları yerləşdirildi. Oturma planı iki komandanın tərəfdarların bir-birinə çata bilməyəcəyi şəkildə nizamlandı.
2013-cü il Türkiyə etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsi ilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
2014 Türkiyə prezident seçkiləri
2014 Türkiyə Prezident Seçkisi (türk. 2014 Türkiye cumhurbaşkanlığı seçimi) — Görevdeki prezidenti Abdullah Gülün səlahiyyət müddətinin 28 avqust 2014-cü sona çatması və yerinə gələcək 12. prezidentini müəyyən etmək üçün ediləcək olan seçki. Seçki tarixi, Türkiyə Yüksək Seçim Kurulu tərəfindən ilk turu 10 avqust 2014 Bazar günü, seçkinin ikinci tura qalması vəziyyətində isə ikinci səsvermə 24 avqust 2014 Bazar günü olaraq təyin olundu. Yurd xaricində yaşayan Türklər üçün olduqları ölkədə səs istifadə etmə tarixləri ilk tur üçün 31 İyul - 3 Avqust 2014, ikinci dövr seçimi isə 17-20 Avqust 2014 olaraq açıqlandı. == Namizədlər == Ədalət və İnkişaf Partiyasının ən real, yeganə namizədi və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğandır.
2015 Türkiyə Superkuboku
Türkiyə Superkuboku 2015 — 8 avqust 2015 tarixində 2014-15 Super Liqa çempionu Qalatasaray və 2014-15 Türkiyə Kuboku finalçısı Bursaspor arasında oynalınan 42-ci Super Kubok matçı. Rəqibini 1-0 məğlub edən Qalatasaray, kuboku on dördüncü dəfə öz muzeyinə apardı. Qalatasaray bu qarşılaşma ilə birlikdə ardıcıl dördüncü dəfə, ümumi isə iyirmi ikinci dəfə Super Kubokda mübarizə apardı. Qalatasaray əldə etdiyi bu çempionluqla birlikdə, 2006-cı ildən kuboku ən çox əldən komanda adını qazanıb. Bursaspor isə komanda tarixində üçüncü dəfə Super Liqa təşkilatındada iştirak etdi, ancaq yenə çempionluq sevinci yaşaya bilmədi. Matç Türkiyənin ATV kanalında canlı olaraq ekranlaşdırıldı. Qalatasaray baş məşqçisi Hamza Hamzaoğlu sarı-qırmızılı forma ilə futbolçu olaraq çempion olmuşdur. O, düz iyirmi il sonra Qalatasaray baş məşqçisi olaraq yenə həmin təşkilarda çempion olmuşdur. Beləliklə həm futbolçu, həm də baş məşqçi olaraq Qalatasarayda bir mövsümdə üç kubok qazanma müvəffəqiyyətinə çatdı. Qalatasarayda iki oyunçu, Bursasporda isə ümumi dörd oyunçu bu matçla birlikdə komandaları ilə ilk dəfə rəsmi mübarizəyə çıxmış oldu.
24 TV (Türkiyə)
24 TV (tam adı: 24 Televiziyası, türk. 24 Televizyonu, tələffüzü: İyirmi dörd TV) — Əthəm Sancağın sahib olduğu Esmedya şirkətinin nəzdində fəaliyyət göstərən ölkə-səviyyəli Türkiyə televiziya kanalı. 2007-ci ildən bəri fəaliyyət göstərən televiziya kanalının yayım ərazisi Türkiyədir. == Tarixi == Kanal ilk olaraq Uzan Holdinq tərəfindən Max Haber (azərb. Maks Xəbər‎) adıyla qurulmuşdur, ancaq yayıma Star Haber 24 (azərb. Star Xəbər 24‎) adı ilə başlamışdır. Bu ad ilə qısa bir müddət ərzində yayım etdi, daha sonra isə bağlandı. Tasarruf Mevduatı Sigorta Fonunun Star Media Qrupunu almasından sonra, Star qəzeti və "Kanal 24"-ün ad hüququ 19 milyon dollara satışa çıxarılmışdır, ancaq gözlənilən maraq görülməmişdir. Daha sonra 2006-cı ilin mart ayında keçirilən tenderdə, kanalı 5 milyon 150 min dollara Şimali Kiprli biznesmen Əli Özmən Safa almışdır. Tasarruf Mevduatı Sigorta Fonunun (TMSF) prezidenti Əhməd Ərtürk, Özmənin tenderdə verdiyi 5 milyon 150 min dollarlıq təklifi 8 milyon dollara artırması və həmçinin 4 milyon dollar təzminat istəməsiylə, cəmi 12 milyon dollar verdiyini bildirmişdir.Əli Özmən Safa qəzeti və 24-ün ad hüquqlarını aldıqdan sonra, Ələəddin Qaya və oğlu Cüneyt Qaya birlikdə şirkət qurduqlarını bildirmişdir.
30 Avqust Qələbə Günü (Türkiyə)
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. == Arxa plan == Böyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı. == Bayramın tarixi == 30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
30 Avqust Zəfər Günü (Türkiyə)
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. == Arxa plan == Böyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı. == Bayramın tarixi == 30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
ABŞ–Türkiyə münasibətləri
Türkiyə–ABŞ münasibətləri — ABŞ və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. == Tarix == 1831-ci ildə Amerika Birləşmiş Ştatları Osmanlı İmperiyası ilə diplomatik əlaqələr qurur. Birinci Dünya müharibəsi bitdikdən sonra, ABŞ 1927-ci ildə Türkiyə Cümhuriyyəti ilə diplomatik əlaqələr qurur. 12 iyul 1947-ci ildə ABŞ-nin Truman Doktrini çərçivəsində Türkiyəyə yardım göstərmə siyasətinin məntiqi davamı olan, Sovet İttifaqının təhdidlərinə qarşı durmağa kömək etmək üçün hazırlanmış İqtisadi və Texniki Əməkdaşlıq Sazişi imzalanır. Sovetlərin genişlənməməsini ehtiva edən ortaq maraq, ABŞ və Türkiyə arasında yaxın qırx il ərzində möhkəm münasibətlərin təməlini qoyur. Türkiyə Soyuq müharibədə ABŞ-nin tərəfini tutur: 1950-ci ildə Koreya müharibəsində iştirak etmək üçün hərbi hissələrini göndərir (1950-1953), 1952-ci ildə NATO-ya qatıldı, 1955-ci ildə Mərkəzi Müqavilə Təşkilatının təşkilatçılarından biri olur və eyni zamanda 1957-ci ildə Eyzenhauer doktrinasının əsaslarını təsdiqləyir. 1950-1960-cı illərdə Türkiyə Sovet İttifaqı siyasətini dəstəkləyən Misir, İraq və Suriyanın təsirini zəyiflətmək üçün Yaxın Şərqdəki digər Amerika müttəfiqləri ilə (İran, İsrail və İordaniya) çalışır. Ancaq zaman zaman ABŞ və Türkiyə arasında münaqişə vəziyyətləri və anlaşılmazlıqlar meydana gəlir. 1974-cü ildə münasibətlərinin ən çətin dövrü Şimali Kiprə Türkiyə qoşun çıxartdıqdan sonra başlayır. Türkiyənin Kiprdəki qarşıdurmaya müdaxiləsinə cavab olaraq, ABŞ bu ölkəyə silah tədarükünü dayandırır.
Anqola–Türkiyə münasibətləri
Anqola–Türkiyə münasibətləri — Anqola ilə Türkiyə arasında ikitərəfli diplomatik əlaqələr. == Tarixi == Türkiyə Anqolanı 1975-ci ildə müstəqillik qazandıqdan sonra tanıdı. Cənub-Qərbi Afrika Xalqları Təşkilatının (CQAXT) və Anqoladakı Afrika Milli Konqresinin (ANC) Kuba varlığı və əsasları, ABŞ da daxil olmaqla, Qərb dünyasının çox hissəsini belə bir nəticəyə gətirdi. Anqola SSRİ-nin himayə etdiyi dövlətə çevrildi. Anqolanın marksizm-leninizmə olan rəsmi bağlılığına məhəl qoymayan Türkiyə və Avropa İqtisadi Cəmiyyəti, ölkədəki vətəndaş müharibəsi dövründə xarici yardım subsidiyalarını artırdı.Kubanın Anqolada olması və Cənubi Afrika Respublikasının (RSA) Anqolanı işğal etməsi 1980-ci illərdə Anqolanın xarici siyasətini əhəmiyyətli dərəcədə müəyyənləşdirdi. Cənubi Afrikanın Namibiyanın qanunsuz işğalına son qoyulması üçün aparılan danışıqlar əsnasında Türkiyə Namibiyanın müstəqilliyi, Angoladakı Kuba qoşunları və aparteid məsələlərini ayırmağa çalışdı. Cənubi Afrika, müstəqil Namibiyanın Sovet İttifaqı ilə əlaqəli ölkələr üçün mövcud olan ərazini genişləndirəcəyi əsasda Namibiya işğalını davam etdirdi.Neytral mövqe tutmağa çalışan Türkiyə, Anqoladakı Kuba qoşunlarını qınadı, eyni zamanda Cənubi Afrikanın Anqolaya hücumunu da qınadı. Ölkələri bir araya gətirmək üçün Türkiyə, Kuba qoşunlarının Amerika və Türkiyə şirkətlərini ABŞ-dən kömək alan Cənubi Afrika komandolarının hücumlarından qoruduğuna diqqət çəkdi. == Səfərlər == 27 iyul 2018-ci ildə Cənubi Afrikada keçirilən BRICS zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Anqola Prezidenti Juan Lorensu arasında ikitərəfli görüş keçirildi. 11-12 iyul 2017 tarixlərində, Türkiyənin Sənaye və Ticarət Naziri Bülent Tufenkci və Anqolanın Ədliyyə və İnsan Haqları Naziri Ruy Xorxenin həmsədrliyi ilə Türkiyə-Anqola Birgə İqtisadi Komissiyasının ilk iclası Luandada keçirildi.
Argentina–Türkiyə münasibətləri
Argentina—Türkiyə münasibətləri — Argentina ilə Türkiyə arasındakı ikitərəfli diplomatik əlaqələr. == Tarixi == 1982-ci ildə, Türkiyənin Argentina ilə Folklend müharibəsi dövründə İngiltərənin hərəkətlərinə tam siyasi dəstək verməsi ilə ölkələr arasındakı münasibətlər kəskinləşdi. 1992-ci ildə Argentina Prezidenti Karlos Menem, Cənubi Amerikadan Türkiyəyə rəsmi səfərə gələn ilk dövlət başçısı oldu. 24 aprel 2007-ci ildə Argentina Milli Konqresi, Türkiyə tərəfinin diplomatik təzyiqlərinə baxmayaraq Osmanlı İmperiyası qüvvələri tərəfindən Erməni Soyqırımı faktını tanıdı. Türkiyə, Argentinanın erməni soyqırımı faktını tanımasına görə təəssüfləndi və bu da Ankara Xarici İşlər Nazirliyinin binasında mövcud Argentina-Türkiyə münasibətlərini təhlil etmək üçün Buenos-Ayresdən səfirin geri çağırılmasına səbəb oldu. Argentina Milli Konqresi tərəfindən erməni soyqırımı faktının tanınmasından əvvəl, Türkiyə ilə münasibətlər kifayət qədər yaxşı səviyyədə idi, ölkələr BMT gündəmindəki beynəlxalq məsələlərin əksəriyyətində oxşar fikirdə idilər. İngilis mətbuatı, Türkiyənin Buenos-Ayresdə yerləşən səfirliyinin işinin o qədər də təsirli olmadığını, bunun Latın Amerikasının digər ölkələrində əlaqələrin daha da yaxşılaşdırılması və nüfuzun genişləndirilməsi imkanlarına kömək etmədiyini qeyd etdi. Argentinada yerləşən Argentina-Türkiyə Dostluq Vəqfi, millətlər arasında mədəni mübadiləni təşviq edir, Türk mətbəxi dərsləri, Türk dili seminarları keçirir və bəzən kasıblara yemək paylayır. == Ticarət əlaqələri == Ölkələr ticarət-iqtisadi əməkdaşlıq haqqında bir müqavilə imzaladılar. 2008-ci ildə Türkiyənin Argentinaya ihracatı 35 milyon ABŞ dolları, Argentinanın Türkiyəyə ixracatı 221 milyon ABŞ dolları oldu.
Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (türkcə Türkiye-Rusya Ortak Merkezi; rus. Совместный российско-турецкий мониторинговый центр) — İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Türkiyə―Rusiya birgə monitorinq mərkəzi.2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu.Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar. Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Dağlıq Qarabağa təsir etməyəcəyini bildirmişdilər. Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi. Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi. 2021-ci il yanvar ayının 30-da Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməyə başlamışdır. == Tarixi == 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar.
Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı
Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı — 6 mart 1995-ci il tarixində Ankara müqaviləsi ilə qurulan AT-Türkiyə Əməkdaşlıq Şurasının tətbiq qərarı almasıyla 31 dekabr 1995 tarixindən qüvvədə olan gömrük ittifaqı. Hər iki tərəf arasında ticari məhsullar hər hansı bir gömrük məhdudiyyəti olmadan satıla bilər. Gömrük İttifaqı əsas iqtisadi sahələrdə (kənd təsərrüfatı kimi) ikitərəfli ticarət güzəştlərini, xidmət və ya dövlət satınalmalarını tətbiq etmir. 1996-ci ildə Avropa Kömür və Polad Birliyi üzrə məhsulların satışı üçün Türkiyə və Avropa Birliyi arasında bir sərbəst ticarət bölgəsi qurulmuşdur. Birlik Şurasının 1/98 saylı qərarı kənd təsərrüfatı məhsullarının ticarətini əhatə edir.
Avstraliya–Türkiyə münasibətləri
Avstraliya–Türkiyə münasibətləri — Avstraliya Birliyi ilə Türkiyə Respublikası arasında beynəlxalq əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 1967-ci ildə qurulmuşdur. 1968-ci ildən Avstraliyanın Ankarada səfirliyi, İstanbulda baş konsulluğu və Çanaqqalada konsulluğu vardır. 1967-ci ildən bəri Türkiyənin Kanberrada səfirliyi və Melburn və Sidneydə iki baş konsulluğu var. == Tarixi == Türkiyə ilə Avstraliya arasında ilk görüş Çanaqqala döyüş meydanlarında baş tutdu. İngilis İmperatorluğu, Fransa və Rusiyadan olan müttəfiq qüvvələr Çanaqqala boğazından keçməyi təmin etmək üçün Geliboluya enərək Rusiyaya, Müttəfiq Qüvvələrə dəniz yolu təqdim etdi. Bu döyüş Türkiyə ilə Avstraliya arasında qarşılıqlı hörmət, heyranlıq və dostluq bağları yaratdı. İki ölkənin tarixi bütün sahələrdə əlaqələrini daha da gücləndirmək və dərinləşdirmək üçün möhkəm bir zəmin yaradır. Türk və Avstraliya xalqları arasındakı isti münasibət, Mustafa Kamal Atatürkün 1934 -cü ildə Avstraliya və Yeni Zelandiyadan olan analara göndərdiyi bir mesajda göstərildi: “Qanını tökən və həyatını itirən qəhrəmanlar ... indi yalan danışırsan.
Aydınlıq Türkiyə Partiyası
Aydınlıq Türkiyə Partiyası (türk. Aydınlık Türkiye Partisi), ATP — Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Oktay Öztürk partiyanın başındadır. Partiya Oktay Öztürk tərəfindən 27 noyabr 1998 tarixində qurulub. Partiyanın ideologiyası milliyyətçilik və idealizmdir.
Azərbaycan Milli Mərkəzi (Türkiyə)
Azərbaycan Milli Mərkəzi — İstanbulda sovet-bolşevik hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif xarici ölkələrə mühacirətə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə yaradılmış qurum. == Fəaliyyəti == Məhəmməd Əmin Rəsulzadə tərəfindən 1924-cü ildə İstanbulda yaradılmışdır. Milli Mərkəzin əsas məqsədi Şimali Azərbaycanda sovet hakimiyyətinin devrilməsi və müstəqil milli dövlətin bərpa edilməsi idi. AMM Türkiyədə gizli fəaliyyət göstərərək, türkçü ziyalıları öz ətrafında birləşdirirdi. Təşkilatın Mərkəzi Komitəsinə Məhəmməd Əmin Rəsulzadə (sədr), Xəlil bəy Xasməmmədov, Mustafa bəy Vəkilov, Əbdüləli Əmircanov, Əkbər ağa Şeyxülislamov daxil idilər. AMM təşkilatlanmaqla yanaşı, Şimali Azərbaycanda cərəyan edən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə nəşriyyat fəaliyyəti də göstərirdi. Türkiyə hökuməti SSRİ-nin tələbi ilə 1927-ci ildə AMM-ə yardımı dayandırdı. Otuzuncu illərin əvvəlində AMM daxilindəki fikir ayrılıqları və ixtilaflar dərinləşdi. AMM-in İstanbuldan Parisə, yaxud Varşavaya köçürülməsi məsələsi də fikir ayrılığı doğururdu. AMM Azərbaycandakı gizli "Müsavat" təşkilatı ilə əlaqə yaradaraq ona təlimatlar göndərir, təşkilatın sovet hakimiyyətinə qarşı mübarizəsini istiqamətləndirirdi.
Baba dağı (Türkiyə)
Babadağ (qədim dövrlərdə: Kraq dağı, yun. Κράγκος, lat. Cragus/Cragos/Kragus) və ya Baba dağı — Türkiyənin cənub-qərbində, Muğla ilindəki Fəthiyə rayonunda dağ. Dağın zirvəsinin dəniz səviyyəsindən hündürlüyü – 1,969 metr (6,460 ft). İkinci zirvə olan Qaratəpənin (türk. Karatepe) dəniz səviyyəsindən hündürlüyü – 1,400 metr (4,600 ft). Bu iki zirvənin arasında bir vadi yerləşir. Buna görə də Babadağ bəzən dağ silsiləsi də adlanır. Dağın əksər hissəsi əhəngdaşından ibarətdir. Dağın yamacında endemik bitkilər olan Acer undulatum və Livan sidri kimi müxtəlif bitkilər yerləşir.
Babadağ (dağ, Türkiyə)
Babadağ (qədim dövrlərdə: Kraq dağı, yun. Κράγκος, lat. Cragus/Cragos/Kragus) və ya Baba dağı — Türkiyənin cənub-qərbində, Muğla ilindəki Fəthiyə rayonunda dağ. Dağın zirvəsinin dəniz səviyyəsindən hündürlüyü – 1,969 metr (6,460 ft). İkinci zirvə olan Qaratəpənin (türk. Karatepe) dəniz səviyyəsindən hündürlüyü – 1,400 metr (4,600 ft). Bu iki zirvənin arasında bir vadi yerləşir. Buna görə də Babadağ bəzən dağ silsiləsi də adlanır. Dağın əksər hissəsi əhəngdaşından ibarətdir. Dağın yamacında endemik bitkilər olan Acer undulatum və Livan sidri kimi müxtəlif bitkilər yerləşir.
Baham adaları–Türkiyə münasibətləri
Baham adaları–Türkiyə münasibətləri — Baham adaları və Türkiyə arasında beynəlxalq əlaqələr. == Diplomatik münasibətlər == Türkiyə və Bahamalar, Andros , Bahama adalarının Atlantik Sualtı Test və Qiymətləndirmə Mərkəzi və Böyük Bahamadakı ABŞ Hərbi Hava Qüvvələri Bazası vasitəsilə əməkdaşlıq etdi. Əlaqələr xüsusilə 1980-ci ilin mayında Türkiyə Bahamaları diplomatik olaraq dəstəkləyəndə, Bahamiya-Küba balıqçılıq hüquqları ilə bağlı fikir ayrılığının artması ilə xüsusilə isti idi. Bahamalı dörd dəniz piyadası Kuba döyüş təyyarələri iki Kuba balıqçı gəmisini saxlayan Bahamalı bir patrul gəmisini batırdıqdan sonra öldürüldü. Bahama qeyd-şərtsiz üzrxahlıq və tam təzminat tələb etdikdə Türkiyə Bahamaları güclü şəkildə dəstəklədi . Lakin münasibətlər ABŞ-nin 1983-cü ildə Qrenadaya müdaxiləsi ilə ağırlaşdı və sonradan baş nazir Bişop devrildi və öldürüldü Bahamalalılar müdaxiləni "erkən kəskin reaksiya" kimi olaraq qınadı. Türkiyə 1983-cü il müharibəsinin vurduğu ziyanı aradan qaldırmaq üçün Qrenadaya inkişaf yardımı göstərdikdən sonra münasibətlər yaxşılaşdı. == İqtisadi əlaqələr == 2019-cu ildə iki ölkə arasında ticarət həcmi 86,1 milyon ABŞ dolları təşkil etmişdir. == İstinadlar == == Ədəbiyyat == "Bahamas: A Paradise for Tourists and Bankers," Courier [Brussels], No. 88, November-December 1984, pp.
Banqladeş–Türkiyə münasibətləri
Banqladeş–Türkiyə münasibətləri — Banqladeş və Türkiyə arasında ikitərəfli diplomatik əlaqələr. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Türkiyənin Dəkkə, Banqladeşin Ankarada və İstanbulda konsulluğu yerləşir. == Tarixi == Türklər Banqladeşdə təsəvvüfə uzun müddət təsiri ilə tanınırlar. Məhəmməd bin Bəxtiyar Xilcini Benqaliyanı fəth edərkən türklər orada daimi məskunlaşdı. Xilci sülaləsinin hakimiyyəti dövründə bir çox türk yüksək rütbələrə layiq görüldü və güclü müsəlman cəmiyyətinin qurulması təşviq edildi. Türklər bir çox məscid, mədrəsə və xanəkə qurdular. Şəmsəddin İlyas Şah, qalalar, yollar və bir donanma qurdu, strateji olaraq daşqınlara qarşı mübarizə üsulları da inkişaf etdirmişdir. Şəmsəddin İlyas Şah, 1352-ci ildə bütün Benqalın bir sultanlığa birləşməsi ilə məşhurdur. Türk hakimiyyəti 1487-ci ildə İlyas Şahi sülaləsinin son sultanı Cəlaləddin Fateh Şahın ölümündən sonra sona çatdı.
Benin–Türkiyə münasibətləri
Benin–Türkiyə münasibətləri — Türkiyə ilə Benin arasında ikitərəfli diplomatik əlaqələr. == Tarixi == Türkiyə ilə Benin arasında diplomatik əlaqələr çox sıxdır. Başçı Matyö Kerek dövründə kapitalist Türkiyə ilə marksist-leninizm Benin arasındakı ideoloji fərqlərə baxmayaraq, münasibətlər yaxşı səviyyədə qaldı . Benin 1977-ci ildə milliləşdirmə dalğasını aradan qaldırmaq üçün Türkiyə və Türk fondlarından yardım və texniki yardım almağa başladı. 1975-ci ildə, Kanadada yerləşən və Albaniya Kommunist Partiyasından ilham alan Dahomey Kommunist Partiyası tərəfindən qızışdırılan kütləvi nümayişlərdə Türkiyə Mathieu Kerekeyə kömək etdi . Benindəki iğtişaşlara görə verilən təzminat nəticəsində, Kereku rejimi bir çox adamı dövlət şirkətlərində işə götürməyə başladı. 1981-ci ilə qədər iqtisadiyyat çökdü, çünki kadr səviyyəsi dövlət büdcəsinin 92%-ni təşkil etdi. Türkiyə, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə birlikdə, bir çox dövlət şirkətinin özəlləşdirildiyi Benin iqtisadiyyatının sonrakı yenidən qurulması zamanı Kerekə maliyyə yardımı etdi.1980-ci illərdə Türkiyə və Norveç Beninə gündə 100 min dollar qazandıran Nigeriyanın Sema bölgəsindəki dəniz neft quyularının inkişafına kömək etdi. Neft quyuları Benin xalqı üçün həyat xətti oldu. Eyni zamanda, Türkiyə Fransanın Beninə nüvə tullantıları atma planını pisləyən bir çox ölkəyə qatıldı (Fransanın planı bu qlobal etirazdan sonra uğursuz oldu).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2003 ••••••••••• 0.39
2004 •••••••••• 0.34
2006 ••••••••••••••••••• 0.68
2008 •••••••••••••••••••• 0.73
2010 ••••• 0.18
2011 ••••••••••••••••••• 0.69
2014 ••••• 0.17
2016 ••••• 0.17
2017 •••••••••••••• 0.49
2018 ••••••••• 0.30
2019 •••• 0.14
2020 ••••••••••••••••••• 0.66

türki sözünün rus dilinə tərcüməsi

"türki" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türki nədir? #türki sözünün mənası #türki nə deməkdir? #türki sözünün izahı #türki sözünün yazılışı #türki necə yazılır? #türki sözünün düzgün yazılışı #türki leksik mənası #türki sözünün sinonimi #türki sözünün yaxın mənalı sözlər #türki sözünün əks mənası #türki sözünün etimologiyası #türki sözünün orfoqrafiyası #türki rusca #türki inglisça #türki fransızca #türki sözünün istifadəsi #sözlük