Bürci Məmlüklər
Bürcilər (ərəb. المماليك البرجية; əl-Məmalik əl-Bürciyyə) — 1382-ci ildən 1517-ci ilə qədər Məmlük sultanlığında hakimiyyətdə olmuş çərkəz əsilli sülalə. "Bürc" sözü "qala divarlarının üstü" mənasındadır. Belə ki, bu sülalədən olan məmlüklərin hərbi düşərgələri Qahirə qalası daxilində yerləşirdi.
Bürci hakimiyyəti Məmlük sultanlığında qeyri-sabit dövr olmuş və sülalədən olan Məmlük sultanlarının hakimiyyətləri əsasən qısa çəkmişdir. Bu sülalənin üzvləri arasında taxt-tac uğrunda çəkişmələr Məmlüklərin nəzarətində olan Kipr adasının Əmir Teymurun qüvvələri tərəfindən işğalına və daha sonra Məmlüklərin Osmanlılara məğlub olmasına və beləliklə Məmlük sultanlığının süqutuna səbəb oldu.[mənbə göstərin]
== Tarixi ==
1250-ci ildən başlayaraq Məmlük sultanlığı qıpçaq-türk əsilli Bəhri sülaləsi tərəfindən idarə olunurdu. 1377-ci ildə Suriyada başlayan üsyanla dövlətin idarəçiliyi çərkəz məmlüklərin əlinə keçdi və 1382-ci ildə Bürcilərdən olan Seyfəddin Bərkuk Məmlük taxtına çıxdı. Bəhri sülaləsindən olan Zeynəddin Hacı 1389-cu ildə hakimiyyəti ələ keçirsə də, 1390-cı ildə Bərkuk yenidən hakimiyyətini bərpa etdi. Bu dövrdən etibarən Məmlük sultanlığında Bürci sülaləsi hakimiyyətə keçdi.
== Bürci sultanları ==
== İstinadlar ==
== Ədəbiyyat ==
Clot, Andre (2009), L'Égypte des Mameloüks 1250-1517.