Türkiyə sözü azərbaycan dilində

Türkiyə

Yazılış

  • Türkiyə • 99.9199%
  • türkiyə • 0.0396%
  • TÜRKİYƏ • 0.0365%
  • TÜrkiyə • 0.0030%
  • tÜRKİYƏ • 0.0010%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Jandarma (Türkiyə)
Jandarma — (türk. Jandarma Genel Komutanlığı), Türkiyədə el və mahal bələdiyyə sərhədləri xaricində qalan yerlər ilə polis təşkilatı olmayan yerlərdə özünə 2803 saylı Jandarma Təşkilatı Vəzifə və Səlahiyyətləri Qanunu ilə 2559 saylı Polis Vəzifə və Səlahiyyət Qanununda və digər qanunlarda verilən vəzifələri yerinə yetirən Əsgəri təhlükəsizlik və qolluq qüvvətidir. Bu qurum Türkiyə sahəsnin 92 %-ini əhatə etməkdədir. Jandarmanın vəzifəsi təhlükəsizlik və asayiş ilə cəmiyyət nizamının qorunmasını təmin etmək, digər qanun və nizamların özünə verdiyi vəzifələri yerinə yetirməkdir. Jandarma personalı; zabit, ehtiyat zabit, mütəxəssis jandarma, mütəxəssis ərbaş, əsgəri şagird, ərbaş və çatlar ilə vətəndaş məmur və işçilərdən ibarətdir. Hərbi vəziyyət, Səfərbərlik və Döyüş hallarında lazımlı olan hissəsi ilə Türkiyə Silahlı Qüvvələri əmrinə girər, qalan hissəsi ilə Jandarma Ümumi Komandanlığı əmrində normal vəzifələrinə davam edər. Barış vəziyyətində təhlükəsizlik və asayiş vəzifələrindən ötəri Türkiyə Cümhuriyyəti Daxili İşlər Naziriyinə qarşı məsul olan Jandarma, silahlı qüvvələrlə əlaqədar vəzifələri təhsil baxımından isə Baş qərargah başçılığına qarşı məsuldur.2015-ci il 13 avqust tarixindən Jandarma Ümumi Komandanı vəzifəsinə ordu generalı Qalib Mendi təyin edilmişdir. == Haqqında == Jandarma emblemi qurulduğu 1839 tarixindən bu günə qədər 6 dəfə dəyişmişdir. Edilən ən son dəyişiklik 2004-cü ildə bugünkü istifadə edilən emblemde olan 1846 — quruluş ilinin 1839 — şəklində dəyişdirilməsidir. 2803 Saylı Jandarma Təşkilat, Vəzifə və Səlahiyyətləri Qanunu lazımınca Jandarmanın Vəzifələri; Mülkü, Ədliyə, Əsgəri və Digər Vəzifələr olmaq üzrə dörd ana başlıq altında toplanmaqdadır.
MTV Türkiyə
MTV Türkiyə - 23 oktyabr 2006 tarixində yaradılan musiqi kanalı.
Türkiyə
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
NTV (Türkiyə)
NTV (Nərgiz TV) – Türkiyənin ilk xəbər kanalı. Təqaüddə olan siyasətçi və biznesmen Cavit Çağlar tərəfindən qurulmuş və ilk yayımını 1 noyabr 1996-cı il tarixində etmişdir. 1999-cu ilin yanvarında "Doğuş Qrupu" tərkibinə qatılmışdır. 2000-ci ildən ABŞ-nin MSNBC kabel televiziya kanalı ilə əməkdaşlıq edir.
Nickelodeon (Türkiyə)
Nickelodeon (Türkiyə) — 10 dekabr 1997-ci il fəaliyyətə başlayan rəqəmsal peyk və kabel televiziyası.Kanal Türkiyə və Şimali Kipr Türk Respublikasında 24 saat Türk dilində fəaliyyət göstərir. == Həmçinin bax == Nickelodeon Sonic Nickelodeon Azerbaycan Nickelodeon Rusya Nickelodeon Turkey == Tarixçə == Nickelodeon, 10 dekabr 1997-ci ildə Türkiyənin RTV şirkəti tərəfindən açıldı və Discovery Channel Türkiyə ilə təkrar dolduruldu. 2001-ci ildə Multi Channel Developers Nickelodeonun lisenziyasını əlinə aldı və bununla da 24 saatlıq bir kanal halına gəldi. 31 mart 2010-cu ildə Nickelodeon yeni identlər və yeni bir loqotiplə böyük bir rebrend keçirdi. 22 may 2010-cu ildə Nickelodeon və MTV Türkiyə, çox güman ki, fikir ayrılığı səbəbindən Digitürkdən götürüldü. 2 iyun 2010-cu ildə MCD və Viacom arasındakı mübahisə səbəbiylə Nickelodeon və MTV Türkiyənin saytları bağlandı. 31 avqust 2011-ci ildə Viacom MCD-nin iki kanalın lisenziyasını dayandırdı və bununla da yerli kanallar bağlandı. Nickelodeon və MTV Avropa daha sonra D-Smart-da ingilis dilində yayımlanmağa başladı. 2012-ci ilin fevralında Viacom Digiturk ilə razılaşdı və Nickelodeon və MTV-ni Türkiyəyə gətirdi. 1 Mart 2012-ci il tarixindən başlayaraq Nickelodeon bu gün yenə də türk dilində yayımlanır.
Qaraman (Türkiyə)
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
SAT (Türkiyə)
SAT — Su Altı Taaruz SAS — Su Altı Savunma Dünyanın ən yaxşı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı Taaruz (SAT) və Su Altı Savunma (SAS) xüsusi təyinatlıları istənilən şəraitdə, həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadir birlik kimi özünü doğruldub. Ekranlarda ilk dəfə 1996-cı ildə görünən, SAT komandoları baş nazir Tansu Çillərin "o əsgər gedəcək, o bayraq enəcək", — deməsindən sonra kiçik qayıqlarla Kardak adasına yaxınlaşıb, oradakı qayalıqlara qaldırılmış yunan bayrağını endirdilər. Kardakda yenidən Türk bayrağı dalğalandı. İş o yerə çatdı ki, kiçik bir SAT komando qrupu ərazidəki yunan hərbi gəmilərinə təhdid yaratdı. Məsələ beynəlxalq səviyyəyə çıxdı. Sonradan SAT komandolarından biri mətbuata müsahibəsində bildirmişdi ki, Kardak əməliyyatını uğurla reallaşdıran SAT qrupu ərazidəki 2 yunan hərbi gəmisini zəbt etmək üçün komandanlığın əmrini gözləyirmiş. SAT-çılara 1999-cu ildə PKK-nın lideri Abdullah Öcalanı İmralıya aparmaq həvalə olundu. Bir neçə il əvvəl isə SAT/SAS birliyi İsrailin Livana təcavüzü zamanı Beyrutdakı 200 nəfər türkün bu ölkədən təxliyyəsini həyata keçirməklə öz adını dünyanın hərb tarixinə yazdı. == Dünyanın ən təhlükəli əsgərləri == Türkiyə SAT-ı özünü dünyaya duyurduğundan xarici hərbi nəşrlərdə "dünyanın ən təhlükəli əsgərləri" adlanmağa başlayıb. İlk dəfə 1963-cü ildə amerikanlar tərəfindən Sovetlər Birliyinə qarşı yaradılmış SAT/SAS birliyi elə hazırlanmışdı ki, lazım gəldikdə dənizin içində qurulmuş "məftil çəpərlərin" o biri tərəfinə keçməklə təhlükələrə anında qarşılıq verməli idi.
Survivor Türkiyə
Survivor Türkiyə ümumi adıyla Survivor — məşhur realiti yarışma proqramı olan Survivor-ın yayımının 9-cu ilində, yəni 2005-ci ildə Türkiyədə ilk dəfə Kanal D-də Pelin Akadın təqdimatı ilə yayımlanan yarışma proqramı. Proqram adı əvvəlcə Survivor Türkiyə: Böyük Macəra olmuş, buradakı rəqib komandalar Quzey ve Güney adlandırılmışdır. Fərqli keyfiyyətləri ilə ayrılmayan qarışıq rəqiblər, Quzey və Güney komandalarına bölündü və müxtəlif yarışlarda bir-birlərinə qarşı mübarizə apardılar. Uzun müddətdir davam edən detektiv janrında rol alan Qız Qalasındakı 'emosional' Survivor Uğur Pəktaşın müvəffəqiyyəti Arxa Küçələr lirə və yalnız sağ qalanların mükafatları ilə nəticələndi. 2014-cü ildə istehsal olunan Survivor Məşhurlar-Könüllülər konsepsiyasında finala qalan Gökhan Kəsər ikinci, Turabi Çamkıran çempion olmuşdu. 2015-ci ildə istehsal olunan Survivor All Star yarışmasında finalda olan Mərvə Aydın ikinci Turabi Çamkıran isə 2-ci dəfə Könüllülərin çempionu olmuşdu. Sonrakı ildə isə Survivor 2016 Məşhurlar-Könüllülər konsepsiyasında finala qalan Sərkay Tütüncü ikinci, Çağan Atakan Arslan isə çempion olmuşdu. 2017 ilində finala qalan Adəm Kılıççı ikinci, Ogeday Girişkən çempion olmuşdu. 2018-ci ilə gələndə isə Survivor All Star-Könüllülər konsepsiyası olmuş, daha sonra ise bu konsepsiya dəyişdirilərək Survivor Məşhurlar-Könüllülər konsepsiyası olmuş, və bu ildə Damla Can altıncı, Turabi Çamkıran beşinci, Hilmi Cem İntəpə dördüncü, Anıl Bərk Baki üçüncü, və son finala qalan Nagihan Karadere ikinci, Adəm Kılıççı çempion olmuşdur. 2019-cu ildə yarışma Türkiyə-Yunanıstan olaraq başlasa da sonradan Siyah Taqım-Bəyaz Taqım halında qarışıq komandalarla olmuşdur.
TV8 (Türkiyə)
TV 8 — 22 fevral 1999-cu il tarixində MNG Medya Grubu şirkəti tabeliyində yayıma başlamış televiziya kanalı. 2013-cü ildən etibarən Acun Medya və Doğuş Yayın Grubu ortaqlığı ilə yayımlanan kanalın mərkəzi İstanbul Sarıyerdə yerləşir. Xəbər kanalı olaraq yayıma başlamış TV 8 2003-cü ildə format və loqo dəyişdirərək əyləncəli kanallar sırasına daxil olmuşdu. Proqramlar Aramizda Kalmasin, O Ses Türkiye, Survivor, Yetenek Sizsiniz Türkiye, Ver Firina, Aile Doktoru, 3 Adam, Hülya Show, Kel Alaska, Arda'nin mutfagi, Aslinda melee oluyor?, 8'de8, Seffaf Oda, Para Bende, Pazar Magazin, Oynat Bakalim, Ninja Warrier Turkey, O Ses Çoçuklar, 100 kisiye Sorduk, Iste Benin Stilim, Ütopya.
Türkiyə (qəzet)
Türkiyə — Ənvər Örən tərəfindən 22 aprel 1970-ci ildən "Həqiqət" qəzeti adıyla nəşr etdirilən gündəlik qəzet. İhlas Holdinq şəbəkəsinin bir hissəi və ilk qurumudur. 29 mart 1972-ci ildən "Türkiyə" qəzeti adı ilə çap olunur. Dr. Ənvər Örənin 1978-ci ildə Yaponiyada qatıldığı FIEJ Konfransında tanış olduğu və "dünyanın ən çox satılan ikinci qəzeti" olan Asahi Şimbun qəzetinin "əldən-ələ yaymaq sistemi"ni tətbiq edən "Türkiyə" qəzeti 1980-ci ilə qədər axşam qəzeti kimi nəşr olunub. Əsasən İhlas Xəbər Agentliyinin inormasiyalarını yayan qəzet sağ meyilli elektoratın ən çox oxuduğu qəzetlərdən biridir. Türkiyədə ilk dəfə abunəlik sistemini tətbiq edən qəzetin 10 dekabr 1989-cu il tarixli sayının tirajı (1 424 350 nüsxə) bu günə qədər Türkiyədə qəzetlər arasında rekord tiraj olaraq qalmaqdadır. Qəzet 16 sentyabr 2013-cü ildə uzun illər istifadə etdiyi loqosunu dəyişmişdir. "Türkiye" yazısı sadələşdirilmiş, "t" hərfi ağ rənglə yazılmış və qırmızı dairənin içinə alınmışdır.
Türkiyə Cümhuriyyəti
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
Türkiyə Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədilə 1962–1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980–1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992–1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 18 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-cu ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. == Bütün finallar == Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
Türkiyə Kürdüstanı
Türkiyə Kürdüstanı (kürd. Kurdistana Tirkiyê) və ya Şimali Kürdüstan (kürd. کوردستانا باکورئ/Bakurê Kurdistanê) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. Paris Kürd İnstitutunun təxminlərinə görə, Türkiyədə 20.000.000-a yaxın kürd yaşayır. Kürdlər Türkiyənin cənub-şərqi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya), Cənubi Kürdüstan (İraq) və Şərqi Kürdüstan (İran) aiddir. Vilayətin idarəedici bir kimliyi yoxdur və Türkiyə dövləti onu izah edərkən "Kürdüstan" sözünü istifadə edilməsini qınayır, rədd edir. Türkiyə Kürdüstanı termini kürd millətçiliyi ilə əlaqəlidir. Bu isə onu Türkiyə daxilində mübahisəli bir termin edir. Buna görə də, termin birmənalı deyil və mühitindən asılı olaraq, fərqli mənalar verir.
Türkiyə Ordusu
Türkiyə Silahlı Qüvvələri (türk. Türk Silahlı Kuvvetleri, TSK) — Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur. Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Yaşar Gülərdi. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir. Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir.
Türkiyə Respublikası
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
Türkiyə Superkuboku
2006 - cı ildən etibarən Türkiyə Futbol Federasiyası tərəfindən Ölkə çempionu ilə Ölkə kubokunun qalibi arasında keçirilir. İlk olaraq 1966 - cı ildə Prezident kuboku adı altında keçirilməyə başlanıb. 1998 - ci ildə fasilə verildikdən sonra 2006 - cı ildən Turkcell Super Kuboku adı ilə keçirilir. == Bütün finallar == Qeyd: Turkiyə futbolunda yaşanan oyun alqı-satqısı qalmaqalına görə 2011-ci il Türkiyə Super Kuboku oynanılmamışdır.
Türkiyə Türkləri
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Türkiyə Türkü
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Türkiyə Yəhudiləri
Yəhudilər ya da Cuhudlar (köhnə mənbələrdə Ebrəçilər) (ivr. ‏יהודים‏‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Türkiyə aviasiyası
Türkiyə aviasiya mərkəzi — Avropa ilə Yaxın Şərq, Qafqazda və Şimali Afrikanın inkişaf etməkdə olan bazarlarla kəsişməsində yaranan bir aviasiya mərkəzi. Türkiyədə ilk aviasiya işləri 1912-ci ildə, Atatürk Beynəlxalq Hava limanı yaxınlığındakı Səfaköydə, iki anqarda və kiçik bir meydanda başladı. Türkiyə Mülki Aviasiyasının təşkilati təməlləri, Atatürkün ölkənin gələcəyini istiqamətləndirən "İstiqbal Göylərdədir" ifadəsinə uyğun olaraq 1925-ci ildə qurulan Türk Təyyarə Birliyi ilə qurulmuşdur. İlk Mülki Hava Nəqliyyatı 1933-cü ildə "Türk Hava poçtu" adı altında 5 təyyarədən ibarət kiçik bir donanma ilə başladı. Respublikanın 10-cu ilində, Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinə bağlı olaraq qurulan "Hava Yolları Dövlət Əməliyyat İdarəsi" Türkiyədə sərnişin hava yolları qurmaq üçün vəzifələndirilmişdir. Dünya Mülki Aviasiyasının sürətli inkişafı fonunda, texnologiyada böyük irəliləyiş, 1954-cü ildə Türkiyə Respublikası Nəqliyyat Nazirliyində beynəlxalq münasibətlərin nizamlı icrası və nəzarəti üçün Mülki Aviasiya Baş İdarəsi qurulmuşdur. 18 noyabr 2005-ci ilədək Nəqliyyat Nazirliyinin əsas xidmət vahidi olan Mülki Aviasiya Baş İdarəsi, Mülki Aviasiya Baş Direktorluğunun təşkili və vəzifələri haqqında 5431 saylı Qanuna əsasən maliyyə cəhətdən muxtar olmuş və mövcud idarəetmə quruluşuna çatmışdır. Bu gün ölkədə aviasiya fəaliyyəti Türkiyənin 2920 saylı Mülki Aviasiya Qanunu və bu çərçivədə dərc edilmiş İnzibati-Texniki Tənzimləmə və Aviasiya Təlimatları çərçivəsində həyata keçirilir. == Hava yolları == 1983-cü ildə Türkiyə hava yolları bazarı liberallaşdırılmışdır. Əvvəllər yalnız dövlətə məxsus hava yolları şirkətlərinin daxil ola bildiyi ölkənin hava limanları, 1983-cü ildə Mülki Aviasiya Qanununun qəbulu ilə özəl şirkətlərin də ölkə hava limanlarından istifadəsinə icazə verildi.
Türkiyə azərbaycanlıları
Türkiyə azərbaycanlıları — Türkiyə ərazisində yaşayan azərbaycanlılar. 800 min-3 milyon nəfər olmaqla, əsasən İğdır və Qars illərində yaşayırlar. Hal-hazırda Türkiyədə neçə etnik Azərbaycanlının olduğunu müəyyən etmək elə də asan deyil, çünki etnik tərkiblilik bu ölkədə olduqca axıcı bir anlayışdır. Bəzi mənbələrə görə, Türkiyədə təxminən 800.000 On iki imam şiəsi, ancaq bu rəqəm real rəqəmdən əhəmiyyətli dərəcədə fərqli ola bilər. Türkiyədə yaşayan 300.000-ə yaxını Azərbaycan vətəndaşıdır. Şərqi Anadolu regionundaki azərbaycanlılara bəzən Əcəm də deyilir. Iğdırın ən böyük etnik qrupu, Qarsda ən böyük ikinci böyük etnik qrup olan Türkiyə azərbaycanlıları ən çox hazırda Qars ilinin Ağyaxa ilçəsində çoxluq təşkil edir. Britannika Ensiklopediyasına görə 2000-ci ildə aparılan təxmini hesablamalara görə Türkiyə əhalisinin 1%–ni etnik azərbaycanlılar təşkil edir. Ancaq başqa bir məlumatda Türkiyədə təkcə cəfəri məzhəbindən olan azərbaycanlıların sayının 1998-ci ildə təxminən 3 milyon olduğu qeyd edilir. == Tarixçə == Azərbaycanlılar, Qars və qonşu bölgələr üzərindəki Səfəvi idarəetməsi dövründə ilk olaraq Türkiyəyə köçmüşlər.
Türkiyə bayramları
Bu Məqalə Türkiyə Respublikasının bayramlarına aiddir. == Bayramlar və tətillər == === Yeni il Bayramı === 1 Yanvar Yeni il günü - Yeni ilin başlanğıcı. Dövlət İdarələri, Nazirliklər, ve digər ticarət mərkəzləri də yeni il səbəbi ilə qısa zaman ərzində çalışır. === Milli Müstəqillik və Uşaqlar günü === Türkiyə Respublikasının tarixində xüsusi əhəmiyyətə malik gündür. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Milli Məclisinin (TBMM) qurulduğu gündür. Eyni zamanda Uşaqlar günü kimi də qeyd edilir. Rəsmi olaraq tətil 22 apreldə başladığı üçün dövlət idarələri 22 aprel günorta saatlarından başlayaraq tətilə çıxır. === İşçi və Fəhlə günü === 1 may tarixi Türkiyə Respublikasında işçi və fəhlə günü kimi düşmüşdür. === Atatürkü anma, Gənclik və İdman günü === 19 May 1919-cu il Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Samsuna gəlişi və Müstəqillik mübarizəsinin başladığı gün kimi qeyd edilir. Eyni zamanda İdman bayram kimi qeyd edilir.
Türkiyə bayrağı
Türkiyə bayrağı — Türkiyə Respublikasının dövlət bayrağı. Qırmızı zəmin üzərində ağ aypara və ulduzdan ibarət bayraq ilk dəfə Osmanlı İmperiyası tərəfindən 1844-cü ildə qəbul olunmuşdur. Bayraq 29 may 1936-cı ildə 2994 nömrəli Türkiyə Bayrağı Qanunu ilə rəsmiləşdirilmiş və Türkiyənin dövlət bayrağı olaraq qəbul edilmişdir. 22 sentyabr 1983-cü ildə isə 2893 nömrəli Türkiyə Bayrağı Qanunu ilə bayrağın ölçüləri müəyyənləşdirilmiş və bayraq müasir halını almışdır. Bəzilərinə görə, Türkiyə bayrağında istifadə olunan hilal formasındaki ay İslam dinini təmsil edir və bəzilərinin cənnətin, Allahına olan inancının köhnə Türk inancı olduğuna inanırlar. Rəvayətə görə bayraqdakı qırmızı qan rəngidir və şəhidlərin tökülmüş qanını təmsil edir. Gecə yarısı isə qan üzərində əks olunan ay və ulduzlar Türkiyə bayrağını əmələ gətirmişdir. Bu əfsanənin 1389-cu ildəki Birinci Kosovo döyüşündə yaşanıldığı deyilmişdir. 25 yanvar 1985-ci ildə Türkiyə bayrağı ilə əlaqəli bir neçə yeni maddələr əlavə olunmuşdur. Bu maddələrə görə Türkiyə bayrağı cırılmış, yamaqlı, çirkli, deşilmiş, qırışmış və ya solğun ola bilməz.
Türkiyə coğrafiyası
Türkiyənin coğrafiyası — Türkiyənin relyef formaları, əhalisi, dini və iqtisadiyyatının bölgələrə görə bölgüsünü ehtiva edir. Türkiyə torpaqları 36-42° Şimal paralelləri ilə 26-45° Şərq meridianları arasında yerləşir. Şərqlə qərb arasında 76 dəqiqə vaxt fərqi var. Təxminən düzbucaqlıya bənzəyir və eni 1660 kilometrdir. Onun əhatə etdiyi faktiki ərazi göllər və adalar daxil olmaqla 814.578 km², proyeksiya sahəsi isə 783.562 km²-dir. Türkiyənin bu iki səth sahəsi dəyəri arasındakı fərqin böyüklüyü dağlıq və engebeli relyefə görədir. Mərmərə Bölgəsi 8,5%, Ege Bölgəsi 12%, Aralıq dənizi Bölgəsi 16%, İç Anadolu Bölgəsi 18%, Qara dəniz Bölgəsi 18%, Şərqi Anadolu Bölgəsi 21%, Cənub-Şərqi Anadolu Bölgəsi 7,5%. Trakya ərazisinin sahəsi 24,370 km²-dir. Türkiyənin quru sərhədlərinin uzunluğu 2875 km, sahil xətti isə adalarla birlikdə 8333 kilometrdir. Quru kütləsinin ümumi sahəsi 770,760 km², su sahələrinin ümumi sahəsi isə 9,820 km²-dir.
Türkiyə diasporu
Türkiyə diasporu (türk. Türk diasporası və ya Türk gurbetçiler) — dünyanın ən gənc (3 nəsil) və ən sürətlə böyüyən diasporlarından biridir. Hal-hazırda bir neçə milyon əhalisi var, əksəriyyəti Almaniyada yaşayır. Türkiyə diasporunun nümayəndələri Balkan yarımadası ölkələrinin türk irridləri ilə qarışdırılmamalıdır. == Tarixi == İlk dəfə, 1950-ci illərdə, Türkiyə diasporu, əsasən Almaniyanın, Avstriyanın, Hollandiyanın , az miqdarda Fransa və Belçika (böyük türkcə Brüsseldə bir toplum var) şəhərləşmiş və sənayeləşmiş bölgələrinə yönəldilmiş etnik türklərin (əsasən gənc və orta yaşlı kişilərin) kütləvi əmək köçü nəticəsində meydana çıxdı. Yaşayış icazəsi almış bu miqrantlar Türkiyədən gəlinlər dəvət etdilər. Nəticə etibarilə, hazırda Almaniyada yaşayan 2-ci və 3-cü nəsillərdən olan bir çox etnik türk var, baxmayaraq ki, bir çoxu hələ də vətəndaşı deyil. Böyük Britaniyada kiprli türklərin və onların nəsillərinin sayı çoxdur. ABŞ-də ilk müsəlman türklər XX əsrin əvvəllərində meydana gəldilər, halbuki o dövrdə Osmanlı İmperatorluğuna gələn bütün vətəndaşların (əksəriyyəti rumlar, yəhudilər və ermənilər idi) yalnız 15% -ni təşkil edirdilər . XX əsrin ikinci yarısında ABŞ-yə çox sayda türk tələbə gəldi, bunların çoxu universitetləri bitirdikdən sonra ölkədə işləmək üçün qaldı.
Gürcüstan–Türkiyə münasibətləri
Türkiyə–Gürcüstan münasibətləri — Gürcüstan Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 273 km-dir. == Tarixi == 16 dekabr 1991-ci ildə Türkiyə Gürcüstanın müstəqilliyini tanımışdır. 21 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanmış, bundan sonra paytaxtlarda səfirliklər açılmışdır. Osmanlı İmperiyasının keçmişdə Gürcüstanı işğal etməsinə baxmayaraq, Gürcüstan Prezidenti Eduard Şevardnadze Türkiyəni iqtisadi və diplomatik tərəfdaş kimi tanımışdır. Gürcülər Türkiyə ilə sərhədin açılmasından istifadə edərək ən yaxın kapitalist qonşusu ilə güclü ticarət fəaliyyətini inkişaf etdirməyə başladılar. 1992-ci ildə Gürcüstan mərkəzi ofisi Türkiyədə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına qatılır. 1992-ci ilin dekabrında Türkiyə buğda və digər malların satın alınması üçün Gürcüstana 50 milyon dollar kredit verdi və bu ölkədəki özəl investisiyaları stimullaşdırmağa başladı. 1990-cı illərin əvvəllərində Gürcüstan Türkiyə ilə ölkələr arasında mövcud dövlət sərhədinin tanınması da daxil olmaqla bir neçə diplomatik müqavilə imzaladı.
Gürcüstan–Türkiyə sərhədi
Türkiyə–Gürcüstan sərhədi — Gürcüstan və Türkiyə arasında dövlət sərhədi. Ümumi uzunluğu 273 km-dir və qərbdən Qara dəniz sahillərindən şərqdə Ermənistanla sərhəd qovşağına qədər uzanır. == Təsviri == Gürcüstan-Türkiyə sərhədi qərbdən, Gürcüstanın kiçik Sarpi kəndinin cənubundakı Qara dəniz sahillərindən başlayır və daha sonra nizamsız bir zəncir boyunca şərqə uzanır. Sonra Aktaş gölündən keçərək Ermənistanla sərhəd qovşağına enərək cənub-şərqə geniş şəkildə əyilir. Bu sərhədin qərbİ Gürcüstanın muxtariyyatı olan Acarıstana məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalaYır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Hindistan–Türkiyə münasibətləri
Türkiyə—Hindistan münasibətləri — Hindistan və Türkiyə arasındakı beynəlxalq əlaqələrdir. 1948-ci ildə Hindistan və Türkiyə arasında diplomatik münasibətlər qurulduğundan bəri, siyasi və ikitərəfli münasibətlər ümumiyyətlə isti və anlayışla xarakterizə olunur, baxmayaraq ki, Hindistanın rəqibi olan Pakistanın Türkiyənin dəstəyi ilə ara sıra gərginliklər davam edir . Hindistanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu var. Türkiyənin Yeni Dehlidə səfirliyi və Mumbayda baş konsulluğu var. 2015-ci il tarixindən etibarən Hindistan və Türkiyə arasındakı ikitərəfli ticarət 6,26 milyard ABŞ dolları təşkil etmişdir. == İkitərəfli ticarət əlaqələri == İkitərəfli yeni bir mərhələyə qədəm qoydu və hər iki tərəf ticarət əlaqələrini qarşılıqlı faydalı və davamlı şəkildə genişləndirmək məqsədi ilə ikitərəfli əməkdaşlıq proqramlarının inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Bununla birlikdə, dünyanın ikinci ən sıx ölkəsi olaraq, Hindistanın 1990-cı illərdən bəri qlobal iqtisadiyyatda və beynəlxalq siyasətdə əhəmiyyət qazanmaqda irəliləməsi Türkiyəni Cənubi Asiya üçün yeni bir strategiya hazırlamağa sövq etdi. Türkiyə, Pakistan və Banqladeş ilə ənənəvi olaraq yaxşı münasibətlərini qoruyaraq, Hindistanın Cənubi Asiyadakı siyasətinə üstünlük verməyə başladı. Son illərdə ortaq strateji hədəflər üzündən iki ölkə arasındakı münasibətlər istiləşdi və təhsil, texnologiya və ticarət sahələrində ikitərəfli əməkdaşlıqda artım oldu. 18 mart 2012-ci il tarixində, Türkiyənin Hindistandakı səfiri Burak Akçapar, Türkiyənin Hindistandan uçuşları ikiqat artırmaq və daha dörd əlaqə nöqtəsi açmaq istədiyini açıqladı.
Hürriyət (Türkiyə qəzeti)
Hürriyet — Türkiyədə çap olunan gündəlik qəzet. 1 may 1948-ci ildə Sədat Simavi tərəfindən təsis edilmişdir. Hal-hazırda Dəmirörən Holdinqin tərkibindədir. 6 noyabr 2016-cı il etibarilə Türkiyədə ən çox tiraja sahib olan qəzetdir. Hürriyətin İstanbul, Ankara, İzmir, Adana, Antalya və Trabzonda regional ofisləri, o cümlədən Türkiyədə və xaricdə 52 ofisi və 600 müxbirdən ibarət xəbər şəbəkəsi var. Əvvəllər Doğan Media Qrupunun (Doğan Yayın Holdinq) idarəçiliyində olub.
Hərbi Dəniz Məktəbi (Türkiyə)
Ali Hərbi Dəniz Məktəbi , 1773-cü Əlcəzairli Qazi Həsən Paşa tərəfindən , İstanbul, Kasımpaşada "Mühendishane-i Bahr-i Hümayun" adı altında qurulmuş və 1985-ci ildən etirbarən İstanbul Tuzlada yerləşən Türk Dəniz Qüvvələri üçün zabit yetişdirən təhsil ocağıdır. Məzumiyyət törənləri hər il 31 Avqustda keçirilən Ali Hərbi Dəniz Məktəbində Türk Dəniz Qüvvələrinin tərkibində olan birliklərdə xidmət etmək üçün zabit hazırlamaqdadır. Məktəbdə sənaye, elektronika-elektrotexnika, kompüter, maşınqayırma, kommunuikasiya, beynəlxalq münasibətlər və gəmi inşaatı mühəndisliyi ixtisasları vardır. Bundan əlavə Pusula (Kompas) adında bir də tələbə jurnalı mövcuddur.
Kamerun–Türkiyə münasibətləri
Türkiyə—Kamerun münasibətləri — Kamerun ilə Türkiyə arasındakı ikitərəfli əlaqələr. == Diplomatik münasibətlər == Başlanğıcda, Türkiyə ilə Kamerun arasındakı münasibətlər Əhmədu Ahidjonun prezidentliyi dövründə gərginləşmişdi, bu zaman polis və təhlükəsizlik aparatı onun düşməni sayılan insanları yox etmək üçün istifadə edildi. Kamerunu daha çox söz və mətbuat azadlığı ilə daha azad və demokratik etməyə çalışan Prezident Paul Biye dövründə ikitərəfli münasibətlər xeyli yaxşılaşdı. Bu müddət ərzində, Türkiyə Kameruna məktəblər inşa etməsində kömək etdi , bu da bir çox Afrika ölkəsinə nisbətən Kamerunda daha çox məktəbdə oxuyan uşaqların olmasına kömək etdi. Lakin münasibətlər 1984-cü ildə baş verən çevriliş cəhdindən sonra müxalifətə qarşı təzyiqlərdən sonra pisləşdi . Neftin qiyməti və tələbi düşdükdən sonra, neft ixracatından çox asılı olan Kamerun iqtisadiyyatı böhrana girdi. 1987-ci ilə qədər Kamerun, borclu olan yoxsul ölkələr qrupuna daxil oldu və bu da iqtisadi inkişaf üçün əlavə fondlar əldə etməyə imkan verdi . Türkiyə Kameruna iqtisadi yardım göstərməkdə Beynəlxalq Valyuta Fondu, Dünya Bankına qatıldı. == İstinadlar == == Ədəbiyyat == Адамс, Мелинда. «Национальные механизмы и авторитарная политика: пример Камеруна».
Kanal D (Türkiyə)
Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur. == Tarixçə == "Kanal D" Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi. 2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir.
Kinoda Türkiyə qadını
Kinoda Türkiyə qadını — Türkiyə kinosunda Türkiyə aktrisa və qadın rejissorlar. Türkiyə kinosunun birinci filmi 1914-cü ildə çəkilmişdir, lakin aktyor heyətində qadınların da iştirak etdiyi ilk Türkiyə filmi 1919-cu ildə çəkilmişdir. Türkiyə kinosunun ilk qadın baş rol ifaçısı 1923-cü ildə Bedia Müvahhit olmuşdur.
Kipr–Türkiyə münasibətləri
Kipr–Türkiyə münasibətləri — Türkiyə Respublikası və Kipr arasında ikitərəfli diplomatik münasibətlər. == Tarix == 1960-cı ildə Böyük Britaniya Kiprə müstəqillik vermək məcburiyyətində qalır. 1963-cü ildə Kipr Prezidenti III Makarios, ölkə konstitusiyasına adanın yunan icması ilə müqayisədə Kipr türklərinin hüquqlarını məhdudlaşdıracaq olan dəyişiklikləri təklif edir. Bu təklif Türkiyə səlahiyyətlilərinin qarşı reaksiyasına səbəb olur. Kipr türklər prezidentin təklifini rədd edir və nəticədə adadakı yunanlarla türklər arasında qarşıdurmalar meydana gəlir. 1974-cü ildə Yunanıstandakı qara polkovniklər Kiprdə gizlin EOKA təşkilatının çevrilişini dəstəkləyir və Prezident III Makarios ölkədən qaçmaq məcburiyyətində qalır. Türkiyə Kipr türlərinin hüquqularını qorumaq məqsədiləadanın şimal-şərqini ələ keçirir. 1983-cü ildə Rauf Denktaş, yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikasının qurulduğunu elan edir. Şimali Kipr Türk respublikasının müstəqilliyinin elan edilməsindən sonra Yunanistan hökuməti Avropa İttifaqı üzvlərini Türkiyənin birliyin tam hüquqlu üzvü kimi qəbul etməzdən əvvəl Kipr böhranını həll etməli olduğuna inandırır. Ankara belə bir açıq siyasi şərtin iqtisadi birliyə uyğun olmadığını bildirir.
Kosovo–Türkiyə münasibətləri
Türkiyə–Kosovo münasibətləri — Kosovo Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. == Tarix == 17 fevral 2008-ci il tarixində Kosovo Respublikasının Serbiyadan müstəqilliyinin birtərəfli elan edilməsi baş verir. 18 fevral 2008-ci ildə Türkiyə Kosovo Respublikasının müstəqilliyini tanıyır. Türkiyə hökumətinin Kosovo Respublikası ilə yaxın ictimai-siyasi, mədəni, iqtisadi və hərbi əlaqələr qurmağa yönəlmiş siyasəti sayəsində iki ölkə arasında əlaqələr dostluq münasibətləri çərçivəsindədir. 2011-ci ildə Qellap İnstitutu Kosovo Respublikasının əhalisi arasında bir sorğu keçirdi, nəticəyə görə kosovalıların 85%-inin Türkiyəni dost bir ölkə kimi gördüyü məlum oldu. Türkiyə Albaniya və Qərbin ənənəvi, bununla yanaşı Kosovo Respublikasının müstəqilliyini dəstəklədiyinə görə əsas müttəfiqi olaraq görülür. Kosovalı albanların əksəriyyəti yalnız Kosovo Respublikasının pasportlarına sahibdirlər, bu baxımından Türkiyə viza rejimi olmadan ziyarət edə biləcəkləri nadir ölkələrdən biridir. Türkiyə Kosovo ilə Serbiya arasındakı barışıq danışıqlarını rəsmən dəstəkləyir. Üstəlik Kosovo Respublikasının NATO və Aİ-na qoşulması üçün siyasi dəstək də verir. 2013-ci ilin oktyabr ayında, Kosovo Respublikasına rəsmi dövlət səfəri zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan türkləri və kosovalıları ortaq bir tarix, mədəniyyət, sivilizasiya birləşdirdiyini və bu iki xalqın qardaş olduğunu söyləyir.
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu — 27 iyul 1983-cü ildə "Erməni İnqilab Ordusu"nun Lissabondakı (Portuqaliya) Türkiyə səfirliyinə hücumu. Terror aktının nəticəsində 7 nəfər həlak olmuşdur o cümlədən 5 nəfər terrorçu, 1 nəfər portuqaliyalı polis və Türkiyə səfirliyinin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlu. Şahidlərin ifadələrinə əsasən həmin günün səhəri saat 10.30 da səfirliyin qarşısına iki ford markalı avtomobil yaxınlaşır, onlardan biri səfirliyin qarşısında dayanır digəri isə səfirliyin dayanacağında. Maşınlar səfirliyi qoruyan portuqaliyalı polisin diqqətini cəlb edir, iki gün əvvəl həmin maşında qələn naməlum şəxslər viza almaq istədiklərini bildirmişdilər, onların sənədlərini soruşanda, tələsik oranı tərk etmişdilər. Polis əməkdaşı dünənki maşının yenidən gəldiyini səfirliyə xəbər verir, özü isə terrorçuların olduğu avtomobilə yaxınlaşır. Bu zaman terrorçulardan biri atəş açaraq polisi yaralıyır, lakin səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşının cavab atəşi ilə atəş açan terrorçu öldürülür. Səfirliyin binasına daxil ola bilməyəcəklərini görən terrorçular səfirliyin yanında yerləşən səfirin igamətkahına daxil olaraq səfirliyin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlunu və onun 17 yaşındakı oğlu Atasayı qirov götürürlər. Terrorçular qirovları saxladıqları otağı minalayaraq, hücum olacağı təqdirdə oranı partladmaqla hədələyirlər. Hadisə ilə bağlı Portuqaliya hökumətinin təcili iclası keçirilir, və qirovları azad etmək üçün yeni yaradılmış xüsusi təyinatlı polis dəstəsindən istifadə etmək qərara alınır. Lakin xüsusi təyinatlılar əməliyyata başlamadan əvvəl terrorçular bombanı işə salırlar.
Livan–Türkiyə münasibətləri
Livan—Türkiyə münasibətləri — Livan ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. == Tarixi == Soyuq müharibə dövründə ölkələr arasında praktik olaraq heç bir əlaqə yox idi. Bunun səbəblərindən biri, nəticədə bu ölkədə Vətəndaş müharibəsinin başlamasına səbəb olan Livandakı daxili siyasi qeyri-sabitlik idi. Sonra Livan bu ölkənin xarici siyasətinə təsir göstərməyə başlayan qonşu Suriyadan asılı vəziyyətə düşdü. 2005-ci ildə Suriya qoşunları Livanı tərk etdi və ölkənin Türkiyə ilə əlaqələri xeyli yaxşılaşdı. 2006-cı ildə Türkiyə İsrail və Livan arasındakı münaqişənin həllində fəal vasitəçi rolunu oynadı. 2010-cu ilin noyabrında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Livanla Strateji Əməkdaşlıq və Koordinasiya Şurasının yaradılması barədə Siyasi Bəyannaməni imzaladı. === İranla rəqabət === Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında olan Türk hökuməti, Livandakı tarixi travma və Livandakı Türk irsi təhdidinə mənfi əsaslarla İranın dəstəklədiyi Şiə hərbiləşdirilmiş və siyasi qrup Hizbullahı götürdü. Beləliklə, Türkiyə Livan daxilində İran nüfuzunu zəiflətmək üçün Livanla daha sıx əlaqələr qurmağa çalışdı. Suriya Milli Ordusuna qarşı vuruşan Suriyaya gələn Hizbullah döyüşçülərinin axını həm də Türkiyəni İranın Livandakı rolunu zəiflətmək üçün Livanla daha yaxın əlaqələr axtarmağa sövq edir.
Liviya–Türkiyə münasibətləri
Türkiyə–Liviya münasibətləri — Türkiyə Respublikası ilə Liviya arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == XVI əsrin ortalarında Osmanlı İmperiyası Liviyanın sahil bölgələrini fəth etdi və bu ölkənin cəmiyyətinə böyük təsir göstərdi. Osmanlı Tripolitaniyası qeyri-sabitliyi ilə seçilməsinə baxmayaraq yüksək dərəcədə bir muxtariyyətə sahib idi. 18-ci əsrdə Əhməd Karamanlı, Liviyanı Osmanlı İmperiyasının nəzarəti altında idarə edən Karamanlı sülaləsini qurdu. Liviya onun hakimiyyəti altında Osmanlı İmperiyasının ən çiçəklənən bölgələrindən birinə çevrildi, lakin itayətsizliyi Osmanlılar arasında düşmənçilik yaratdı.. Ancaq varisləri Əhməd qədər uğurlu olmadılar və sülalə XVIII əsrin sonunda təsirini itirməyə başladı və Amerika Birləşmiş Ştatları tərəfindən başladılan Bərbər müharibələri, Karamanlı sülaləsinin tamamilə çökməsinə səbəb oldu. İtaliya-Osmanlı müharibəsi (1911-1912) bitdikdən sonra Liviya İtaliyanın nəzarətinə keçdi. 1947-ci ildə Türkiyə ilə Liviya əlaqələrini bərpa edir. 1951-ci ildə Liviya Krallığı qurulur və Türkiyə ilə isti münasibətləri davam etdirir. 1969-cu ildə Liviyada kral Məhəmməd İdris əl-Sənusi müalicə üçün Ankarada olduğu zaman qansız bir hərbi çevriliş baş verir.
Loizidu Türkiyəyə qarşı
Loizidu Türkiyəyə qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 8-ci maddələri və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında kiprli qaçqının iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar. == Faktlar == Ərizəçi — Kipr vətəndaşı xanım Titina Loizidu ölkənin şimalında, Kireniyada boya-başa çatıb, orada ona məxsus bir neçə torpaq sahəsi vardı. 1972-ci ildə xanım Loizidu ərə getdi və əri ilə Nikosiyaya köçdü. Kipr yunan və türk hissələrinə bölündüyünə görə, 1974-cü ildən başlayaraq, o, yuxarıda adı çəkilən mülkiyyətinə daxil olmaq imkanından məhrum oldu. 19 mart 1989-cu ildə Kipr yunanlarının "Qadınların evlərinə qayıtması uğrunda" təşkilatından olan qadınlar, bölücü xətti keçmək niyyətlərini qabaqcadan bəyan edərək, yürüş təşkil etdilər. Nümayişin iştirakçıları Nikosiyadan Limbiya kəndinə gəldilər, orada onlar bufer zonasını və türk qoşunlarının yerləşdiyi xətti keçə bildilər. Xanım Loizidu da daxil olmaqla, bir neçə qadın türk icmasının polisləri tərəfindən həbs edildi. Elə həmin gün onları BMT-nin Nikosiyadakı nümayəndələri azad etdilər və yunan icmasının ərazisinə göndərdilər. Xanım Loizidu 22 iyul 1989-cu ildə Avropa İnsan Hüquqları Komissiyasına şikayətlə müraciət edərək bildirdi ki, onun tutularaq həbs edilməsi Konvensiyanın 3, 5 və 8-ci maddələrinin pozuntusudur. O, həmçinin belə hesab edirdi ki, onun öz mülkiyyətindəki torpaq sahəsinə girməsinin mümkünsüzlüyü 1 saylı Protokolun 1-ci maddəsinin davamlı pozuntusudur.
Macarıstan–Türkiyə münasibətləri
Macarıstan–Türkiyə münasibətləri — Türkiyə ilə Macarıstan arasında xarici əlaqələr. Macarıstanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu yerləşir. Macarıstanın Antalya, İzmir, Adana, Kütahya, Kayseri, Təkirdağ və Kocaeli də fəxri konsulluqları vardır. Türkiyənin Budapeştdə səfirliyi yerləşir. Hər iki ölkə Avropa Şurası, İƏİT, NATO, ATƏT və ÜTT -nin tamhüquqlu üzvləridir. Həmçinin Macarıstan AB üzvüdür, Türkiyə də namizəddir. Macarıstan, Türkiyənin tam üzv olduğu Türk Şurasında müşahidəçi statusuna malikdir. == Tarixi == Həm Macarlar, həm də Türklər sırasıyla Şimali və Orta Asiyadan qaynaqlanmış və sonra fərqli vaxtlarda qərbə doğru köç etmişlər. Lakin Macarıstan 1541 - 1699-cu illərdə Osmanlı İmperiyası tərəfindən idarə edildi. Macarıstan Krallığı ilə Osmanlı İmperiyası arasında ilk böyük toqquşma 1396-cı ildə Niqbolu döyüşündə baş verdi.
Malayziya–Türkiyə münasibətləri
Malayziya—Türkiyə münasibətləri — Malayziya ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. Malayziyanın Ankarada səfirliyi və Türkiyənin Kuala Lumpurda səfirliyi yerləşir. Hər iki ölkə ÜTT və İƏT-in üzvüdür və hər ikisi regional güc hesab olunur. == Tarixi == Ölkələr arasındakı münasibətlər Malay sultanlıqları və Osmanlı İmperiyası dövründən bəri mövcuddur. 19-cu əsrdən bəri, ölkələr arasındakı münasibətlər ayrılmaz olaraq qaldı və İstanbula dəfələrlə səfər edən Sultan Əbu Bəkirın dövründə şəxsi əlaqələrin yaradılması ilə daha da möhkəmləndi. 1890-cı ildəki ziyarətlərindən birində qardaşı ilə birlikdə türk qadınları ilə evləndi. Bu evliliklər yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, eyni zamanda qarışıq nikahların ortaya çıxmasına səbəb oldu, bunun nəticəsində, məsələn, Ünqku Əbdül Əziz dünyaya gəldi. Müasir Türkiyə ilə Malayziya arasında əlaqələr 1964-cü ildə, demək olar ki, müasir Malayziya dövlətinin qurulmasından dərhal sonra quruldu. 2014-cü ildə Malayziya Baş naziri Najib Tun Razak ikitərəfli münasibətləri genişləndirmək və sərbəst ticarət müqaviləsi imzalamaq üçün Türkiyəyə səfər etdi. Nəticədə, strateji əməkdaşlıq və sərbəst ticarət haqqında müqavilələr imzalanmış deyil, viza şərtləri da ləğv edilmişdir.
Mali–Türkiyə münasibətləri
Türkiyə—Mali münasibətləri — Mali ilə Türkiyə arasındakı ikitərəfli əlaqələr. 1 fevral 2010-cu ildən bəri Türkiyənin Malidə səfirliyi var və 27 iyun 2014-cü ildə Mali Ankarada səfirlik açdı. == Diplomatik əlaqələr == 1970-ci illər ərzində Türkiyə , Dünya Bankı ilə birlikdə, ölkənin dövlət şirkətlərinə texniki və idarəetmə yardımı göstərdi . Yardım 1982-ci ildə Mali ilə BVF arasında özəl sahibkarlığın inkişafı ilə bağlı müqavilə imzalandıqdan sonra davam etdi. Türkiyə, TİKA vasitəsi ilə Malidə altyapının inkişafına da kömək etdi: OPEK Beynəlxalq İnkişaf Fondu ilə birlikdə Sevare ve Gao arasında 359 millik bir avtomobil yolunun inşasına 142 milyon ABŞ dolları məbləğində yardım etdi , 1981-1983-cü illərdə bir yol istismar proqramının yaradılmasında İsveçrəylə birlikdə keçidi 3 gün çəkən və daha əvvəl keçilməmiş yolları əvəz edən . Yolun 6,6 min milinin saxlanmasına 43,3 milyon ABŞ dolları ayıran Türkiyə, Trans-Sahar magistral yoluna yaxınlaşan Bamako-Segu yolunun yenidən qurulmasını başa çatdırdı. == İqtisadi əlaqələr == 2015-ci ilin may ayından etibarən İstanbuldan Bamakoya təyyarə ilə getmək olar . İki ölkə arasındakı xarici ticarət dövriyyəsi 2018-ci ildə 57 milyon ABŞ dolları (Türkiyənin ixracatı - 48.4 milyon ABŞ dolları, idxal - 8.6 milyon ABŞ dolları) təşkil etdi. == Həmçinin bax == Türkiyənin xarici siyasəti == İstinadlar == == Ədəbiyyat == "Afrique 73, Les Clés de l’Afrique. Paris: Jeune Afrique, 1973.
Malta–Türkiyə münasibətləri
Türkiyə–Malta münasibətləri — Malta və Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. Ölkələr NATO-nun və Aralıq dənizi Birliyinin üzvüdür. == Tarixi == Maltanın türk xalqı üçün tarixi əhəmiyyəti var: Osmanlı donanmasının məşhur admiralı Turqut Rəis, 1565-ci ildə türklər üçün uğursuz olan Maltanın böyük mühasirəsi zamanı öldürülür. 1873-cü ildə Osmanlı Sultanı Əbdüləziz, Marsada bir Türk hərbi qəbiristanlığının açılmasına əmr verir. Malta ilə Türkiyə arasındakı diplomatik əlaqələr 1967-ci ildə qurulmuşdur. == Siyasi münasibətlər == Maltanın Türkiyədəki maraqları Vallettada iqamətgahı olan bir səfirlik və İstanbulda baş konsulluq vasitəsi ilə təmsil olunur. Maltadakı Türkiyə səfirliyi Florianadadır. Hər iki ölkə də Avropa Şurasının, Ümumdünya Ticarət Təşkilatının və Aralıq dənizi Birliyinin həqiqi üzvləridir. 1 may 2004-cü ildən Malta Avropa İttifaqının üzvüdür və Türkiyə bu quruma üzv olmaq üçün namizəddir. 2003-cü ilin oktyabr ayında Antalyada ölkələr, İnvestisiyaların Qarşılıqlı Həvəsləndirilməsi və Qorunması haqqında Sazişin yanında siyasi bir məşvərət mexanizminin qurulmasına dair Anlaşma Memorandumunu imzaladmışlar.
Meksika–Türkiyə münasibətləri
Türkiyə—Meksika münasibətləri — Türkiyə və Meksika arasında iki tərəfli diplomatik münasibətlər. Tarix 1864-cü ildə Meksika ilə Osmanlı İmperiyası arasında ilk rəsmi əlaqə qurulur. Meksika İmperatoru I Maksimilianın ölkədəki hökmranlığının rəsmi olaraq tanınmasına nail olmaq üçün başqa ölkələrə elçilər göndərir. 1928-ci ildə Osmanlı imperiyasının çökməsindən və Mustafa Kamal Atatürk tərəfindən Türkiyənin qurulmasından sonra ölkələr arasında rəsmi diplomatik əlaqələr qurulur. Elə həmin ildə hər iki ölkə Dostluq Sazişi imzalayaraq və bir-birlərinin paytaxtlarında diplomatik nümayəndəliklər açır. 1962-ci ildə diplomatik nümayəndəliklərə səfirlik statusu verilir. 1992-ci ilin iyun ayında Meksikanın Xarici İşlər Naziri Fernando Solana Türkiyəyə rəsmi bir səhər edir və ölkəni ziyarət edən ilk yüksək rütnəli Meksika hökumət nümayəndəsi olur. Fernando Solana və Türkiyənin Xarici İşlər Naziri Süleyman Dəmirəl arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu ölkələrin diplomatik pasport sahibləri üçün viza şərtlərinin ləğvi barədə müqavilələr imzalanır. İki ölkə, ikitərəfli və çoxtərəfli məsələləri müzakirə etmək üçün bir siyasi məsləhətləşmə mexanizmi qurmağı da qəbul etdilər. 2013-cü ildə Meksika Prezidenti Enrike Penya Nyetonun Türkiyəyə tarixi səfəri baş tutur və bu müddətdə aşağıdakı müqavilələri imzalanır: Meksika ilə Türkiyə arasında birbaşa uçuşların qurulması, cinayətkarlıq və mütəşəkkil terrorizmlə mübarizədə qarşılıqlı əməkdaşlıq; qanunsuz mal mübadiləsi ilə mübarizədə qarşılıqlı əməkdaşlıq haqqında; narkotiklərə qarşı mübarizə; ikiqat vergitutma, gömrük məlumat mübadiləsi haqqında və s.
Milli Kəşfiyyat Təşkilatı (Türkiyə)
Milli Kəşfiyyat Təşkilatı — Türkiyə Cümhuriyyətinin bölünməz bütövlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı daxildən və xaricdən gələcək mövcud və olabiləcək təhdidlər haqqında məlumat yığmaq, tədbir görmək və lazımlı vəziyyətlərdə əlaqədar mövqeləri xəbərdar etməklə vəzifəli təşkilatdır. Təşkilat Türkiyə Prezidentinə tabedir. Büdcəsi 855 milyon Türk lirəsi təşkil edir. " … Müasir dövlətlərdə olduğu kimi, bizdə də müasir bir kəşfiyyat təşəkkülü qurmaq məcburiyyətindəyik… " (Mustafa Kamal Atatürk, 1925) Dövlətin milli təhlükəsizlik siyasətinin hazırlanmasıyla əlaqədar hər mövzuda kəşfiyyatın tək əldə toplana bilməsi məqsədiylə, 22 iyul 1965-ci il tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən 644 saylı qanun qəbul edilmiş və bu qanun ilə quruluşun adı Milli İstihbarat Təşkilatı (MİT) olaraq dəyişdirilmişdir. Qanun ilə MİT-in bir rəhbər tərəfindən idarə olunması və rəhbərin, qanun ilə təyin olunan vəzifələrin yerinə yetirilməsində yalnız Baş Nazirə qarşı məsul olması nəzərdə tutulmuşdur. MİT, təxminən 19 il davam edə ilə fəaliyyətlərini 644 saylı qanun hökmləri istiqamətində icra etmiş, ancaq sürətlə dəyişən və inkişaf edən şərtlərin işığında yeni bir qanuni tənzimləmənin ehtiyacı ortaya çıxmışdır. Bu məqsədlə, 1 noyabr 1983-cü il tarixində 2937 saylı "Dövlət Kəşfiyyat Xidmətləri və Milli Kəşfiyyat Təşkilatı Qanunu" çıxarılmış olub, qanun 1 yanvar 1984 tarixində qüvvəyə girmişdir. == Tarixi == Ölkələrin bir-birlərinə istiqamətli siyasi, ictimai, iqtisadi və hərbi fəaliyyətləri ilə gözləmələrinin əvvəldən müəyyən olunması ehtiyacının zaman içərisində gedərək artması, xəbər almağa dönük quruluşlanmaların varlığını zəruri etmişdir. Türkiyədə, sistemli və mütəşəkkil xüsusiyyətdə kəşfiyyat təşkilatı qurma cəhdləri, Osmanlı Dövlətinin son illərində başlamışdır. Siyasi birliyin qorunması, ayrılıqçı hərəkətlərin önlənməsi və xüsusilə xarici dövlətlərin Orta şərq üzərində mərkəzləşən fəaliyyətlərinin izlənilə bilməsi üçün fərdi əsasda və məhdud xüsusiyyətdə davam etdirilən kəşfiyyat işlərinin bir mərkəzdən mütəşəkkil şəkildə icra edilməsinə ehtiyac duyulmuş və 17 noyabr 1913 tarixində Ənvər Paşa tərəfindən Təşkilatı Məxsusa adlı kəşfiyyat təşkilatı qurulmuşdur.
Milli Müdafiə Universiteti (Türkiyə)
Milli Müdafiə Universiteti türkcə : (Milli Savunma Üniversitesi) — 31 iyul 2016-cı ildə Milli Müdafiə Nazirliyinə bağlı olaraq qurulan ali hərbi təhsil qurumudur. Universitetdə tədrisə 12 fevral 2017-ci ildə Türkiyə Hava Qoşunları məktəbində keçirilmiş mərasimlə başlanmışdır. Rektoru Ərhan Afyonçudur.
Milli Olimpiya Komitəsi (Türkiyə)
Türkiyə Olimpiya Komitəsi— Türkiyənin əsas Olimpiya orqanı. Dünyada ən qədim Olimpiya komitələrindən biridir. Bu Olimpiya komitəsi 1908-ci ildə yaranıb və 1911-ci ildə tanınıb. Komitənin qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir.
Milliyətçi Hərəkat Partiyası (Türkiyə)
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. == Tarixi == === 1969–1980 === MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.

türkiyə sözünün rus dilinə tərcüməsi

türkiyə sözünün fransız dilinə tərcüməsi

"türkiyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türkiyə nədir? #türkiyə sözünün mənası #türkiyə nə deməkdir? #türkiyə sözünün izahı #türkiyə sözünün yazılışı #türkiyə necə yazılır? #türkiyə sözünün düzgün yazılışı #türkiyə leksik mənası #türkiyə sözünün sinonimi #türkiyə sözünün yaxın mənalı sözlər #türkiyə sözünün əks mənası #türkiyə sözünün etimologiyası #türkiyə sözünün orfoqrafiyası #türkiyə rusca #türkiyə inglisça #türkiyə fransızca #türkiyə sözünün istifadəsi #sözlük