Türkiyədə sözü azərbaycan dilində

Türkiyədə

Yazılış

  • Türkiyədə • 99.9302%
  • türkiyədə • 0.0430%
  • TÜRKİYƏDƏ • 0.0161%
  • TÜrkiyədə • 0.0054%
  • TürkiyəDə • 0.0054%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanlılar Türkiyədə
Türkiyə azərbaycanlıları — Türkiyə ərazisində yaşayan azərbaycanlılar. 800 min-3 milyon nəfər olmaqla, əsasən İğdır və Qars illərində yaşayırlar. Hal-hazırda Türkiyədə neçə etnik Azərbaycanlının olduğunu müəyyən etmək elə də asan deyil, çünki etnik tərkiblilik bu ölkədə olduqca axıcı bir anlayışdır. Bəzi mənbələrə görə, Türkiyədə təxminən 800.000 On iki imam şiəsi, ancaq bu rəqəm real rəqəmdən əhəmiyyətli dərəcədə fərqli ola bilər. Türkiyədə yaşayan 300.000-ə yaxını Azərbaycan vətəndaşıdır. Şərqi Anadolu regionundaki azərbaycanlılara bəzən Əcəm də deyilir. Iğdırın ən böyük etnik qrupu, Qarsda ən böyük ikinci böyük etnik qrup olan Türkiyə azərbaycanlıları ən çox hazırda Qars ilinin Ağyaxa ilçəsində çoxluq təşkil edir. Britannika Ensiklopediyasına görə 2000-ci ildə aparılan təxmini hesablamalara görə Türkiyə əhalisinin 1%–ni etnik azərbaycanlılar təşkil edir. Ancaq başqa bir məlumatda Türkiyədə təkcə cəfəri məzhəbindən olan azərbaycanlıların sayının 1998-ci ildə təxminən 3 milyon olduğu qeyd edilir. == Tarixçə == Azərbaycanlılar, Qars və qonşu bölgələr üzərindəki Səfəvi idarəetməsi dövründə ilk olaraq Türkiyəyə köçmüşlər.
NUTS Türkiyədə
= Türkiyədə NUTS bölgələri =
Türkiyədə antiərəbizm
Türkiyədə antiərəbizm — Türkiyədə ərəblərə və ya ərəb mədəniyyətinə qarşı müxalifət, düşmənçilik, nifrət, inamsızlıq, qorxu və onu ümumi olaraq bəyənməmək. Türkiyənin Osmanlı imperiyasından qalma güclü antiərəbizm tarixi var. Bu cərəyan ölkədə son illərdə Suriya qaçqın böhranı səbəbindən əhəmiyyətli dərəcədə yüksəlir. == İndiki dövrdə == "Haaretz" Türkiyədə antiərəb irqçiliyin əsasən iki qrupa təsir etdiyini bildirmişdir. Bunkar Körfəz ölkələrindən olan, "zəngin və alçaq" olaraq xarakterizə edilən turistlər və Türkiyədəki suriyalı qaçqınlardır. "Haaretz" həmçinin bildirmişdir ki, Türkiyədə antisuriya əhval-ruhiyyəsi fələstinlilər də daxil olmaqla bütün ərəblərə qarşı ümumi düşmənçiliyə çevrilmişdir."Zəfər Partiyası"nın sədri Ümid Özdağ qaçqın axını səbəbilə Türkiyənin "Yaxın Şərq ölkəsi" olmaq riski ilə üzləşdiyini demişdir.
Türkiyədə azərbaycanlılar
Türkiyə azərbaycanlıları — Türkiyə ərazisində yaşayan azərbaycanlılar. 800 min-3 milyon nəfər olmaqla, əsasən İğdır və Qars illərində yaşayırlar. Hal-hazırda Türkiyədə neçə etnik Azərbaycanlının olduğunu müəyyən etmək elə də asan deyil, çünki etnik tərkiblilik bu ölkədə olduqca axıcı bir anlayışdır. Bəzi mənbələrə görə, Türkiyədə təxminən 800.000 On iki imam şiəsi, ancaq bu rəqəm real rəqəmdən əhəmiyyətli dərəcədə fərqli ola bilər. Türkiyədə yaşayan 300.000-ə yaxını Azərbaycan vətəndaşıdır. Şərqi Anadolu regionundaki azərbaycanlılara bəzən Əcəm də deyilir. Iğdırın ən böyük etnik qrupu, Qarsda ən böyük ikinci böyük etnik qrup olan Türkiyə azərbaycanlıları ən çox hazırda Qars ilinin Ağyaxa ilçəsində çoxluq təşkil edir. Britannika Ensiklopediyasına görə 2000-ci ildə aparılan təxmini hesablamalara görə Türkiyə əhalisinin 1%–ni etnik azərbaycanlılar təşkil edir. Ancaq başqa bir məlumatda Türkiyədə təkcə cəfəri məzhəbindən olan azərbaycanlıların sayının 1998-ci ildə təxminən 3 milyon olduğu qeyd edilir. == Tarixçə == Azərbaycanlılar, Qars və qonşu bölgələr üzərindəki Səfəvi idarəetməsi dövründə ilk olaraq Türkiyəyə köçmüşlər.
Türkiyədə basketbol
Basketbol Türkiyədə ilk dəfə 1904-cü ildə Amerikan Robert Kolleci şagirdləri tərəfindən oynanılmışdır. Basketbolun Türkiyədə şüurlu və əhatəli yayılmasını 1911-ci ildə Qalatasaray Liseyi bədən tərbiyəsi müəllimi olan Əhməd Robenson təmin etmişdir. Yenə 1913-cü ildə ilk basketbol şöbəsi Fənərbaxçada açılmışdır. İlk zamanlarda döyüş illəri olması və oynayacaq rəqib tapıla bilməməsi səbəbi ilə basketbolda bir inkişaf ola bilməmişdir. Bilinən ilk rəsmi müsabiqə 1921-ci ildə Yüksək Müəllim Məktəbi şagirdləri ilə İstanbulda yaşayan amerikalılar arasında olmuşdur. 1923-cü ildə ilk rəsmi idman təşkilatı olan Türkiyə İdman Cəmiyyətləri İttifaqı qurulması və yenə 1927-ci ildə Halkevlerinin qurulması bu idman növünün bütün yurda yayılmasında təsirli olmuşdur. Basketbol Milli Komandası 1934-cü ildə qurulmuş ilk rəsmi matçını 1936-cı ildə Yunanıstanla etmişdir. 49:12 kimi bir hesabla qalib gələn basketbol komandası bu oyunçulardan ibarət idi: Naili Moran (Kapitan) – Jak Həbib – Feridun Koray – Dionis Sakalak – Həzzdəni Penso Xeyiri Arsebük – Sadri Usuoğlu və Nihat Ertuğ. Basketbol 1936-dan 1959-a qədər İdman Oyunları Federasiyası adı altında voleybol və handboll ilə birlikdə icra edilmişdir. 1 mart 1959-cu ildə Türkiyə Basketbol Federasiyası rəsmi olaraq qurulmuşdur.
Türkiyədə din
Türkiyədə din — Türkiyə Respublikasının Konstitusiyasına əsasən Türkiyə dünyəvi dövlətdir. Bu səbəbdən də din və dövlət işləri ayrılmışdır. Konstitusiyaya görə dini və ya etnik bir siyasi partiyanın yaradılması qadağandır. Respublikanın ilk illərində dinin dövlətin nəzarəti xaricində aparılmaması və dövlət tərəfindən xüsusi orqanlar vasitəsilə nəzarət edilməsinə qərar verilmişdir. Bu qərara əsasən Diyanət İşləri Nazirliyi, 3 mart 1924-cü ildə Baş Nazirliyə bağlı bir təşkilat olaraq qurulmuşdur. Bu orqan fərdlərə dini xidmətlər göstərmək və məscidlər kimi müsəlman ibadət yerlərini idarə etməkdən məsul tutulmuşdur. Dini etiqad və inamsızlıq, dini qaydaları fərdi olaraq tətbiq etmə və ya etməmə azadlığı konstitusiya ilə qorunur. 1923-cü ildən əvvəl qüvvədə olan dini qanunlar tamamilə ləğv edildi. Osmanlı Dövlətində rəsmi mənsubiyyət elementi olan "Müsəlman" konsepsiyası 1923-cü ildən bəri istifadə edilməmişdir və bu mənsubluğu "Türk" konsepsiyası əvəz etmişdir. Qeyri-müsəlmanlar, ümumi əhalinin çox az bir hissəsini (0,2%-dən az) təşkil edir.
Türkiyədə Cümhuriyyət bayramı
Türkiyədə Cümhuriyyət bayramı — 1925-ci ildən etibarən hər il 29 oktyabr tarixində Türkiyədə qeyd olunan dövlət bayramı 1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yəkun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi. 6 əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etmişdir. Cümhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatların banisidir. 1925-ci ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.
Türkiyədə Voleybol Liqaları
Türkiyədə 2021-2022 mövsümünə qədər 5 liqa var. === Efeler və Sultanlar Liqası (Üst Səviyyə) === Üst liqalarda, Efeler Liqası və Sultanlar Liqasında 14 komanda var. ==== Efeler və Sultanlar Liqası Vəziyyəti ==== 2021-2022 mövsümü Efeler və Sultanlar Liqasında 14 komanda arasında oynanılacaq. Matçlar 2 turluq səfər liqası üsulu ilə oynanılacaq. Liqa Mərhələsinin sonunda son 2 -ci yeri tutan komandalar (13 -cü və 14 -cü) 1 -ci Liqaya düşür. Liqa Mərhələsinin sonunda 1-ci, 2-ci, 3-cü və 4-cü komandalar Play-Off 1. Mərhələ matçlarını keçirirlər. Pley-off 1. Mərhələ matçlarının sonunda liqanın 1, 2, 3 və 4-cü komandaları müəyyənləşir. Liqa Mərhələsini 5-ci, 6-cı, 7-ci və 8-ci pillələrdə bitirən komandalar, Play-Off 2-ci Mərhələ matçlarını keçirirlər.
Türkiyədə ali təhsil
Türkiyədə ali təhsil — Türkiyə Respublikasında mövcud olan ali təhsil sistemi. == Tarixi == Türkiyədə ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini təmin edir. Təxminən 30 ilə qədər bir müddətdə Türkiyədə ali təhsilin bütün səviyyələrində mərkəzi idarəetmənin olmaması səbəbindən bu sahədə ciddi geriləmə müşahidə edilirdi. Odur ki, 1981-ci ildə ali təhsil sahəsində aparılan islahatlardan sonra Türkiyə Respublikası Ali Təhsil Komitəsi yaradıldı və bütün ali təhsil müəssisələri bu qurumun tabeliyinə verildi. Beləliklə, bundan sonra Ali Təhsil Komitəsi bütün ali məktəblərin fəaliyyətinin koordinasiya olunmasını həyata keçirir və onların işinin müvafiq qanunvericilik çərçivəsində təşkilinə nəzarət edir. 1974-cü ildən fəaliyyətə başlamış Şagird Seçmə və Yerləşdirmə Mərkəzi isə Ali Təhsil Komitəsinin təsbit etdiyi əsaslar çərçivəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarını həyata keçirir. == Məqsəd və vəzifələri == Türkiyədə ali təhsilin məqsəd və vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun olaraq belə müəyyən edilib: Tələbələri maraq, istedad və qabiliyyətləri müqabilində dövlətin elm və təhsil siyasətinə, əmək qabiliyyəti ehtiyaclarına görə yetişdirmək; Müxtəlif istiqamətlərdə elmi inkişafa nail olmaq; Ölkənin ümumi inkişafı naminə dərin elmi araşdırmalar aparmaq; Hökumət və qeyri-hökumət təşkilatları ilə işbirliyi şəraitində tədris və araşdırma mövzularının nəticələrini cəmiyyətə təqdim etmək; Elmi araşdırmaların nəticələrinə həsr olunmuş, elm və texnikanın inkişafını təmin edən nəşrləri təqdim etmək; Türkiyə cəmiyyətinin ümumi səviyyəsini yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi məlumatları xalqa çatdırmaq və əyani təhsil xidmətləri göstərmək. == Müddəti == Türkiyədə ali təhsil müddəti ən az iki ildir. Bu ölkədəki universitetlərdə dörd illik fakültələr ilə iki illik ali peşə məktəbləri və axşam ali təhsil proqramları mövcuddur. == Mövcud vəziyyəti == Hazırda ölkənin ali təhsil müəssisələri sırasına universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir.
Türkiyədə atom enerjisi
Türkiyədə nüvə energetikası - hal-hazırda mövcud olmayan, ancaq inkişaf üçün planlaşdırılan sahə. Türkiyə Respublikasında nüvə sənayesinin inkişafı xronologiyası: 1955 — ABŞ-la Atom enerjisindən sülh məqsədi ilə istifadə anlaşmasının imzalanması. 1956 — Atom enerjisi Komisiyyasının işə başlaması. 1965 — Atom elektrik stansiyasının tikinti məsələləri ilə bağlı tədqiqatlara başlanılması. 1972 — Türkiyə Atom Enerjisi Departamentinin təsis olunması. 1974–1975 — İlk AES-nın yerinin müəyyən edilməsi ilə bağlı araşdırmaların aparılması. 1976 — Aralıq dənizi sahilində «Akkuyu» sahəsində AES tikintisi ilə bağlı lisenziyanın alınması. 1981 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq haqqında anlaşmanın imzalanması. 1977–2009 — Türkiyə Respublikasında dörd enerji blokunun tikintisi üçün tenderlərin keçirilməsi. == Layihələndirilən AES == Türkiyənin cənubunda, aralıq dənizi sahilində tikiləcək ilk atom elektrik stansiyası «Akkuyu AES»-dır.
Türkiyədə avtomobil sənayesi
Türkiyədə avtomobil sənayesi Türkiyə iqtisadiyyatında böyük rol oynayır. Türkiyənin avtomobil şirkətləri əsasən Marmara ərazisində yerləşir. 2012-ci ildə Türkiyə 1 milyondan çox mühərrikli nəqliyyat vasitəsi istehsal etmişdir. Avtomobil hissələrini də nəzərə alsaq? Türkiyədə avtomobil sənayəsinin ümumi dəyəri 20 milyard dollar olmaqla dünyada nəqliyyat vasitələrinin və onun hissələrinin istehsalının ayrılmaz parçası olduğunu deyə bilərik. Qlobal avtomobil şirkətlərinin, məsələn, Fiat/Tofaş, Oyak-Renault, Hyundai, Toyota, Honda və Ford/Otosanın Türkiyədə istehsal zavodları var. Otosan 1959-cu ildə İstanbulda Fordun modellərini buraxmaq üçün Türkiyədə lisenziya alaraq fabrikini açır. 1961-ci ildə Əskişehirdə Devrim sedan Tülomsaş fabrikini açır və Türk avtomobili istehsal edir. 1964-cü ildə Britaniya Mühərrik Korporasiyasının Austin və Morris nəqliyyat vasitələrini İzmirdə BMC fabrikasının lisenziyası ilə buraxmağa başlamışdır. BMC brendi 1989-cu ildə Türkiyənin Çukurova qrupu tərəfindən tamamilə alınmışdır və hal-hazırda dünyadakı bütün BMC modelləri Türkiyədə istehsal olunur.
Türkiyədə birpartiyalılıq dövrü
Türkiyədə tək partiyalı dövr (türk. Türkiye'de tek partili dönem) — 1923-cü ildən ölkədə birpartiyalı rejimin rəsmi qurulması ilə başlayan Türkiyə Cümhuriyyəti tarixinin bir hissəsi. 1923-1945-ci illərdə Cümhuriyyət Xalq Partiyası Türkiyədə Milli İnkişaf Partiyasının (türk. Millî Kalkınma Partisi) yaranmasına qədər yeganə partiya olmuşdur. 1946-cı ildə ilk çoxpartiyalı seçkilərdə qalib gələn Respublika Xalq Partiyası 1950-ci il seçkilərində parlamentdəki çoxluğunu itirir. Bu dövrdə prezident Mustafa Kamal Atatürk çoxpartiyalı demokratiyaya keçid üçün müxalifət partiyalarının yaradılmasını dəfələrlə istəmişdir. 1930-cu ildə Liberal-Respublika Partiyası təşkil olunur, lakin qısa müddətdə təsisçiləri tərəfindən ləğv edilir. 1924-cü ildə Mütərəqqi Respublika Partiyası (Kazım Karabekir tərəfindən yaradıldı) meydana çıxdı, ancaq üzvlərinin Şeyx Səidin (1925) qiyamında iştirak etməsi səbəbindən tezliklə qadağan edildi. Atatürkün ölümündən sonra respublikada çoxpartiyalı bir sistem meydana çıxdı. == Atatürkün prezidentliyi dövrü (1923—1938) == Türkiyə Cümhuriyyətinin yaranması ilə gənc ölkənin hökuməti onu modernləşdirmək üçün səy göstərməyə başladı.
Türkiyədə dəmiryolu
Türkiyədə dəmir yolu — 1927-ci ildə Osmanlı İmparatorluğunun dağılmasından sonra qurulan Dövlət Korporasiyası tərəfindən idarə olunan Türkiyədəki bir dəmir yolu şəbəkəsidir. Dəmir yollarının ümumi uzunluğu 10.991 km-dir (2008). == Tarix == Türkiyədəki dəmir yollarının tarixi 1856-cı ildə, bir ingilis şirkəti tərəfindən inşa edilən İzmir - Aydın 130 km-lik Osmanlı İmperiyasındakı ilk dəmir yolu xəttinin açılması ilə başlayır. 1856 - 1889 illər arasında Osmanlı İmperiyasındakı yollar əsasən İngilis şirkətləri tərəfindən inşa edilir. Lakin 1889-1918-ci illər arasında Osmanlı İmperiyasındakı bir çox dəmir yolu bu dövlətlər arasındakı siyasi ittifaq sayəsində Alman şirkətləri tərəfindən inşa edilməyə başlanılır. 1856-1922-ci illərdə ümumi uzunluğu 9,919 km olan aşağıdakı xətlər çəkilir: Rumeli - 2,383 km, 1,435 mm Ruse - Varna, 223 km, 1866-cı ildə bir ingilis şirkəti tərəfindən tamamlanır; Dunay ilə Qara dənizi birləşdirir. Konya - Bağdad 2.424 km, 1.435 mm. İzmir - Kasaba 695 km, 1,435 mm. İzmir - Aydın 610 km, 1,435 mm. Şam - Həma 498 km, 1.067 mm və 1.435 mm.
Türkiyədə enerji
Türkiyədə enerji mənbələri azdır, əsasən xaricdən asılı vəziyyətdədir. 1997-cı ildə elektrikin 38,5%-i hidroelektrik olmaqla 71,7%-i yerli mənbələr hesabına təmin olunurdusa, 2020-ci ildə daxildən bu tələbatın ödənilməsinin 35%-ə düşməsi ehtimal edilir.Enerjinin dəyişikliyə və çevrilməyə məruz qalmamış vəziyyətinə ilkin enerji mənbələri deyilir: neft, təbii qaz, kömür, hidravlik, nüvə, biokütlə, qabarma və çəkilmə, külək və günəş enerjisi kimi. İlkin enerji məhsullarının istehsalı ilə ikinci dərəcli enerji mənbələri əldə edilir: Elektrik, dizel, benzin, daş kömür, petrokok, LPG kimi. Adambaşına enerji istehlakı dünyada 1,87 ton neft ekvivalenti, Türkiyədə 1,59 ton neft ekvivalentidir. Adambaşına elektrik istehlakı dünyada 3155 kilovatt-saat, Türkiyədə 3058 kilovatt-saatdır. Dünyada orta hesabla adambaşına karbon emissiyası 4,88 ton, Türkiyədə 4,31 tondur. == Cari istehlak == İlkin mənbələrin payıː 33,1% neft, 30,3% kömür və 23,7% təbii qaz, 6,4% hidravlik, 4,9% nüvə, 1,6% digər bərpa olunan enerji mənbələri (günəş, külək, bioyanacaq, geotermal) formasında sadalana bilər. Dünyada elektrik ardıcıl olaraq 41% kömürdən, 21% təbii qazdan, 16% isə hidroelektrikdən əldə edilir. 2011-ci ildə 32 228,9 min ton neft ekvivalenti enerji istehsal edilmişdir. 2011-ci ildə Türkiyə 114 480,2 min ton neft ekvivalenti enerji istehlakı ilə dünyada 23-cü yerdədir.
Türkiyədə korrupsiya
Türkiyədə korrupsiya — Türkiyənin Avropa Birliyinə üzvlüyünü təsir edən bir problemdir. 2016-cı ildə Şəffaflıq Beynəlxalq Korrupsiya Qavrayış İndeksində ölkə 176 ölkə arasında 75-ci yerdə qərarlaşdı , Türkiyə isə 2017-ci ildə 87-ci yerə qayıtdı. Türkiyə, Transparency International-ın 2018-ci il Korrupsiya Qavrama İndeksində araşdırılan 180 ölkə arasında 78-ci yeri tutdu. Bu, Tunis (73-cü yer), Bolqarıstan (77-ci yer) və Çin (87-ci yer) ilə müqayisə edilə bilər . 1998-ci ildəki Türkbank skandalı, etimadsızlığa və Baş nazir Məsut Yılmazın istefasına səbəb oldu. Yılmaz parlament tərəfindən araşdırılsa da, beş illik iddia müddəti əlavə əməliyyatların qarşısını aldı. 17 dekabr 2013-cü il tarixində üç türk nazirin oğulları və bir çox tanınmış iş adamı həbs edildi və korrupsiya ittihamı ilə günahlandırıldı == Korrupsiyaya qarşı qanunvericilik == Korrupsiyaya qarşı mübarizə qanunvericiliyinə Türkiyənin müxtəlif növ korrupsiya fəaliyyətlərinə, o cümlədən aktiv və passiv rüşvət, korrupsiya cəhdi, qəsb, xarici məmura rüşvət vermək, pul yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət elan edən Cinayət Məcəlləsi daxildir. Buna baxmayaraq, antikorrupsiya qanunları zəif tətbiq olunur və korrupsiyaya qarşı mübarizə orqanları təsirsiz sayılır. == Mümkün iqtisadi təsirlər == Korrupsiya, Türkiyə iqtisadiyyatının işini və böyüməsini ləngidir. [Sitat lazım] Korrupsiyanı göstərən tətbiqetmələrə rüşvət, mənimsəmə, oğurluq və saxtakarlıq daxildir.
Türkiyədə turizm
Türkiyədə turizm — Türkiyə ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. == Çimərlik turizmi == 2016-cı ildə Türkiyədə 444 "mavi bayraq" sertifikatına sahib çimərlik qeydə alınmışdır. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Turkey haqqında səyahət məlumatları var.
Türkiyədə təhsil
Türkiyənin təhsil sistemi — Türkiyə Respublikası sərhədləri daxilində fəaliyyət göstərən ibtidai, orta, tam orta və ali təhsil müəssisələrində tədris edilən təhsil sistemi. Təhsil Nazirliyi, Türkiyə Respublikası Konstitusiyasında qəbul edilmiş mərkəzi hökumət siyasətinə uyğun olaraq bütün təhsil fəaliyyətlərinin həyata keçirilməsindən məsuldur. 1923-cü ildə Türkiyə Respublikasının, 1924-cü ildə Konstitusiyasının yaradılmasından sonra, təhsilin hər iki cins üçün icbari və pulsuz olmasını göstərən qanun qəbul edildi. Respublika dövründə təhsil sistemi hökumətin xüsusi nəzarəti altında olmuş, daim inkişaf etdirilmişdir. 1924-cü ildə qəbul edilmiş Təhsil Birliyi Qanunu ilə birlikdə Təhsil Nazirliyi yaradılmış və ölkədəki bütün elmi və təhsil müəssisələrini bir yerə toplanmış, bütün dini məktəblər ləğv edilmiş və xarici məktəblər dövlət nəzarətinə keçmiş və Qərbi Avropa modelinə əsaslanan yerli təhsil sistemi qurulmuşdur. 2012—13 tədris ilindən bəri Türkiyədə məcburi təhsil 12 ilə qaldırılmışdır. Təhsil səviyyələri məktəbəqədər, ibtidai, orta və tam orta təhsildən ibarətdir. Birinci səviyyə 4 illik ibtidai məktəb (1, 2, 3 və 4-cü siniflər), ikinci səviyyə 4 illik orta məktəb (5, 6, 7 və 8-ci siniflər) və üçüncü səviyyə 4 illik tam orta məktəb (9, 10, 11 və 12-ci sinif). İbtidai, orta və tam orta məktəb səviyyələrindən əlavə, xüsusi təhsil ehtiyacı olan şəxslər üçün məktəbəqədər təhsil səviyyəsi də məcburidir. Türkiyə Təhsil Nazirliyi tərəfindən 2017—18 tədris ilində ilk dəfə YKS adlı yeni bir ali məktəbə keçid imtahanı təqdim edilmişdir.
Türkiyədə uyğurlar
Türkiyədə uyğurlar — Türkiyədə yaşayan və ya Türkiyə vətəndaşı olan uyğur əsilli şəxslər. == Tarixi == Anadolu türkləri ilə uyğurlar arasında əlaqənin uzun bir tarixi var. Uyğurlar tarixən Türkiyə ərazisində məskunlaşmışdılar. Ərətna bəy əslən uyğurdur, Ərətna bəyliyinin əsasını qoymuş və eyni zamanda uyğurları bəyliyin ərazisinə köçürmüşdür. Həmçinin, 1980-ci illərdən ÇXR-da Şərqi Türküstan münaqişəsi səbəbilə uyğurlar Türkiyəyə köçmək üçün Şərqi Türküstanı kütləvi şəkildə tərk etməyə başlamışdılar. 2000-ci ildə Türkiyədə 10,000 uyğur var idi, 2009-cu ildə bu rəqəm 50 minə çatmışdır. 2018-ci ildə Mərkəzi Asiyadan uyğurların axını olmuş və onların sayı 150 minə qədər artmışdır. 2022-ci ilin məlumatına görə, Türkiyədə 200 mindən çox uyğur yaşayır.
Türkiyədə vulkanlar
== Həmçinin bax ==
Türkiyədə çayçılıq
Türkiyədə çayçılıq — Türkiyə Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Türkiyədə çay bitkisi, əsasən, Qara dəniz sahillərində yerləşən Rizə vilayətində yetişdirilir. Bu ölkədə çay yarpağı istehsalının həcmində qara çay sortlarının böyük payı vardır. Ölkəyə idxal olunan çaylara yerli bazarın qorunması məqsədi ilə 145 % gömrük rüsumu tətbiq edilir.
Türkiyədə islam
Türkiyədə islam — ən çox yayılmış dindir. Türkiyədə İslamın mövcudluğu 11-ci əsrin ikinci yarısına, Səlcuqluların Şərqi Anadoluya yayılmağa başladığı vaxta təsadüf edir. Optimarın 2019-cu ildə keçirdiyi sorğuya əsasən, Türkiyə əhalisinin 89,5%-ni islam dininə mənsub insanlar təşkil edir. Sünnilər müsəlmanların 60%-ni təşkil etdiyi halda, ələvilərin ümumi əhaliyə nisbəti 37%-dir. Digər müsəlman icmalarının (Cəfərilər, Nusayrilər və On ikiliklər) əhaliyə nisbəti 3%-dir. == Türkiyədə İslam məzhəblərinin yayılması == Anadoluda mövcud olan rəsmi İslam məzhəblərinə mənsub insanlar tərəfindən inkişaf etdirilən İslam inancında Əhməd Yəsəvi (Yesevilik), Rumi (Mövləvilik), Hacı Bektaş-ı Vəli (Bektaşizm) və məzhəb başçılarının təlimlərinə əməl edirlər. Hacı Bayram-ı Vəliyə (Bayramilik) tez-tez rast gəlinir. === Sünnilik === Türkiyənin müsəlman əhalisinin 60%-i sünni olaraq tanınır. Türkiyədəki türk və digər etnik sünnilərin əksəriyyəti Hənəfi məzhəbinə mənsubdur. Türklər arasında Şafi məzhəbinə mənsub olanlara nadir hallarda rast gəlinir.
Türkiyədə manqa
Türkiyədə manqa getdikcə populyarlaşan komiks növlərindən biridir. 2010-cu illərdən etibarən "Fullmetal Alchemist", "My Hero Academia", "Naruto", "One Piece", "Attack on Titan" və s. kimi populyar manqa seriyaları müxtəlif nəşriyyatlar tərəfindən türk dilinə tərcümə olunaraq nəşr olunur. Peşəkar tərcümələrlə yanaşı skanleyt tərcümə ilə məşğul olan bir çox qrup mövcuddur. Türkiyənin "maNga" rok qrupu adını yapon komikslərindən götürmüşdür. == Tarix == Türkiyədə nəşr olunmuş ilk manqa 1999-cu ilin sentyabrında "İthaki" nəşriyyatı tərəfindən tərcümə olunmuş "Gon" manqası olmuşdur. 2003-cü ildə ATV kanalında yayımlanan "Beyblade" anime serialının populyarlığı səbəbilə 2004-cü ilin iyunundan etibarən "Super-J" tərəfindən 5 cildlik manqası nəşr olunmuşdur. Qərb dillərinə tərcümə olunmuş ilk manqa olan "Barefoot Gen" manqası 2007-ci ilin avqustunda "Tudem" tərəfindən türk dilinə tərcümə olunmuşdur. 2008-ci ildə manqanın tarixindən bəhs edən "Manqa: Yapon komiksinin tarixi" kitabı türk dilinə tərcümə olunaraq nəşr olunmuşdur.2010-cu illərdən etibarən "One Piece", "Attack on Titan", "Naruto", "Bleach", "Death Note", "Fullmetal Alchemist" kimi populyar manqa seriyaları ilə yanaşı, "Goblin Slayer", "Komi Can't Communicate", "Bungo Stray Dogs" kimi nisbətən daha az tanınan manqa seriyaları da türk dilində nəşr olunur. "İthaki", "Gerekli Şeyler", "Komik Şeyler", "Marmara Çizgi", "Kurukafa", "Yolgezer", "Kayıp Kıta" və "Akılçelen" manqa nəşri ilə məşğul olan Türkiyə nəşriyyatlarıdır.
Türkiyədə krım tatarları
Türkiyədə krım tatarları — Türkiyə vətəndaşı olub onun ərazisində yaşayan krımtatarları və onların törəmələri. Krım tatarlarının XX əsrə qədər Türkiyəyə miqrasiyası 3 dalğa ilə baş vermişdir: birinci Krımın Rusiya tərəfindən işğalı, ikinci Krım müharibəsi, üçüncü 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsi. == Krımtatar diasporunun Türkiyədə tarixi == Osmanlı İmperatorluğunda Krımtatar diasporunun formalaşması fenomeni dünya tarixində bu cür hadisələr arasında ən azı iki cəhətdən unikaldır: Müasir Türkiyədə "Krım tatarlarının demoqrafik resursu" kəmiyyət baxımından tarixi vətənləri olan Krımdakıdan olduqca böyükdür. Krım tatarlarının Osmanlı İmperiyasının və Türkiyənin ictimai-siyasi, iqtisadi, mədəni və təhsil həyatında iştirakı bu ölkələrin inkişafında əhəmiyyətli və bəzən həlledici əhəmiyyətə malik idi. === Osmanlı imperiyasında Krımtatar diasporu === Osmanlı imperiyasında daima krımtatar diasporu mövcud olmuşdur. Səbəb isə iki ölkə arasında gözəl əlaqələrin olması idi. XIV–XV əsrlərdə osmanlılar Doburcanı koloniyalaşdırmışdırlar. Burada əsasən Bucakdan olan krım tatarları yaşayırdı. 1593 və 1595-ci illərdə onları Doburcaya köçürürlər. Tatarların bir hissəsi Osmanlı Yunanıstanına və Osmanlı Türkiyəsinə köçür.
Türkiyədə kənd təsərrüfatı
Türkiyədə kənd təsərrüfatı — məşğulluq, ixracat və milli gəlirə etdiyi faydaları ilə əhəmiyyətli bir sektordur. Kənd təsərrüfatı sektoru ölkənin iqtisadi fəaliyyətində 62,7 milyard dollarlıq gəlir və 6,1 milyon nəfərin məşğulluq payına sahibdir (2011). Türkiyə 2014-cü ildə 190 ölkəyə 18,7 milyard dollar dəyərində 1707 növ kənd təsərrüfatı məhsulu ixrac etmişdir. == Ərazi və iqlim şərtləri == 77,9 milyon hektar Türkiyə ərazisinin 26,3 milyonu əkinçilikdə istifadə edilir. Türkiyə ərazisinin 55,9 %-i 1000 metrdən çox olan yüksəkliyə malikdir. 15 %-dən çox ölçüyə sahib sahələr ölkə torpaqlarının 62,5 %-ini təşkil edir. 1-ci, 2-ci və 3-ü sinif keyfiyyətli torpaqlar 24,5 % nisbətindədir və bu ərazilərin 90 %-i əkinçilik arazisidir. Türkiyədə dənizə görə mövqe, enlik və yüksəkliyə bağlı üç əsas iqlim tipi vardır: Qaradəniz iqlimi; Aralıq dənizi iqlimi; Kontinental iqlim.Bu iqlim tipləri bölgələr daxilində dəyişikliyə malikdir və ona görə də alt tiplərə ayrılır. Məsələn; Daxili Anadolu, Şərqi Anadolu və Cənub-Şərqi Anadolu bölgələrində görünən Kontinental iqlim tipi bir-birindən qismən fərqlidir. Bu iqlim müxtəlifliyi Türkiyədə bir çox fərqli məhsulun yetişməsinə imkan vermişdir.
Türkiyədə monarxiyanın ləğvi
Osmanlı sultanlığının ləğvi — Türkiyə Böyük Millət Məclisinin 1 noyabr 1922-ci ildə qəbul etdiyi 308 saylı "Türkiyə Böyük Millət Məclisinin hüquqi hakimiyyət və hökmranlığının müməssili həqiqisi olduğuna dair" adlı qərarı qəbul etməsinə verilən ad. Monarxiyanın və ya səltənətin ləğvi ilə Osmanlı imperiyası rəsmən süqut etmişdir. == Proses == Səltənətin ləğv edilməsinə yol açan hadisə İstiqlaliyyət müharibəsinin uğurla nəticələnməsindən sonra toplanması düşünülən konfransa Ankara və İstanbul hökumətlərinin birlikdə dəvət edilmələridir. 1922 17 oktyabr tarixli teleqrafda sərdəzəm Tevfiq paşa sülh konfransında ortaq mövqe nümayiş etdirmək üçün Mustafa Kamala müraciət etmişdir. 20 oktyabr tarixli TBMM rəhbərliyinə ünvanlanmış ikinci teleqrafda Tevfiq paşa Babiali ilə TBMM arasında məqsəd baxımından tam birlik olduğunu, Sevr müqaviləsini ləğv etdirmək və işğalın nəticələrini ortadan qaldırmaq üçün bərabər şəkildə mübarizə aparıldığını bildirərək milli birliyin önəmini vurğulamış, vətən uğruna şəxsi ambisiyalardan əl çəkilməsinin lazım olduğunu bildirmişdir.28 oktyabrda İsveçrənin Lozanna şəhərində keçiriləcək olan konfransa İstanbul və Ankara hökumətləri rəsmən dəvət edilmişdir. Bundan iki gün sonra toplanan TBMM İstanbul hökumətinin ləğvinə dair 82 imzalı qərarı müzakirə etmiş, lakin bir nəticəyə gələ bilməmişdir. 1 noyabrda Mustafa Kamalın müdaxilə etməsindən sonra səltənətin ləğvi barədə qərar qəbul edilmişdir. Eyni gündə alınan bir başqa qərarlarla 1 və 2 noyabr günləri milli bayram elan edilmişdir. Mustafa Kamalın yazdıqlarına görə millət vəkillərinin bir çoxu səltənətin ləğvinə qarşı çıxmışdılar. Nazirlər kabinetinin rəhbəri Rauf Orbay əvvəldə buna qarşı çıxmış, lakin 20 oktyabrda Mustafa Kamalla görüşdükdən sonra fikrini dəyişdirmişdir.
Türkiyədə COVID-19 pandemiyası
Türkiyədə koronavirus pandemiyası 2020 — 11 mart 2020-ci il tarixdə Türkiyədə ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu (UTC+03:00). == Hadisələrin ardıcıllığı == === yanvar 2020 === 24 yanvar 2020-ci ildə Türkiyə Respublikasının Səhiyyə Nazirliyi hava limanlarında teplovizor quraşdırır. Həmçinin, nazirlik Çindən gələn istənilən sərnişini əlavə müayinələrə cəlb etmək və koronavirus infeksiyasının əlamətlərinin aşkar olunduğu hər kəsə karantin tətbiq etmək barədə qərar verir. Müayinələr daha sonra infeksiya hallarının sürətlə artdığı digər ölkələrə də şamil olunur. Hava limanlarında görülən digər ehtiyat tədbirlərinə infraqırmızı termometrlərdən istifadə, bütün gömrük məntəqələrində dezinfeksiya işlərinin aparılması, pulsuz tibbi maskalar və təlimat vərəqələrinin paylanması daxil edilir. Yanvarın 31-də Türkiyə hökuməti 34 Türkiyə vətəndaşının təxliyə edilməsi məqsədilə Uhan şəhərinə təyyarə göndərir. Təxliyə edilənlər arasında onlarla azərbaycanlı, gürcü və albanlar da vardı. Çin, Türkiyənin illik istehsal etdiyi 150 milyon maskadan əlavə 200 milyon maska sifariş edir. === fevral 2020 === Fevralın 1-də Türkiyə Çindən bütün uçuşların dayandırıldığını bəyan edir. İran hakimiyyəti Qum şəhərində karantin elan etməsi ilə bağlı Türkiyənin tövsiyəsinə əməl etmədikdən sonra ölkə İranla sərhədin bağlandığı barədə bəyanat yayır.
Türkiyədə Parlament seçimləri, 1920
Türkiyədə Parlament seçimləri 1923-cü il iyunun 28-də baş tutub. Türkiyə Böyük Millət Məclisində olan 333 yer üçün yalnızca Cümhuriyyət Xalq Partiyası namizəd idi.
Türkiyədə Parlament seçimləri, 1923
Türkiyədə Parlament seçimləri 1923-cü il iyunun 28-də baş tutub. Türkiyə Böyük Millət Məclisində olan 333 yer üçün yalnızca Cümhuriyyət Xalq Partiyası namizəd idi.
Türkiyədə Parlament seçkiləri (1923)
Türkiyədə Parlament seçimləri 1923-cü il iyunun 28-də baş tutub. Türkiyə Böyük Millət Məclisində olan 333 yer üçün yalnızca Cümhuriyyət Xalq Partiyası namizəd idi.
Türkiyədə Parlament seçkiləri (1927)
Türkiyədə bu dəfəki Parlament seçkiləri 1927-ci ildə keçirilmişdir. Cümhuriyyət Xalq Partiyası (9 sentyabr 1923-cü ilədək adı "Anadolu və Rumeliya Hüquqlarını Müdafiə Cəmiyyəti" idi) o dövrdə ölkədə yeganə partiya idi, çünki 1924-cü ildə qurulan Mütərəqqi Cümhuriyyət Partiyası növbəti ildə dağıldı. Seçkilər 1908-ci ildə qəbul edilmiş Osmanlı seçki qanununa əsasən keçirildi, hansı ki iki mərhələli prosesdən ibarət idi. == Seçkilərdən öncə == 1923-cü ildə Mustafa Kamal Xalq Partiyasını qurdu. Sonradan 1924-cü ildə Mütərəqqi Respublika Partiyası yaradıldı, lakin 1925-ci ilin fevral ayında başlayan Şeyx Səid üsyanı səbəbiylə bağlandı. Beləliklə, 1927 seçkilərində bir partiya iştirak etdi.
Türkiyədə Parlament seçkiləri (2011)
2011-ci ildə Türkiyədə parlament seçkiləri keçirildi. Türkdilli Ölkələrin Parlament Assambleyasınının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası 12 iyun 2011-ci il tarixində Türkiyə Respublikasının Böyük Millət Məclisinə keçirilən seçkilərin Türkiyə Respublikasının milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə müvafiqliyi baxımından monitorinqini keçirmişlər. TÜRKPA beynəlxalq müşahidəçilər qrupunun tərkibinə TÜRKPA üzvü olan üç dövlətin: Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Qırğızıstan Respublikasının parlamentlərinin, eləcə də TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələri daxil idi. Seçkilərin keçirilməsinə hazırlığın gedişinin qısamüddətli müşahidəsi səsvermədən bir neçə gün əvvəl təşkil edilmişdir. Təşviqat kampaniyası 11 iyun 2011-ci il tarixində saat 17:00-da dayandırılmışdır. Təşviqat kampaniyasını kütləvi informasiya vasitələrin köməyi ilə aparılması üçün namizədlərə bərabər hüqüqlu şərait yaradılmışdır. Həmçinin namizədlər Türkiyənin istənilən yerində açıq mitinglər təşkil etmək imkanına malik idilər. Namizədlər dövlət və özəl televiziya kanallarında çıxış edərək, seçicilərə özlərinin seçkiqabağı platvormalarının əsaslarını təqdim etmişdilər. Bütövlükdə TBMM seşkilərin ətrafında gedən hadisələrin işıqlandırılması geniş şəkildə aparılırdı. Dövlət orqanlarının seçkiqabağı kampanyasının gedişatına müdaxilə etməsi və ya siyasi marağlardan irəli gələn kütləvi informasiya vasitələrinə məhtudiyyət qoyulması halları qeydə alınmamışdır.
Türkiyədə Parlament seçkiləri (iyun 2015)
Türkiyədə keçirilən seçkidir. 165 müstəqil namizəd millət vəkili adı uğrunda yarışır. Seçkilərdə əsas mübarizənin hakim AKP (Ədalət və İnkişaf Partiyası) ilə CHP (Cumhuriyyət Xalq Partiyası) arasında gedəcəyi hesab edilir. Ədalət və İnkişaf Partiyası (AKP) 42,5 faiz səs toplayıb. Ötən seçkilərdən 25,94 faiz səs toplamış Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün keçirilən seçkilərdə 24,9 faiz səs qazanıb. 2011-ci il parlament seçkilərində 12,96 faiz səs qazanmış Milliyyətçi Hərəkat Partiyası bu seçkilərdə səs sayını artıraraq 16,9 faiz səs toplayıb. Seçkilərin sürpriz partiyası olan HDP isə 10 faizlik seçki baryerini aşmağa müvəffəq olub. Səlahəttin Demirtaşın rəhbərlik etdiyi partiya 11,3 faiz səs toplayıb. Bu nəticələrə əsasən, AKP 258, CHP 133, MHP 80, HDP 80 millət vəkili mandatı qazanmış olur. Türkiyədə koalisiya hökuməti qurulması üçün Konstitusiyada nəzərdə tutulan 45 günlük müddət 13 iyul tarixindən rəsmən başlayıb.
Türkiyədə Prezident seçkiləri (2014)
2014 Türkiyə Prezident Seçkisi (türk. 2014 Türkiye cumhurbaşkanlığı seçimi) — Görevdeki prezidenti Abdullah Gülün səlahiyyət müddətinin 28 avqust 2014-cü sona çatması və yerinə gələcək 12. prezidentini müəyyən etmək üçün ediləcək olan seçki. Seçki tarixi, Türkiyə Yüksək Seçim Kurulu tərəfindən ilk turu 10 avqust 2014 Bazar günü, seçkinin ikinci tura qalması vəziyyətində isə ikinci səsvermə 24 avqust 2014 Bazar günü olaraq təyin olundu. Yurd xaricində yaşayan Türklər üçün olduqları ölkədə səs istifadə etmə tarixləri ilk tur üçün 31 İyul - 3 Avqust 2014, ikinci dövr seçimi isə 17-20 Avqust 2014 olaraq açıqlandı. == Namizədlər == Ədalət və İnkişaf Partiyasının ən real, yeganə namizədi və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğandır.
Türkiyədə UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Türkiyədə UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı Türkiyədə yerləşən mədəni və ya təbiət miraslarının UNESCO-un Dünya İrsi siyahısına və ya müvəqqəti irs siyahısına düşənlərdən ibarətdir. Türkiyədə 2016 etibarilə 16 dənə Ümumdünya irsi mövcuddur. == Siyahı == Aşağıdakı cədvəl hər bir Ümumdünya irsi haqqındakı məlumatları siyahılar: Ad; Ümumdünya irsi komitəsi tərəfindən sadalandığı şəkliylə Yer; olduğu il və koordinatlar Tarix; əhəmiyyətə sahib olduğu və ya inşa edildiyi zaman hissəsi UNESCO məlumatları; istinad nömrəsi, seçildiyi il və təmin etdiyi meyarlar Şərhlər; sahəsində haqqında qısa şərh Rənglər; mədəni sahədə, təbii alan, qarışıq alan == İlkin Siyahı == Türkiyənin Dünya İrsinə namizəd siyahısında 84 obyekt var. Onlardan 77-si mədəni, üçü təbii, dördü isə qarışıq obyektlərdir. Siyahı sonuncu dəfə 15 aprel 2021-ci ildə yenilənib.
Türkiyədə YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Türkiyədə UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı Türkiyədə yerləşən mədəni və ya təbiət miraslarının UNESCO-un Dünya İrsi siyahısına və ya müvəqqəti irs siyahısına düşənlərdən ibarətdir. Türkiyədə 2016 etibarilə 16 dənə Ümumdünya irsi mövcuddur. == Siyahı == Aşağıdakı cədvəl hər bir Ümumdünya irsi haqqındakı məlumatları siyahılar: Ad; Ümumdünya irsi komitəsi tərəfindən sadalandığı şəkliylə Yer; olduğu il və koordinatlar Tarix; əhəmiyyətə sahib olduğu və ya inşa edildiyi zaman hissəsi UNESCO məlumatları; istinad nömrəsi, seçildiyi il və təmin etdiyi meyarlar Şərhlər; sahəsində haqqında qısa şərh Rənglər; mədəni sahədə, təbii alan, qarışıq alan == İlkin Siyahı == Türkiyənin Dünya İrsinə namizəd siyahısında 84 obyekt var. Onlardan 77-si mədəni, üçü təbii, dördü isə qarışıq obyektlərdir. Siyahı sonuncu dəfə 15 aprel 2021-ci ildə yenilənib.
Türkiyədə dövlət çevrilişi(1960)
27 may çevrilişi və ya 27 may hərbi müdaxiləsi — 27 may 1960-cı ildə Türkiyədə baş verən və ölkənin tarixinə ilk dövlət çevrilişi kimi keçən hərbi müdaxilə. Çevriliş Türkiyə Silahlı Qüvvələri daxilində 37 aşağı rütbəli hərbçi tərəfindən planlaşdırılmış və həyata keçirilmişdir. 27 maydan etibarən iqtidarda olan Demokrat Partiya bağlanmış, prezident və baş nazir başda olmaqla hökumət üzvlərinə qarşı məhkəmə işləri qaldırılmış, 235-i general olmaqla təxminən 3500-ə hərbçi təqaüdə göndərilmişdir. 147 universitet müəllimi, 520 hakim və vəkil işindən azad edilmişdir. 37 hərbçi və rəhbər olaraq başlarına gətirdikləri təqaüddə olan general Camal Gürsəlin yaratdığı Milli Birlik Komitəsi (MBK) çevrilişdən sonrakı Türkiyənin idarəsini öz üzərinə götürmüşdür. == Çevrilişdən əvvəl Türkiyədə vəziyyət == === Türkiyədə təkpartiyalı dövr === Türkiyənin ilk partiyasının yaradılması ideası hələ istiqlal müharibəsi dövründə yaranmışdı. 1919-cu il 4-11da keçirilən Sivas Konqresində ölkənin müxtəlif yerlərində işğalçılarla mübarizə aparmaq üçün yaradılan təşkilatlar bir cəmiyyətdə birləşdirildilər. 1920-ci il 23 apreldə bu cəmiyyət əsasında TBMM quruldu. Konqresin fəaliyyətdə olduğu günlərdə, daha dəqiq desək 9 sentyabrda Mustafa Kamal Paşa tərəfdarları ilə birlikdə Xalq Firqəsini yaratdı (partiyanın yaradılış günü 11 sentyabr qəbul edilir). Türkiyə müstəqilliyinin ilk illərindən etibarən iqtisadi böhran içərisində idi.
Türkiyədə dövlət çevrilişi (1960)
27 may çevrilişi və ya 27 may hərbi müdaxiləsi — 27 may 1960-cı ildə Türkiyədə baş verən və ölkənin tarixinə ilk dövlət çevrilişi kimi keçən hərbi müdaxilə. Çevriliş Türkiyə Silahlı Qüvvələri daxilində 37 aşağı rütbəli hərbçi tərəfindən planlaşdırılmış və həyata keçirilmişdir. 27 maydan etibarən iqtidarda olan Demokrat Partiya bağlanmış, prezident və baş nazir başda olmaqla hökumət üzvlərinə qarşı məhkəmə işləri qaldırılmış, 235-i general olmaqla təxminən 3500-ə hərbçi təqaüdə göndərilmişdir. 147 universitet müəllimi, 520 hakim və vəkil işindən azad edilmişdir. 37 hərbçi və rəhbər olaraq başlarına gətirdikləri təqaüddə olan general Camal Gürsəlin yaratdığı Milli Birlik Komitəsi (MBK) çevrilişdən sonrakı Türkiyənin idarəsini öz üzərinə götürmüşdür. == Çevrilişdən əvvəl Türkiyədə vəziyyət == === Türkiyədə təkpartiyalı dövr === Türkiyənin ilk partiyasının yaradılması ideası hələ istiqlal müharibəsi dövründə yaranmışdı. 1919-cu il 4-11da keçirilən Sivas Konqresində ölkənin müxtəlif yerlərində işğalçılarla mübarizə aparmaq üçün yaradılan təşkilatlar bir cəmiyyətdə birləşdirildilər. 1920-ci il 23 apreldə bu cəmiyyət əsasında TBMM quruldu. Konqresin fəaliyyətdə olduğu günlərdə, daha dəqiq desək 9 sentyabrda Mustafa Kamal Paşa tərəfdarları ilə birlikdə Xalq Firqəsini yaratdı (partiyanın yaradılış günü 11 sentyabr qəbul edilir). Türkiyə müstəqilliyinin ilk illərindən etibarən iqtisadi böhran içərisində idi.
Türkiyədə dövlət çevrilişi (1980)
12 sentyabr çevrilişi və ya 12 sentyabr hərbi müdaxiləsi — Türkiyə Silahlı Qüvvələrinin 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi dövlət çevrilişi. 12 sentyabr 1980-ci il gecəsi Türkiyə SQ tərəfindən yerli saatla saat 03:00-da TRT, PTT və digər kommunikasiya idarələri üzərində nəzarəti ələ keçirərək başlayan hərbi müdaxilə Daxili İşlər Nazirliyi, Polis Müdürlüyü, Baş nazir Süleyman Dəmirəlin ofisi və digər hədəflər də ələ keçirildikdən sonra saat 04:00-da radio vasitəsilə bütün ölkəyə bildirildi. İlk bildirişdə "Bu müdaxilənin məqsədi ölkənin bütövlüyünü qorumaq, milli birlik və bərabərliyi təmin etmək, ola biləcək vətəndaş müharibəsi və qardaş qırğınının qarşısını almaq, dövlət hakimiyyətini və mövcudluğunu yenidən təsis etmək və demokratik quruluşun fəaliyyətinə mane olan səbəbləri aradan qaldırmaqdır." deyə bildirilmişdir. Müdaxilə nəticəsində Türkiyə Böyük Millət Məclisi və Baş nazir Süleyman Dəmirəl hökümətinin fəaliyyəti sona çatdı, parlament üzvlərinin toxunulmazlığı ləğv edildi, ölkənin hər yerində hərbi vəziyyət elan edildi və xarici ölkələrə çıxış qadağan edildi. Baş Qərərgah rəisi general Kənan Evrən dövlət başçısı oldu. Qanunvericilik səlahiyyətindən istifadə etmək üçün Kənan Evrenin sədrliyi ilə qüvvələr komandirlərindən ibarət Milli Təhlükəsizlik Şurası yaradıldı. Siyasi partiyalar ləğv edildi, pariya liderləri əvvəlcə hərbi bazalarda nəzarət altında saxlanıldı, sonra sərbəst buraxıldı, bir müddət sonra isə bəziləri ittiham olundu. 1961-ci il Konstitusiyası ləğv edildi və Türkiyə siyasətində hərbi dövr başladı. Yeni konstitusiya hazırlandı, 7 noyabr 1982-ci ildə referendum keçirildi və 91,37% səslə 1982-ci il Konstitusiyası və Kənan Evrənin hakimiyyəti qəbul edildi. Çevrilişdən sonra rəsmi qeydlərə əsasən, 650.000 nəfər nəzarət altına alındı, 230.000 nəfər məhkəməyə verildi, həbsxanalarda edilən işgəncə nəticəsində ölən 171 nəfər daxil olmaqla 300 nəfər öldürüldü, 48 nəfər edam edildi, 1.683.000 nəfər isə qeydiyyata alındı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 141.73 dəfə / 1 mln.
2002 ••••••••••••• 185.01
2003 ••••••••• 118.10
2004 ••••••• 94.33
2005 •••••• 74.23
2006 •••••• 85.82
2007 ••••••• 91.13
2008 ••••• 67.00
2009 •••••••••• 135.83
2010 •••••••••••• 168.29
2011 ••••••••••• 147.65
2012 •••••••••• 140.95
2013 •••••••••••••••••••• 287.37
2014 ••••••••••••••••••• 260.85
2015 ••••••••• 119.25
2016 •••••••••••••• 190.89
2017 ••••••• 97.06
2018 •••••••• 111.47
2019 •••••• 78.72
2020 ••••••••• 122.26

"türkiyədə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türkiyədə nədir? #türkiyədə sözünün mənası #türkiyədə nə deməkdir? #türkiyədə sözünün izahı #türkiyədə sözünün yazılışı #türkiyədə necə yazılır? #türkiyədə sözünün düzgün yazılışı #türkiyədə leksik mənası #türkiyədə sözünün sinonimi #türkiyədə sözünün yaxın mənalı sözlər #türkiyədə sözünün əks mənası #türkiyədə sözünün etimologiyası #türkiyədə sözünün orfoqrafiyası #türkiyədə rusca #türkiyədə inglisça #türkiyədə fransızca #türkiyədə sözünün istifadəsi #sözlük