Türkiyəyə sözü azərbaycan dilində

Türkiyəyə

Yazılış

  • Türkiyəyə • 99.9310%
  • türkiyəyə • 0.0493%
  • TÜRKİYƏYƏ • 0.0197%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türkiyəyə köçlər
Türkiyəyə köçləri üç bölgü altında birləşdirmək olar. Osmanlı imperiyasının son illərində və cümhuriyyətin başlanğıcında edilən köç. 1960-70-ci illərdə Avropaya işləməyə gedən işçilərin köçü.1990-cı ildən sonra yaxın coğrafiyadan böyük şəhərlərə, xüsusən də İstanbula köçən yeni immiqrantlar: tranzit immiqrantlar, sığınacaq axtaranlar, yüksək ixtisaslı, avropalı təqaüdçülər,Tarix boyu Türkiyə həm mühacirət edilən, həm ərazisindən köç edilən, həm də tranzit ölkə olub. == XIX əsrin sonu - XX əsrin əvvəlləri == Osmanlı İmperatorluğunun son illəri mühüm köç hərəkatlarına şahidlik etmişdir. İtirilmiş torpaqlardakı müsəlman təbəələr Anadoluya axışarkən, qeyri-müsəlmanlar Anadoludan ayrılmışdır. Mühacir adlanan bu dəstənin köçü cümhuriyyət elan edildikdən sonra da davam edir. Türkiyə Cümhuriyyəti xaricdən bu ümumi miqrasiyanı dövlət siyasəti kimi dəstəkləmişdir. Əhalinin hərbi güc kimi göründüyü illərdə müharibələrdən sonra azalan əhalinin sayının artırılması hədəflənmişdir. Anadoluya gəlib-gedən mühacirlər Osmanlı və Türkiyə dövlətlərinin etnik, mədəni və ictimai quruluşunda böyük dəyişikliklərə səbəb olur. 1783-cü ildə Krımın Rusiyanın əlinə keçməsi ilə Anadoluya ilk böyük müsəlman köçü başlayır.
Loizidu Türkiyəyə qarşı
Loizidu Türkiyəyə qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 8-ci maddələri və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Kiprli qaçqının iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar. == Faktlar == Ərizəçi — Kipr vətəndaşı xanım Titina Loizidu ölkənin şimalında, Kireniyada boya-başa çatıb, orada ona məxsus bir neçə torpaq sahəsi vardı. 1972-ci ildə xanım Loizidu ərə getdi və əri ilə Nikosiyaya köçdü. Kipr yunan və türk hissələrinə bölündüyünə görə, 1974-cü ildən başlayaraq, o, yuxarıda adı çəkilən mülkiyyətinə daxil olmaq imkanından məhrum oldu. 19 mart 1989-cu ildə Kipr yunanlarının "Qadınların evlərinə qayıtması uğrunda" təşkilatından olan qadınlar, bölücü xətti keçmək niyyətlərini qabaqcadan bəyan edərək, yürüş təşkil etdilər. Nümayişin iştirakçıları Nikosiyadan Limbiya kəndinə gəldilər, orada onlar bufer zonasını və türk qoşunlarının yerləşdiyi xətti keçə bildilər. Xanım Loizidu da daxil olmaqla, bir neçə qadın türk icmasının polisləri tərəfindən həbs edildi. Elə həmin gün onları BMT-nin Nikosiyadakı nümayəndələri azad etdilər və yunan icmasının ərazisinə göndərdilər. Xanım Loizidu 22 iyul 1989-cu ildə Avropa İnsan Hüquqları Komissiyasına şikayətlə müraciət edərək bildirdi ki, onun tutularaq həbs edilməsi Konvensiyanın 3, 5 və 8-ci maddələrinin pozuntusudur. O, həmçinin belə hesab edirdi ki, onun öz mülkiyyətindəki torpaq sahəsinə girməsinin mümkünsüzlüyü 1 saylı Protokolun 1-ci maddəsinin davamlı pozuntusudur.
SSRİ-nin Türkiyəyə ərazi iddiaları
SSRİ-nin Türkiyəyə ərazi iddiaları - RSFSR-in 1921-ci ildə Türkiyəyə verdiyi Rusiya imperiyasının ərazilərinin geri qaytarılması ilə bağlı SSRİ-nin Türkiyə Respublikasına qarşı ərazi iddiası. Ərazi iddiaları İosif Stalin hökuməti tərəfindən İkinci Dünya müharibəsinin son aylarında, eyni vaxtda Qara dəniz boğazlarında birgə nəzarət rejiminin tətbiqi və Sovet hərbi dəniz bazasının yaradılması tələbi ilə irəli sürülüb. SSRİ 1878-ci ildən Rusiya imperiyasına məxsus olan, 1921-ci ildə isə Sovet-Türkiyə dostluq və qardaşlıq müqaviləsinə əsasən Türkiyəyə verilən Zaqafqaziya ərazilərini ilhaq etmək və bu torpaqları Gürcüstan SSR ilə Ermənistan SSR arasında bölüşdürmək niyyətində idi. Digər böyük dövlətlərin, ilk növbədə ABŞ-nin müqaviməti ilə üzləşən və soyuq müharibənin qızışması ilə qarşılaşan SSRİ 1953-cü ildə ərazi iddialarından imtina etdiyini elan etdi. == Tarixi == Sovet İttifaqı 1936-cı il Montrö boğazlar konvensiyasının şərtləri ilə razı deyildi. SSRİ rəsmilərinin fikrincə bu Konvensiya Türkiyəyə Sovet İttifaqı üçün vacib su yolu olan Bosfor boğazı üzərində tam nəzarət hüququ verir. Bu səbəbdən 19 mart 1945-ci ildə SSRİ 25 dekabr 1925-ci il tarixli Sovet-Türkiyə müqaviləsini denonsasiya etdi. Bundan sonra yeni müqavilənin bağlanması ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr və danışıqlar başladı. May ayında Türkiyə müqavilə layihəsini təklif etdi ki, ona əsasən müharibə baş verərsə, SSRİ ordusu və donanmasının Türkiyə ərazisindən sərbəst keçməsinə zəmanət verilirdi. Lakin bu güzəştdən sonra SSRİ bütün sovet tələbləri tam yerinə yetirilənə qədər Türkiyəni “sıxmaq” həvəsinə düşdü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 74.51 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 119.92
2003 ••••••••••••• 77.16
2004 ••••••••••••••• 88.60
2005 ••••••••• 49.26
2006 ••••••••••• 65.54
2007 •••••••••••• 68.08
2008 ••••••••• 47.99
2009 ••••••••••••••• 87.99
2010 •••••••••••••••• 91.50
2011 ••••••••••••• 74.55
2012 •••••••••••• 66.60
2013 •••••••••••••••• 95.84
2014 •••••••••••••••• 94.04
2015 •••••••••••••• 78.08
2016 •••••••••••• 69.24
2017 •••••••••••• 67.64
2018 ••••••••••• 63.53
2019 •••••••••••• 68.71
2020 •••••••••• 58.75

Oxşar sözlər

#türkiyəyə nədir? #türkiyəyə sözünün mənası #türkiyəyə nə deməkdir? #türkiyəyə sözünün izahı #türkiyəyə sözünün yazılışı #türkiyəyə necə yazılır? #türkiyəyə sözünün düzgün yazılışı #türkiyəyə leksik mənası #türkiyəyə sözünün sinonimi #türkiyəyə sözünün yaxın mənalı sözlər #türkiyəyə sözünün əks mənası #türkiyəyə sözünün etimologiyası #türkiyəyə sözünün orfoqrafiyası #türkiyəyə rusca #türkiyəyə inglisça #türkiyəyə fransızca #türkiyəyə sözünün istifadəsi #sözlük