* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Təhsil verməklə, hər hansı adət, ədəb və davranış qaydaları və s. aşılamaqla yetişdirib böyütmə. …Əhməd bir daha evlənməyi özünə artıq bilib, daim [Rəfiqənin] tərbiyəsilə özü məşğul olardı. İ.Musabəyov. 2. İnsanın, ümumi inkişaf, sistematik təsir və təlim nəticəsində biliyə, mədəni vərdişlərə və s.-yə yiyələnməsi; gözəl əxlaq. Gənclərin tərbiyəsilə yaxından məşğul olmaq lazım gəlirdi. Ə.Sadıq. Bəzən cavanların tərbiyəsi ilə də məşğul olmaq lazım gəlir. H.Seyidbəyli. □ Tərbiyə vermək (etmək) – bax tərbiyələndirmək. Mirzə qazandığı pul ilə dolanıb, oğlanlarına da tərbiyə verirdi. Ə.Haqverdiyev. Qəhrəman yaxşı dərk edirdi ki, övlad yetişdirib tərbiyə etmək ağır dağı çiyinə qaldırmaq deməkdir. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / tərbiyə2 insanın ümumi inkişaf, sistematik təhsil və tərbiyə nəticəsində biliyə, mədəni vərdişlərə və s.-yə yiyələnməsi; gözəl əxlaq.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / tərbiyə3 TƏRBİYƏ(T) ə. 1) bəsləyib yetişdirmə; böyütmə; 2) özünü aparma qaydası; əxlaq; 3) vərdiş etdirmə; alışdırma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / tərbiyə1 Ərəbcədir, bizdə bis (bəs) sözü işlədilib. Bəslə “tərbiyə et”, “qidalandır” demək olub. Farslarda pərvərdən sözü həm “yedirtmək”, həm də “tərbiyə etmək” mənasındadır. Mürəbbi (tərbiyəçi) sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tərbiyə2 1. TƏRBİYƏ [Canpolad:] Çünki bu həyatın içərisində tərbiyə tapmış xalqı istismar etmək üçün çox çətindir (M.S.Ordubadi); ƏDƏB Hərəkətdə olur ədəb məlum; Qövlü göftardan olur məfhum (S.Ə.Şirvani); NƏZAKƏT Qayğı və nəzakət içərisində böyümüş zərifbədən ağır işlərə davam etmədi (T.Ş.Simürğ); QANACAQ (bax), MƏRİFƏT. 2. tərbiyə bax əxlaq
Azərbaycan dilinin sinonimlər lüğəti / tərbiyə2 I сущ. воспитание: 1. планомерное воздействие на развитие, образ мыслей, чувств, поведения кого-л., чего-л. Yeni nəslin tərbiyəsi воспитание нового поколения, uşaqların tərbiyəsi воспитание детей, mənəvi tərbiyə нравственное воспитание, hərbi-vətənpərvərlik tərbiyəsi военно-патриотическое воспитание, fiziki tərbiyə физическое воспитание, estetik tərbiyə эстетическое воспитание 2. общее развитие человека, обладание знаниями, культурными навыками и т.п., являющееся результатом систематического воздействия, обучения. Yaxşı tərbiyə almaq получить хорошее воспитание II прил. воспитательный. Tərbiyə işi воспитательная работа, tərbiyə sistemi воспитательная система; tərbiyə etmək (vermək) воспитывать, воспитать: 1) вырастить, давая образование, обучая правилам поведения и т.п., формировать образ мыслей, характер. Uşaqları tərbiyə etmək воспитывать детей, vətəndaş tərbiyə etmək воспитывать гражданина 2) путём систематического воздействия повлиять на развитие, образ мыслей, чувства. Məsuliyyət hissi tərbiyə etmək воспитать чувство ответственности
Azərbaycanca-rusca lüğət / tərbiyə1 i. education, bringing up; uşaqı ~ etmə bringing up children; ~ vermək to bring* up (d.); to educate (d.); to cultivate (d.); ~ etmək to educate (d.), to bring* up (d.); to cause smb. to become* cultivated / educated; fiziki ~ physical training
Azərbaycanca-ingiliscə lüğət / tərbiyə1 is. éducation f, instruction f ; ~ vermək éduquer vt, élever vt, former vt ; fiziki ~ éducation f physique
Azərbaycanca-fransızca lüğət / tərbiyə1 [ər.] сущ. тербия (1. тербия гун (авун); хъсан тербия гана, кӀелиз гана, эдеб ва рафтардин къайдаяр чирна чӀехи авун; 2. гуьзел ахлакь; tərbiyə vermək (etmək) кил. tərbiyələndirmək.
Azərbaycanca-ləzgicə lüğəti / tərbiyə