mərsiyə sözü azərbaycan dilində

mərsiyə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mərsiyə • 82.7869%
  • Mərsiyə • 16.3934%
  • MƏRSİYƏ • 0.8197%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mərsiyə
Mərsiyə — ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur. Orta çağdan başlayan Azərbaycan əruz şerində İslama, məxsusən Həzrəti İmam Hüseynə (ə) olan sonsuz sevginin, məhəbbətin nəticəsindən əmələ gələn mərsiyə janrı geniş miqyasda formalaşmağa başladı. Bu baxımdan o dövrün imanlı şairləri əsasən mərsiyə yazmağa üstünlük verirdilər. Bu cərəyan Əruz şairləri arasında o dərəcədə olmasa da, bu gün də var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2004 •••• 0.34
2006 ••• 0.23
2009 •••••••••••••••••••• 2.08
2010 ••••• 0.45
2011 0.09
2013 •••••••• 0.73
2014 •• 0.17
2015 •••• 0.34
2020 •• 0.13

mərsiyə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Ölmüş bir adamın yaxşı sifətlərini vəsf edən və əsasən yas yerlərində oxunan şeir növü. Gər kəmalın var isə; Qumru kimi mərsiyə yaz. S.Ə.Şirvani. Bildir bizim kətdə o taydan [gəlmiş] bir molla mərsiyə oxuyurdu. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / mərsiyə

mərsiyə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 MƏRSİYƏ (bir şəxsin ölümünə həsr edilmiş kədərli şeir); NÖVHƏ Məhərrəmin birindən başlayaraq, onuna qədər davam edən imam təziyəsi, mərsiyə, növhə, dəstə təpmə, məhəllələr arasında adət şəkli almış dalaşmalardan sonra bütün bu həngamə aşura büsatı ilə bitirdi (Çəmənzəminli); RÖVZƏ Mey gətir. Saqi məni qurtar namazü rövzədən (Kişvəri).

    Azərbaycan dilinin sinonimlər lüğəti / mərsiyə

mərsiyə sözünün rus dilinə tərcüməsi

mərsiyə sözünün inglis dilinə tərcüməsi

mərsiyə sözünün fransız dilinə tərcüməsi

mərsiyə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. мерсия (кьенвай са касдин хъсан жигьетар тарифдай, гзафни-гзаф ясдин межлисра кӀелдай шиирдин са жуьре).

    Azərbaycanca-ləzgicə lüğəti / mərsiyə

mərsiyə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) matəm şeiri; elegiya; 2) qəbir üzərində söylənən nitq; 3) nekroloq; 4) ölü üçün ağı deyib ağlama.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"mərsiyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mərsiyə nədir? #mərsiyə sözünün mənası #mərsiyə nə deməkdir? #mərsiyə sözünün izahı #mərsiyə sözünün yazılışı #mərsiyə necə yazılır? #mərsiyə sözünün düzgün yazılışı #mərsiyə leksik mənası #mərsiyə sözünün sinonimi #mərsiyə sözünün yaxın mənalı sözlər #mərsiyə sözünün əks mənası #mərsiyə sözünün etimologiyası #mərsiyə sözünün orfoqrafiyası #mərsiyə rusca #mərsiyə inglisça #mərsiyə fransızca #mərsiyə sözünün istifadəsi #sözlük