* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. zool. İtlər ailəsindən, uzunsifət, uzuntüklü, quyruqlu yırtıcı məməli heyvan. Boz tülkü. – Tülkü gəzər ikən oldu bir qurda düçar. Q.Zakir. Elə bu anda yanımdakı iri böyürtkən kolundan bir tülkü çıxaraq düzlərə sarı götürüldü. İ.Əfəndiyev. 2. məc. Hiyləgər, bic, kələkbaz, yaltaq adam haqqında. Yaman tülküdür. – [Xart:] Bu baş vəzir cənabları qoca tülküdür. Ə.Məmmədxanlı. // məc. Qorxaq, ağciyər adam haqqında. Aslanam, deyiləm tülkü; Tanımaram qorxu, hürkü. “Koroğlu”. [Ataş:] Qaçayla Ataş olan yerin həndəvərinə Kəngərli kimi tülkülər hərlənə bilməz. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / tülkü1 Mənbələrdə bu sözün tüklü forması da mövcuddur. Deməli, tülkü tarixən “tükü çox olan heyvan” mənasını əks etdirib. Mənbələrdə sözün tüklü, tülük formaları da qeydə alınıb və ruscaya волосатый, пушистый şəklində tərcümə olunub. Qabığı tüklü şaftalıya dialektlərdə hulu (tülü, tüklü) şaftalı deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tülkü2 1. TÜLKÜ Ovlaqda qarşıma bir tülkü çıxdı; Rəngi nə çox bozdu, nə çox açıqdı (M.Rahim); SƏLƏB (köhn.) Biri sələb var deyir; birisi iskəncəbi (M.Rahim); RÜBAH (arx.) Rübah bir şəğal ilə bir biyabanda gedirdilər (S.Ə.Şirvani). 2. tülkü baı hiyləgər
Azərbaycan dilinin sinonimlər lüğəti / tülkü2 I сущ. 1. лиса: 1) хищное млекопитающее сем. псовых, с острой мордой и длинным пушистым хвостом. Qonur tülkü бурая лиса, qara-qonur tülkü черно-бурая лиса, boz tülkü лиса-корсак, tülkü balası лисёнок, erkək tülkü лис, dişi tülkü лисица 2) перен. о хитром, льстивом человеке; лицедей, гусь лапчатый. Tülkü kimi bic (hiyləgər) хитрый как лиса 2. перен. о трусливом, боязливом человеке II прил. лисий: 1. относящийся к лисе, принадлежащий ей. Tülkü izi (ləpiri) лисий след, tülkü dərisi лисья шкура, tülkü yuvası лисья нора 2. сделанный из меха лисы. Tülkü dərisindən (xəzindən) tikilmiş kürk лисья шуба 3. перен. свойственный лисе. Tülkü hiyləgərliyi лисья хитрость ◊ tülkünün quyruğu лисий хвост (о хитром, льстивом и лицемерном человеке); tülkü kimi quyruq bulamaq вертеть хвостом как лиса; tülkü hara - quyruğu da ora куда лиса уходит, туда и свой хвост уводит; tülkü tülkünü buyurur, tülkü də quyruğunu лиса велит лисице, а та – своей сестрице; tülkü iki dəfə tələyə düşməz старая лиса дважды поймать себя не даст; tülkü yuxusunda toyuq sayar лиса во сне кур считает; tülkü çox bildiyindən dörd ayağı ilə tələyə düşər лиса много знает, оттого и в капкан попадает
Azərbaycanca-rusca lüğət / tülkü1 I. i. fox; məc. (adam) foxy fellow; d.d. (zarafat) slyboots II. s. fox, foxy; ~ dərisi fox fur; ~ balası young fox, fox-cub; ~ izi fox track; ~ sifət foxy face
Azərbaycanca-ingiliscə lüğət / tülkü1 сущ. 1. зоол. сикӀ; tülkü tülküyə buyurar, tülkü də öz quyruğuna. Ata. sözü къарагъ, сикӀ – алад, ттум; // сикӀрен; tülkü dərisi сикӀрен хам; 2. пер. биж, амалдар, гьиллебаз, ялтах (кас); гзаф кичӀе, рикӀ (жигар) авачир (кас).
Azərbaycanca-ləzgicə lüğəti / tülkü