kötək sözü azərbaycan dilində

kötək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kötək • 85.0000%
  • Kötək • 15.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

kötək sözünün leksik mənası və izahı

  • 1 is. Ağac, dəyənək və s. ilə vurulan zərbə. Kötək aradakına çox dəyər. (Ata. sözü). Şərəf o qədər də aciz deyil ki, Xudayar bəyin sözünün qabağında bir söz danışmasın, yainki ərinin kötəyinin qabağında durub baxsın. C.Məmmədquluzadə. Tubu ağlayır, arvad da kötəyin zərbəsindən bağırırdı. H.Sarabski. □ Kötək altına salmaq – ağac, dəyənək və s. ilə döymək, kötəkləmək. …[Kişi] övrəti beş-on gün salır kötəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçır. C.Məmmədquluzadə. Kötək yemək – bax kötəklənmək. Hiç məqul söz deməzsən sən! Qandadır kim, kötək yeməzsən sən? Füzuli. Qaraca qızın təbiətində inadcıllıq vardı… Yusifdən nə qədər kötək yeyərdisə də, yenə tərsliyindən əl götürmürdü. S.S.Axundov. [Məşədi İbad:] …Arvad ərindən nə qədər kötək yesə, bir o qədər ərin çox sevər. Ü.Hacıbəyov. Kötək vurmaq (döşəmək) – bax kötəkləmək. Məşədi İmamqulu qeyz ilə uşağı küncdən kənara dartıb, arxasına kötək döşəməyə başladı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / kötək

kötək sözünün etimologiyası

  • 1 Qədimdə köt feili olub, “ağacla zərbə endirmək” mənasında işlədilib. Kötək sözü həmin feildən əmələ gəlib. Götürmək məsdəri ilə də əlaqələndirirlər: “ələ götürülən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kötək

kötək sözünün sinonimləri (yaxın mənalı sözlər)

kötək sözünün rus dilinə tərcüməsi

  • 1 взбучка, порка, колотушка, побои

    Azərbaycanca-rusca lüğət / kötək
  • 2 I сущ. удары, наносимые по телу палкой, дубиной; побои II прил. палочный (основанный на побоях, насилии, угнетении). Kötək (dəyənək) intizamı пед. палочная дисциплина; kötək yemək получать розги

    Azərbaycanca-rusca lüğət / kötək

kötək sözünün inglis dilinə tərcüməsi

kötək sözünün fransız dilinə tərcüməsi

kötək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. лашунив, кӀарасдив, чхадив, паядив ва мс. ягъун, гатун; // kötək altına salmaq лаш илигун, лашун хура ттун, лашар вегьин, ахварун, гатун (лашунив, кӀарасдив, чхадив ва мс.); kötək vurmaq (döşəmək) кил. kötəkləmək.

    Azərbaycanca-ləzgicə lüğəti / kötək

kötək sözünün türk dilinə tərcüməsi

"kötək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kötək nədir? #kötək sözünün mənası #kötək nə deməkdir? #kötək sözünün izahı #kötək sözünün yazılışı #kötək necə yazılır? #kötək sözünün düzgün yazılışı #kötək leksik mənası #kötək sözünün sinonimi #kötək sözünün yaxın mənalı sözlər #kötək sözünün əks mənası #kötək sözünün etimologiyası #kötək sözünün orfoqrafiyası #kötək rusca #kötək inglisça #kötək fransızca #kötək sözünün istifadəsi #sözlük