kəpək sözü azərbaycan dilində

kəpək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəpək • 84.3537%
  • Kəpək • 15.6463%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəpək
Kәpәk — dәrinin әn kәnar üzündәn tökülәn hüceyrәlәrdәn yaranır. Adәtәn tüklәrin olduğu yerdәn tökülür. Kəpək başın tüklü hissəsində laylı yağlı və ya kiçik quru ağımtıl-sarımtıl rəngli pulcuqların əmələ gəlməsidir. Başın qaşınması ilə müşayiət olunur; saçlar cansız, quru , tez qırılan, yağlı və ya parlaq olur. Seboreya, psoriaz, dərinin göbələk xəstəlikləri , sinir gərginliyi, A və ya B qrup vitaminlərinin defisiti, saçlara qeyri-düzgün qulluq nəticəsi , mədə-bağırsaq traktının fəaliyyətinin pozulmasının təzahürü ola bilər. Kəpək saç tökülməsinin geniş yayılmış səbəbidir; o, nəzərə çarpan kosmetik problem yaradır. == Yaranma səbəbləri == Kəpəyin əsas yaranma səbəbi Malassezia Furfur göbələklərinin həddən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir . Bu göbələk baş dərisində yaşayan fakultativ mikrofloraya aiddir və normal şəraitdə onun həyat fəaliyyəti simptomsuz gedir. Stress, piy vəzilərinin fəaliyyətinin pozulması, qidalanmanın pozulması; hamiləlik, cinsi yetişkənlik dövrü , menopauza kimi hormonal dəyişikliklər M. furfur — un aktivləşməsini təşviq edə bilər. Kəpək çox tez — tez saçlara düzgün qulluq olunmadıqda meydana çıxır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2003 •••••••• 0.39
2004 •••••••••••••••••••• 1.01
2006 ••••• 0.23
2007 ••••• 0.21
2009 •••••••••••••••• 0.80
2010 ••••••••••••• 0.64
2011 ••••••••••••••••••• 0.94
2012 ••••••• 0.34
2013 ••• 0.15
2014 •••••••••••••• 0.69
2015 •••• 0.17
2016 ••••••••••• 0.52
2017 •••• 0.16
2019 ••• 0.14
2020 ••••••••••• 0.53

kəpək sözünün leksik mənası və izahı

  • 1 is. 1. Un ələndiyi zaman ələk üstündə qalan buğda və s.-nin qabıq qırıntıları. Arpaya qatsan at yeməz; Kəpəyə qatsan it yeməz. (Ata. sözü). 2. Ağac, taxta mişarlandığı zaman tökülən xırda ovuntu. Söz nadan dilində qəpiyə dəyməz; Dəyməz, su üzündə köpüyə dəyməz; Dəyməz, heç bir ovuc kəpəyə dəyməz… M.Araz. 3. Başda və heyvan tüklərinin dibində əmələ gələn qovaq. Başında kəpək olmaq. 4. bax kövrək 1-ci mənada. Kəpək alma. Kəpək heyva.

    Azərbaycan dilinin izahlı lüğəti / kəpək

kəpək sözünün etimologiyası

  • 1 Un kəpəyi, baş kəpəyi və s. birləşmələrindəki kəpək sözü, əslində, “qabıq” deməkdir, sonra kəpək formasına düşüb. Unkəpəyi “buğdanın, arpanın qa­ba­ğı”dır, baş kəpəyi “dəridən qopan qabıqcıqlar”dır. Kəpək alma növü də var, çox yumşaq olur və dişləyəndə kəpək kimi ovxalanır. Bu, sözün məcazi mə­nasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kəpək

kəpək sözünün rus dilinə tərcüməsi

  • 1 1. отруби, высевки; 2. перхоть;

    Azərbaycanca-rusca lüğət / kəpək
  • 2 I сущ. высевки (остатки, полученные при просеивании муки). Un kəpəyi мучные высевки, iri kəpək крупные высевки 2. отруби (измельченные при размоле оболочки зерна) 3. перхоть (мелкие чешуйки роговых клеток кожи и кожного жира, скопляющиеся на голове у корней волос) 4. опилки (мелкие частицы дерева, металла, осыпающиеся при его обработке пилой или напильником) II прил. 1. отрубяной, отрубный. Kəpək yemi отрубный корм 2. опилковый 3. рассыпчатый. Kəpək alma рассыпчатое яблоко

    Azərbaycanca-rusca lüğət / kəpək

kəpək sözünün inglis dilinə tərcüməsi

kəpək sözünün fransız dilinə tərcüməsi

kəpək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. палар, кепекар (гъуьр сутфандамаз сафунин кӀане амукьдай); 2. кӀарас атӀудамаз мишердикай хкатай куьлуь хъуьруьшар, кӀарасдин гъуьр; 3. хъуьр, гецӀ, кан (кьиле ва я гьайвандин хамунал жедай); 4. кил. kövrək 1).

    Azərbaycanca-ləzgicə lüğəti / kəpək

"kəpək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəpək nədir? #kəpək sözünün mənası #kəpək nə deməkdir? #kəpək sözünün izahı #kəpək sözünün yazılışı #kəpək necə yazılır? #kəpək sözünün düzgün yazılışı #kəpək leksik mənası #kəpək sözünün sinonimi #kəpək sözünün yaxın mənalı sözlər #kəpək sözünün əks mənası #kəpək sözünün etimologiyası #kəpək sözünün orfoqrafiyası #kəpək rusca #kəpək inglisça #kəpək fransızca #kəpək sözünün istifadəsi #sözlük