əkmək sözü azərbaycan dilində

əkmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əkmək • 96.3768%
  • Əkmək • 2.5362%
  • ƏKMƏK • 1.0870%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.51 dəfə / 1 mln.
2003 ••••••••••• 1.57
2004 •••••••••••••••••••• 3.03
2005 •••••••••••••••••• 2.70
2006 ••••••••• 1.35
2007 ••••••••••••• 1.90
2008 ••••••••••••••••• 2.44
2009 •••••••••• 1.44
2010 •••••••••••••••• 2.36
2011 •••••••• 1.12
2012 •••••• 0.77
2013 ••••••••••• 1.60
2014 •••••••••• 1.37
2015 ••••• 0.68
2016 •••••• 0.87
2017 •••• 0.49
2018 ••••••• 1.05
2019 ••••••••••••••••• 2.50
2020 •••••••••••••• 2.12

əkmək sözünün leksik mənası və izahı

  • 1 f. Hiylə və tədbirlə yola salmaq, yanından uzaqlaşdırmaq, rədd etmək, başdan eləmək. Hərif qonağını, deyəsən, əkdi. – Bəyin fikrinə gəldi ki, aşnam məni əkmək istəyir. Mir Cəlal. O: – Evə get, – deyə, Nuşunu əkdikdən sonra Əhmədin qabağına çıxdı. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / əkmək
  • 2 f. 1. Sürülmüş yerə toxum atmaq, toxum səpmək. Nə əkərsən, onu biçərsən. (Ata. sözü). [Əyyar:] Onlar səndən də güclüdür; Əkin əkir, naxır güdür… A.Şaiq. [Haşım] əkirdi, biçirdi və hər bir ağır zəhmətlərə qatlaşırdı. B.Talıblı. 2. Quyu şəklində qazılmış yerə ağac, kol və s. basdırmaq. Ağac əkmək. – Bir gün əkdim miyanə; Gül sünbülə dayana; Oxu, bülbülüm, oxu; Bəlkə yarım oyana. (Bayatı). Bu gün əkdiyimiz bu qatar-qatar; Ağaclar bir zaman orman olacaq. S.Vurğun. Şair ilə Afaq … ləklərə çiçək, yonca toxumu səpib çəpər boyu cavan ağaclar əkdilər. Ə.Məmmədxanlı. 3. məc. Başlanğıcını qoymaq, binasını qoymaq. İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib. Ə.Haqverdiyev. 4. məc. dan. Döl qoymaq, törətmək. Goruna od qalansın, ay bu sarsaq kişini əkən dədə! “M.N.lətif.”.

    Azərbaycan dilinin izahlı lüğəti / əkmək
  • 3 is. Çörək. [Üçüncü satıcı:] Qızarmış tazə əkmək, tazə qaymaq; Çapuq gəl, durma gəl, fürsətdir ancaq. H.Cavid. Qaldı əynimdə əski bir köynək; Tapmadım gündə bir yavan əkmək. M.S.Ordubadi. Əkməyi çox, dərdi yox; Sən niyə geydin qara? Ə.Nəzmi.

    Azərbaycan dilinin izahlı lüğəti / əkmək

əkmək sözünün etimologiyası

əkmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

əkmək sözünün antonimləri (əks mənalı sözlər)

əkmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ƏKMƏK I f. Basdırmaq. Quba bağlarında şitillər alıb; Alma da, armud da, ərik də əkdi (S.Vurğun). ƏKMƏK II f. Rədd etmək, başdan eləmək, aradan çıxmaq. Bərbərzadəni birtəhər tovlayıb otağın ikisini keçirdərik əlimizə. Sonra Sənubəri əkmək asandır (S.Rəhman). ƏKMƏK III f. Şumlamaq. Niyə acından ölürük, əkin əkərik (H.Nəzərli).

    Azərbaycan dilinin omonimlər lüğəti / əkmək

əkmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. сеять, посеять; 2. сажать, насажать, посадить; 3. сбыть, сплавить (кого-нибудь), отослать куда-то под каким-либо предлогом, отделаться от кого-нибудь;

    Azərbaycanca-rusca lüğət / əkmək
  • 2 1 глаг. 1. см. şumlamaq 2. сеять, посеять: 1) разбрасывать семена на подготовленную для посева землю. Çəltik əkmək сеять рис, buğda əkmək сеять пшеницу 2) перен. делать что-л. (добро, зло и т.п.) для кого-л. Yaxşılıq əkmək сеять добро 2. сажать, посадить (производить, произвести посадку растений). Ağac əkmək сажать деревья, şitil əkmək сажать рассаду, gül əkmək сажать цветы, soğan əkmək сажать лук 4. разг. порождать, породить (дать жизнь кому-л., произвести на свет – о мужчине) ◊ əkdiyini biçmək пожинать плоды; əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş мы пахали; nə əkərsən, onu da biçərsən что посеешь, то и пожнёшь; sərçədən qorxan darı əkməz волков бояться – в лес не ходить; başında turp əkmək kimin устраивать, устроить головомойку к ому; “bəlkə”ni əkiblər – bitməyib на авось надейся, а сам не плошай; авось – хоть брось 2 сущ. устар. хлеб 3 глаг. разг. kimi, nəyi: 1. отделываться, отделаться (избавиться, освободиться от кого-л. чего-л.). Başından əkmək kimi отделаться от кого 2. сплавлять, сплавить что (продать, сбыть что-л.). Lazımsız şeyləri əkmək сплавить ненужные вещи 3. простореч. стянуть (украсть, утащить) что 4. убирать, убрать кого (избавиться от кого-л., уничтожив физически); убивать, убить; başını əkmək: 1. kimin избавляться, избавиться от кого; 2. kimi убирать, убрать, убивать, убить кого; 3. nəyi сплавлять, сплавить (продавать, продать что-л.)

    Azərbaycanca-rusca lüğət / əkmək

əkmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (basdırmaq) to plant (d.), to set* (d.); (dibçəkdə) to pot (d.); 2. (səpmək) to sow* (d.), to seed (d.); 3. məc. (başdan eləmək) to send* away (d.); ◊ başını ~ to do* away (with); to kill (d.); Nə əkərsən, onu da biçərsən at. söz. ≅ You must reap what you have sown

    Azərbaycanca-ingiliscə lüğət / əkmək

əkmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. planter vt ; empoter vt semer vt, emblaver vt ; məc. débarasser (se) de qn ◊ ata. söz. Nə əkərsən, onu da biçərsən Qui sème le vent, récolte la tempête ; comme on fait son lit, on se couche

    Azərbaycanca-fransızca lüğət / əkmək

əkmək sözünün ləzgi dilinə tərcüməsi

əkmək sözünün türk dilinə tərcüməsi

"əkmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əkmək nədir? #əkmək sözünün mənası #əkmək nə deməkdir? #əkmək sözünün izahı #əkmək sözünün yazılışı #əkmək necə yazılır? #əkmək sözünün düzgün yazılışı #əkmək leksik mənası #əkmək sözünün sinonimi #əkmək sözünün yaxın mənalı sözlər #əkmək sözünün əks mənası #əkmək sözünün etimologiyası #əkmək sözünün orfoqrafiyası #əkmək rusca #əkmək inglisça #əkmək fransızca #əkmək sözünün istifadəsi #sözlük