* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Dodaq və dilin müvafiq hərəkəti vasitəsilə döşdən südü soraraq içmək. Quzular qoyunları əmirdilər. Uşaq anasını əmir. – Südünü əmmişəm mən qanaqana; Ana, mən yazığı nə dindirirsən? “Aşıq Qərib”. Aslan gah əmir, gah da döşdən ayrılıb hıçqırırdı. Ə.Vəliyev. // Bir şeyi ağzına salıb sormaq, sümürmək. Barmağını əmmək. 2. məc. Qidalanmaq, qüvvət almaq. Daşlar yarılanda günün telindən; Əmərsən dağların qarlı selindən. S.Vurğun. Bahar çağı güllər günəş əməndə; Görüş təyin eləmişəm çəməndə. M.Rahim. ◊ Anadan əmdiyi süd burnundan (burnunun dəliklərindən) gəlmək – olmazın əziyyət və əzablara məruz qalmaq, əziyyət və əzab çəkmək. Zeynəb Xudayar bəyin evində altı ay yarım qaldı. Və bu altı ay yarımın ərzində Zeynəbin anadan əmdiyi süd burnunun dəliklərindən gəlib töküldü. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / əmmək1 Sözün mənası “sormaq” deməkdir. Əmcək, əmzik, məməcik, əmi, əmə, mama (yəni bibi) sözləri kökdaşdır. Güman etmək olar ki, əmmək və yemək eyni kökdən törəmiş sözlərdir, sonradan mənaları bir qədər dəyişib. Xalq arasında indi də uşağı əmizdir yerinə, uşağı yedirt cümləsi işlədilməkdədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əmmək3 ƏMMƏK [Şəndə:] Əmziyi ver, qoy doyunca əmsin, paltarını da dəyiş (B.Bayramov); SORMAQ Dilin soran baxmaz nabatə, qəndə; Ləbin əmən şəhdü şəkkər istəməz (Q.Zakir); SÜMÜRMƏK (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / əmmək2 глаг. сосать: 1. питаться материнским молоком. Anasının döşünü əmmək сосать грудь матери 2. держа что-л. во рту, мять губами, языком. Əmziyi əmmək сосать соску, barmağını əmmək сосать палец 3. перен. впитывать, поглощать из почвы влагу, необходимые вещества (о растениях) ◊ əmin quzu iki ananı əmər ласковый ягнёнок двух маток сосет; halal süd əmmiş: 1. честный; 2. воспитанный(-ая); из порядочной семьи (обычно о желаемой невесте или женихе); əmdiyin süd burnundan gəlsin чтобы носом пошло материнское молоко
Azərbaycanca-rusca lüğət / əmmək1 гл. 1. хъун (мамунай нек); 2. фитӀинун (мес. тӀуб); 3. пер. къуват къачун, гуж къачун; ** anadan əmdiyi süd burnundan (burnunun dəliklərindən) gəlmək дидеди гайи (дидедикай хъвайи) нек нерай (нерин хилерай) хтун, гзаф азабар (азиятар) чӀугун.
Azərbaycanca-ləzgicə lüğəti / əmmək