irmək sözü azərbaycan dilində

irmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • irmək • 93.7500%
  • İrmək • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

irmək sözünün leksik mənası və izahı

  • 1 f. Çatmaq, yetişmək, irişmək. Mən Cüməyəm, bir murada irmədim; Ha ki cəfa çəkdim, səfa sürmədim. Molla Cümə. Kənd həyatının qoyduğu və mənim indi də ağlım irmədiyi bu adətə istər-istəməz tabe olmağa məcbur idik… Qantəmir. Füzuli kamına qəlbən irmədi; Sevdiyi telləri öpüb hörmədi. M.Rahim.

    Azərbaycan dilinin izahlı lüğəti / irmək
  • 2 is. Adətən mal-qaraya verilən iri və yaxşı əzilməyən buğda, arpa unu. // Narın kəpək.

    Azərbaycan dilinin izahlı lüğəti / irmək
  • 3 Çatmaq, yetişmək. (“Koroğlu” dastanının lüğəti) Koroğlu der: gəldi döyüş sorağı, Dalda irür müxənnətin durağı. Canından rədd eylə yüz min yarağı, Qalxan götürəndə qala nisbətdir.                       (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)

    Azərbaycan dastanlarının leksikası / irmək
  • 4 Çatmaq, yetişmək, irişmək. Kərəm deyər, axırına irilməz, Ərəb at yorulur, könül yorulmaz, Könül bir saraydı, sınar, hörülməz, Əzəli, sonrası köç olur könül.                              (“Əsli və Kərəm”)                           * Kərəm deyər, burda qoysaq sazları, Xatirimə düşdü şirin sözləri, Qaradı qaşları, ala gözləri, Sən də muradına ir, səhər yeli!                                  (“Əsli və Kərəm”)                                  * Cida düşdük biz çöllərə, Bülbül də qona güllərə. Gedərik neçə ellərə, İrərik muradımıza biz.        (“Mahmud-Niyar xanım”)

    Azərbaycan dastanlarının leksikası / irmək

irmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

irmək sözünün rus dilinə tərcüməsi

irmək sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#irmək nədir? #irmək sözünün mənası #irmək nə deməkdir? #irmək sözünün izahı #irmək sözünün yazılışı #irmək necə yazılır? #irmək sözünün düzgün yazılışı #irmək leksik mənası #irmək sözünün sinonimi #irmək sözünün yaxın mənalı sözlər #irmək sözünün əks mənası #irmək sözünün etimologiyası #irmək sözünün orfoqrafiyası #irmək rusca #irmək inglisça #irmək fransızca #irmək sözünün istifadəsi #sözlük