irəmə sözü azərbaycan dilində

irəmə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • irəmə • 85.7143%
  • İrəmə • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İrəməl dağı
İrəməl dağı (başq. Ирәмәл) — Cənubi Uralda hündürlüyünə görə ikinci ən böyük dağ. Zirvə Başqırdıstan Respublikası Uçalı rayonunun şimal-qərbində, Belores rayonun şimal-şərqində yerləşir. Başqırdıstanın şərqində, Cənubi Ural dağlarının ən hündür zirvəsi olan Yamantau dağı Böyük İrəməldən 53 km şimal-qərbdə yerləşir. Dağ öz növbəsində iki zirvəli bir massivdir: Böyük İremel Qaban adlı platoyabənzər zirvə, hündürlüyü 1582,3 m; Kiçik İremel, hündürlüyü 1449,4 metr.Zirvələr öz növbəsində eni 1 km, hündürlüyü 1200—1250 metr olan sahə ilə ayrılırlar. Uzunluğu şimal-şərqdən cənub qərbə 12 km, şimal-qərbdən cənub-şərqə 8 km təşkil edir. Dağın yaxınlığından Tıqın, Sinyak, Böyük Avnyar, Karaqayka və Tyulyuk çayları axır. Bu çaylar öz növbəsində Ağidel çayının qollarıdır. Bu çay öz başlanğıcını Avalyak silsiləsindən götürür. Başqırdıstan Respublikası Hökumətinin qərarı ilə İrəməl dağı və Avalyak silsiləsi təbiət parkı elan edilmişdir.

irəmə sözünün leksik mənası və izahı

  • 1 is. Yer səthindən azacıq hündür olan yer; təpə, dikdir. İrəmələr, ay irəmələr; Qoynunda kəkliklər mələr. (Mahnı). …İrəmələrdəki kəklik, taxılların içindəki turac və bildirçin … nadir quşlardır. Ə.Vəliyev. Doluxsunmuş buludlara qan çilənir elə bil; Dalır axşam sükutuna o irəmə, o sahil. Ə.Cəmil.

    Azərbaycan dilinin izahlı lüğəti / irəmə

irəmə sözünün sinonimləri (yaxın mənalı sözlər)

irəmə sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. почв. бедленд (резко и сложно расчлененный низкогорный рельеф, труднопроходимый и непригодный для земледелия)

    Azərbaycanca-rusca lüğət / irəmə

irəmə sözünün inglis dilinə tərcüməsi

irəmə sözünün ləzgi dilinə tərcüməsi

irəmə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Kürdəmir) rəf. – İrəmədə qabqaşığ saxleyıllar II (Xanlar) xam yer III (Cəbrayıl, Goranboy, Qazax, Tərtər, Tovuz, Yevlax, Zəngilan) 1. otlaq (Goranboy) 2. su çıxmayan dərə-təpəlik (Qazax, Tərtər, Tovuz, Yevlax). – Ə:, niyə qırersan heyvanı bu irəmədə, bir az o yannara aparsaηa otduya (Qazax); – Yo:şan irəmədə çox olor, su çıxmıyan yerdə (Tovuz); – İlan-əğrəb irəmələrdə çox olur (Tərtər)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"irəmə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#irəmə nədir? #irəmə sözünün mənası #irəmə nə deməkdir? #irəmə sözünün izahı #irəmə sözünün yazılışı #irəmə necə yazılır? #irəmə sözünün düzgün yazılışı #irəmə leksik mənası #irəmə sözünün sinonimi #irəmə sözünün yaxın mənalı sözlər #irəmə sözünün əks mənası #irəmə sözünün etimologiyası #irəmə sözünün orfoqrafiyası #irəmə rusca #irəmə inglisça #irəmə fransızca #irəmə sözünün istifadəsi #sözlük