köks sözü azərbaycan dilində

köks

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • köks • 91.2088%
  • Köks • 6.5934%
  • KÖKS • 2.1978%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdurrahman Köksaloğlu
Abdurrahman Köksaloğlu (1930 – 15 iyul 1980, Şişli, İstanbul ili) — Türkiyə siyasətçisi. == Həyatı == Abdurrahman Köksaloğlu 1930-cu ildə Sivasın Suşehri ilçəsinə bağlı Karalar kəndində anadan olub. 1956-cı ildə Cumhuriyyət Xalq Partiyasına daxil olub. CHP Şişli təşkilatının rəhbərliyində çalışan Köksaloğlu 1963-cü ildən 1973-cü ilədək İstanbul Bələdiyyə Məclisinin üzvü seçilib. 1973-cü il seçkilərində İstanbuldan CHP millət vəkili seçilən, Köksaloğlu 1977-ci il seşkilərində yenidən Türkiyə Böyük Millət deputatı seçildi. 15 iyul 1980-ci ildə Şişlidəki iş yerində iki silahl tərəfindən qətlə yetirildi. Mustafa Sarıgülün ilk həyat yoldaşı Gülsüm Köksaloğlunun atasıdır.
Burcu Köksal
Burcu Köksal (1 yanvar 1980, Afyonkarahisar) — hüqüqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırış deputatı. == Həyatı == Burcu Köksal 18 yanvar 1980-ci ildə Afyonqarahisar ilində anadan olub. 2002-ci ildə İstanbul Universiteti Hüquq bölməsindən məzun olub. 2004-cü ildə Afyonqarahisar ilində hüquqşünas olaraq peşə fəaliyyətini davam edib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. 2007-ci ildə CHP Afyonqarahisar il qadın qanadının sədri seçilib. İyun 2015 və noyabr 2015-ci illərdə Afyonqarahisar ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 2018-ci il parlament seçimlərindən əvvəl İYİ Partiyanın TBMM-də qrupunun qurulması üçün 14 CHP-li deputatla birgə İYİ Partiyaya üzv olub. 10 may 2018-ci ildə CHP-yə geri dönüb. 2018 və 2023-cü illərdə də Afyonqarahisar ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.

köks sözünün leksik mənası və izahı

  • 1 1. bax döş 1-ci mənada. Köks qəfəsi. – Zahirən heyrətamiz dərəcədə sadə və sakit olan bu balacaboylu insanın köksündə bu qədər zəngin və güclü bir ürək yaratmış təbiətin ecazına heyran qalmamaq olmazdı. M.İbrahimov. [Vahid:] Bu sözləri eşidəndə az qaldı ürəyim köksümü yarıb çıxsın. B.Bayramov. 2. məc. Ürək mənasında. Çəkilib köksümə dağlar, düyünlər. Q.Zakir. Anaxanım … köksünü sıxmaqda olan kədərlərini bölüşmək üçün Atabalanın yolunu gözləməyə başladı. A.Şaiq. Mən bir dövürdəyəm ki, tunc qanadlanır; Qara daşın, mərmərin köksü atlanır. M.Müşfiq. ◊ Köks dolusu – dərindən, sinəsi tutduqca. Köks dolusu nəfəs almaq. Köks keçirmək – bax köksünü ötürmək. Mütərəddid vəziyyətlər, baxışlar, köks keçirmələr bır-birini təqib edirdi. M.S.Ordubadi. Köks(ünü) gərmək – özünü qorxmadan qabağa vermək, döşünü qabağa vermək, sinə gərmək, müqavimət göstərmək. Qanlı süngülərə gərmiş köksünü; Qanilə yazmışdır hər qalib günü. S.Vurğun. Yollarındakı bütün bəla və müsibətlərə köks gərən haqq aşıqları, nağılların dediyinə görə, yuxularında gördükləri sevgililərinə qovuşmaq üçün yola düşürdülər… Ə.Məmmədxanlı. Köksünü ötürmək – dərindən nəfəs almaq (fikirdən, qüssədən, qəmdən və s. hisslərin təsirindən). Camaat harada idi ki, səs-səmir də çıxa idi, – deyə, qoca köksünü ötürdü. Ə.Məmmədxanlı. Məzlum dərindən köksünü ötürdü. S.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / köks

köks sözünün sinonimləri (yaxın mənalı sözlər)

köks sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. грудь: 1. передняя часть туловища от шеи до живота. Köksünə basmaq прижать к груди, köksünü qabağa vermək выпятить грудь; köksünə sığınmaq kimin прижаться к груди чьей 2. эта часть туловища как вместилище легких 3. перен. вместилище сердца и средоточие сердечных волнений. Kədər köksünü sıxırdı печаль теснила грудь II прил. грудной. Köks boşluğu грудная полость, köks (döş) qəfəsi грудная клетка, köks (döş) anginası грудная жаба (стенокардия); köks (döş) divarı грудная стенка ◊ köksünü ötürmək вздыхать, тосковать по кому-л.; köksünü gərmək стоять грудью (мужественно биться, сражаться, защищая кого-л., что-л.)

    Azərbaycanca-rusca lüğət / köks

köks sözünün inglis dilinə tərcüməsi

  • 1 i. breast, chest; bosom; ~ qəfəsi chest; anat. thorax; ~ü dolusu nəfəs almaq to breathe deeply; ~ünə basmaq / sıxmaq to cuddle smb. (smth. ) to one’s breast; ~ (ünü) gərmək to stand* up staunchly (for), to defend / to champion with might and main (d.); ~ (ünü) ötürmək to sigh

    Azərbaycanca-ingiliscə lüğət / köks

köks sözünün fransız dilinə tərcüməsi

  • 1 is. poitrine f ; poitrail m ; sein m ; ~ qəfəsi poitrine f ; anat. thorax m ; ~ü dolusu nəfəs almaq respirer à pleine poitrine (ou à pleines poumons) ; ~ünə basmaq serrer contre son cœur ; ~ünü ötürmək soupirer vi, pousser un soupir

    Azərbaycanca-fransızca lüğət / köks

köks sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. кил. döş 1); 2. пер. рикӀ; ** köks dolusu хур ацӀана, дериндай (мес. нефес къачун); köks keçirmək кил. köksünü ötürmək; köks(ünü) gərmək хур вилик гун, кичӀе тахьана вичи-вич вилик гун, хур гун, хура акъвазун; köksünü ötürmək дериндай нефес чӀугун, угь аладарун (дердинай, руьгьдин азабдикай ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / köks

köks sözünün türk dilinə tərcüməsi

"köks" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#köks nədir? #köks sözünün mənası #köks nə deməkdir? #köks sözünün izahı #köks sözünün yazılışı #köks necə yazılır? #köks sözünün düzgün yazılışı #köks leksik mənası #köks sözünün sinonimi #köks sözünün yaxın mənalı sözlər #köks sözünün əks mənası #köks sözünün etimologiyası #köks sözünün orfoqrafiyası #köks rusca #köks inglisça #köks fransızca #köks sözünün istifadəsi #sözlük