Foks sözü azərbaycan dilində

Foks

Yazılış

  • Foks • 97.1631%
  • foks • 2.8369%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Foks
Foks (ad)
Coanna Foks
Joanne Fox (d. 12 iyun 1979) — Avstraliyanı təmsil edən su poloçusu. Joanne Fox, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və Qızıl medal qazanıb. Joanne Fox, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Joanne Fox, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Elyar Foks
Elyar Foks (ing. Elyar Fox) (15 iyul 1995, London) — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. Onun fanatlarına "Fokserlər" deyilir. Əsl adı Elyar Əfşari olan müğənninin anası ingilis, atası azərbaycanlıdır. O, İlinqdə anadan olmuş, Qrinfordda böyümüşdür. Təhsilini əvvəlcə Queensmead Məktəbində, daha sonra Costons Primary Schoolda almışdır. Elyarın özündən böyük bir qardaşı da var.
Foks adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Foks eksperimenti
Foks körfəzi
Foks körfəzi (ing. Foxe Basin) — Şimal Buzlu okeanında yerləşən körfəz. Körfəz Kanada sahillərini yuyur. İngilis kəşfiyyatçısı Luka Foksun şərəfinə adlandırılmışdır. Şərqdə Baffin Torpağı, qərbdə Melvill yarımadası və Sauthempton adaları arasında geniş bir uzantı təşkil edir. Cənubda eyni adlı boğazla Hudzon boğazı və Hudzon körfəzi ilə, şimalda Fari və Hekla boğazı vasitəsilə Butiya körfəzi ilə birləşir. Körfəzin uzunluğu təqribən 600 km, eni isə 500 km-dir. Dalğalar yarımgündəlikdir, hündürlüyü 1,2-dən 9 m-ə qədərdir. Körfəz oktyabrda donur. Foks körfəzi geniş, əsasən dayaz çökəkliklərdən ibarətdir, dərinliyi ümumiyyətlə 100 metrdən (330 fut) azdır, cənubda isə 400 metrə (1300 fut) qədər dərinliklər vardır.
Foks yarımadası
Foks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Yarımada Foks körfəzini Hudzon boğazından ayırır. Onun qərb qutaracağında olan Kuiun burnunda inuitlərə aid Keyp-Dorset kəndi vardır. Qərb sahillərində yerləşən İnuksuk Point inuksuklarla məşhurdur. Onların sayı yüzə çatır. Yarımadanın uzunluğu 241 km, eni isə 80–161 km arasında dəyişir. Yarımada ingilis araşdırmaçısı Lyuk Foksın şərəfinə adlandırılmışdır. Yarımadanın ilk araşdırılması 1631-ci ildə Lyuk Foks tərəfindən gerçəkləşdirilmişdir. Belə düşünülür ki, o "Çarlz" gəmisində 1631-ci ilin sentyabrında Dorçester burnuna qədər irəliləmişdir.
Meqan Foks
Meqan Deniz Foks (ing. Megan Denise Fox; 16 may 1986, Oak-Ric, Tennessi, ABŞ) — ABŞ aktrisası və manekeni. Ən məşhur çəkildiyi filmləri - "Transformerlər" (2007), "Transformerlər: Məğlubların qisası" (2009) və "Cenniferin bədəni" (2009). Deniz Meqan Foks 16 may 1986-cı ildə Amerikanın Tennessi ştatında anadan olub. Artıq beş yaşında Meqan teatr və rəqs dərsləri almağa başlayıb. On yaşı olanda ailəsi Floridaya köçüb. 13 yaşında rəqs sahəsində qazandığı uğurlar Meqan Foksa həyatının seçimini etmək imkanı verdi. 1999-cu ildə ABŞ-nin Cənubi Karolina ştatında keçirilən "American Modeling and Talent Convention in Hilton Head" rəqs şousunda Meqan bir neçə mükafat qazanıb. Bundan sonra o, aktrisa karyerası etmək ümidilə Los-Ancelesə köçüb. Onun debütü 2001-ci ildə çəkilmiş "Günəşdə istirahət" filmində baş tutub.
Metyu Foks
Metyu Foks (ing. Mathew Fox; 14 iyul 1966) amerikalı kinoaktyordur. O, 14 iyul 1966-cı ildə ABŞ-nin Pensilvaniya ştatında anadan olmuşdur. Əsasən, Lost teleserialında ifa etdiyi baş roldan sonra populyarlıq qazanmışdır.
Qay Foks
Qay Foks və ya Quido Foks (təq. 13 aprel 1570, York, İngiltərə krallığı – 31 yanvar (10 fevral) 1606, Vestminster, İngiltərə krallığı) — O, Katolik bir əsgər idi. 5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisədə əməliyyat icraçılarından biri olmuşdur. Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür. Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır. Hal-hazırda bu, siyasi deyil, əyləncə xarakterli mərasim kimi qeyd olunmaqdadır.
Samanta Foks
Samanta Foks (pornoaktrisa) — ABŞ pornoaktrisası. Samanta Foks (ifaçı) — Böyük Britaniya fotomodeli və ifaçısı.
Terri Foks
Terri Foks (ing. Terry Fox; 28 iyul 1958, Vinnipeq – 28 iyun 1981, Nyu-Uestminster[d], Britaniya Kolumbiyası) — kanadalı atlet və xərçəngin müalicəsində könüllü surətdə iştirak etmiş aktivist. Terri Foks 1958-ci ildə Kanadanın Manitoba əyalətində yerləşən Vinnipeq şəhərində anadan olmuşdur. Bir ayağı protez olmasına baxmayaraq, 1980-ci ildə başladığı məşhur Ümid marafonu adlı qaçış təşkil etmişdir. Kanadanı bütünlüklə əhatə edən bu marafon sayəsində Terri insanlardan pul yığaraq, xərçəng xəstəliyinin tədqiqatına xərcləməyi düşünmüşdü. Bu yürüyüşdən 9 ay sonra Terri vəfat edir. 1981-ci ildən isə hər il onun adına qaçış turniri təşkil edilir.
Foks (soyad)
Foks — soyad. Aidra Foks Qay Foks — əsgər. Meqan Foks — ABŞ aktrisası. Terri Foks — kanadalı atlet və xərçəngin müalicəsində könüllü surətdə iştirak etmiş aktivist. Metyu Foks — amerikalı kinoaktyordur. Elyar Foks — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. Samanta Foks Samanta Foks (pornoaktrisa) — ABŞ pornoaktrisası. Samanta Foks (ifaçı) — Böyük Britaniya fotomodeli və ifaçısı.
Aidra Foks
Aidra Foks (ing. Aidra Fox; 25 sentyabr 1995[…], Miluoki, Viskonsin, ABŞ) — ABŞ pornoaktrisası və erotik fotomodeli. Aidra Foks 25 sentyabr 1995-ci il tarixində ABŞ-nin Viskonsin ştatının Miluoki şəhərində polyak, alman və çex mənşəli ailədə doğulmuşdur. Üç böyük bacısı, bir kiçik bacısı vardır. Pornoqrafiya sektoruna 2013-cü ilin oktyabrında 18 yaşında olarkən başladı. Evil Angel, Digital Sin, Hard X, New Sensations, Elegant Angel, Pure Taboo, Girlfriends Films, Jules Jordan Video və Tushy kimi şirkətlərin istehsallarında rol almışdır. Həmçinin Brazzers, Twistys, Digital Desire, Reality Kings və Naughty America kimi müxtəlif veb-saytlarda da fəaliyyət göstərmişdir. Karyerası ərzində Lisa Ann, Manuel Ferrara, Dana DeArmond, Brandi Love, Dani Daniels, Mick Blue və Seth Gamble kimi sektorun məşhur simaları ilə birgə çəkilişlərdə iştirak etmişdir. 2014-cü ilin avqust ayında "Twistys Treat", həmin ilin oktyabrında isə "Penthouse" jurnalı tərəfindən "Pet of the Month" seçilmişdir. İlk anal seks səhnəsi 2014-cü ildə "Anal POV Style" filmində olmuşdur.
Samanta Foks (ifaçı)
Samanta Foks (ing. Samantha Fox 15 aprel 1966) – Böyük Britaniya fotomodeli və ifaçısıdır. Samanta Foks 15 aprel 1966-cı ildə London şəhərində Patrik Con və Kerol Enn Foksun ailəsində anadan olmuşdu. Onun Kiçik bacısı Vanessa və atasının ikinci evliliyindən Frederik adlı ögey qardaşı vardır. İlk dəfə ekrana 3 yaşında çıxmış və televiziya karyerasına başlamışdır. 1980-cı illərin əvvəlində Samanta Foksun anası Kerol Foks onun şəklini çəkərək, «Face and Shape of 1983» adlı modelləri hazırlaşdıran "The People" qəzetinin müxbirlərinə göndərir. Müxbirlər Samantanın şəklini bəyənirlər və onu modelyerlik karyerasını başlamağı dəvət edirlər. Onun şəkli "The Sun" qəzetinin 3-cü səhifəsində 1984, 1985 və 1986-cı illərdə qələbə qazanır. Həmçinin, bu müddətdə musiqi karyerasına başlayır. Samanta Foks 1986-cı ildə Touch Me (I Want Your Body) mahnısını ifa edərək böyük populyarlıq qazanır.
Samanta Foks (pornoaktrisa)
Samanta Foks (ing. Samantha Fox; 3 dekabr 1950, Nyu-York, Nyu-York ştatı – 22 aprel 2020, Nyu-York, Nyu-York ştatı) — ABŞ pornoaktrisası. Steysiya Tereza Ancela Maykula 1951-ci ildə ABŞ-də doğulub. Məktəb vaxtı rəqs dərslərini öyrənməyə başlayıb. 1977-ci ildən başlayaraq pornofilmlərdə iştirak etməyə başlayıb. 1990-cı ildə film karyerasını bitirdikdən sonra alkoqolçuluğa meyilliyi artır. Samanta bunun üçün bir neçə il müalicə olunur və alkoqolçuluğa meyilliyi azalır.
Visente Foks Kesada
Visente Foks Kesada (isp. Vicente Fох Quesada;2 iyul 1942[…], Mexiko) — Meksika siyasətçisi və dövlət xadimi, 2000–2006-cı illərdə Meksika Prezidenti. O, sağ mərkəzçi Milli Fəaliyyət Partiyasından (PAP) seçilmişdir. Vinsente Foks 1942-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində ispandilli varlı ailədə anadan olmuşdur. Onun anası bask immiqrant, atası isə yerli meksikalı idi. Foks İberoamerikan Universitetində oxumuşdur. O, 1974-cü ildə Harvard Biznes Məktəbindən idarəetmə bacarıqları üzrə sertifikat əldə etmişdir. Karyerasına "Coca-Cola" şirkətində məhsul transferi üzrə supervayzer kimi başlamışdır. Дабагян Э. С. Висенте Фокс. Политический портрет.
Samanta Foks (porno aktrisa)
Samanta Foks (ing. Samantha Fox; 3 dekabr 1950, Nyu-York, Nyu-York ştatı – 22 aprel 2020, Nyu-York, Nyu-York ştatı) — ABŞ pornoaktrisası. Steysiya Tereza Ancela Maykula 1951-ci ildə ABŞ-də doğulub. Məktəb vaxtı rəqs dərslərini öyrənməyə başlayıb. 1977-ci ildən başlayaraq pornofilmlərdə iştirak etməyə başlayıb. 1990-cı ildə film karyerasını bitirdikdən sonra alkoqolçuluğa meyilliyi artır. Samanta bunun üçün bir neçə il müalicə olunur və alkoqolçuluğa meyilliyi azalır.
Misilsiz cənab Foks (film)
Misilsiz cənab Foks (ing. Fantastic Mr. Fox) — Ves Andersonun rejissorluğu və onun Noa Baumbax ilə birlikdə yazdığı ssenari əsasında çəkilmiş 2009-cu animasiya filmi. Film Roald Dalın eyniadlı uşaq kitabı əsasında çəkilmişdir. Personajları Corc Kluni, Meril Strip, Jason Schwartzman, Bill Mürrey, Willem Dafoe və Owen Wilson səsləndirib. "Mümkün olmayan hər şeyi unudun.. Fantastik bir dünyaya xoş gəlmisiniz." Filmin qəhrəmanı Cənab Tülkü bir ailə başçısıdır. O, ailəsini bəsləmək üçün ən hiyləgər, ən vəhşi üsullardan istifadə edir. Uzun müddətdir ki, Cənab Tülkü imkanlı kəndlilərdən toyuq, ördək oğurlamaqdadır. Və artıq insanlar bundan bezib.
Misilsiz cənab Foks (cizgi filmi, 2009)
Misilsiz cənab Foks (ing. Fantastic Mr. Fox) — Ves Andersonun rejissorluğu və onun Noa Baumbax ilə birlikdə yazdığı ssenari əsasında çəkilmiş 2009-cu animasiya filmi. Film Roald Dalın eyniadlı uşaq kitabı əsasında çəkilmişdir. Personajları Corc Kluni, Meril Strip, Jason Schwartzman, Bill Mürrey, Willem Dafoe və Owen Wilson səsləndirib. "Mümkün olmayan hər şeyi unudun.. Fantastik bir dünyaya xoş gəlmisiniz." Filmin qəhrəmanı Cənab Tülkü bir ailə başçısıdır. O, ailəsini bəsləmək üçün ən hiyləgər, ən vəhşi üsullardan istifadə edir. Uzun müddətdir ki, Cənab Tülkü imkanlı kəndlilərdən toyuq, ördək oğurlamaqdadır. Və artıq insanlar bundan bezib.
Abraham Foksal
Abraham Foksal (ing. Abraham Foxall; 1874 – 1950) — hücumçu mövqeyində oynamış İngiltərə futbolçusu. 1899-cu ildə "Liverpul" komandasında "Derbi Kaunti" klubuna qarşı 1 oyunda meydana çıxmışdır, oyun "Liverpul"un 2–0 hesablı məğlubiyyəti ilə bitmişdir.
Alexandro Foksli
Alexandro Foksli (isp. Alejandro Tomás Foxley Rioseco; d. 26 may 1939, Vinya de Mar, Çili) — Çili Respublikasının xarici işlər naziri (2006-2009). 26 may 1939-cu ildə Çilinin Vinya de Mar şəhərində anadan olmuşdur. 1990-1994-cü illərdə Ümumdünya İnkişaf Bankının rəhbəri vəzifəsində çalışmışdır. 1994-1996-cı illərdə Çili Kəndli Demokrat Partiyasının sədri olmuşdur. 1994-1999-cu illərdə Beynəlxalq Əlaqələr üzrə Konsulluq Şurasının üzvü, 1999-2005-ci illərdə Şuranın İdarə Heyətinin üzvü olmuşdur. 1998-2006-cı illərdə Senator olmuşdur. 2006-cı il martın 11-də Çili Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur. 12 mart 2009-cu ilədək bu vəzifədə olmuşdur.
Ceff Foksuorti
Jeffrey Marshall "Jeff" Foxworthy (ing. Jeff Foxworthy; 6 oktyabr 1958, Atlanta, Georgia) — ABŞ aktyoru.
Fokstrot
Fokstrot (ing. Foxtrot "tülkü addımı") — 1912 ci ildə ABŞ-da inkişaf etmiş 4/4 taktlı cütlük rəqsidir. Rəqsin adı haqqında müxtəlif fikirlər mövcuddur. Rəqs ingilis dilində "tülkü yerişi" adlandırılmışdır. Digər bir fikirə görə rəqs Harri Foks tərəfindən 1913 cü ildə icad edildiyinə görə onun şərəfinə adlandırılmışdır. Lakin hər iki fikir mübahisəlidir. Birinci Dünya müharibəsindən sonra bu rəqs Avropada məşhurlaşmağa başlamış, standart rəqs səviyyəsinə qalxmışdır. Almaniyada 1920 ci illərdə rəqs orkestrləri dəqiqədə 32-dən 50-yə qədər taktlı caz ritmləri ifa etməsi nəticədə bu rəqsə daha cəld templə ifa olunaraq kvikstep ("cəld addım") modifikasiyası almış olur.
Rayli Foksun qətli
Rayli Foks (ing. Riley Fox; d. 31 mart 2001-ci il, Uilminqton, İllinoys — 6 iyun 2004-cü il, Uilminqton, İllinoys) — 6 iyun 2004-cü ildə qətlə yetirilən Uilminqton, İllinoys şəhərindən olan 3 yaşlı qız. Raylinin atası ilk olaraq ittiham edildikdən və DNT faktları ilə günahsız olduğu müəyyənləşdikdən sonra şərti olaraq azad edilmiş, məhkum Skot Ebi cinayəti etiraf etdi və məhkum edildi. 6 iyun 2004-cü il — Raylinin itdiyi gecə atası Kevin Foks gecə saat 1 radələrində nənələrinin evindən uşaqları götürdü. O, uşaqları yataqlarına aparmaq üçün çox yorğun idi, Raylini divanda, böyük qardaşı Tayloru isə qonaq otağındakı kresloda yatırtdı. Sonra otağına getdi, televizora baxdı və təxminən 2:30-da yatdı. Ertəsi səhər Taylor onu oyatdı və Raylinin getdiyini ona bildirdi. Qonşuları axtarıb yoxladıqdan sonra o, polis çağırdı. Həmin gün Raylin Uilminqton şəhərindən bir neçə mil məsafədə yerləşən ictimai parkda ölü tapıldı.

"foks" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#foks nədir? #foks sözünün mənası #foks nə deməkdir? #foks sözünün izahı #foks sözünün yazılışı #foks necə yazılır? #foks sözünün düzgün yazılışı #foks leksik mənası #foks sözünün sinonimi #foks sözünün yaxın mənalı sözlər #foks sözünün əks mənası #foks sözünün etimologiyası #foks sözünün orfoqrafiyası #foks rusca #foks inglisça #foks fransızca #foks sözünün istifadəsi #sözlük